rəssam sözü azərbaycan dilində

rəssam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • rəssam • 85.3714%
  • Rəssam • 14.5551%
  • RƏSSAM • 0.0735%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abbas Kazımov (rəssam)
Abbas Kazımov (1 yanvar 1956, Bakı – 8 noyabr 2021)— azərbaycanlı rəssam. == Həyatı == Kazımov Abbas Ələsgər oğlu 1 yanvar 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1984-cü ildə Lenin adına Azərbaycan Pedaqoji İnstitunun bədii qrafika fakültəsini bitirmişdir. Abbas Kazımov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2011-ci ildən Rusiya Rəssamlıq Akademiyasının, YUNESKO nəzdində Beynəlxalq rəssamlar federasiyasının üzvüdür. Abbas Kazımov rəngkarlıqda "xalça üslubu"-nun yaradıcısı hesab olunur. Bu üslub özündə şərq və klassik incəsənət və mədəniyyət məktəbinin xüsusiyyətlərini birləşdirir. Onun "Pirosmaniyə həsr edilir" silsilə qrafik əsərlər, "Qırmızı və Qara", "Nağıl", "Qarabağ atları" silsilə rəngkarlıq əsərlərini qeyd etmək olar. Yaltada Yumoristlər xiyabanında Arkadi Аrкаnоvun jileti və Mixail Jvanetskinin portfelinə abidələr Abbas Kazımovun eskizləri üzrə yaradılmışdır. Rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Onun fərdi sərgiləri Moskva, Vaşinqton və Kanadada təşkil olunmuşdur.
Abdulla Məmmədov (rəssam)
Abdulla Məmmədov — Azərbaycanlı rəssam. == Həyatı == Məmmədov Abdulla Əliheydər oğlu 26 oktyabr 1963-cü ildə Lerik rayonunda anadan olmuşdur. O, 1965-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra, 1971-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Abdulla Məmmədov 1976-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın əsərləri, Rusiyada, İranda, Türkiyədə nümayiş edilmiş, Xalçaları bir çox muzeylərdə saxlanılır. Dekorativ Tətbiqi sənət sahəsi üzrə fəaliyyət göstərən rəssam respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır.
Abdulla Ələkbərov (rəssam)
Abdulla Abasqulu oğlu Ələkbərov (2 iyun 1936) — Azərbaycanlı rəssam. Azərbaycan Rəssamlar İttifaqı (1972) və Jurnalistlər Birliyinin (1981) üzvü. == Həyatı == Abdulla Ələkbərov 2 iyun 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1959-cu ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1967-ci ildə Lvov Poliqrafiya İnstitutunu bitirmişdir. Abdulla Ələkbərov 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1981-ci ildən Jurnalistlər Birliyinin üzvüdür. O, 1964-cü ildən “Maarif” Nəşriyyatında baş rəssam kimi fəaliyyət göstərmişdir. Abdulla Ələkbərov, Heydər Əliyev və İlham Əliyevə həsr olunmuş bir çox kitaba bədii tərtibat vermişdir. Bunlardan “Heydər Əliyev dünyanın gözü ilə”, “Böyük ömrün anları”, “Heydər Əliyev və Azərbaycan dili”, “Vədinə sadiq prezident”, “Böyük yolun davamçısı”, “Sülh və sabitlik prezidenti” və s. kitabları qeyd etmək olar. O, dərslik və kitab nəşrinə görə 1987-ci ildə XTNS-nın bürünc medalı, “Nailiyyət” Jurnalist mükafatı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza albom-kitablarına verdiyi bədii tərtibata görə “Səməd Vurğun-90” fəxri diplomuna (1996), 1998-ci ildə “Qızıl qələm-kamil sənətkar” mükafatı laureatı, Azərbaycan Respublikası Sərhəd Qoşunları 85-illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev sərhəd xidmətinin yaradıcısıdır” diplom və mükafatlara layiq görülmüşdür.
Aleksandr İvanov (rəssam)
Aleksandr Andryeviç İvanov (16 (28) iyul 1806, Sankt-Peterburq – 3 (15) iyul 1858, Sankt-Peterburq) — Rus rəssam. Neoklassizm cərəyanına mənsub olmuşdur. Rusiyanın Sankt-Peterburq şəhərində doğulmuş və vəfat etmişdir. İvanov Karl Brillov ilə birlikdə, atası A. İvanovun yanında Çar İncəsənət Akademiyasında işləmişdir. Həyatının böyük hissəsini İtaliyanın Roma şəhərində keçirmiş və burada yazıçı Nikolay Qoqol ilə dost olmuşdur. Ən məşhur əsəri hazırda Moskvada Tretyakov qalereyasında sərgilənən "İsanın insanlar görünüşü" əsəridir.
