Rzazadə sözü azərbaycan dilində

Rzazadə

Yazılış

  • Rzazadə • 98.9556%
  • RZAZADƏ • 1.0444%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azər Rzazadə
Azər Rzazadə, bəzən Azər Zadə kimi qeyd olunur — Azərbaycan opera müğənnisi. O, La Skala Vokal Akademiyasına qəbul olunan ilk azərbaycanlıdır. Müğənni Zaur Rzayevin oğludur. == Xatirəsi == 2014-cü ildə İctimai televiziyada istehsal edilmiş Azər Rzazadə. Zirvəyə aparan yol adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
Bağır Rzazadə
Bağır Kərbəlayı Ələsgər oğlu Rzayev və ya Məmmədbağır Rzayev və ya Məmmədbağır Rzayev və ya Bağır bəy Rzayev (1891, İrəvan – 1927) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü. == Həyatı == Bağır bəy Rzayev 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdu. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü. == Siyasi fəaliyyəti == === Rusiya imperiyası və keçid dövrü === Bağır Rzayev Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdur. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdir. Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə belə fikir bildirmişdir: Bağır bəy Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti üzvlüyünə qəbul olunmuşdur.
Elşən Rzazadə
Elşən Rəşad oğlu Rzazadə (d. 11 sentyabr 1993, Lənkəran) — Azərbaycan Birinci Diviziyası təmsilçilərindən olan Mil-Muğan klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Karyerası == === Klub === 30 yanvar 2016-cı ildə Rzazadə Neftçi Bakı klubu ilə müqavilə imzalamışdır. === Milli komanda === Rzazadə Azərbaycan milli futbol komandası ilə debütünü 17 noyabr 2015-ci ildə Moldova millisinə qarşı oyunda etmişdir. == Karyeras statistikası == 10 Aprel 2016 tarixində yenilənib === Milli komanda === 17 Noyabr 2015-ci il məlumatlarına əsasən.
Fərhad Rzazadə
Fərhad Mirzə oğlu Rzazadə (12 oktyabr 2001, Bala Bəhmənli, Füzuli, Azərbaycan — 3 oktyabr 2020;, Cəbrayıl, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fərhad Rzazadə 12 oktyabr 2001-ci ildə Füzulinin Bala Bəhmənli kəndində doğulub. 2007-2018-ci illərdə Bala Bəhmənli kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ilin 23 oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidmətləri == Goranboyun Ağcakənd kəndində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayan Fərhad uğurlu xidmətinə görə tezliklə ordan Xüsusi Təyinatlı Qüvvələrə göndərilib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Fərhad Rzazadə Kəlbəcər, Cəbrayıl, Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Cəbrayılın Daşkəsən kəndində düşmən mövqeyi məhv edildikdən sonra düşmən artilleriyasından atılan mərminin yaxınlıqda partlaması nəticəsində şəhid olmuşdur. Fərhad Rzazadə 14 oktyabr 2020-ci ildə Füzulidə torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Rzazadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hüseyn Rzazadə
Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır. == Olimpiadalarda iştirakı == 2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır. 2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir . Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər. Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir. Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq.
Həsən Rzazadə
Həsən Vüqar oğlu Rzazadə (15 iyun 1994, Sumqayıt – 1 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Rzazadə 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-da Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kamran Rzazadə
Rzazadə Kamran Qədimalı oğlu (20 oktyabr 1951, Novoivanovka, Gədəbəy rayonu) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012-ci illər). == Həyatı == 20 oktyabr 1951-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur. 1959-cu ildə Novoivanovka kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1969-cu ildə adı çəkilən məktəbi bitirmişdir. 1970-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 1972-ci ildə doğulduğu Novoivanovka kəndinə qayıtmış və orada Puşkin adına sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Şimali Osetiyada Orconikidze (hazırda Vladiqafqaz) şəhərində Qorsk Kənd Təsərrüfatı İnstitutunun Aqronomiya fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin institutu bitirərək, Alim-Aqronom ixtisasına yiyələnmişdir. 1988-ci ildə Bakı Ali partiya məktəbini politoloq ixtisası üzrə,2001-ci ildə isə Ali Diplomatiya Kollecinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 1978-ci ildə Puşkin adına sovxozda baş iqtisadçı, komsomolçu gənclər briqadasının briqadiri vəzifəsində işləmişdir. 1978-ci ildə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə Təşkilat işləri şöbəsinin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 2 dəfə Sovet KP Ümümittifaq yişincağında Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.1979-cu ilin aprel ayında Gədəbəy rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. 1981-ci ilin aprel ayında Gədəbəy rayon Xalq Nəzarəti Komitəsinin sədri seçilmişdir.
Mirməhəmmədəli Rzazadə
Mirməhəmmədəli Tərlan oğlu Rzazadə (13 iyul 1997; Sumqayıt, Azərbaycan — 15 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirməhəmmədəli Rzazadə 13 iyul 1997-ci ildə Sumqayıt şəhərində Tərlan Rzazadənin ailəsində anadan olmuşdur. Əslən Lənkəran rayonunun Şiləvar kəndindəndir. 2003-cü ildə Sumqayıt şəhər 1 saylı tam orta məktəbə qədəm qoymuşdur. Daha sonra Lənkəran rayon Şiləvar kənd tam orta məktəbində təhsil almışdır. 2013-2014-cü illərdə rayonun Digah kəndində təhsilini başa vurmuşdur. Bir müddət mülki işlə məşğul olduqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurduqdan sonra mülki fəaliyyətini davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Mirməhəmmədəli Rzazadə 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.
Murad Rzazadə
