rüsvay sözü azərbaycan dilində

rüsvay

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rüsvay • 97.6526%
  • Rüsvay • 2.3474%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Xixon rüsvayçılığı
Qərbi Almaniya-Avstriya futbol qarşılaşması, 1982 FİFA Dünya kuboku çərçivəsində 25 iyun 1982-ci ildə İspaniyanın Xixon şəhərindəki El Molinon stadionunda oynanılan və 1-0 Qərbi Almaniyanın qalibiyyəti ilə nəticələnən qarşılaşmadır. Bu oyun, tarixə qara bir ləkə olaraq keçməsi ilə yanaşı futbolda qayda dəyişikliklərinin baş tutmasına səbəb olan oyunlardan biri olmuşdur. Bu oyun Alman futbol tarixinə Nichtangriffspakt von Gijón (Xixon aqressiyasızlıq müqaviləsi) və Schande von Gijón (Xixon rəzaləti) olaraq keçmişdir. == Oyun öncəsi == Qeyd: O illərdəki sistemə görə qalibiyyətə 2, bərabərliyə isə 1 xal verilirdi. Xallar bərabər olduqda isə ilk olaraq qol fərqi nəzərə alınırdı.Qərbi Almaniya, Avstriya, Əlcəzair və Çilidən ibarət 2-ci qrupda Əlcəzair ilk oyununda Almaniyanı 2-1 məğlub edərək kubokda bir Avropa komandasını məğlub edən ilk Afrika komandası oldu. Əlcəzair Çili ilə oyunu bir gün əvvəl qalibiyyətlə başa vurmuşdu. Qrupdakı son oyun Qərbi Almaniya ilə Avstriya arasında oynanılacaqdı. Qərbi Almaniyanın Avstriyanı 1-0, ya da 2-0 məğlub etməsi halında, Qərbi Almaniya və Avstriya top fərqi ilə Əlcəzairi üstələyəcəkdi. Qərbi Almaniyanın 3, ya da daha çox fərqlə qazanması halında Avstriya, oyunun heç-heçə, ya da Avstriyanın qalibiyyəti ilə bitməsi halında isə Qərbi Almaniya qrupda qalaraq kubokdan kənarlaşacaqdı. == Oyunun xülasəsi == Oyunda Qərbi Almaniya 10-cu dəqiqədə Hörst Hröbeskin qolu ilə 1-0 önə keçdi və oyunun davamında hər iki komanda oyunun bu hesabla bitməsi üçün əlindən gələni etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.30 dəfə / 1 mln.
2003 •••••••••••• 2.76
2005 •••••• 1.35
2006 •• 0.45
2007 ••• 0.63
2009 •••••• 1.28
2010 •••••••••••• 2.63
2011 •••••• 1.20
2012 •••• 0.86
2013 •••••••••••••••••••• 4.67
2014 •••••• 1.37
2015 •••• 0.85
2016 ••• 0.52
2017 ••• 0.49
2018 0.15
2019 •••••••• 1.67
2020 ••••• 1.06

