Rupert sözü azərbaycan dilində

Rupert

Yazılış

  • Rupert • 99.0148%
  • rupert • 0.9852%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
III Rupert
Pfalslı Ruprext (alm. Ruprecht von der Pfalz‎; 5 may 1352, Amberq, Yuxarı Pfalts – 18 may 1410), bəzən Pfalslı Robert kimi tanınan, Vittelsbax sülaləsinin üzvü, 1398-ci ildən Pfals kürfürstü (III Ruprext adıyla) və 1400-cü ildən ölümünə qədər Almanların kralı. == İlk illəri == Ruprecht 5 may 1352-ci ildə Amberqdə II Ruprext və onun həyat yoldaşı Beatrisin yeganə oğlu olaraq dünyaya gəldi. 13 yaşında anasını itirməsi istisna olmaqla, gəncliyi barədə heç nə məlum deyil. Lakin o, erkən yaşlarından mühüm tədbirlərdə iştirak edirdi. 1378-ci ildən o, böyük əmisi I Ruprext və atası II Ruprextlə birlikdə mühüm sənədlərdə adı görünürdü. Nəticədə, o, Pfalsın gələcək varisi kimi əvvəlcədən məlum idi. Kürfürst kimi hakimiyyətinə qədər o, əsasən Yuxarı Pfalsda yaşadı. 1385/86-cı ilin qışında o, Prussiya səlib yürüşünə qoşulub.Ruprext 27 iyun 1374-cü ildə Amberqdə Nürnberq burqqrafı V Fridrixin qızı Elizabet fon Hohensollern ilə evləndi. Evlilikdən cəmi altı oğul və üç qız dünyaya gəldi.
Rupert Qrint
Rupert Aleksandr Lloyd Qrint (ing. Rupert Alexander Lloyd Grint) — Böyük Britaniya aktyoru. Rupert Qrint 24 avqust 1988 ci ildə İngiltərədə anadan olub. Hal hazırda 31 yaşındadır. Harri Potter filmində rol almazdan əvvəl teatrdə səhnə alıb.Yazıçı Coan Roulinqin əsərləri üzrə çəkilmiş Harri Potter haqqında filmlərdə Ron Uizli rolunda çəkildikdən sonra daha da məşhurlaşmışdır. Rupert Qrintin baş rolda oynadığı film isə 2002 ci ildə komedia filmi Thunderpands oldu. Harri Potter film ardıcıllığı belədir. Harri Potter və Fəlsəfə Daşı, Harri Potter və Sirlər Otağı, Harri Potter və Azkaban Məhbusu, Harri Potter və Simurq Ordeni, Harri Potter və Yarımqan Prins, Harri Potter və Ölüm Hədiyyələri I Hissə və son olaraq Harri Potter və Ölüm Hədiyyələri II Hissə olmuşdur.
Rupert Çarlz Barnebi
Rupert Çarlz Barnebi (ing. Rupert Charles Barneby, 6 oktyabr 1911 – 5 dekabr 2000, Bronks, Nyu-York ştatı) — Böyük Britaniya əsilli Amerika botaniki. Nyu-York Botanika Bağının görkəmli alimlərindən biridir.. == Elmi əsərləri == Atlas of North American Astragalus. Daleae Imagines. Intermountain Flora, Volume 3, Part B. Silk Tree, Guanacaste, Monkey's Earring: A Generic System for the Synandrous Mimosaceae of the Americas (3 Volumes). == Şərəfinə adlandırılmış taksonlar == Barnebya bitki cinsi Barnebinin şərəfinə adlandırılmışdır.. Onun şərəfinə həmçinin Barnebyella, Barnebydendron və 25 bitki növü adlandırılmışdır.. == İstinadlar == == Xarici keçidlər == DNB, Katalog der Deutschen Nationalbibliothek: Rupert C. Barneby (alm.) Botanical Elctronic News: Dr.
Şahzadə Rupert qalası
