Rusiyanın dövlət quruluşu
Rusiyanın dövlət quruluşu — 1993-cü ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
== Dövlət quruluşu ==
1993-cü ilin dekabrında qəbul edilmiş Konstitusiyaya əsasən Rusiya Federasiyası məhdud hakimiyyətli prezident idarə üsulunun bəzi elementlərini özündə əks etdirən dualist idarəetmə üsuluna malik federativ respublikadır.
Konstitusiyaya əsasən ölkədə prezidentin başçılıq etdiyi icraedici hakimiyyət, ikipalatalı qanunverici orqan - Federal Məclis və müstəqil məhkəmə sistemi mövcuddur.
== İnzibati bölgüsü ==
İnzibati cəhətdən Rusiya Federasiyasının tərkibinə 21 respublika (Adıgey, Altay, Başqırdıstan, Buryatiya, Dağıstan, İnquşetiya, Kabarda-Balkariya, Kalmıkiya, Qaraçay-Çerkesiya, Kareliya, Komi, Mari El, Mordoviya, Saxa-Yakutiya, Şimali Osetiya-Alaniya, Tatarıstan, Tuva, Udmurtiya, Xakasiya, Çeçenistan, Çuvaşıstan), Yəhudi Muxtar Vilayəti, 9 diyar (Altay, Kamçatka, Xabarovsk, Krasnodar, Krasnoyarsk, Perm, Primorsk, Stavropol və Zabaykalye), 10 milli mahal, 46 vilayət, 2 federal əhəmiyyətli şəhərlər - Moskva və Sankt-Peterburq daxildir.
Adıgey Respublikası
Altay Respublikası
Başqırdıstan Respublikası
Buryatiya Respublikası
Dağıstan Respublikası
İnquşetiya Respublikası
Kabarda-Balkariya Respublikası
Kalmıkiya Respublikası
Qaraçay-Çerkesiya Respublikası
Kareliya Respublikası
Komi Respublikası
Mari El Respublikası
Mordoviya Respublikası
Saxa (Yakutiya) Respublikası
Şimalı Osetiya-Alaniya Respublikası
Tatarıstan Respublikası
Tuva Respublikası
Udmurtiya Respublikası
Xakasiya Respublikası
Çeçenistan Respublikası
Çuvaşıstan Respublikası
Krım Respublikası
== Dövlət başçısı ==
Rusiya Federasiyasının Prezidenti Konstitusiyaya 31 dekabr 2008-ci ildə edilmiş düzəlişə əsasən ümumxalq səsverməsi yolu ilə altı il müddətinə seçilir. Yaşı 35-dən az olmayan və on ildən artıq ölkədə yaşayan hər bir vətəndaş Rusiya Federasiyasının Prezidenti seçilə bilər. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Prezident seçilə bilməz.
Dövlət başçısı və silahlı qüvvələrin ali baş komandanı sayılan Prezident Baş naziri və 30 üzvü olan Nazirlər Şurasını (Kabinet) seçmək və təyin etmək, qərar və sərəncamlar vermək, qanun layihələrinə veto qoymaq hüququna malikdir. Prezident Federal məclisə illik müraciətində ölkənin siyasi və iqtisadi inkişafı ilə bağlı hökumət proqramını bəyan edir.
Prezident müdafiə məsələləri ilə məşğul olan, habelə Milli bankın sədri, Baş prokuror və Ali Məhkəmənin üzvləri vəzifəsinə namizədləri təqdim edən Təhlükəsizlik Şurasını təyin edir və onun başında durur.