Rüstəmov sözü azərbaycan dilində

Rüstəmov

Yazılış

  • Rüstəmov • 99.3582%
  • RÜSTƏMOV • 0.5911%
  • rüstəmov • 0.0338%
  • RÜstəmov • 0.0169%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Rüstəmov
Adil Əliağa oğlu Rüstəmov (11 mart 1943, Bakı – 22 mart 2018, Ruan, Fransa) — Azərbaycan rəssamı, professor, Azərbaycan Respublikasının əməkdar rəssamı (2002). == Həyatı == Adil Əliağa oğlu Rüstəmov 1943-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət Rəssamlıq Universitetini bitirmişdir. 1975-ci ildə Rəssamlar İttifaqına qəbul edilmişdir. 1981-ci ildə 3 qrafik rəssam ilə birgə sərgi keçirmişdir. 1985-ci ildə Arktika adlı fərdi sərgisini keçirmişdir. 1991-ci ildə Lirika və Poeziya adlı fərdi sərgisini keçirmişdir. 1993-cü ildə Məmməd Araz adına müsabiqənin laureatı adına layiq görülmüşdür. 1994-cü ildə "Əliağa Vahid — 100" adlı fərdi sərgisini keçirmişdir.
Akif Rüstəmov
Akif Rüstəmov (rejissor) — Azərbaycan rejissoru. Akif Rüstəmov (alpinist) — Azərbaycan alpinisti. Akif Rüstəmov (jurnalist) — filologiya üzrə fəlsəfə doktoru, professor.
Amil Rüstəmov
Amil Bədrəddin oğlu Rüstəmov (10 dekabr 1994, Tovuz – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Amil Rüstəmov 1994-cü il dekabrın 10-da Tovuz rayonunun Tovuz şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Amil Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amil Rüstəmov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Amil Rüstəmov ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Anar Rüstəmov
Anar Canməmməd oğlu Rüstəmov (1977, Şamaxı) — fizika elmləri doktoru, Almaniyanın ilk azərbaycanlı fizik-alimi. AMEA Fizika İnstitutunun icraçı direktoru (22.01.2021). == Həyatı == Anar Rüstəmov 1977-ci ildə Şamaxı rayonunda ziyalı ailəsində anadan olmuşdur. === Təhsili === 1994-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə nəzəri fizika kafedrasına daxil olmuş və 1998-ci ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. BDU-nin fizika fakültəsində nəzəri və riyazi fizika ixtisası üzrə magistraturaya daxil olmuş, 2000-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Əmək fəaliyyətinə 2000-ci ildən başlayan Anar Rüstəmov Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Zərrəciklər Fizikası Laboratoriyasında elmi işçi kimi çalışmışdır. 2002-ci ildə Almaniya Federativ Respublikasının Darmştadt şəhərində yerləşən Ağır İonların Elmi Tədqiqatları Mərkəzinə elmi iş aparmağa dəvət olunmuş və orada yerləşən HADES təcrübəsində çalışmağa başlamışdır. 2003-cü ildə Almaniyanın Darmştadt Texniki Universitetinin doktoranturasına daxil olmuş, 2006-cı ildə Almaniyada təcrübi nüvə fizikası və proqramlaşdırma sahəsində müdafiə edərək atom və nüvə fizikası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2006–2011-ci illərdə Almaniyanın Ağır İonların Elmi Tədqiqatları Mərkəzində çalışmış, 2011-ci ildə Almaniyanın Höte adına Frankfurt Universitetində, Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) NA61/SHINE və ALICE təcrübələrində tədqiqatlarını davam etdirmiş, Frankfurt Universitetində Subatom Fizikası, Nüvə Fizikası, Statistik Fizika fənlərindən mahazirələr oxumuşdur. Eyni zamanda Almaniya, Polşa, Misir, İtaliya və Türkiyədən olan tələbələrin elmi işlərinə rəhbərlik etmişdir.
