Rusca-azərbaycanca sözü azərbaycan dilində

Rusca-azərbaycanca

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Rusca-azərbaycanca • 47.7612%
  • rusca-azərbaycanca • 34.3284%
  • Rusca-Azərbaycanca • 14.9254%
  • rusca-Azərbaycanca • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rusca
Rus dili (rus. русский язык) — Hind-Avropa dillərinin Baltik-slavyan dilləri qrupuna aid şərqi slavyan dili. Dünyanın ən çoxyayılmış dillərindən biri — ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır. SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur. Rus dilində vurğunun yeri sabit deyildir. == Əlifba == Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur.
Azərbaycanca
Azərbaycan dili və ya Azərbaycan türkcəsi (Cənubi Azərbaycanda: Türk dili — تورک دیلی) — Azərbaycan Respublikasının və Rusiya Federasiyası Dağıstan Respublikasının rəsmi dövlət dili. Ural-Altay dilləri ailəsinin türk dilləri şöbəsinin Oğuz sinfinin qərb qrupuna daxildir. Azərbaycan dilindən Azərbaycan, İran, İraq, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Əfqanıstan ərazisində istifadə olunur. Azərbaycan Respublikası ərazisində bu dilin cüzi fərqlənən 4 dialekti (şivə) vardır: Şərq dialekti — Quba, Şamaxı, Bakı, Muğan və Lənkəran dialektləri Qərb dialekti — Qarabağ və Qarabağətrafı rayonların dialektləri Şimal dialekti — Şəki və Zaqatala-Qax dialektləri Cənub dialekti — Naxçıvan, Ordubad, İrəvan dialektləriAzərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırmaq olar. Başqa dil qruplarında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. İnsirafi (flektiv) dillərdən fərqli olaraq Azərbaycan dilində bütün söz kökləri leksik və qrammatik mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə edilir. == Təsnifat == Azərbaycan dili türk dilləri ailəsinin oğuz qoluna daxildir.
Arianna Rusca
Arianna Rusca (8 yanvar 1981) — İtaliyanı təmsil edən bədii gimnast. == Karyerası == Arianna Rusca İtaliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Rusca Vikipediya
Rusca Vikipediya (rus. Русская Википедия) — Vikipediyanın rus dilində olan bölməsidir. 11 ölkədə: Rusiyada, Ukraynada, Belarusda, Qazaxıstanda, Moldovada, Ermənistanda, Özbəkistanda, Azərbaycanda, Qırğızıstanda, Tacikistanda və Türkmənistanda digər dilli Vikipediyanın bölmələri arasında ziyarət sayına görə birincidir. Dünyada isə Fransızca Vikipediya ilə 5–6 yerləri bölür. == Tarix == 11 may 2001 — russian.wikipedia.com domendə RuVikinin anonsu 30 dekabr 2004–10 000 məqalə. 31 dekabr 2005–50 000 məqalə. 2006 16 avqust — 100 000 məqalə. 29 noyabr — "Elm və Təhsil" nominasiyasında "Runet 2006 mükafatı". 2007 4 sentyabr — 200 000 məqalə. 27 – 28 oktyabr — Peterburqda birinci Viki-konfrans.
Azərbaycanca Vikipediya
Azərbaycanca Vikipediya — Vikipediyanın Azərbaycan dilində olan bölməsidir. 16 oktyabr 2023 — Azərbaycan dilində olan Vikipediyada 196.051 məqalə var. 2014-cü il mart ayının 25-də Azərbaycanca Vikipediyada məqalələrin sayı 100.000-i keçmiş və beləliklə bu layihə Vikipediyanın 10.000+ bölməsindən 100.000+ bölməsinə keçmişdir. == Azərbaycanca Vikipediya == 2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlamışdır. Buna Azərbaycanın açıq online ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan Vikipediyasındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də biz yalnız birlikdə həll edə bilərik. === Məqalə sayı === 2 iyun 2002 — Azərbaycan dilində Vikipediyanın bölməsi yaradılmışdır. 9 mart 2007–5 000 məqalə 22 iyul 2007–10 000 məqalə 6 dekabr 2009–2009-cu il dekabrın 6-sı, saat 16 00-da Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilmişdir.