Anton Möller (rəssam)
Anton Müller (1563, Köniqsberq - 1611 yanvar, Danzinq)- alman rəssam. 1563-cü ildə Almaniyanın Köniqsberq şəhərində anadan olmuşdur. Əsasən dini mövzulara əhəmiyyət vermişdir. Bir çox taxta basmalı əsərləri də mövcuddur. 1611-ci ildə Danzinq şəhərində vəfat etmişdir.
Arif Hüseynov (rəssam)
Arif Şahbaz oğlu Hüseynov (30 oktyabr 1943, Qala) — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992). == Həyatı == Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır. == Yaradıcılığı == 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub."Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev. == Fərdi sərgiləri == 1984 — "100 illüstrasiya", Baku-Moskva 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya 2009 — Galerie Berlin-Baku, Berlin 2012 — "Azərbaycan Nağılı" Bakı 2012 — M.Ə.Sabir "Hophopnamə" Bakı == Qrup sərgiləri == 1977 — "BAM" sərgisi, Bakı-Moskva; 1980 — Qrafika sərgisi, Bakı 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi 2007 — Çank Art, Ankara 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı == Mükafatları == 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı 2006 — Azərbaycan Respublikasının xalq rəssamı 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü == Ədəbiyyat == Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012. == İstinadlar == == Xarici keçidlər == Visions.az, Illustrating Life — Azerbaijani Artist Arif Huseynov.
Arif Məhərrəmov (rəssam)
Arif Əli oğlu Məhərrəmov (5 avqust 1948 – 9 avqust 2022) — Azərbaycan kino rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı (2000). == Həyatı == Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Biz qayıdacağıq (film, 2007) Gəldi kosa (film, 1988) İşgüzar səfər (film, 1982) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) Molla Nəsrəddin Xoca (film) Münəccimin şagirdi (film, 1983) O dünyadan salam (film, 1991) Qala (film, 2008) Qaravəlli (film, 1989) Qaravəlli-2 (film, 1992) Xrizantema yarpağı (film, 1989) Yatmaq vaxtıdır (film, 1984) Yeddi gözəl (film, 1982) == İstinadlar == == Mənbə == Xamis Muradov.
Arif Qazıyev (rəssam)
Arif Şamil oğlu Qazıyev (d. 2 yanvar 1937, İrəvan, Ermənistan Sovet Sosialist Respublikası - ö. Bakı, Azərbaycan Respublikası, 3 sentyabr 2021) — məşhur heykəltaraş və Qazıyevlər ailəsinin üzvü Şamil Qaziyevin oğlu, məşhur rəssam və heykəltaraş, Bakı Rəssamlıq Akademiyasının müəllimi, Azərbaycanın əməkdar incəsənət xadimi və Azərbaycanın xalq rəssamı (2018). == Həyatı == === Təhsili === Heykəltaraş Şamil Qazıyevin oğlu 1937-ci ildə yanvarın 2-də İrəvan şəhərində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (indiki rəssamlıq Akademiyasını, 1958) və Moskvada V.Surikov adına Rəssamlıq Akademiyasını (1965) bitirmişdir. == Fəaliyyəti == Təhsilini tamamladıqdan bir müddət sonra Bakı Rəssamlıq Universitetində müəllim işləməyə başlamışdır. === Yaradıcılığı === Müxtəlif janrlarda və mövzularda yaradılmış “Babək”, “Hüseyn Cavidin büstü” (H.Cavidin Naxçıvanda ev-muzeyi), ”Qırat bizi gözləyir”, ”Qafqaz qartalları”, ”Cəngi”, “Canlı gala”, “Dəhşət”, ”Soyug”, ”İki bumeranq” və s. əsərlərin müəllifidir. 1957-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə iştirak etmişdir. Əsərləri müxtəlif muzeylərdə (“Bakılı qız”, ”Məhəmməd Nəsirəddin Tusi” - R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, ”Tarla gözəli” - Şərq Sənətləri Muzeyi (Moskva) və s.), habelə ABŞ, Almaniya, Avstriya və Türkiyədəki şəxsi kolleksiyalarda saxlanılır.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. == Təbiət və rəssam == Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. == Rəssam hansı materiallarla işləyir == Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i- Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.Palitra — boyanı qarışdırmaq üçün nəzərdə tutulub.Fırça — Boyalarla işləyərkən fırçadan istifadə edilir.
