rəngkar sözü azərbaycan dilində

rəngkar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rəngkar • 93.2203%
  • Rəngkar • 5.0847%
  • RƏNGKAR • 1.6949%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan rəngkarlığının kraliçası (film, 2009)
Azərbaycan rəngkarlığının kraliçası filmi rejissor Nicat Feyzullayev tərəfindən 2009-cu ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədovaya həsr olunub. == Məzmun == Film ötən əsrin ortalarında yaşayıb- yaratmış görkəmli Azərbaycan rəssamı, Azərbaycanın ilk peşəkar qadın rəngkarı, Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovaya həsr olunub.Filmdə rəssamın müasirləri — Tahir Salahov, Ömər Eldarov, Tokay Məmmədov, Həyat Abdullayeva, həmçinin bəstəkar Xəyyam Mirzəzadə danışır.
Barokko (rəngkarlıq)
Barokko rəssamlığı — XlV-XVI əsrlər mədəniyyətindəki barokko dövrünə aid olan rəsm əsərləri. Bu cərəyan çox vaxt mütləqiyyət, əksreformasiya və katolik intibahı ilə əlaqələndirilsə də, Qərbi Avropanın mütləqiyyətçi olmayan və protestant dövlətlərində də barokko üslubunda əhəmiyyətli əsərlərin mövcudluğu barokkonun populyarlığını göstərir. Barokko rəssamlığı insan və dünyanın harmoniyasını deyil, onların arasındakı ziddiyyətləri göstərməyə çalışır. Böyük Dünyanı birdəfəyə qavramaq heç də hamı üçün asan olmadığından rəssamlar simvolik obrazlardan, işarə və eyhamlardan istifadə edərək əsərin hüdudlarından kənarda olan məkanın bədii izahını verirdilər. == İtaliyada Barokko üslubu == Barokkonun XVII əsr italyan incəsənətində, xüsusən memarlıq və heykəltəraşlığında hakim mövqe tutmasına baxmayaraq, realist üslub da özünəməxsus yer tuturdu. Bu üslub daha çox Avropa realist rəngkarlığının inkişafına misilsiz təsir göstərən Mikelancelo Merizi da Karavaconun əsərlərində öz ifadəsini tapırdı. İtaliyanın özündə Karavaconun çoxlu ardıcılları meydana gəldi ki, onları karavacoçular adlandırırdılar. Bununla bərabər, karavacopərəstlər İtaliya sərhədlərindən uzaqlarda da mövcud idi. O dövrün dahi rəssamlarından heç biri Avropa realist sənətində əsas mərhələ təşkil edən Karavacodan yan keçə bilmədi. Karavaconun sərt pealizmi onun müasirləri, «yüksək sənət» təpəfdarları sarıdan başa düşülmürdü.
Rəngkarlıq
Rəngkarlıq - Təsviri sənətin bir qoludur. Rəngkarlıq qədim dövrlərə dayanan sənətdir. == Azərbaycan rəngkarlıq sənəti == Azərbaycan rəngkarlığı təsviri incəsənətin qədim və zəngin tarixə malik olan əsas növlərindən biridir. İlk rəngkarlıq nümunələri hələ ibtidai icma quruluşu dövründə meydana gəlmişdi. Rəngkarlıq sənəti bədii-estetik cəhətinə görə monumental rəngkarlıq, teatr-dekorativ rəngkarlıq, dəzgah rəngkarlığı, miniatür rəngkarlıq növlərinə bölünür. Dəzgah boyakarlığına aid əsərlər molbert üzərinə bənd edilmiş kətan, taxta lövhə, karton və divar üzərində yağlı boya ilə çəkilir, məzmununa və funksiyasına görə müstəqil səciyyə daşıyır. Azərbaycan coğrafi mövqe etibarı ilə şərqə daha çox yaxın olduğuna görə miniatur sənəti burda daha çox inkişaf etmişdir. Zaman keçdikçə, dövlətlər arasında əlaqələr genişləndikcə rəngkarlıq bura da gəlmişdir. Azərbaycan rəngkarlarından dövr etibarı ilə Əzim Əzimzadə, Bəhruz Kəngərli, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Vəcihə Səmədova, Davud Kazımov, Tahir Salahov, Fərman Qulamov və bir çox rəssamın adını çəkmək olar. Adlarını sadaladığımız rəssamlar rəngkarlığın əsasən klassik dəzgah, monumental janrlarında əsərlər yaratmışlar.
Rəngkarlıq muzeyi
Rəngkarlıq muzeyi - XX-XXI əsrlər Azərbaycan rəngkarlığı muzeyi. == Muzey haqqında == Dövlət Bayrağı Meydanının ərazisində yerləşən muzey Heydər Əliyev Fondu tərəfindən təsis edilib. Muzeyin təntənəli açılışı 2015-ci ilin iyun ayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. == Muzeyin eksponatları == Muzeydə həm tanınmış, həm də nisbətən az tanınan rəssamların Milli Rəsm Qalereyası və Müasir İncəsənət Muzeyi kimi dövlət kolleksiyalarından götürülmüş əsərləri təqdim edilir. 2018-ci ilin əvvəlindən, YARAT Müasir İncəsənət Məkanına bu il ərzində müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər keçirmək və tədbirlər proqramını təşkil etmək səlahiyyətləri verilib. == Həmçinin bax == Rəngkarlıq Rəng Aida Mahmudova == Xarici keçidlər == "Muzeyin sərgiləri". www.yarat.az. İstifadə tarixi: 28.01.2021. ""Danışır Bakı"-1900-1940-cı illər". edumap.az.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2007 •••••••• 0.21
2008 ••••••••• 0.24
2009 •••••• 0.16
2010 •••••••••••••••••••• 0.54
2011 •••••••••• 0.26
2012 •••••••••• 0.26
2014 ••••••• 0.17
2017 •••••••••••••••••• 0.49
2019 •••••• 0.14
2020 •••••••••• 0.27

rəngkar sözünün leksik mənası və izahı

rəngkar sözünün rus dilinə tərcüməsi

rəngkar sözünün ləzgi dilinə tərcüməsi

"rəngkar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəngkar nədir? #rəngkar sözünün mənası #rəngkar nə deməkdir? #rəngkar sözünün izahı #rəngkar sözünün yazılışı #rəngkar necə yazılır? #rəngkar sözünün düzgün yazılışı #rəngkar leksik mənası #rəngkar sözünün sinonimi #rəngkar sözünün yaxın mənalı sözlər #rəngkar sözünün əks mənası #rəngkar sözünün etimologiyası #rəngkar sözünün orfoqrafiyası #rəngkar rusca #rəngkar inglisça #rəngkar fransızca #rəngkar sözünün istifadəsi #sözlük