Arif Rüstəmov
Rüstəmov Arif Sədi oğlu (5 sentyabr 1959, Yuxarı Salahlı, Qazax rayonu) — fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Bakı Dövlət Universitetinin Qazax filialinin direktoru. == Həyatı == 1959-cu il sentyabrın 5-də Azərbaycan Respublikası Qazax rayonu, Yuxarı Salahlı kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1977-ci ildə Ağstafa rayonu 1 №li orta məktəbini qızıl medalla bitirmişdir.1977-ci ildə indiki Bakı Dövlət Universitetinə qəbul olmuş, 1982-ci ildə isə oranı müvəffəqiyyətlə bitirmişdir. 1982–1985-ci illərdə Şamaxı rayonu Ərəbşalbaş kənd orta məktəbində tarix müəllimi və direktor müavini vəzifələrində işləmişdir. 1985-ci ilin iyun ayından BDU-nun indiki politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.2008–2013-cü illərdə BDU sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində işləmişdir. Politologiya və sosiologiya kafedrasının dosentidir. 4 mart 2019-cu ildən etibarən Bakı Dövlət Universitetinin Qazax filialinin direktorudur. 1990-cı ildən fəlsəfə üzrə fəlsəfə doktorudur. 2003-cü ildən dosentdir.1 kitabın, 7 dərsliyin (həmmüəllif), 50-dən artıq elmi məqalənin, tədris proqramının və metodik işin müəllifidir. 1 nəfər elmlər namizədi yetişdirmişdir.Ailəlidir, 2 övladı var.
Asif Rüstəmov
Asif Rüstəmov (rejissor)
Aslan Rüstəmov
Aslan Mahmud oğlu Rüstəmov (23 sentyabr 1932, Bakı) — Azərbaycanlı rəssam, Azərbaycan Respublikasının əməkdar rəssamı (2021), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Aslan Rüstəmov 23 sentyabr 1932-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, Stroqonov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir. Aslan Rüstəmov 1962-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Heykəltaraşın iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Aslan Rüstəmov Azərbaycanda medal incəsənətinin banilərindən biridir. O, 1979-cu ildə Macarıstanda medal simpoziumunun iştirakçısıdır. Aslan Rüstəmov 1958-ci ildən etibarən Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə "Əjdahanı öldürən Bəhram Gur" fəvvarəsinin layihəsini hazırlamışdır. Heykəltaraş Şamaxıda Seyid Əzim Şirvaninin qranit monumenti, Ulyanovsk və Almaniyada Nəriman Nərimanovun abidəsinin (1977) Bakıda Ukrayna dairəsində yerləşən Heydər Əliyevin abidəsi, Xocalı qurbanlarına ucaldılmış monument, bəstəkar Vasif Adıgözəlovun abidəsinin müəllifidir. Aslan Rüstəmov 1963-cü ildən Beynəlxalq Byennal, simpoziumların, beynəlxalq qrup sərgilərin iştirakçısıdır.
Aydın Rüstəmov
Rüstəmov Aydın Elxan oğlu (17 avqust 1997, Gəncə – 7 oktyabr 2020, Xocavənd rayonu) — Vətən Müharibəsi şəhidi. == Həyatı == Rüstəmov Aydın Elxan oğlu 17 avqust 1997-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində yerləşən 32 saylı orta məktəbi bitirib. == Təhsili == Aydın, 2015-ci ildə Universitetə qəbul olub. 2019-cu ildə, 4 kursda oxuyurkən təhsili dondurub və əsgərliyə getmək qərarına gəlib. == Hərbi xidməti == Aydın 1 il 4 ay əsgərliyini çəkərkən 27 sentyabr 2020 ildə Beylaqana ezam olunub. Rabitəçi olarkən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə travma alıb. Birinci tibbi yardım alıb və sonra yenidən döyüşlərə qatılıb. Xocavənd uğrunda gedən döyüşlərdə həlak olub. 7 noyabr tarixində Gəncə şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.
Baloğlan Rüstəmov
Baloğlan Əmrah oğlu Rüstəmov (1922-2007) — ictimai xadim, İkinci dünya müharibəsinin veteranı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Ümumdünya Müharibə Veteranları Baş Assambleyasının üzvü. 1987-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Veteranlar Şurasının sədri olmuşdur. 1994-cü ildə o, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının məsul katibi və sədr müavini, 2001-ci ildən ömrünün sonunadək qeyd olunan Şuranın sədri kimi fəaliyyət göstərmişdir. == Həyatı == Baloğlan Rüstəmov 1922-ci il iyun ayının 22-də Naxçıvanın indiki Culfa rayonunun Qazançı kəndində anadan olmuşdur. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Naxçıvan İkiillik Müəllimlər İnstitutuna daxil olmuş, lakin burada təhsilini başa vurmadan 1940-cı ildə Bakıya köçərək, 15 nömrəli fabrik-zavod məktəbinin şagirdi olmuş və eyni zamanda neft mədənlərində çalışmışdır. 1941-ci ildə könüllü olaraq ordu sıralarına yollanan Baloğlan Rüstəmov hərbi desant məktəbinə göndərilmişdir. 1941-1945-ci illər müharibəsi dövründə Baloğlan Rüstəmov Qafqazdan başlayaraq Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, alman-faşist işğalçılarına qarşı ağır döyüş əməliyyatlarının iştirakçısı olmuş, qəhrəmanlıqlar nümayiş etdirmişdir. O, müharibədən sonra – 1952-ci ildə Bakı partiya məktəbini bitirmiş, 1978-ci ildə isə Moskva Ali Həmkarlar İttifaqı Məktəbinin məzunu olmuşdur.