Pamfil (rəssam)
Pamfil (q.yun. Πάμφιλος; lat. Pamphilus; e.ə. 390 – e. ə. IV əsr, Pella[d], Makedoniya və Frakiya) — Qədim Yunanıstan rəssamı. Pamfil Amfipolisdən idi. O, müəllimi Evpomp ilə birlikdə qədim yunan sənətinin gələcək inkişafına güclü təsir göstərmiş sikion rəssamlıq məktəbinin banisi olmuşdur. Rəvayətə görə, Pamfilin bədii nəzəriyyələri elmi prinsiplərə əsaslanırdı. Pamfilin şagirdləri Melantiya adlanır.
Rəssam Ərjəngi
Mir Abbas Təbrizi — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi. Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib. Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Rəssam Ərəbzadə
Seyid Əbülfəth Zeydi Lətifi (1914, Təbriz) — Xalı dizayneri. Təbrizdə dünyaya gəlib.Atası Hüseyn Zeydi Lətifidə rəssam və xalı dizayneri idi ,Hicazın Zeydi Ərəblərindən olmaqına görə Seyid Ərəb adıyla məşhur idi onlar üç nəsl öncə Təbrizə köçmüşlər.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. == Həyatı == Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Adil Həsənov (rəssam)
Adil Quliyev (rəssam)
Adil Quliyev — Azərbaycanlı rəssam və karikaturaçı. == Həyatı == Adil Quliyev 1935-ci ildə anadan olmuşdur. O, M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu təhsil almışdır. Adil Quliyev karikatura, kitab illüstrasiyası və teatr rəssamlığı sahəsində çalışmışdır. Rəssam 1952–1990-cı illərə qədər "Kirpi" jurnalı ilə əməkdaşlıq etmiş, 1980-ci ildən jurnalın bədii redaktoru vəzifəsində fəaliyyət göstərmişdir. Eyni zamanda satirik plakat sahəsində işləmişdir. Adil Quliyev respublikada və xaricdə keçirilən sərgilərin iştirakçısı və mükafatçısıdır. Öz mövzu seçiminin orijinallığı ilə son dərəcə peşəkar ifadəsi ilə seçilən karikaturaçı rəssamdır. Karikaturaçı rəssam 2001-cı ildə "Şeytan" satira və yumor jurnalını təsis etmişdir. Azərbaycan karikatura sənətinin tanınması və təbliği sahəsində əvəzsiz xidmətləri olan A. Quliyev bu gün də yeni-yeni əsərlər yaradır.
Asim Quliyev (rəssam)
Asim Rzaqulu oğlu Quliyev (d. 9 yanvar, 1936) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısı, Azərbaycan Respublikasının Əməkdar rəssamı. == Həyatı == Quliyev Asim Rzaqulu oğlu 9 yanvar 1936-cı ildə Bakıda anadan olmuşdur. O, 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1964-cü ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. 1969-1970-ci illərdə SSRİ Rəssamlıq Akademiyasının yaradıcılıq emalatxanalarında təhsilini davam etdirmişdir. Asim Quliyev 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur. Heykəltəraş Beynəlxalq Byennal, Simpoziumlarda qrup sərgilərin iştirakçısıdır. Asim Quliyev Vaqif Nəzirov ilə birlikdə 1978-ci ildə "Sülh göyərçini" (Sumqayıt) monumental abidəsini işləmişdir. Həmin əsər Moskvada nümayiş edilmiş və medala layiq görülmüşdür. "İmadəddin Nəsiminin" (Sumqayıt, Nəsimi adına parkda), Vaqif Mustafazadənin və qızı Əzizənin Asim Quliyevin heykəltaraşlıq portretlərindəndir.
