Rüstəmzadə sözü azərbaycan dilində

Rüstəmzadə

Yazılış

  • Rüstəmzadə • 99.3730%
  • RÜSTƏMZADƏ • 0.6270%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emin Rüstəmzadə
Hicran Rüstəmzadə
Hicran Rüstəmzadə (1960) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən (2016-2017). == Hərbi xidməti == Hicran Rüstəmzadəyə 2016-cı il martın 29-da müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2017-ci il yanvarın 25-nə qədər bu vəzifəni icra edib.
Rüfət Rüstəmzadə
Rüfət Rüstəmzadə (d.20 sentyabr 1975, Bakı şəhəri) Rüfət Bünyat oğlu Rüstəmzadə 20 sentyabr 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində almışdır. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışır. 2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olmuşdur. Rüfət Rüstəmzadə 2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib. 2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb. Rüfət Rüstəmzadə 2014-cü ilin dekabr ayından 2018-ci ilin fevral ayınadək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləmişdir. Dövlət qulluğunun baş müşaviridir. 2018-2020-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsini icra edib.
Rüstəm Rüstəmzadə
Rüstəm Rüstəmzadə (bəstəkar) — Azərbaycan bəstəkarı. Rüstəm Rüstəmzadə (folklorşünas) — Azərbaycan folklorşünası.
Süleyman Rüstəmzadə
Süleyman Rüstəm (tam adı: Süleyman Əliabbas oğlu Rüstəmzadə; 12 mart 1906, Novxanı, Bakı qəzası – 10 iyun 1989, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), "Stalin" mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü. Süleyman Rüstəm Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir. O, 1971–1989-cu illərdə Azərbaycan SSR Ali Sovetinin sədri olmuşdur. Süleyman Rüstəm 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru (1937–1938), "Ədəbiyyat qəzeti"nin baş redaktoru olmuşdur. Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinə, "Azərbaycan", "Kirpi" jurnallarının və "Советский писатель" (sovetskiy pisatel)" redaksiya heyətlərinə üzv seçilmişdir. Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunmuşdur.
Vilayət Rüstəmzadə
Rüstəmzadə Vilayət Məhəmməd oğlu (12 avqust 1937, Bala Muğanlı, Lüksemburq rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968). 1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmişdir. Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur (1968-71). Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris etmişdir. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, "Azərnəşr"də, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləmişdir. SSRİ xalq artisti İsmayıl Dağıstanlı qayınatasıdır. İlk mətbu şeiri - "Tut kötüyü" 1956-cı ildə Marneulidə - "Stalin yolu" qəzetində çap olunmuşdur.
Zemfira Rüstəmzadə
Zemfira Paşa qızı Rüstəmzadə (18 noyabr 1935, Bakı – 28 yanvar 1996, Sankt-Peterburq) — hüquq müdafiəçisi, filologiya elmlərində fəlsəfə doktoru Zemfira Paşa qızı Rüstəmzadə 1935-ci ildə Bakı şəhərində dünyaya pənah gətirmişdi. Orta məktəbi bitirəndən sonra APİ-yə qəbul olmuşdu. İnstitutun dil-ədəbiyyat fakültəsini tamamlayandan sonra elmi işlə məşğul olmuşdu. Sankt-Peterburq şəhərində yaşayırdı. Z. Rüstəmbəyova filologiya elmləri namizədidir. "Müdafiəçi" 1997, "M. M. Şerbatovun həyat və yaradıcılığı" 2007, adlı kitabları var. Zemfira Rüstəmzadə 1996-cı ildə vəfat edib. Zemfira Rüstəmzadə professor, Mədəniyyətşünaslıq doktoru, RAEN-nin akademiki, Rusiya Yazıçılar ittifaqının üzvü Yuri Pompeyovla ailə qurmuşdu. Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim", 2008, 164 səh.