Basit Rüstəmov
Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. == Hərbi xidməti == Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Bayram Rüstəmov
== Həyatı == Rüstəmov Bayram Nizam oğlu 29 aprel 1954-cü ildə Bakı şəhərində anadan olmuş, 1971-ci ildə Azərbaycan Respublikası Şamaxı (İndiki Qobustan) rayonunun Nərimankənd kənd orta məktəbini bitirmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universiteti) Fizika fakültəsinin Astrofizika ixtisası üzrə ali təhsil almışdır. 1976-cı ildə təyinatla AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamış və həmin vaxtdan hal-hazıra kimi ŞAR-da elmi tədqiqatla məşğuldur.1977-ci ildə SSRİ (indiki Rusiya) E.A. Krım astrofizika rəsədxanasında praktik astrofizika ixtisası üzrə ixtisaslaşma kursu keçmişdir. 2003-cü ildə "T Buğa tipli ulduzların və FUOR-ların spektral tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və Fizika Riyaziyyat Elimləri Namizədi adını almışdır. 2004-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasıda "Səma cisimlərinin fotometriyası və polyarimetriyası" şöbəsinin müdiri vəzifəsində işləyir. AAK-ın 19.11.2014-cü il tarixli qərarı ilə astrofizika və ulduz astronomiyası ixtisası üzrə dosent elmi adı almışdır. Astrofizika sahəsində ixtisaslaşmış xarici və yerli elmi jurnallarda 36 məqalə və tezisi dərc olunmuşdur. 2004-cü ildən ŞAR Elmi Şurasının üzvüdür.2013-cü ildən AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında yaradılmış FD 01.241 FƏLSƏFƏ DOKTORU Dissertasiya Şurasının üzvü təyin olunmuşdur. == Elmi maraq dairəsi == Cavan ulduzların spektral və fotometrik tədqiqi; müasir işıqqəbuledicilərinin - CCD matrislərin fotometrik müşahidələrdə tətbiqi, rəqəmli astronomik təsvirlərin alınması və işlənməsi metodikaları "Astrofizika və ulduz astronomiyası" ixtisası üzrə iki f.ü.f.d. dissertasiya işində ikinci rəhbər, iki f.ü.f.d.
Cahangir Rüstəmov
Cahangir Rüstəmov (polkovnik) — Azərbaycan Milli Ordusunun polkovniki, alay komandiri. Cahangir Rüstəmov (rəssam) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002).
Canməmməd Rüstəmov
Canməmməd Rüstəmov (azərb. Canməmməd Nizam oğlu Rüstəmov; d. 02 mart 1951, Azərbaycan, Şamaxı rayonu, Qurbançı kəndi) — fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri fizikası və maqnetizm" şöbəsinin rəhbəri == Həyatı == Canməmməd Rüstəmov 02 mart 1951-ci il tarixində Şamaxı rayonunun Qurbançı kəndində anadan olub. 1968-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (ADU), indiki Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub. Fizika fakültəsinin nəzdində olan Astrofizika kafedrasında astrofizik kimi hazırlanmış və maqnit ulduzlarının spektral tədqiqinə həsr olunmuş diplom işini f.r.e.d. İ.Ə.Aslanovun rəhbərliyi altında yerinə yetirmişdir. Astrofizika kafedrasında R.Hüseynov, T.Əfəndiyev, C.Quluzadə, İ.A.Aslanov kimi tanınmış astronomlardan dərs almışdır. 1973-cü ildə BDU-nun Fizika fakültəsini bitirdikdən sonra 4 il orta məktəbdə fizika-riyaziyyat müəllimi işləmiş, 1977-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyasınin (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi fəaliyyətə başlamışdır. == Elmi fəaliyyəti == === AMEA N.Tusi adına ŞAR-da əmək fəaliyyəti: === 1977-1982 – “Ulduzların spektrofotometrik tədqiqi” laboratoriyasında kiçik elmi işçi; 1982-1986 – “Geniş örtüklü ulduzlar” laboratoriyasının müdir müavini; 1986-1989 – “Astronomik texnikanın modrnləşdirilməsi və təkmilləşdirilməsi” şöbəsinin müdiri; 1989-1993 – “Ulduz və dumanlıqlar” şöbəsində elmi işçi; 1993-2008 – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində böyük elmi işçi; 2008-2011 – “Səma cisimlərinin spektroskopiyası” şöbəsində aparıcı elmi işçi; 2011-2017 – “Səma cisimlərinin spektroskopiyası” şöbəsinin müdiri; 2017- dən – “Ulduz atmosferləri fizikası və magnetizm” şöbəsinin müdiri. C.N.Rüstəmov 1988-ci ildə Rusiya EA akdemiki, f.r.e.d., prof.