rüsvay sözünün leksik mənası və izahı

  • 1 is. 1. Biabır olma, abırsızlıq, heysiyyətdən düşmə, abırdan düşmə. Nə çəmən cümlə cahandır məni-rüsvayə qəfəs. S.Ə.Şirvani. // klas. Bu sözlə bağlı olan birləşmələrin birinci tərkib hissəsi; məs.: rüsvayi-dünya, rüsvayi-eşq, rüsvayi-xəlq. Axır elə oldum rüsvayi-aləm; Düşmən tənə eylər, dost qınar məni. Q.Zakir. □ Rüsva(y) etmək (eləmək) – abırdan salmaq, adını ləkələmək, biabır etmək (eləmək). [Əsli:] Nə gəzirsən məlul-məlul bu yerdə; Aman Kərəm, məni rüsvay eyləmə! “Əsli və Kərəm”. [Saray qızları:] Sevda?! Bu nədir, Sevda?! Etdin bizi sən rüsva. H.Cavid. [Seyfəli:] Allah sizi kəssin, bizi el içində … rüsvay elədiniz! B.Bayramov. Rüsva(y) olmaq – biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, abırdan düşmək, adı ləkələnmək. [Ağa Mərdan:] Bir az ürəkli olsun, yoxsa mürafiə vaxtında, qorxuram, iqrara qadir olmuya, rüsva olaq! M.F.Axundzadə. Bir dərd əhli heç tapmadım burada; Nahaq yerə rüsvay oldum arada. Molla Cuma. [Yaxşı:] Mən bütün dünyada rüsvay olaram. C.Cabbarlı. Rüsvayi-aləm (cahan) etmək (eləmək) – cəmiyyət içərisində adını batırmaq, hörmətdən salmaq, biabır eləmək. Rüsvayi-aləm (cahan) olmaq – bax rüsva(y) olmaq. Mən belə rüsvayi-cahan olduğumu bilməzdim. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / rüsvay

rüsvay sözünün sinonimləri (yaxın mənalı sözlər)

rüsvay sözünün rus dilinə tərcüməsi

  • 1 срам, позор, бесчестье

    Azərbaycanca-rusca lüğət / rüsvay
  • 2 сущ. опозорение; обесчещение, обесчещивание; rüsvay etmək (eləmək) kimi обесчещивать, обесчестить, позорить, опозорить кого; rüsvay olmaq обесчещиваться, обесчеститься, быть обесчещенным; позориться, опозориться, быть опозоренным

    Azərbaycanca-rusca lüğət / rüsvay

rüsvay sözünün inglis dilinə tərcüməsi

  • 1 i. shame, disgrace, infamy, dishonour; ~ etmək to disgrace (d.), to be* a disgrace (to), to bring* dishonour (on); (sözlə) to defame (d.); ~ olmaq to disgrace oneself, to be* disgraced

    Azərbaycanca-ingiliscə lüğət / rüsvay

rüsvay sözünün fransız dilinə tərcüməsi

  • 1 is. honte f ; déshonneur m ; ~ eləmək déshonorer vt, discréditer vt ; faire honte (à qn) ; bafouer vt ; ~ olmaq couvrir (se) de honte ; recevoir (un) échec à son honneur, perdre son honneur

    Azərbaycanca-fransızca lüğət / rüsvay

rüsvay sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. русвагь (русвагь хьунухь, беябур хьунухь, абурсузвал, абурдай аватун); rüsva(y) etmək (eləmək) русвагь авун, абурдай вегьин, беябур авун, тӀвар кьацӀурун, беябурун; rüsva(y) olmaq русвагь хьун, абурдай аватун, беябур хьун, батӀлам хьун, тӀвар кьацӀун; rüsvayi-aləm (cahan) etmək (eləmək) вири алемдиз русвагь авун, жемятдин арада тӀвар кьацӀурун (цуру авун), гьуьрметдай вегьин, беябур авун; rüsvayi-aləm (cahan) olmaq вири алемдиз русвагь хьун (кил. rüsvay olmaq).

    Azərbaycanca-ləzgicə lüğəti / rüsvay

rüsvay sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

RÜSVA(Y) f. biabır, bədnam.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rüsvay" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rüsvay nədir? #rüsvay sözünün mənası #rüsvay nə deməkdir? #rüsvay sözünün izahı #rüsvay sözünün yazılışı #rüsvay necə yazılır? #rüsvay sözünün düzgün yazılışı #rüsvay leksik mənası #rüsvay sözünün sinonimi #rüsvay sözünün yaxın mənalı sözlər #rüsvay sözünün əks mənası #rüsvay sözünün etimologiyası #rüsvay sözünün orfoqrafiyası #rüsvay rusca #rüsvay inglisça #rüsvay fransızca #rüsvay sözünün istifadəsi #sözlük