İlkin Rüstəmzadə
İlkin Bəkir oğlu Rüstəmzadə (2 avqust 1992, Gəncə) — Azərbaycan ictimai-siyasi fəalı, yazıçısı, keçmiş siyasi məhbusu. O, 2014-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Rüstəmzadə bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbusu" kimi tanınmışdır. İlkin Rüstəmzadə 2 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin informatika və idarəetmə fakultəsinin "Menecment" ixtisasına daxil olmuşdur, lakin 2013-cü ildə həbs olunması səbəbiylə bu universiteti yalnız azadlığa çıxdıqdan və universitetə bərpa olunduqdan sonra, 2019-cu ildə məzun olmuşdur. İlkin Rüstəmzadə 2020-ci ilə qədər "NİDA" Vətəndaş Hərəkatının üzvü olmuşdur. İlkin Rüstəmzadə 2013-cü ildə 13 yanvar tarixində keçirilən "Əsgər ölümlərinə son" və 26 yanvarda keçirilən "İsmayıllı və Binəyə dəstək" aksiyalarının təşkilatçısı olmuşdur. O, 10 mart 2013-cü il tarixində keçirilən növbəti "Əsgər ölümlərinə son" aksiyasından bir gün əvvəl saxlanılaraq inzibati qaydada həbs olunmuşdur. Həmin aksiya ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin başlatdığı cinayət işində digər 7 "NİDA" üzvü ilə birlikdə təqsirləndirilib və 17 may 2013-cü ildə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həbs olunmuşdur. 2014-cü ilin may ayının 6-da NİDA Hərəkatının digər üzvləri ilə birlikdə təqsirləndirildiyi məhkəmə tərəfindən 8 illik azadlıqdan məhrum olunmuşdur.
Rüstəm Rüstəmzadə (bəstəkar)
Rüstəm Rüstəmzadə — bəstəkar. Bəstəkar Rüstəm Rüstəmzadə hazırda Rusiyada yaşayır. Bəstəkar Qara Qarayevin yetirməsidir (1977). Rusiya Bəstəkarlar İttifaqının üzvüdür.
Rüstəm Rüstəmzadə (folklorşünas)
Rüstəmzadə Rüstəm Bayraməli oğlu (27 mart 1930, Poylu – 20 oktyabr 2014, Poylu, Ağstafa rayonu) — şair, folklorşünas, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1964), əmək veteranı (1989), filologiya elmləri doktoru (1989), professor (1990). Rüstəm Rüstəmzadə 1930-cu il martın 27-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. Burada ilk təhsil alsa da, Bakı şəhəri 132 saylı orta məktəbi bitirmişdir. Qazax Müəllimlər İnstitutunu başa vurandan sonra Ağsu rayonunun Pirhəsənli (1950–1951), Masallı rayonunun Təhləli kəndlərində orta məktəbin dərs-hissə müdiri işləmişdir (1952–1953). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsilini davam etdirmişdir (1953–1957). Poylu stansiyası səkkizillik məktəbində dərs hissə müdiri olmuşdur (1953–1961). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. "Azərbaycan kəndli hərəkatı haqqında qəhrəmanlıq nəğmələri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş (1966), institutun xalq yaradıcılıq şöbəsində baş elmi işçi kimi çalışmışdır (1967). Gəncə Dövlət Pedaqoji İnstitutunun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent olmuşdur (1967–1988). "Azərbaycan tarixi qəhrəmanlıq dastanları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür (1989).

Oxşar sözlər

#rüstəmzadə nədir? #rüstəmzadə sözünün mənası #rüstəmzadə nə deməkdir? #rüstəmzadə sözünün izahı #rüstəmzadə sözünün yazılışı #rüstəmzadə necə yazılır? #rüstəmzadə sözünün düzgün yazılışı #rüstəmzadə leksik mənası #rüstəmzadə sözünün sinonimi #rüstəmzadə sözünün yaxın mənalı sözlər #rüstəmzadə sözünün əks mənası #rüstəmzadə sözünün etimologiyası #rüstəmzadə sözünün orfoqrafiyası #rüstəmzadə rusca #rüstəmzadə inglisça #rüstəmzadə fransızca #rüstəmzadə sözünün istifadəsi #sözlük