Şahzadə Rupert qalası (ing. Prince Rupert's Tower) — Liverpul şəhərinin Everton rayonunda yerləşən qala. İlk növbədə "Everton" futbol klubunun rəmzi kimi tanınır. == Tarixi == Qala 1787-ci ildə tikilib. İlk əvvəllər konstebllər (polis rütbəsi) tərəfindən tutulmuş əyyaşların və xırda cinayətkarların saxlanıldığı yer kimi istifadə edilirdi. Ertəsi gün onlar məhkəmə qarşısında dururdular və bir qayda olaraq islah işləri növündə cəzaya məhkum olunurdular.Qalanın adı İngiltərə vətəndaş müharibəsi zamanı parlamentin əleyhdarlarının lideri olan Rupert Pfalsskiyin şərəfinə adlandırılıb. Şahzadə Rupert Liverpul qəsrinin işğalına hazırlıq zamanı gələcəkdə qalanın yerləşəcəyi təpədə dayanmış və şəhərə baxaraq söyləmişdir: "Bu istənilən məktəbli dəstəsinin ələ keçirə biləcəyi qarğa yuvasıdır". == "Everton" FK tərəfindən istifadə == 1938-ci ildə "Everton" futbol klubunun katibi Teo Kelli klubun emblemini hazırlayıb. Emblemin mərkəzi elementi Everton rayonuyla sıx bağlı olan Şahzadə Rupert qalası olub. O vaxtdan qala klubun əsas rəmzlərindən biri sayılır.
Rupertin torpağı
Rupertin torpağı, və ya Şahzadə Rupertin torpağı — Şimali Amerikadakı ərazi, Hudzon körfəzi hidroqrafik hövzəsinin bir hissəsini işğal etdi. Hudson's Bay şirkətinə aiddir. Bölgəyə şirkətin ilk qubernatoru Şahzadə Rupertin adı verildi. Rupertin Torpağı müasir Kanadanın mərkəzi hissəsini tutur, lakin kiçik bir hissəsi Amerika Birləşmiş Ştatlarındadır. Əvvəllər Rupertin ərazisi olan ərazi demək olar ki, Manitobanın hamısını, Saskaçevanın əksəriyyətini, cənub Alberta, cənub Nunavut, Ontario və Kvebekin şimal hissələrini, habelə Minnesota və Şimali Dakota əyalətlərinin bir hissəsini əhatə edir. == Tarixi == 1670-ci ildə İngiltərə Kralı II Çarlz Hudzon Körfezi Şirkəti adlanan bir şirkətə Hudson Körfəzinə axan bütün çayların istismarı üzərində inhisar verdi və beləliklə şirkəti nəhəng bir ərazinin sahibi etdi. Təxminən 3.9 milyon kvadrat kilometrə sahib idi - bu, bugünkü Kanada ərazisinin üçdə birindən çoxdur. 1821-ci ildə Monreal Şimali-Qərb şirkəti və Hudzon Körfezi Şirkəti birləşdirildi və şirkət genişləndi. 1870-dən bir müddət əvvəl ticarət inhisarı ləğv edildi və ərazidə ticarət istənilən sahibkar üçün açıq idi. Şirkət, Rupertin 1868-ci il tarixli Torpaq Qanununa uyğun olaraq sahib olduğu yerləri Kanada Dominionuna satdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.81 dəfə / 1 mln.
2004 •••• 0.34
2005 •••••••••••••••••••• 2.02
2006 ••••• 0.45
2007 ••••• 0.42
2008 •••••••• 0.73
2009 ••••• 0.48
2010 ••••••••••• 1.09
2011 ••••••••••••••••••• 1.89
2012 •••••••••••••••••• 1.81
2013 ••••••••••• 1.02
2014 ••••••• 0.69
2015 •• 0.17
2016 •••• 0.35
2017 •••• 0.33
2018 •••••• 0.60
2019 ••• 0.28

Oxşar sözlər

#rupert nədir? #rupert sözünün mənası #rupert nə deməkdir? #rupert sözünün izahı #rupert sözünün yazılışı #rupert necə yazılır? #rupert sözünün düzgün yazılışı #rupert leksik mənası #rupert sözünün sinonimi #rupert sözünün yaxın mənalı sözlər #rupert sözünün əks mənası #rupert sözünün etimologiyası #rupert sözünün orfoqrafiyası #rupert rusca #rupert inglisça #rupert fransızca #rupert sözünün istifadəsi #sözlük