Ruzigar sözü azərbaycan dilində

Ruzigar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Ruzigar • 52.1739%
  • ruzigar • 47.8261%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ruzigar Qasımov
Ruzigar Qasımov (tam adı: Ruzigar İmran oğlu Qasımov; d. 31 dekabr 1956, Gəncə, Azərbaycan SSR, SSRİ – ö. Gəncə, Azərbaycan SSR, SSRİ) — "20 Yanvar" şəhidi, müxbir. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülmüşdür. == Bioqrafiya == Ruzigar Qasımov 31 dekabr 1956-cı il tarixində Gəncədə anadan olmuşdur. Gəncə gil-torpaq kombinatında çıxan «Əməkçi» çoxtirajlı qəzetində müxbir işləmişdir. === Şəhid olması === Ruzigar 19 dekabr 1989-ci il tarixində 12 nəfərlə birlikdə Nüvədiyə yola düşmüşdü. 11 yanvar 1990-cı il tarixində Nüvədidən Gəncəyə qayıtmışdılar. Həmin gün axşam saat 10-da Ruzigarın dostu Bəxtiyar Çaykənddən Gəncəyə gəlmişdir. Xəbər verib ki, orada vəziyyət pisdir, dinc əhalini erməni quldurlarından qorumaq lazımdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2004 •••••••••• 0.67
2006 •••••••••••••••••••• 1.35
2010 •••••• 0.36
2011 ••• 0.17
2013 ••••••• 0.44
2014 •••••• 0.34
2016 ••• 0.17
2017 ••••• 0.33
2018 ••• 0.15
2019 ••••••• 0.42

ruzigar sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Külək, yel. …Bakı axşamına məxsus sərin ruzigar əsməkdə idi. M.S.Ordubadi. Çılğın kimi ruzigar vıyıldar; Qar parçaların göyə sovurar. A.Şaiq. Kəndin kənarındakı əkinlərin başaqları xəfifcə əsən bir ruzigarın təsiri ilə sakit bir dəniz kimi ləpələnir. S.Hüseyn. // məc. Təşbehlərdə: iti, sürətli mənasında. Uçun ey vətənin ruzgar qanadlı; Şahin təbiətli mərd oğulları! Ə.Cəmil. 2. Hava mənasında. Ruzigar qaranlıqlaşdı. Ruzigar buludlaşdı. – Bəzən də ruzigar dəyişir, hava elə quraq keçir ki, cücü əlindən yollardan ötmək olmur. Mir Cəlal. 3. məc. Dövran, zəmanə; tale, fələk. Olur tədbirimə bir gün müvafiq ruzigar, əlbət. S.Ə.Şirvani. [Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov. 4. məc. Ömür, yaşayış, həyat, gün. Neçə gündür didarını görmənəm; Ruzigarım qara günə bağlandı. M.P.Vaqif. 5. Güzəran, vəziyyət, gün, hal. Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir. [Tafta:] Qabaqlar [Sevili] gördüm, göz gərək ruzigarına ağlasın. C.Cabbarlı. Ana mehriban gözlərini Cəmilə dikib balasının ağır ruzigarına acıyırdı. S.Rəhimov. □ Ruzigarını keçirmək – gün(ünü) keçirmək, birtəhər yaşamaq, həyat sürmək. Yoldaşımın sənəti baqqaldı, yəni bir daxmaya üç-dörd pud duz, bir qutu kişmiş və dörd-beş paçka maxorka tütünü qoyub satır və o da bu cür ruzigarını keçirir. C.Məmmədquluzadə. ◊ Ruzigarı bəd əsmək – bəxti gətirməmək, bəxti küsmək, taleyi üz döndərmək. Biçarə Məhəmmədin ruzigarı bəd əsdi; Üzünə saldı, gəldi bu altıncı qız – “Bəsti”. Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / ruzigar

ruzigar sözünün sinonimləri (yaxın mənalı sözlər)

ruzigar sözünün inglis dilinə tərcüməsi

  • 1 ruz(i)gar i. 1. wind; 2. weather; 3. məc. life, existence; pis ~ keçirmək to live badly; ◊ ~ı bəd əsmək to fail, to miscarry; to suffer a setback

    Azərbaycanca-ingiliscə lüğət / ruzigar

ruzigar sözünün fransız dilinə tərcüməsi

ruzigar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. 1. гар; // пер. тешпигьра: хци, зарб, йигин манада; 2. гьава; 3. пер. девран, замана; кьисмет, фелек; 4. пер. уьмуьр, яшайиш, югъ; 5. гьал, везият, дуланажагъ, югъ; ruzigarını keçirmək югъ акъудун, са тегьер яшамиш хьун, уьмуьр гьалун; ** ruzigarı bəd əsmək бахтуни тагъун, бахтуни хъелун, фелекди ччин элкъуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / ruzigar

ruzigar sözünün türk dilinə tərcüməsi

ruzigar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

külək, yel; zəmanə, dövran.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"ruzigar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ruzigar nədir? #ruzigar sözünün mənası #ruzigar nə deməkdir? #ruzigar sözünün izahı #ruzigar sözünün yazılışı #ruzigar necə yazılır? #ruzigar sözünün düzgün yazılışı #ruzigar leksik mənası #ruzigar sözünün sinonimi #ruzigar sözünün yaxın mənalı sözlər #ruzigar sözünün əks mənası #ruzigar sözünün etimologiyası #ruzigar sözünün orfoqrafiyası #ruzigar rusca #ruzigar inglisça #ruzigar fransızca #ruzigar sözünün istifadəsi #sözlük