Murad Rzazadə Ağaməmməd oğlu — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rzazadə Murad Ağaməmməd oğlu 12 İyul 2002-ci il tarixində Salyan rayonu Marışlı kəndində anadan olub. 4 bacının 1 qardaşı olan şəhid Murad Rzazadə 2008-ci ildə Arbatan kənd Elxan Ağayev adına tam orta məktəbində 1-ci sinfə başlayıb. O, uşaq yaşlarından valideynlərinə deyərmiş ki, “mən böyüyəndə Qarabağı azad edəcəm”. Elə bu arzusu da yerinə yetir. 2020-ci il İkinci Qarabağ müharibəsi başlayan zaman şəhid Murad Rzazadə döyüşlərdə iştirak edir. 04.10.2020-ci ildə 18 yasinda Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. 15 .10.2020 tarixdə dəfn edilib, == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində vuruşaraq həlak olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzazadə Murad Ağaməmməd oğlu ölümündən sonra Ağdam və Suqovuşanın azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif edilmişdir. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == https://m.youtube.com/watch?v=0UBPqXUEn-0.
Məhəmməd Rzazadə
Məhəmməd Rza oğlu Rzazadə — Borçalıda doğulub Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı mətbuat xadimi. == Həyatı və təhsili == Məhəmməd Rza oğlu Rzazadə 1890-cı ildə Borçalı mahalının Kolayır kəndində dünyaya gəlib. Yeddi yaşında köhnə üsulla işləyən məktəbə gedib. İki il burada oxuyandan sonra atası vəfat etdiyindən məktəbi yarımçıq qoymaq məcburiyyətində qalıb. 1902-ci ildə qonşu Arıxlı kəndindəki rus-tatar məktəbində müəllim işləyən Hüseyn Əfəndinin yanında dərs alıb, sonralar özü evdə bir neçə şagirdə dərs verib. == Fəaliyyəti == Çox erkən yaşlarında şeir yazmaqla bədii yaradıcılığına başlayan Məhəmməd Rzazadə özünə Mühəqqər təxəllüsünü götürüb və bu adla tanınıb. (Mühəqqər sözü – həqir, aciz, anlamlı deməkdir.) 1920-ci ildə Mühəqqəri Tiflisdə ərəb hürufatı ilə nəşr olunan “El şeirləri” kitabı ədibin yaradıcılığının çox dəyərli bir hissəsidir. 1920-1921-ci illərin ərəb əlifbasıyla nəşr olunan “Vətən” dərgisində 20-ci illərdə Tiflisdə işıq üzü görüb, “Əşar məcmuəsi” kitabında, ərəb əlifbası ilə “Yeni fikir”, latın qrafikasıyla “İşıq yolu” qəzetlərində Mühəqqərin xeyli əsərləri işıq üzü görüb. Mühəqqərin “Molla Nəsrəddin” dərgisində az sayda yazısı dərc olunub. Şairin yazıları əsasən “Yeni fikir”, “Vətən”, “Gənc nəsl”, “İşıq yolu”, “Dan Ulduzu”, “Qızıl Şəfəq”, kimi o dövrün mətbuat orqanlarında geniş yer alıb.
Vüsal Rzazadə
Vüsal (Səid) Rzazadə (d. 7 dekabr 1977) — şair, jurnalist, iş adamı. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Günün tələbi" jurnalının və "Yeni Azərbaycan Bələdiyyəsi", "Xəbər al", "Gəlir+" qəzetlərinin təsisçi və baş redaktoru olmuşdur. "Orman.az" saytının baş redaktorudur. == Həyat və fəaliyyəti == Rzazadə Vüsal Məhəmməd oğlu - 7 dekabr 1977-ci ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 1996-ci ildə Ağdam 32 saylı köçkün məktəbini bitirmişdir. Elə həmin il Kənd Təsərrüfatı Nazirliyinin Fermer və Sahibkarlıq məktəbinə daxil olmuş, əla qiymətlərlə bitirmişdir. 1997-ci ildə daxil olub, 2002-ci ildə Cənubi Rusiya Humanitar institunu əla qiymətlərlə bitirib. Uşaq yaşından nəzm, nəsr yazır, yaradıcılıqla məşğuldur. X. Şuşinski adına muğam məktəbini bitirmiş, hələ 1986-88 illərdə "Gənc texniklər" stansiyasında beyzik dilində kompüter kursunu bitirmişdir.
Yalçın Rzazadə
Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2025-ci ildən). Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri. == Həyatı == Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində ziyalı ailəsində doğulub. 1963-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1967-ci ildə həmin institutun aktyorluq fakültəsini bitirmişdir. 1968-ci ildə Üzeyir Hacibəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1973-cü ildə həmin təhsil ocağını bitirmişdir. 1979-cu ildə əməkdar artist, 2000-ci ildə xalq artisti adına layiq görülüb. 1 aprel 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı 2 dəfə karate üzre çempionu olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiri olmuşdur. Evlidir, üç övladı var .
İskəndər Rzazadə
İsgəndər Rzazadə (18 noyabr 1897–5 oktyabr 1937) — Cümhuriyyət tələbəsi, mühəndis-elektrik. == Həyatı == İsgəndər Mirzə Cabbar xan oğlu 18 noyabr 1897-ci ildə Tehran şəhərində anadan olmuşdu. 1915-ci ildə Bakı real məktəbini qızıl medalla başa vurmuşdu. Sankt-Peterburq Politexnik institutuunun elektromexanika fakültəsinə qəbul olmuşdu. 1917-ci ildə vətəndaş müharibəsi olduğundan İsgəndər 3-cü kursu yarımçıq qoyub Bakıya dönmüşdü. 1919-cu ildən 1920-ci ilədək Azərbaycan Dəmiryolunun Bakı-Biləcəri stansiyaları və şəbəkələrinin müdiri işləmişdi. 1920-ci ildə hökumətin qərarı ilə Fransaya göndərdi. Sarbonna Universitetində oxudu. Burda fransız dilini öyrəndi. 1922-ci ildə Almaniyanın Darmştad şəhərindəki Ali Texniki Məktəbə dəyişildi.
Əliabbas Rzazadə
Əliabbas Rzazadə (21 may 1998; Astara rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2023-cü il Avropa Çempionatının qalibi. == Karyerası == Əliabbas Rzazadə 2016-cı ildə Rumıniyada baş tutan gənclər arasında Avropa Çempionatının və Fransada baş tutan gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib olub. 2018-ci ildə isə Əliabbas Rzazadə Roma şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, Trnava şəhərində baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurdu. Əliabbas Rzazadə 2019-cu ildə cəmi bir turnirdə — Rusiyada baş tutan Vladimir Semenovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə baa vurdu. 2021-ci ildə Əliabbas Rzazadə Rusiyada baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri 8-ci pillədə başa vursa da, mayda KYRM-da U23 Avropa Çempionatının gümüş, noyabrda isə Serbiyada U23 Dünya Çempionatının qızıl medalına sahib oldu. Əliabbas Rzazadə 2022-ci ilin fevralında Bolqarıstanda baş tutan D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib oldu. Martda isə Əliabbas Rzazadə Avropa Çempionatlarında debüt elədi. Budapeşt şəhərində (Macarıstan) baş tutan turnirin final görüşündə KYRM nümayəndəsi Vladimir Yegorova məğlub olan Əliabbas Rzazadə Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Əliabbas Rzazadə iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qalibi oldu, avuqstda isə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) Dünya Çempionatlarında debüt edən Əliabbas Rzazadə turniri 12-ci pillədə başa vurdu.
Azər Rzazadə. Zirvəyə aparan yol (film, 2014)

