rüsum sözü azərbaycan dilində

rüsum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rüsum • 96.9040%
  • Rüsum • 3.0186%
  • RÜSUM • 0.0774%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rüsum
Rüsum (ərəb. "rəsm", "vergi", "gömrük", "kirayə haqqı") — orta əsrlərdə bir sıra Şərq ölkələrində, o cümlədən Azərbaycanda, ümumiyyətlə vergi, gömrük mənasında işlədilmiş termin. Bəzən rüsumat da adlandırılmışdır.
Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Gömrük rüsumu
Gömrük rüsumu — Malların gömrük dəyərinə görə faizlə hesablanması. Tətbiq olunduğu obyektə görə rüsumlar idxal, ixrac və tranzit rüsumlarına bölünür. İdxal rüsumları əsasən, idxal olunmuş mallar daxili bazarda sərbəst dövriyyə üçün buraxıldığı hallarda tətbiq olunur. Bu rüsumlar demək olar ki, bütün ölkələr tərəfindən daxili bazarın xarici rəqabətin zərərli təsirindən qorunması məqsədi ilə tətbiq olunur. == İxrac rüsumu == İxrac rüsumları nisbətən az, əsas etibarı ilə strateji əhəmiyyətli məhsulların ixracı samanı tətbiq olunur.ABŞ da ixrac rüsumlarının tətbiqi konstitusiya ilə qadağan olunur. == İdxal rüsumu == İdxal rüsumlarının ayrı-ayrı ölkələrin iqtisadiyyatına təsiri müxtəlif olub ölkənin dünya təsərrüfatındakı iqtisadi çəkisi ilə müəyyən olunur. Qeyd etmək lazımdır ki, o ölkələrin iqtisadiyyatı kiçik hesab olunur ki, bu ölkədə idxal mallarına tələbin dəyişməsi dünya qiymətlərinin dəyişməsinə səbəb olmur. Azərbaycan iqtisadiyyatının da kiçik iqtisadiyyat olduğunu nəzərə alaraq idxal rüsumlarının kiçik iqtisadiyyatlara təsirini araşdıraq. Məlumdur ki, idxal mallarına rüsumların tətbiqi daxili bazarda bu malların qiymətini artıracaq. Nəticədə həmin malların ölkə daxilində istehsalı artacaq, idxal mallarına tələb isə azalacaq.Bu idxalın həcminin azalmasına səbəb olacaq, çünki, daxili təkliflə daxili tələbin həcmi arasındakı fərq azalır.
Rüsumsuz Ticarət Mağazaları
Rüsumsuz Ticarət Mağazası (ing. Duty Free Shop) — mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimi. Bu rejim altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır. RTM-rı beynəlxalq sərnişin daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər. RTM-nı aşağıdakı tələblərə cavab verən müəssisə və təşkilatlar təsis edə bilər: Hüquqi statusunun olması; Azərbaycan Respublikasında yerləşməsi; Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq təsis edilməsi; RTM-sı təsis etmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin lisenziyasının olması: (lisenziyanın verilməsi qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən olunur). rüsumsuz ticarət mağazasında xarici valyuta ilə nağd qaydada əməliyyatlar aparmaq üçün Milli bankın lisenziyasının olması.RTM-nın ərazisi (satış zalları, köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır və buradan alınan mallar Azərbaycan Respublikasından çıxarılmalıdır. Rüsumsuz ticarət mağazası gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi daşıyır. == RTM yerləşdiyi yerə və təchiz edilməsinə tələblər == RTM-nın aşağıdakı nəzərdə tutulmuş tikililəri olmalıdır: satış zalı (satış zalları); köməkçi tikililər; RTM-nın anbarı.RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir, həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir. RTM-nın satış zalları gömrük nəzarəti xəttindən sonra elə yerləşməlidir ki, Azərbaycan Respublikası ərazisinə gələn fiziki şəxslərin həmin zallara daxil olması mümkün olmasın. Mağazanın satış zalları, köməkçi tikililəri və anbarı lazımi yanğın söndürən və mexaniki mühafizə vasitələri, həmçinin müvafiq siqnalizasiya ilə təchiz edilməlidirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.59 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 10.28
2003 •••••• 2.76
2004 •••••••• 3.71
2005 •••••••••••••••• 8.10
2006 ••••••••• 4.73
2007 ••••••••••••• 6.34
2008 •••••• 2.92
2009 •••••• 2.72
2010 •••••• 2.90
2011 •••••••••• 4.98
2012 •••••••• 4.13
2013 •••••••• 3.94
2014 ••••••• 3.26
2015 •••••• 2.89
2016 •••••••••••••• 6.94
2017 •••••••••• 5.20
2018 •••••••••• 5.24
2019 •••••••••••••••••••• 10.57
2020 •••••• 2.92