Azər Əliyev (rəssam)
Azər Seyran oğlu Əliyev (18 iyul 1969, Bakı) — Azərbaycan boyakarı, qrafik və dizayneri. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti. == Həyatı == Azər Əliyev 18 iyul 1969-cu ildə Bakıda anadan olmuşdur. İxtisas təhsili almaq üşün əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində (1984-1988), sonra isə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1992-1997) təhsil alıb.1988-1991-ci illərdə peşəkarlığının artırılması məqsədilə Sankt-Peterburqda tanınmış mütəxəsislərlə yaradıcılıq təmasında olmuşdur. O, eyni zamanda İ.Y.Repin adına Rəssamlıq Akademiyasında məşhur fırça ustası, SSRİ Xalq rəssamı Y.Y.Moiseyenkodan rəngkarlıq, Baron Ştiqlis adına (keçmiş V.Muxina adına) Ali Bədii-Sənaye Akademiyasında dizayn üzrə ustad dərsləri almışdır. 1992-ci ildən Azərbaycan Televiziyasının sənədli filmlər studiyasında tərtibatçı-rəssam kimi fəaliyyət göstərmişdir. 1993-cü ildən başlayaraq Beynəlxalq, Ümumittifaq və respublika sərgilərində iştirak etməyə başlamışdır. Əsərləri Almaniya, Türkiyə, Fransa, İtaliya, Rusiya və s. ölkələrdə təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə nümayiş olunub. Azərbaycan Rəssamlar İttifaqının, həmçinin Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür.
Baba Əliyev (rəssam)
Baba Balababa oğlu Əliyev (22 mart 1915, Zirə, Bakı qəzası – 27 mart 1991, Bakı) — Azərbaycan rəngkarı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının sədri. == Həyatı == Baba Əliyev 22 mart 1915-ci ildə Zirə qəsəbəsində anadan olmuşdur. O, 1937-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1941-ci ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirmişdir.Baba Əliyev 1945-ci ildən Sov. İKP üzvü olmuşdur. Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində işləmiş, SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur. Rəssam 1946–1960-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir. O, 27 mart 1991-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Rəssamın yaradıcılığında əsas yeri portret və natürmort janrları təşkil edir. Onun sənətə gəlişi Böyük Vətən Müharibəsi illərinə təsadüf edir və bu illərdəki yaradıcılığında cəbhə döyüşçülərinin bədii obrazları xüsusi yer tutur. Baba Əliyevin "təyyarəçi Məzahir Abbasovun qəhrəmanlığı" (1947) əsəri, komissar Novruz Aslanovun və polkovnik S. Suprunun portretləri bu qəbildən hesab olunur.
Cahangir Rüstəmov (rəssam)
Cahangir Mahmud oğlu Rüstəmov (5 mart 1926, Nuxa – 13 fevral 2007) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (2002). == Həyat və yaradıcılığı == Rüstəmov Cahangir Mahmud oğlu 5 mart 1926-cı ildə Şəki şəhərində anadan olmuşdur. O, 1939-cu ildə 7 illik məktəbi bitirmişdir. 1939–1941-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır. Cahangir Rüstəmov Rəssamlıq məktəbini başa vurduqdan sonra, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olmuş, lakin ailə durumu səbəbindən təhsilini yarımçıq qoyub Bakıya qayıtmışdır.Rəssamın yaradıcılığı rəngkarlığın bir çox janrını əhatə edərək, milli ruhu və poetikliyi ilə fərqlənir. C.Rüstəmovun yaratdığı tarixi mövzuda çoxfiqurlu lövhələr, həm bayram, zəhmət və istirahət mövzusunda kompozisiyalar, həm də məişət tabloları, epik mənzərələr, portretlər və ifadəli natürmortlar buna nümunədir. Milli koloriti, emosionallığı ilə seçilən "Üzümlük", "Çay becərənlər", "Tarla zəhmətkeşləri", "Kolxozçular", "Balaca köməkçi qız", "Dağlarda", "Şahdağ" və digər tabloları ona şöhrət gətirmişdir. Cahangir Rüstəmov 1945-ci ildə respublika rəssamlıq sərgisində "Axırıncı düşmən əsgəri" adlı əsəri ilə iştirak etmişdir. O, 1955-ci ildə SSRİ Rəssamlar İttifaqı üzvlüyünə qəbul olunmuşdur. Rəssamın 1953-cü ildə Bakıda hesabat sərgisi açılmışdı.