Cəlal Rüstəmov
Cəlal Rüstəmov (azərb. Rüstəmov Cəlal Əbdülhəkim oğlu‎) - Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuş Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun batalyonunda döyüşmüşdür. == Həyatı == Rüstəmov Cəlal Əbdülhəkim oğlu 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olmuşdur. Orta təhsilini İsmayıllı şəhərinin 3 saylı məktəbində tamamlamışdır. 1982-ci ildə Bakı Neft Kimya Texnikumuna qəbul olmuşdur. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Cəlal Rüstəmov 1983-1985-ci illərdə Moskva şəhərində hərbi xidmət keçmişdir. 1985-ci ildə hərbi xidmətini tamamlayaraq Azərbaycana qayıtmışdır. Təhsilini neft sahəsində aldığı üçün mütəxəssis kimi Tümen vilayətinə göndərilmişdir.
Eldar Rüstəmov
Eldar Səid oğlu Rüstəmov — Azərbaycan bəstəkarı.[mənbə göstərin] == Həyatı == Eldar Rüstəmov 13 iyul 1946-cı ildə anadan olub. Skripka və piano üçün Sonata (1990), "Sən gedəndən" romansı (1991), solist, xor və simfonik orkestr üçün "Heyranam, Vətən" Odası (1992), Solo skripka üçün Sonata (1994), 2 akapella xoru – "Səadət nəğməsi", "Bahar" (1996), "Düşdü yada" romansı (1998), kiçik tərkibli simfonik orkestr üçün "Meşə nağılı" Süitası (1999), "Bir də baxsan mənə" akapella xoru (2001), Xor və simfonik orkestr üçün işləmələr (1990–2001), "Подземная история" (1993), "Haqqın səsi" (1994) sənədli filmlərinə musiqi və başqa bəstələrinin müəllifidir.
Eldəniz Rüstəmov
Rüstəmov Eldəniz Nəsir oğlu — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldəniz Rüstəmov. 1977 ci ildə İmişli rayonu,Yalavac kəndində anadan olmuşdur. Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən "Vəlixan" döyüş mövqeyində öz vəzifə borcunu yerinə yetirərkən mina patlayışı zamanı həlak olmuşdur.
Elman Rüstəmov
Elman Sirac oğlu Rüstəmov (29 iyun 1952, Cəbrayıl rayonu) — Azərbaycan Respublikasının baş nazirinin müşaviri, Azərbaycan Respublikası Mərkəzi Bankının sabiq sədri və Azərbaycan Şahmat Federasiyasının sabiq prezidenti. == Həyatı == Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1973-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır. 1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur. 1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
Elnur Rüstəmov
Elnur İsmayıl oğlu Rüstəmov (1 dekabr 1986; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elnur Rüstəmov 1 dekabr 1986-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində İsmayıl Rüstəmovun ailəsində anadan olmuşdur. 1992-2003-cü illərdə Eldar Əliyev adına Beyləqan rayon Kəbirli kənd tam orta məktəbdə təhsil almışdır. 2010-cu ildən ailəli idi, İsmayıl, Nail və Azər adlı övladları yadigar qaldı. == Hərbi xidməti == Elnur Rüstəmov 2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Elnur Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elnur Rüstəmov 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Elşən Rüstəmov
Elşən Mərdan oğlu Rüstəmov (22 yanvar 1971, Masallı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012). == Həyatı == Elşən Mərdan oğlu Rüstəmov 22 yanvar 1971-ci ildə Masallı rayonunda müəllim ailəsində anadan olub. Orta məktəbi həmin rayonun Babaser kəndində oxumuşdur. 1988-ci ildə Moskvada Tikinti Məktəbinə daxil olub. İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1990–1995). Orada Rafiq Atakişiyev, Oqtay Salamov, Rafiq Əzimov, Lütfi Məmmədbəyli və Bəxtiyar Xanızadə kimi sənətkarlardan dərs almışdır. 1993-cü ildən Gənc Tamaşaçılar Teatrında işləyir. İndiyə qədər bu teatrda səhnələşdirilən 50-yə yaxın tamaşada rol alıb. Eyni zamanda digər teatrların da səhnələrində çıxış edib. Dublyaj işi ilə məşğuldur.