rüsum sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] bax rəsm 2-ci mənada. Ancaq bu qudalıq rüsumunun başqa bir mənası nəzərdə tutulurdu. R.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / rüsum
  • 2 is. [ər. “rəsm” söz. cəmi] Gətirilən və çıxarılan mallardan və s.-dən alınan dövlət vergisi; rüsumat. Gömrük rüsumu. // Dövlət tərəfindən tənzim edilən bəzi əməliyyat üçün alınan pul. Pasportu qeydetmə rüsumu. Gerb rüsumu.

    Azərbaycan dilinin izahlı lüğəti / rüsum

rüsum sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 RÜSUM [Molla Həmid:] ..dərviş Abbasın öhdəsinə lüqərrədir ki, hər axşam bu xoruzu gətirib, haman gördüyünüz rüsumu cari edib bir təzə yerdə bağlasın (M.F.Axundzadə); BAC Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi (“Koroğlu”); RÜSUMAT Hələ İrana girdikləri dünəndir, gömrük rüsumatını tamamilə ləğv etmişdir (M.S.Ordubadi); GÖMRÜK.

    Azərbaycan dilinin sinonimlər lüğəti / rüsum

rüsum sözünün rus dilinə tərcüməsi

  • 1 1. пошлина, сбор; 2. пошлинный;

    Azərbaycanca-rusca lüğət / rüsum
  • 2 1 I сущ. пошлина: 1. государственный денежный сбор с ввозимых и вывозимых товаров, имущества. Gömrük rüsumu таможенная пошлина, rüsum almaq взыскивать пошлину 2. денежный сбор за некоторые операции, регулируемые государством. Pasportu qeydetmə rüsumu пошлина за прописку паспорта, nikahkəsmə rüsumu пошлина за регистрацию брака II прил. пошлинный. Rüsum gəlirləri пошлинные доходы, rüsum toplama пошлинный сбор 2 сущ. церемония, см. rəsm, 2

    Azərbaycanca-rusca lüğət / rüsum

rüsum sözünün inglis dilinə tərcüməsi

  • 1 i. duty, customs pl., tax; dues pl.; gömrük (xana) ~u custom-house duty; liman ~u harbour dues; ~ qoymaq to impose tax (on); ödənilmiş ~ duty-paid; qadağan olunmuş ~ prohibitory duty; idxal ~u import duty; ixrac ~u export duty; məhkəmə ~u costs, legal expenses

    Azərbaycanca-ingiliscə lüğət / rüsum

rüsum sözünün fransız dilinə tərcüməsi

rüsum sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. кил. rəsm 2).

    Azərbaycanca-ləzgicə lüğəti / rüsum
  • 2 [ər. “rəsm” söz. cəmi] сущ. пошлина (гьукуматди масанай гъизвай ва масаниз тухузвай товаррал, затӀарал ва я бязи крарал эцигна къачудай девлетдин налог; пул).

    Azərbaycanca-ləzgicə lüğəti / rüsum

rüsum sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. «rəsm» c. 1) rəsmlər; 2) bax rüsumat (3-cü mənada).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rüsum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rüsum nədir? #rüsum sözünün mənası #rüsum nə deməkdir? #rüsum sözünün izahı #rüsum sözünün yazılışı #rüsum necə yazılır? #rüsum sözünün düzgün yazılışı #rüsum leksik mənası #rüsum sözünün sinonimi #rüsum sözünün yaxın mənalı sözlər #rüsum sözünün əks mənası #rüsum sözünün etimologiyası #rüsum sözünün orfoqrafiyası #rüsum rusca #rüsum inglisça #rüsum fransızca #rüsum sözünün istifadəsi #sözlük