Ceyms Bruks (rəssam)
Ceyms Bruks (ing. James Brooks) — ABŞ muralisti, abstrakt rəssamı və Loqan İncəsənət Medalı qalibi. == Həyatı və karyerası == Bruks Lonq-Aylenddə Cekson Pollok və Krasner Linin dostu olmuşdur. 1947-ci ildə Bruks rəssam Şarlotta Park ilə evlənmişdir. Abstrakt ekspressionizm cərəyanının ilk nəslinə mənsub olan Ceyms Bruks "ləkələmə"dən əhəmiyyətli texnika kimi istifadə etmişdir. İncəsənət tənqidçisi Karter Ratklifə görə "Onun sənətinə yanaşması həmişə füsunkar "təsadüf"lər yaratmaqdan ibarət idi. 1940-cı illərin axırlarından etibarən o əsərlərində yağlı boyaya daha az üstünlük verməyə başlamışdır, çünki kətan üzərində işləmək istəmişdir. Bu əsərləri kalliqrafiya ilə abstraktın birləşmiş ümumi şəklidir. Bruksun abstrakt ekspressionizm cərəyanına aid əsərləri ilk dəfə 1941-ci ildə Nyu Yorkdakı Peridot qalereyasında sərgilənmişdir. Kurto İncəsənət İnstitutunda (London), Dallas İncəsənət Muzeyində (Dallas, Texas), Müasir İncəsənət Muzeyində (Nyu York), Harvard İncəsənət Muzeylərində, Vitni Amerikan İncəsənəti Muzeyində (Nyu York), Honolulu İncəsənət Muzeyində, İndiapolis İncəsənət Muzeyində (İndiapolis, İndiana), Şeldon İncəsənət Qalereyasında (Vaşinqton), Teyt Qalereyasında (London), Ualker İncəsənət Mərkəzində (Minneapolis, Minnesota) əsərləri hələ də sərgilənir.
Elnur Mahmudov (rəssam)
Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005). == Həyatı == Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. == Fəaliyyəti == Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Əsərləri natürmort və portret janrlarındadır. == Maraqlı fakt == Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir.
Elçin Baxşaliyev (rəssam)
Elçin Müzəffər oğlu Baxşaliyev (29 dekabr 1965, Boyəhmədli, Ağdam rayonu – 20 iyun 1993, Boyəhmədli, Ağdam rayonu) — Qarabağ müharibəsi şəhidi, rəssam, şair. == Həyatı == Elçin Baxşaliyev 29 dekabr 1965-ci ildə Ağdam rayonunun Boyəhmədli kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Çita şəhərində sovet ordusunda hərbi xidmət keçmiş, ordudan tərxis edildikdən sonra Gəncə şəhərindəki İnşaat Texnikumunda nəqliyyatın istismarı fakültəsində təhsil almışdır. Ağdam rayonunun Qarabağ adına sovxozunda əmək fəaliyyətinə başlamışdır. Təhsil aldığı və işlədiyi illərdə Elçin rəssam kimi, şair kimi tanınmağa başlamışdı. Onun çəkdiyi təbiət lövhələri, portretlər yaxşı rəssam olmasından xəbər verirdi. Eyni zamanda o həm də gözəl şeirlər yazırdı.Qarabağ münaqişəsi başlayanda Boyəhmədli kəndində könüllü özünümüdafiə batalyonu yaradılmış, E.Baxşəliyev də həmin batalyona üzv yazılmışdır. 11 sentyabr 1992-ci ildə Paprəvənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışdır.Elçin Baxşaliyev Ağdam rayonunun Boyəhmədli kəndinin müdafiəsində, 20 iyun 1993-cü ildə şəhid olmuşdur. == Yubileyi == 2017-ci ilin iyununda H.Z.Tağıyev adına Tarix Muzeyində şəhid-rəssam Elçin Baxşaliyevin 50 illik yubileyi keçirilmişdir. Yubiley akademik Nailə Vəlixanlı və "Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyin sədri Almaz Zeynalovanın təşkilatçılığı ilə keçirilmişdir.