Emin Rüstəmov
Emin Rüstəmov (tam adı: Emim Səid oğlu Rüstəmov; ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsi == Haqqında == Emin Rüstəmov 2 may 1992-ci ildə Yevlaxda anadan olmuşdur. == Hərbi Xidməti == === İkinci Qarabağ müharibəsində iştirakı === Emin Rüstəmov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Təltifləri: Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıdığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur ndöyüşçü" medalı ilə təltif edilib.
Faiq Rüstəmov
Faiq Rüstəmov — Birinci Qarabağ müharibəsinin iştirakçısı, şəhid. Rəsulzadə qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. == Həyatı və döyüş yolu == Rüstəmov Faiq Əli oğlu, 3 iyun 1966-cı ildə Bakı şəhəri, Rəsulzadə qəsəbəsində anadan olub. 1973-cü ildə Azər Məmmədov adına 115 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Məktəbi bitirdikdən sonra 1981-ci ildə 84 nömrəli peşə məktəbinə daxil olub. 1983-cu ildə həmin peşə məktəbində avtomobil elektriki ixtisasına yiyələnib. 1984-1986-cı illərdə keçmiş Sovet ordusu sıralarında hərbi hava desantı hissəsində qulluq edib. 1988-ci ildə təhsilini Neft-Kimya İnstitutunun Energetika fakültəsinə daxil olaraq davam etdirib. Axşam təhsil aldığı üçün gündüzlər 9-cu mikrorayondakı MİS-lərdən birində elektrik işləyib. 1991-ci ilin dekabrında universitetin 4-cü kursunda olanda Milli Ordu sıralarına könüllü yazılır.
Fariz Rüstəmov
Fariz Rüstəmov — əməkdar jurnalist, "Qızıl qələm" və Həsənbəy Zərdabi mükafatları laureatı. == Həyatı == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra "Ağdaş" qəzetində işə dəvət edilib. Onun bu mətbu nəşrdə, eləcə də digər kütləvi informasiya vasitələrindəki yazılarında kənd həyatının real mənzərələri, uğurları, kəm-kəsirləri sənətkarlıqla, obyektiv surətdə əksini tapıb. Ədəbi işçi, məsul katib, rayon icra hakimiyyətində etimad göstərilən vəzifələr, nəhayət 2003-cü ildən ömrünün sonuna kimi yerli qəzetin redaktoru - onun əmək bioqrafiyası bu ardıcıllıqla davam edib. 2005-ci ildə əməkdar jurnalist adına layiq görülən Fariz Rüstəmovun yaradıcılığı Həsən bəy Zərdabi və "Qızıl qələm" və digər mükafatlarla qiymətləndirilib. 26 yanvar 2010-cu ildə 60 yaşında vəfat etmişdir. == Yaradıcılığı == Farizin ilk məqaləsi 14 yaşında "Azərbaycan pioneri" qəzetində işıq üzü görüb. Sonra bu sıraya "Kommunist" (indiki "Xalq qəzeti"), "Sovet kəndi", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "İnşaatçı" qəzetləri, "Kənd həyatı", "Müxbir", "Azərbaycan qadını" jurnalları və digər mətbu orqanlar əlavə olunub. Silsilə yazıları respublika radiosunun "Gənclik" və "Günün səsi" proqramlarında səslənib. == Mənbə == Xalq qəzeti, 2009.
Faxrəddin Rüstəmov
Faxrəddin Rüstəmov — (1 iyun 1958; Goranboy rayonu Tapqaraqoyunlu, Azərbaycan SSR — 26 avqust 1992; Goranboy rayonu) — Azərbaycan Silahlı Qüvvələri.Birinci Qarabağ müharibəsi şəhidi
Fuad Rüstəmov
Fuad Qara oğlu Rüstəmov — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1987–1990). == Həyatı == Fuad Qara oğlu Rüstəmov 1947-ci ildə anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir.Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Dəmir Yolu İdarəsində başlamış, qovşaq avtobazasının ustası, mühəndis-mexaniki, baş mexaniki, baş mühəndisi vəzifələrində işləmiş, sonra Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Sərnişin Daşımaları İstehsalat İdarəsinin baş dispetçeri, sənaye müəssisələri idarəsinin mühəndisi, yük daşımaları idarəsinin aparıcı böyük mühəndisi, idarə rəisinin müavini vəzifələrində çalışmışdır. Təqribən iki il elmi-tədqiqat işi ilə məşğul olmuşdur.Fuad Rüstəmov 1981-ci ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Avtomobil Nəqliyyatı Birliyinin ("Bakısənayenəqliyyat") baş direktoru vəzifəsinə irəli çəkilmişdir. 1987-ci ilin dekabr ayından isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri vəzifəsində işləmişdir.
