* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Müxtəlif rənglərdə olan; müxtəlifrəngli, əlvan. Rəngarəng pəncərələrdən içəri düşən işıq məbədin daxili gözəlliyini bir qat daha artırmışdı. Çəmənzəminli. Bağban gəlib salam verdi və bir dəstə rəngbərəng qərənfilin bir hissəsini qonağa, bir hissəsini də mənə verdi. T.Ş.Simurq. 2. Cürbəcür, müxtəlif, növbənöv, müxtəlifnövlü. Pişxidmətlər rəngarəng təamlar hazır etdilər. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / rəngbərəng1 RƏNGBƏRƏNG Taxta divarları qəzet və jurnallardan kəsilmiş rəngbərəng şəkillərlə bəzədilmiş budkanın sağ küncündə, divara yaxın döşəmədə elektrik sobası qoyulmuşdur (M.Hüseyn); ƏLVAN Sevgi qəlbə əzizdir; Əlvan güllər içində (M.Rahim); RƏNGARƏNG [Molla İbrahimxəlil:] Gir çadıra, bir məcməyi içində üç rəngarəng balaca şüşə var.. (M.F.Axundzadə); MÜXTƏLİFRƏNGLİ.
Azərbaycan dilinin sinonimlər lüğəti / rəngbərəng