Elçin Baxşəliyev (rəssam)

Elçin Məmmədov (rəssam)
Elçin Mehdi oğlu Məmmədov (29 may 1946, Bakı – 18 fevral 2001, Bakı) — Azərbaycan teatr rəssamı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). == Həyatı == Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində anadan olmuşdur. O, məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olmuşdur.Elçin Məmmədov uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub və bu onun professional səhnədəki ilk işi olmuşdur.Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda, Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. O, təkcə Bakıda deyil, həmçinin Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir teatrlarında da bir çox əsərə səhnə tərtibatı vermişdir.Elçin Məmmədov Akademik Milli Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında bir sıra tamaşaların rəssamı olmuşdur. Məmmədov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamı olmuşdur.Rəssam Akademik Milli Dram Teatrında M. F. Axundovun "Xırs quldurbasan", C. Məmmədquluzadənin "Dəli yığıncağı", H. Cavidin "İblis", M. Qorkinin "Meşşanlar", S. Vurğunun "İnsan", V. Şekspirin "Hamlet"; Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi", N. Nərimanovun "Şamdan bəy", Anarın "Keçən ilin son gecəsi", R. Vaqnerin "Salam, Hotsi"; Azərbaycan Dövlət Rus Dram Teatrında M. Qorkinin "Həyatın dibində", R. Durkonun "Mənim məhəbbətim Elektra", H. Andersenin "Qar kraliçası", H. Cavidin "Şeyx Sənan", M. Şatrovun "Amansız oyunlar" və sair tamaşaların rəssamı olmuşdur. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşa Azər Paşa Nemətovun "Hamlet" tamaşası olmuşdur.Elçin Məmmədov 18 fevral 2001-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mükafatları == Elçin Məmmədov "İblis" tamaşasına verdiyi tərtibata görə 1984-cü ildə Azərbaycan Dövlət Mükafatı laureatına, 22 may 1991-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına və 1999, 2001-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Arzularını çəkən rəssam (film, 2007)
Arzularını çəkən rəssam qısametrajlı sənədli filmi rejissor Mübariz Nağıyev tərəfindən 2007-ci ildə çəkilmişdir. Film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. == Məzmun == Film Azərbaycanın xalq rəssamı Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edir. Rəssamın ailəsi, müharibə dövründə keçirdikləri sarsıntılar, tələbəlik illəri, işlədiyi dövr, habelə rəssamın yaradıcılığına böyük təsir göstərmiş həyat yoldaşı Sevinc xanıma olan böyük sevgisi təsvir olunur. Filmdə rəssamın əsərləri də əks etdirilir. Rəssam haqqında danışan həmkarları və sənət yoldaşları xalq rəssamı Böyükağa Mirzəzadə, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, rəssamlardan Elçin Axundov və Rafiq Nəsirov Elbəy Rzaquliyev haqqında səmimi fikirlərini bölüşürlər. Film boyu rəssamın kadr arxasından səslənən xatirələri tamaşaçını sənətkarın həyat yolunun mərhələləri ilə tanış edir.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. == Haqqında == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. == Strukturu == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlanır. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir.
Azərbaycan Dövlət Rəssamlıq Məktəbi
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi — Bakı şəhərində fəaliyyət göstərmiş orta ixtisas incəsənət məktəbi. Azərbaycanın ilk rəssamlıq məktəbidir. == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi 1920–1921-ci illərdə Azərbaycan Dövlət Bədii Studiyası, 1921–1922-ci illərdə Ali Rəssamlıq Emalatxanaları, 1922–1927-ci illərdə Ali Rəssamlıq Məktəbi, 1927–1940-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumu, 1940-cı ildən isə Azərbaycan Dövlət Rəssamlıq Məktəbi adlanmışdır. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.Məktəbin direktorları Mürsəl Nəcəfov Əyyub Hüseynov (1956–1965) Əyyub Məmmədov (1965–1975) == Mükafatları == Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18 dekabr 1980 == Həmçinin bax == Azərbaycan Rəssamlıq Akademiyası Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci == İstinadlar == == Xarici keçidlər == "Zəngin ənənəli sənət ocağı". Azərbaycan Milli Kitabxanası. 20 aprel 2012. 6 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 fevral 2020.
Azərbaycan Dövlət Rəssamlıq Texnikumu

Azərbaycan Dövlət Rəssamlıq Universiteti
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. == Haqqında == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. == Strukturu == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlanır. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir.
Azərbaycan Respublikasının əməkdar rəssamlarının siyahısı
== 1991 ==
Azərbaycan Respublikasının əməkdar rəssamı
Azərbaycan Respublikasının əməkdar rəssamı — Azərbaycan Respublikasında incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. Mükafat Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilir.