BBC Azərbaycanca
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Orta Azərbaycanca
Orta Azərbaycanca (az.-əbcəd اورتا آزربایجانجا‎) və ya Əcəm türkcəsi — XV–XVIII əsrlərdə İran və Cənubi Qafqazda danışılan türk dili. Azərbaycan dilinin müasir forması orta Azərbaycancadan törəmişdir. Bu dil, xüsusilə onun sintaksisi ağır şəkildə farscanın təsirinə məruz qalmışdır. == Tarixi == "Əcəm türkcəsi" termini 1684-cü ildə fransız yazıçı Kapuçin Rafael du Mans tərəfindən yazılan qrammatika kitabında istifadə edilən erkən dövr adlandırılmalarından (fr. lingua turcica agemica və ya fr. Turc Agemi) qaynaqlanır. Yerli mənbələr dili "Türki" adlandırırdılar.Orta Azərbaycanca Qədim Anadolu türkcəsi və ya qədim Azərbaycan türkcəsindən törəmişdir və oğuz dillərinin cənub-qərb qolunun bir hissəsidir. Bu dil ilk dəfə XV əsrdə Azərbaycanda, Şərqi Anadoluda və İranda ortaya çıxıb. Dil Qaraqoyunlular (1374–1468) və Ağqoyunlular (1378–1503) kimi türk sülalələri dövründə, xüsusən də hakim sülaləsi İran Azərbaycanından olan Səfəvilər İmperiyası (1501–1736) dövründə daha çox inkişaf etmişdir. Onların dövründə orta Azərbaycan dili fars dili ilə yanaşı, sarayda və hərbi sahədə istifadə olunurdu və İranın şimalından cənubuna qədər linqva franka idi.Orta Azərbaycan dilində yazılmış mətnlərə ərəb qrafikalı Matfeya və İohannın İncili, fransız-Azərbaycan lüğəti daxildir.
Qədim azərbaycanca
Qədim azərbaycanca və ya Qədim Azərbaycan türkcəsi — Azərbaycan dilinin başlanğıc dövrü. == Tarixi == Türkoloq və etnoqraf N. A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür, XIV–XVI əsrləri ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr hesab edir. Məmməd Arif isə qədim Azərbaycan dilinin inkişafa başlaması dövrünü XIII–XVI əsrlər hesab edir.Qədim Anadolu türkçəsi adlandırılan dildə yazılmış mətnləri qədim Azərbaycan dilində hesab etmək, həmçinin ilkin azərbaycanca mətnləri erkən Osmanlı ədəbiyyatının bir hissəsi saymaq mümkündür.Çərkəzi alim Əbu İshaq Sələbinin peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" əsərini Anadolu türkcəsində yazsa da, əsər qədim Azərbaycan türkcəsinin bəzi xüsusiyyətlərini daşımışdır. Bunlardan biri "-am²" şəkilçisinin istifadə edilməsidir: bu mənaya məmur degüləm; istədügün adəm mənəm; seyir əfal və sıfətundan xoşnudam; bir zülm olmış pir adəməm. == Əlifba == == Qalareya == == İstinadlar == == Ədəbiyyat == Flemming, Barbara. Essays on Turkish Literature and History. Brill. 2018. ISBN 9789004355767.
Standart azərbaycanca
Standart azərbaycanca və ya Müasir Azərbaycan ədəbi dili — əsasən Azərbaycan Respublikasında Azərbaycan dilinin standart forması olaraq istifadə edilən dil. == Tarixi == XVI–XVII əsrlərdən etibarən Məhəmməd Füzuli, Qövsi Təbrizi kimi şairlərin əsərlərində Azərbaycan ədəbi dilinin Azərbaycan danışıq dilinə yaxınlaşdığı görülür. Bu tendensiya özünü XVIII əsr şairi Molla Pənah Vaqifin əsərlərində daha açıq şəkildə büruzə verir. Beləliklə, uzun müddət iki Azərbaycan ədəbi dili mövcud olmuşdur. Birincisi, Azərbaycan dilinə əsaslanırdı və əsasən Azərbaycan aşıq sənətində istifadə edilirdi. İkinci Azərbaycan ədəbi dili isə Azərbaycan dili elementləri ilə ərəb və fars dillərinə əsaslanırdı və hüquq ədəbiyyatında, tarixi əsərlərdə və s. istifadə edilirdi. Rusiyanın Cənubi Qafqazı ələ keçirməsindən sonra ədəbi dil iki ərazidə inkişaf etməyə başladı: Mərkəzi Təbriz olmaqla İran Azərbaycanında və mərkəzi Şamaxı olmaqla Şirvan tarixi ərazisində. Beləliklə, İran Azərbaycanında nəşr olunan müxtəlif ədəbiyyatlarda (elmi, bədii, dini) bu bölgənin dialekt elementləri, Şirvanda isə Şirvan qrupuna aid dialektik elementlər üstünlük təşkil edirdi. Artıq XIX əsrin ortalarında Bakı və Şamaxı dialektləri əsasında müasir Azərbaycan ədəbi dili formalaşmışdır.
