Rutenium
Rutenium (Ru) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində 44-cü element.1844-cü ildə Kazan Universitetinin professoru Karl Karloviş Klaus (1796-1864) tərəfindən analiz üçün ona Peterburqdan göndərilmiş platinin emalı tullantılarını analiz edərkən kəşf olunmuşdur (1828-1845-ci illərdə Peterburq sikkəxanasında ural planetindən pul kəsilirdi). Klaus yeni elementi öz vətəninin şərəfinə adlandırıb (latın dilində Rusiyanın adı Ruthenia adlanır). Görünür aydınlaşdırmaq lazımdır ki, Klaus Derpt şəhərində anadan olmuşdur və bu şəhər 1704-cü ildən Rusiya imperiyasına daxil idi (1893-cü ildən Yurev, indi isə Estoniyada Tartu şəhəri). Lakin, ilk dəfə olaraq “ruten” adını Vilhelm Ozann (1797-1866) düşünmüşdür. O, xam platində kəşv etdiyi 3 elementdən birini belə adlandırmışdır. Lakin, Berselius Orannın aldığı nəticələri təsdiq etmişdir, o isə məşhur isveç kimyaçısı ilə mübahisədə özünün haqlı olduğunu sübut edə bilmədi. Berselius Klausun da nəticələrini təsdiq etmədi! Amma, o, Oranndan fərqli olaraq nüfuzlu Berselius qarşısında durmağı bacardı və nəhayətdə onu inandıra bildi ki, o, haqlıdır. Odur ki, ruteniumun kəşvi şərəfi Klausda qaldı. Platin və palladium elementlərinin sərtləşdirilməsində, göz müalicələrində, yumurta qabıqlarının qalınlıq ölçümlərində, qələmlərin uclarında və elektrik kontaklarının istehsalında istifadə edilir.