Azərbaycan Rəssamlar İttifaqı
Azərbaycan Rəssamlar İttifaqı — Azərbaycan Respublikasının peşəkar rəssamları və sənətşünaslarının ictimai yaradıcılıq təşkilatı. Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, katibi isə Xalq rəssamı Ağəli İbrahimovdur. == Fəaliyyəti == 1920-ci ildə Respublikada incəsənət sahəsində təşkilati quruluş başlamışdı. 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərmiş, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayında yaradılmışdır. 1992-ci il martın 18-də çağırılmış təsis konfransında "Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin" qəbulu ilə, Azərbaycanın müstəqil rəssamlar ittifaqı elan edilmişdir. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Rəhbər orqanı qurultaydır. 15 qurultayı olmuşdur (1940, 1955, 1958, 1961, 1965, 1968, 1972, 1979, 1982, 1987, 1992, 1998, 2003, 2008, 2013). Qurultaylararası dövrdə ittifaqın fəaliyyətinə katiblik və qurultayda seçilən Rəyasət Heyəti rəhbərlik edir. Azərbaycan Rəssamlar İttifaqı Respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, uşaqların və gənclərin estetik tərbiyəsində ciddi iş aparır, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir.
Azərbaycan Rəssamlıq Akademiyası
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi, 13 iyun, 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılmış ali təhsil müəssisəsi. Fərmanda yazıldığı kimi ADRA Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bazası əsasında yaradılmışdır.Akademiya orta ixtisas məktəbləri, ali məktəb və ali məktəbdən sonrakı səviyyələrdə olan tədris proqramlarını həyata keçirən və ali rəssamlıq təhsilinin tələblərinə uyğun məzmun və keyfiyyət hazırlığını təmin edən, respublikada bütün təsviri sənət növləri üzrə professional kadrlar hazırlayan yeganə ali təhsil müəssisəsidir.Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 800-dən çox tələbə təhsil alır. Akademiyanın binası 6500 kvadratmetrdir və 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalardan ibarətdir. == Haqqında == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında respublikanın ən tanınmış heykəltaraş və rəngkarları, qrafik dizaynerləri, dekorativ-tətbiqi sənətin müxtəlif sahələrinin ən tanınmış nümayəndələri fəaliyyət göstərir. Bu gün çoxprofilli tədris ocağı olan akademiyada 7 ixtisas və 20 ixtisaslaşma üzrə yüksəkixtisaslı rəssam kadrları hazırlanır. Akademiya təhsilin bütün formaları üzrə rəngkarlıq, heykəltaraşlıq, qrafika, incəsənət tarixi və nəzəriyyəsi, dizayn, memarlıq, dekorativ tətbiqi sənət ixtisasları üzrə təhsil fəaliyyətini qanunvericiliklə müəyyən edilmiş qaydada lisenziya və akkreditasiya əsasında həyata keçirir.Akademiyaya akademik Ömər Eldarov və onun sədr olduğu Elmi şura rəhbərlik edir. == Strukturu == Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədrisi, “Təsviri sənət”, “Sənətşünaslıq”, “Memarlıq və Dizayn”, “Dekorativ-tədbiqi Sənət” fakültələri və “Rəsm”, “Qrafika”, “Rəngkarlıq”, “Heykəltaraşlıq”, “Dizayn”, “Geyim dizaynı”, “Dekorativ — tətbiqi sənət”, “Memarlıq”, “İncəsənət tarixi”, “Humanitar və ictimai fənlər” kafedraları təşkil edir. 2001-ci ildə rektor, akademik Ömər Eldarovun təşəbbüsü ilə Rusiya Rəssamlıq Akademiyasının təhsil sistemi nümunəsi əsasında ilk dəfə respublikada “Rəssam — memar” kadrları hazırlığına başlanır. Akademiyada xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil ancaq əyanidir. Sənətşünaslıq ixtisası üzrə təhsil həm əyani, həm də qiyabidir.
Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Məktəb 1920-ci ildə rəssam Əzim Əzimzadənin təşəbbüsü ilə yaradılmışdır. Təhsil müəssisəsi əvvəlcə Ali Bədii Emalatxana, sonralar Azərbaycan Ali Rəssamlıq Məktəbi adlanmış, 1929-cu ildən Rəssamlıq Pedaqoji Texnikumu, 1937-ci ildən Dövlət Rəssamlıq Məktəbi adı ilə fəaliyyət göstərmişdir. 1943-cü ildə isə məktəbə Əzim Əzimzadənin adı verilmişdir. 13 iyun 2000-ci ildə Azərbaycan Rəssamlıq Akademiyası yaradılan zaman məktəb İncəsənət Kolleci adı ilə həmin akademiyanın tabeliyinə verilmişdir.13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində yaradılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Dekorativ-tətbiqi incəsənət; Rəngkarlıq; Qrafika üzrə texnik; Heykəltəraşlıq; Teatr dekor sənəti; Dizayn.