Füzuli Rüstəmov
Füzuli Salah oğlu Rüstəmov (25 dekabr 1965, Mirbəşir rayonu – 26 fevral 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi. == Həyatı == Füzuli Salah oğlu Rüstəmov 25 dekabr 1965-ci il Tərtər rayonunda anadan olmuşdur. Ata və anasını erkən itirən Füzuli Xocalıda babası Kərim kişinin himayəsində böyümüşdür. Burada səkkizillik məktəbi bitirən Füzuli ağır şəraitdə yaşadığından məktəbi bitirən kimi işləməyə başlayır. == Döyüşlərdə iştirakı == Qəlbi daima Vətən eşqi ilə dolu olan Füzuli 1989-cu ildə kəndlərinə yaxın olan erməni postuna hücum edərək oranı dağıtmışdı. Bundan ötrü ona 4 ay həbs cəzası verildi. 1990-cı ildə ermənilərin Xankəndinə gedişinin qarşısını almaq üçün Xocalı aerportunu partlatmaq lazım gəldi. Dörd nəfərlik qrup yaradılanda Füzuli də bu qrupun üzvü oldu və əməliyyatı uğurla başa vurdular. Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Füzuli Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyevi də yaralı vəziyyətdə döyüş meydanından çıxarmağa müvəffəq olmuşdu. Neçə-neçə insanı xilas edən cəsur döyüşçü boynundan ağır güllə yarası aldı, onu Ağdam Mərkəzi Xəstəxanasına çatdırsalar da, artıq gec idi Füzuli xeyli qan itirmişdi.
Adil Rüstəmov (kəşfiyyatçı)
Adil Əmrah oğlu Rüstəmov (1963, Zəngilan – 10 dekabr 1992, Şayıflı, Zəngilan rayonu) — Qarabağ müharibəsi şəhidi; rota və kəşfiyyat komandiri. == Həyatı == Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub. Atasının işi ilə əlaqədar uşaqlıq və yeniyetmə çağları İmişli rayonunda keçib. Bəhrəmtəpə 8 illik məktəbini, 1983-cü ildə isə Bakı Politexnik Texnikumunu bitirib. Qazaxıstanın Şevçenko şəhərində milis serjantı rütbəsində hərbi xidmətdə olub. Nazirlər Soveti sədrinin şəxsi mühafizə dəstəsinə qəbul edilib. 1990-cı illərdə Zəngilana qayıdıb. "Ziya" adlı kiçik müəssisə yaradıb. Müəssisəsinin imkanları ilə Milli Orduya 20.000 manat, şəhid Pirqulu İsmayılovun ailəsinə isə ayda 2.500 manat yardımlar edib. Daha sonra Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib.
Afaq Rüstəmova
Afaq Rüstəmova — fəlsəfə elmləri doktoru, AMEA Fəlsəfə İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfi problemləri” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru. Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M.F.Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M.F.Axundov adına APRDƏİ-nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə “Tərz kateqoriyasının rus dilində məna və formaları, onların Azərbaycan dilində müvafiq ifadə üsulları” (10.02.01 - Rus dili, 10.02.02 - Azərbaycan dili) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə “Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil” (09.00.11 - Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “rus və xarici dillər” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992- ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Hazırda Fəlsəfə və Hüquq İnstitutu Sosial fəlsəfə şöbəsinin baş elmi işçisidir. Ailəlidir, iki övladı var.
Akif Rüstəmov (alim)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif Rüstəmov (alpinist)
Akif Rüstəmov — məşhur azərbaycanlı alpinist. == Həyatı == Keçmiş SSRİ-nin yeddi min metrlik beş zirvəsindən dörüdünü - İsmayıl Somoni - (7495 m), Korjenev (7135 m), Xantenqri (7010 m) və İbn-Sina zirvələrini (7130 m) fəth etmiş yeganə azərbaycanlıdır. 2003-cü ildə Tyan-Şanda 4700 metr hündürlüyü olan adsız zirvəyə ilk dəfə qalxan Azərbaycan alpinistlərinin kapitanı olub. 19 avqust 2009-cu ildə vəfat etmişdir.