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.85 dəfə / 1 mln.
2003 ••••••••••• 2.76
2004 •••••••• 2.02
2005 •••••• 1.35
2006 •••••••••••••••••••• 5.18
2007 •••••••••••• 2.96
2008 ••••• 1.22
2009 ••••••••••••••• 3.68
2010 •••••••••••• 3.00
2011 •••••••••••• 2.92
2012 ••••••• 1.81
2013 •••••••••••• 2.92
2014 •••••••••• 2.57
2015 •••••••••••••••• 3.91
2016 •••••••••••••••••• 4.51
2017 •••••••••••• 2.93
2018 •••••••••••••• 3.45
2019 •••••••••••• 2.92
2020 ••••• 1.06

Oxşar sözlər

#rzazadə nədir? #rzazadə sözünün mənası #rzazadə nə deməkdir? #rzazadə sözünün izahı #rzazadə sözünün yazılışı #rzazadə necə yazılır? #rzazadə sözünün düzgün yazılışı #rzazadə leksik mənası #rzazadə sözünün sinonimi #rzazadə sözünün yaxın mənalı sözlər #rzazadə sözünün əks mənası #rzazadə sözünün etimologiyası #rzazadə sözünün orfoqrafiyası #rzazadə rusca #rzazadə inglisça #rzazadə fransızca #rzazadə sözünün istifadəsi #sözlük