Rəncbərlər sözü azərbaycan dilində

Rəncbərlər

Yazılış

  • Rəncbərlər • 94.7368%
  • rəncbərlər • 3.7594%
  • RƏNCBƏRLƏR • 1.5038%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəncbərlər
Rəncbərlər — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Rəncbərlər kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Ağcabədi rayonunun Rəncbərlər kəndi Hüsülü kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi vahidi yaradılmışdır. Rəncbərlər yaşayış məntəqəsinin ilk sakinləri, Hacı Ələsgər , Murtuz bəy, Səlim bəy və Həmid bəyin torpaqlarında işləyən və mənşəcə kəbirli tayfasına mənsub olan rəncbərlər olduğu üçün o, belə adlanmışdır. XV–XIX əsrlərdə İran, Azərbaycan və Ermənistanda (Qərbi Azərbaycanda) kəndli kateqoriyası olan rəncbərlər feodaldan torpaq, su, toxum, iş heyvanı və s.alır, əvəzində məhsulun müəyyən hissəsini ona verirdilər. Bəzi xanlıqlarda ancaq mülkədarın şəxsi təsərrüfatında çalışanlar rəncbərlər adlanırdı. Rəiyyətdən fərqli olaraq kənd icmasına daxil olmayan rəncbərlər torpağa yox, şəxsən sahibkara təhkim idi. Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra, 1845-ci il fərmanına əsasən, rəncbərlər təhkimli kəndli kateqoriyasına daxil edildilər. Rəncbərlər "cütcü, əkinçi", "sahibkardan şəxsi asılı olan kəndli" mənasındadır. Hacıqabul rayonunda da Rəncbər kəndi vardır. Vaxtilə İrəvan xanlığının Zəngibasar mahalında Rəncbər adlı kənd mövcud idi.
Rəncbərlər bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

"rəncbərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəncbərlər nədir? #rəncbərlər sözünün mənası #rəncbərlər nə deməkdir? #rəncbərlər sözünün izahı #rəncbərlər sözünün yazılışı #rəncbərlər necə yazılır? #rəncbərlər sözünün düzgün yazılışı #rəncbərlər leksik mənası #rəncbərlər sözünün sinonimi #rəncbərlər sözünün yaxın mənalı sözlər #rəncbərlər sözünün əks mənası #rəncbərlər sözünün etimologiyası #rəncbərlər sözünün orfoqrafiyası #rəncbərlər rusca #rəncbərlər inglisça #rəncbərlər fransızca #rəncbərlər sözünün istifadəsi #sözlük