Akif Rüstəmov (jurnalist)
Akif Rüstəm oğlu Rüstəmov (19 dekabr 1939, Ağdam) — filologiya üzrə fəlsəfə doktoru, professor. == Həyatı == Akif Rüstəm oğlu Rüstəmov 19 dekar 1939-cu ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1947-ci ildə Ağdam şəhər 1 saylı orta məktəbə daxil olmuş, 1957-cii ilde Ağdam şəhər 5 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. Akif Rüstəmov orta məktəbdə oxuyarkən Ağdamda çıxan "Lenin yolu" qəzeti ilə əməkdaşlıq etmişdir. İlk yazısı "Uzaq sahillərdə" bədii filmi haqqında yazdığı təəssürat olmuşdur. Akif Rüstəmov 1964–1969 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində ali təhsil almışdır. Akif Rüstəmov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində baş laborant (1969–1975), jurnalistikanın nəzəriyyəsi və təcrübəci kafedrasında müəllim, baş müəllim, dosent (1975–1989), jurnalistika fakültəsinin dekanı (1989–1999) vəzifələrində çalışmışdır. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur. Akif Rüstəmov 1982-ci ildə Tiflisdə namizədlik dissertasiyası müdafiə etmişdir. Akif Rüstəmov beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir.
Akif Rüstəmov (rejissor)
Rüstəmov Akif Zəbi oğlu — Azərbaycan rejissoru, ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000). == Həyatı == Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib (1968). "Azərbaycanfilm" kinostudiyasında çəkilən bir çox filmlərin II rejissorudur. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Uşaqlığın son gecəsi (film, 1968) Sevil (film, 1970) Gün keçdi (film, 1971) Qızıl qaz (film, 1972) Nəsimi (film, 1973) Dədə Qorqud (film, 1975) Dərviş Parisi partladır (film, 1976) Şir evdən getdi (film, 1977) Babək (film, 1979) Birisigün, gecəyarısı... (film, 1981) Nizami (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Bağ mövsümü (film, 1985) Burulğan (film, 1986) Təxribat (film, 1989) Qonaq-qaralı ev (film, 1992) O dünyadan salam (film, 1991) Ölüm növbəsi (film, 2009) Mənim ağ şəhərim (film, 1993) Nə gözəldir bu dünya... (film, 1999) Güllələnmə təxirə salınır!...
Arif Rüstəmov (əsgər)
Arif Rüstəmov (Rüstəmov Arif Seymur oğlu) — Salyan rayonunda İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Arif Rüstəmov 11 oktyabr 2001-ci ildə Salyan şəhərində anadan olmuşdur 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olmuşdur == Hərbi xidməti == Arif Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən şəhidimiz 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsinə qatılıb. == İkinci Qarabağ müharibəsində iştirakı == Arif Rüstəmov Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
Asif Rüstəmov (rejissor)
Rüstəmov Asif Tofiq oğlu (20 oktyabr 1975) — Azərbaycan rejissoru. == Həyatı == Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. İqtisad Universitetində (1992-1995), ADMİU-da (2000-2004), AVANTİ kurslarında təhsil alıb (2003-2004). Azərbaycanfilm kinostudiyasında (2002-2004), Lider TV-də (2004-2005), ButaFilm-də (2005), İctimai TV-də (2005-2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir. Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür.
Asif Rüstəmov (şəhid)
Rüstəmov Asif Rüstəm oğlu (5 avqust 1956, Keştazlı, Ağdam rayonu – 10 sentyabr 1992, Çıldıran, Kəlbəcər rayonu) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Asif Rüstəm oğlu Rüstəmov 1956-cı ilin avqust ayının 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirdikdən sonra, Rusiya Federasiyasının Kirov vilayətinə əsgəri xidmətinə göndərilib. Hərbi xidmətini başa vurduqdan sonra, bir müddət rusiyada qalıb. 1980-ci ilin ortalarında Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini kimi qanlı döyüşlərdə iştirak edib. 1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub. Üç övladı və dörd nəvəsi var.
Aşıq İsfəndiyar Rüstəmov
İsfəndiyar Rüstəmov (1 iyul 1937, Gərgər, Gədəbəy rayonu – 9 fevral 2018, Bakı) — Azərbaycanlı ustad aşıq, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü. == Həyatı == İsfəndiyar Ədil oğlu Rüstəmov 1 iyul 1937-ci ildə Gədəbəy rayonunun Gərgər kəndində doğulub. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra aşıq sənəti ilə məşğul olmağa başlayıb. Lap erkən yaşlarından aşıq sənəti ilə məşğul olan İsfəndiyarın da ilk ustadı atası Ədil kişi olub. O, atasının yanında 5 il sənət öyrəndikdən sonra müstəqil sənətkar kimi fəaliyyətə başlayır.1958-ci ildə SSRİ-nin 50 illik yubileyi münasibəti ilə keçirilmiş festivalda birinci dərəcəli diplom və döş nişanına layiq görülüb. 1964-cü ildə 9 nəfər gənc aşığı ətrafına toplayaraq ansambl yaradıb, bu ansambl tezliklə Azərbaycanda məşhurlaşmağa başlayıb. 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi münasibəti ilə Moskvada keçirilən tədbirdə Azərbaycandan olan nümayəndə heyətinə Aşıq İsfəndiyarın rəhbərlik etdiyi ansambl da daxil idi. Ansambl orada uğurla çıxış edərək Aşıq Ələsgərin yubiley medalına layiq görülüb. 1975–1977-ci illərdə keçirilən Ümumittifaq Festivalında da bu ansambl məharətlə çıxış edib, 9 nəfər aşığın hər biri "Qızıl medal"a layiq görülüb.