BBC Azərbaycanca Xidməti
British Broadcasting Corporation (abbr. BBC; ing. Britan Yayım Korporasiyası) İngiltərədə krallıq beratı altında və dövlətin pul dəstəyi ilə işləyən yayım quruluşudur. Quruluşundan 1954-cü ildə qədər televiziya, 1972-ci ildə qədər də radio yayımları sahəsində təkəl mövqeyini qorumuşdur. Mərkəzi Londonda şəhərindədir. == Tarixi == British Broadcasting Company Ltd. 1922-ci ildə özəl bir şirkət olaraq quruldu. 1925-ci ildə ləğv edilən şirkətin yerini 1927-ci ildə bir cəmiyyət quruluşu olaraq qurulan British Broadcasting Corporation aldı. BBC, parlementə qarşı bağlı olmaqla birlikdə işlərini müstəqilliklə davam etdirir. İdarə heyəti Birləşmiş Krallıq hökümdarınca təyin edilir.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az.-əbcəd تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.333 məqalə və 45.622 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Ləzgicə-Azərbaycanca lüğət
Ləzgicə-azərbaycanca lüğət — Xəlilov Yusif Mövlud oğlu tərəfindən yazılmış izahlı lüğət. 12000-dən artıq söz və ifadənin toplandığı lüğət üzərində 15 ildən artıq vaxt sərf edilmişdir. Lüğət 2012-ci ildə çap olunmuşdur.
Qədim türkcə-azərbaycanca əlaqələri
Qədim türkcə–azərbaycanca əlaqələri
Qədim türkcə-azərbaycanca əlaqələri — qədim türkcənin xüsusiyyətlərinin Azərbaycan dilininin tarixi və müasir mərhələlərində, həmçinin dilin dialektlərində qorunub saxlanması. "Divanü Lüğat-it-Türk"də (XI əsr) və İbnü Mühənna lüğətində (XIII əsr) verilən məlumatlar qədim dillər ilə Azərbaycan dili arasında genetik əlaqədən xəbər verir. Ədəbi Azərbaycan dilinin inkişafının erkən dövründə dil oğuz qrupunun ümumtürk xüsusiyyətlərini saxlayır, həm türkmənlər, həm də Anadolu türkləri tərəfindən başa düşülürdü. == Dil qaydaları və leksika == Orxon abidələrində (VIII əsrin əvvəlləri) e və i arasında bir ė səsinin olması Azərbaycan türkçəsindən sübutlar gətirməklə izah edilmişdir: er "erkək" — ėr "erkən". Ancaq Azərbaycan dilində daha çox e kimi yazıldığı, bəzi hallarda i olduğu üçün e-i dəyişikliyi hər zaman başa düşülmür: bėl, dė. Azərbaycan dilindəki iki sözdə isə qədim türkçədəki e/ė-yə qarşılıq olaraq i görülür: iki, iyirmi. Bundan başqa Azərbaycan türkçəsində nəqli keçmiş -mış şəkilçisi qədim türkcədəki "ərmiş"-dən gəlmişdir.Qədim türkcədə k ilə başlayan sözlər Türkiyə türkçəsində k-g dəyişikliyinə məruz qaldığı halda (gibi, gönül, göç, göğüs), Azərbaycan dilində olduğu kimi qalmışdır (köç, könül, köç, köks). Qədim və orta türkcədən qərbi türkcəyə keçid zamanı baş verən t-d dəyişikliyi bəzi Azərbaycan sözlərində baş verməmişdir: tikmək, tökmək, toxunmaq.Azərbaycan dilinin dialektləri türk dillərinin söz varlığını qoruyub saxlaması baxımından çox vacibdir. Çünki bu dialektlərdə qədim türkcəyə aid bir çox arxaik ünsür vardır. Qədim türk dövrünə aid iki sözdən ibarət mürəkkəb sözlər (ikiləmələr) də canlı bir şəkildə Azərbaycan dilində qorunur (məsələn Ağcabədi ləhcəsində "düşünmədən danışmaq" mənasında "yencih-yencih" sözü).