Azərbaycan SSR xalq rəssamlarının siyahısı
== 1950-ci illər ==
Azərbaycan SSR xalq rəssamı
Azərbaycan SSR xalq rəssamı (azərb-kiril. Азәрбајҹан ССР халг рәссамы) — 2 avqust 1944-cü ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən, rəssamlıq, heykəltəraşlıq, memarlığın inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli incəsənət xadimlərinə verilirdi.
Azərbaycan SSR əməkdar rəssamlarının siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar rəssamı
Azərbaycan SSR əməkdar rəssamı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар рәссамы) — Azərbaycan SSR-də incəsənətin rəssamlıq sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 15 aprel 1964-cü il tarixli Fərmanı ilə təsis olunmuşdur.Fəxri adla görkəmli rəsm, qrafika, dekorativ və tətbiqi incəsənət əsərləri yaratmış rəssamlar təltif olunurdu.Fəxri ad Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən verilirdi və onu almış şəxslər Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunurdu.
Azərbaycan rəssamlar və heykəltəraşlarının siyahısı
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının və heykəltaraşların siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar və heykəltaraşlar daxildir.
Azərbaycan rəssamlarının siyahısı

Azərbaycan rəssamlığı
Azərbaycan təsviri sənəti — Azərbaycan xalqının nümayəndələri tərəfindən yaradılmış təsviri sənət nümunələri. == Tarixi == === Qədim dövr === Azərbaycanda təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII–V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri — piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir. Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII–VII əsrlər).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 43.00 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 61.67
2003 •••••••••••••• 41.73
2004 ••••••••••••••• 44.80
2005 ••••••••••••••• 45.89
2006 •••••••••••••••••••• 60.36
2007 •••••••••••••••••• 52.65
2008 ••••••••••••••••• 50.19
2009 ••••••••••••••••• 51.51
2010 ••••••••••••••••• 49.93
2011 ••••••••••••••••• 50.36
2012 •••••••••••••••••••• 61.18
2013 •••••••••••••• 40.84
2014 ••••••••••••••• 44.10
2015 •••••••••••• 34.70
2016 ••••••••• 26.90
2017 ••••••• 21.30
2018 ••••••••• 27.72
2019 ••••••••••• 33.24
2020 ••••••••• 25.06

rəssam sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Təsviri incəsənət sahəsində yaradıcı işçi; rəsm çəkən sənətkar. Mənzərə rəssamı. – Rəssamın fırçası yorulmadan işlərdi. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / rəssam

rəssam sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 RƏSSAM Qoca rəssam addımlayır səndələyərək; Gəlir asfalt döşəməli bir meydan üstə (S.Vurğun); NAQQAŞ Məcmuəmizin naqqaşı səni görən kimi gözəl surətini məcmuəmizə salıb.. məşhur olmağına cidd-cəhd edərdi (C.Məmmədquluzadə); RƏNGKAR Ukrayna rəngkarlarının çəkdikləri sənaye mənzərələri heyrətamiz dərəcədə poetikdir (Qəzetlərdən); RƏSMÇİ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / rəssam

rəssam sözünün rus dilinə tərcüməsi

rəssam sözünün inglis dilinə tərcüməsi

rəssam sözünün fransız dilinə tərcüməsi

rəssam sözünün ləzgi dilinə tərcüməsi

rəssam sözünün türk dilinə tərcüməsi

rəssam sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) şəkil çəkən; 2) qanun verən; qanunverici; 3) qaydaya salan; planlaşdıran.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rəssam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəssam nədir? #rəssam sözünün mənası #rəssam nə deməkdir? #rəssam sözünün izahı #rəssam sözünün yazılışı #rəssam necə yazılır? #rəssam sözünün düzgün yazılışı #rəssam leksik mənası #rəssam sözünün sinonimi #rəssam sözünün yaxın mənalı sözlər #rəssam sözünün əks mənası #rəssam sözünün etimologiyası #rəssam sözünün orfoqrafiyası #rəssam rusca #rəssam inglisça #rəssam fransızca #rəssam sözünün istifadəsi #sözlük