Aşıq Əhməd Rüstəmov
Aşıq Əhməd Rüstəmov (1920, Kürdəmir rayonu – 12 avqust 2008, Kürdəmir) — Azərbaycan aşığı, "Azərbaycan SSR-in Əməkdar mədəniyyət işçisi", Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyat və yaradıcılığı == Aşıq Əhməd Rüstəmov 1920-cü ildə Kürdəmir rayonunun Carlı kəndinda doğulub.Daha balaca uşaqkən anasından bir sıra şerlər öyrənmişdir , öz dili ilə desək anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən Aşıq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində çalıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyirdi. «Seydi və Kərəm» dastanını da mən anamdan öyənmişəm. 1930-cu ildə ibtidai məktəbə qəbul edilib. 1936-cı ildən başlayaraq taxtadan bir saz qondarıb, qonumqonşuda, bayramda, çilə çıxaran qızların məclisində çalıb oxuyarmış. Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci ildə müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, arxa cəbhəyə qaytarıldım. Gələn gündən bəri Kürdəmir mədəniyyət şöbəsində aşıqlar ansanblına rəhbərlik etmişəm. Çoxlu şagirdim olub. İlk şeirlər kitabım 1965-ci ildə Azərnəşr»də nəşr olunub – «Sazımın telləri». 1980-ci ildə «Əlləriniz yorulmasın » adlı kitabım «Yazıçı» nəşriyyatında işıq üzü görüb.
Cahangir Rüstəmov (polkovnik)
Rüstəmov Cahangir İsgəndər oğlu — keçmiş Sovet ordusunun "Qırmızı Ulduz" ordeni nişanlı batalyon komandiri olmuş, ölmündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Milli Ordumuzun hərbçi polkovniki, alay komandiri. == Həyatı == Cahangir Rüstəmov 1939-cu ildə Gədəbəyin Düz Rəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. Cahangir Rüstəmov 1991-ci ildə Şəmkirin Dəllər qəsəbəsindəki hərbi aerodromda 35 il sovet ordusunda xidmət keçəndən sonra, 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. sovet ordusunun ali ordeni olan "Qırmızı Ulduz" nişanı ilə təltif edilmişdir. Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə qayıdaraq Azərbaycan Milli ordusunun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C. Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib.
Cahangir Rüstəmov (rəssam)
Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa – 13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyat və yaradıcılığı == Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 41.12 dəfə / 1 mln.
2002 •••••••••••••••• 47.97
2003 •••••••••••••• 43.31
2004 •••••••• 24.26
2005 •••••••••••••••• 49.26
2006 •••••••••••• 35.36
2007 •••••••••••••••••• 54.97
2008 •••••••••••• 35.08
2009 •••••••••••• 34.24
2010 •••••••••••••• 41.03
2011 •••••••••••••• 40.92
2012 ••••••••••• 33.82
2013 •••••••••••• 36.91
2014 •••••••••••••• 41.02
2015 ••••••••••••• 39.13
2016 •••••••••••••••••••• 62.13
2017 •••••••••••••• 42.76
2018 •••••••••••••• 42.70
2019 ••••••••••••• 38.53
2020 ••••••••••••••••• 49.73

"rüstəmov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rüstəmov nədir? #rüstəmov sözünün mənası #rüstəmov nə deməkdir? #rüstəmov sözünün izahı #rüstəmov sözünün yazılışı #rüstəmov necə yazılır? #rüstəmov sözünün düzgün yazılışı #rüstəmov leksik mənası #rüstəmov sözünün sinonimi #rüstəmov sözünün yaxın mənalı sözlər #rüstəmov sözünün əks mənası #rüstəmov sözünün etimologiyası #rüstəmov sözünün orfoqrafiyası #rüstəmov rusca #rüstəmov inglisça #rüstəmov fransızca #rüstəmov sözünün istifadəsi #sözlük