Azərbaycanca yazmış orta əsr şairləri
Orta əsrlər Azərbaycan ədəbiyyatının xronologiyası — XVIII əsrin sonuna qədər azərbaycanca ədəbiyyatın ortaya çıxması ilə azərbaycan şeirlər yazan müəlliflərin siyahısıdır. Diqqətə alınmalıdır ki, bəzi şairlər müxtəlif mənbələrdə azərbaycanlı, türk və ya türkmən olaraq göstərilir. “Dünya dilləri” seriyasında ədəbi Azərbaycan dilinin ortaya çıxması tarixi olaraq XIII əsr hesab edilir. Azərbaycan ədəbiyyatının ortaya çıxması XIII—XIV əsrdə yaşamış İzzəddin Həsənoğlunun adına yazılır. Akademik “Şərqin tarixi” azərbaycan dilində ədəbiyyatın ortaya çıxması tarixi olaraq XIV—XV əsrləri göstərir. Azərbaycan dilində erkən mətnlər həmçinin qədim Osmanlı ədəbiyyatının bir hissəsi hesab edilir. Müstəqil azərbaycan dilinin son şəklinə gəlməsi dövrü XVIII əsr hesab edilir. Azərbaycan dili kimi adlandırılan ilk çap XX əsrin əvvəllərinə aiddir. == XIV əsr == == XV əsr == == XVI əsr == == XVII əsr == == XVIII əsr == == İstinadlar == == Ədəbiyyat == Азербайджанская литература. // Краткая литературная энциклопедия.
Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət
== Ön söz == İngilis dili dünyada çox müxtəlif cəmiyyətlərə və sahələrə xidmət edən əsas informasiya daşıyıcısı kimi sürətlə beynəlxalq dilə çevrilməkdədir. İngilis dili xəbər və yeniliklərin dünyada geniş yayılmasında da çox mühüm əhəmiyyət kəsb edir. O, indi dünyada sənaye və siyasət sahəsində aparıcı dildir. Buna görə də ingilis dilini öyrənməyə və bu dilin zəngin informasiya daşıyıcısı olan lüğətlərə böyük ehtiyac var. Məhz bu ehtiyac Xəzər Universiteti Lüğət və Ensiklopediya Mərkəzini və Xəzər Universiteti Nəşriyyatını ingiliscə-azərbaycanca 6 cildlik böyük və əhatəli bir lüğət hazırlamağa sövq etmişdir. == Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğət == Bu lüğətə, yəni Xəzər İngiliscə-Azərbaycanca Böyük Lüğətə (XİABL) təxminən 250 000 söz, külli miqdarda ifadə və nümunə cümlələr daxildir. Lüğətin başlıca məqsədi buraya daxil olan bütün baş sözlərin düzgün yazılışını, tələffüzünü və mənalarının dəqiq tərcüməsini verməkdir. Birinci və ikinci cildin tərtibçiləri Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyev dir. 3-6-cı cildlərin tərtibçiləri Hamlet İsaxanlı, Tofiq Abasquliyev, Kərim Qasımov, Nijad Mikailzadə, Nabat Məmmədova, redaktorları Hamlet İsaxanlı və Tofiq Abasquliyevdir. XİABL ilk növbədə ana dili Azərbaycan dili olanlar üçün nəzərdə tutulmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2012 •••••••••• 0.17
2013 ••••••••• 0.15
2014 •••••••••• 0.17
2015 •••••••••••••••••••• 0.34
2016 •••••••••••••••••••• 0.35

Oxşar sözlər

#rusca-azərbaycanca nədir? #rusca-azərbaycanca sözünün mənası #rusca-azərbaycanca nə deməkdir? #rusca-azərbaycanca sözünün izahı #rusca-azərbaycanca sözünün yazılışı #rusca-azərbaycanca necə yazılır? #rusca-azərbaycanca sözünün düzgün yazılışı #rusca-azərbaycanca leksik mənası #rusca-azərbaycanca sözünün sinonimi #rusca-azərbaycanca sözünün yaxın mənalı sözlər #rusca-azərbaycanca sözünün əks mənası #rusca-azərbaycanca sözünün etimologiyası #rusca-azərbaycanca sözünün orfoqrafiyası #rusca-azərbaycanca rusca #rusca-azərbaycanca inglisça #rusca-azərbaycanca fransızca #rusca-azərbaycanca sözünün istifadəsi #sözlük