Rəssamlar sözü azərbaycan dilində

Rəssamlar

Yazılış

  • Rəssamlar • 63.1744%
  • rəssamlar • 36.8005%
  • RƏSSAMLAR • 0.0251%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Rəssamlar İttifaqı
Azərbaycan Rəssamlar İttifaqı — Azərbaycan Respublikasının peşəkar rəssamları və sənətşünaslarının ictimai yaradıcılıq təşkilatı. Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, katibi isə Xalq rəssamı Ağəli İbrahimovdur. == Fəaliyyəti == 1920-ci ildə Respublikada incəsənət sahəsində təşkilati quruluş başlamışdı. 1932-ci ildən Azərbaycan rəssamlarının təşkilat komitəsi kimi fəaliyyət göstərmiş, 1940-cı ildə Azərbaycan rəssamlarının 1-ci qurultayında yaradılmışdır. 1992-ci il martın 18-də çağırılmış təsis konfransında "Azərbaycan Rəssamlar İttifaqının Nizamnaməsinin" qəbulu ilə, Azərbaycanın müstəqil rəssamlar ittifaqı elan edilmişdir. Azərbaycan Rəssamlar İttifaqı Rəssamlar İttifaqlarının Beynəlxalq Konfederasiyasının təsisçilərindən biridir. Rəhbər orqanı qurultaydır. 15 qurultayı olmuşdur (1940, 1955, 1958, 1961, 1965, 1968, 1972, 1979, 1982, 1987, 1992, 1998, 2003, 2008, 2013). Qurultaylararası dövrdə ittifaqın fəaliyyətinə katiblik və qurultayda seçilən Rəyasət Heyəti rəhbərlik edir. Azərbaycan Rəssamlar İttifaqı Respublika və beynəlxalq simpoziumların, müsabiqələrin təşkilində fəal iştirak edir, uşaqların və gənclərin estetik tərbiyəsində ciddi iş aparır, uşaq evlərinə, xəstə və əlillərə köməklik, hərbi hissələrə isə şeflik edir.
SSRİ Rəssamlar İttifaqı
SSRİ Rəssamlar İttifaqı — SSRİ dövründə sovet respublikalarının rəssam və incəsənətşünaslarını birləşdirən yaradıcılıq təşkilatı. İttifaq 1932-ci ildən RİRİ-ni sıxışdırmaq üçün təşkilatlanmağa başlayıb. 1957-ci ildə təsis edilib, 1 yanvar 1976-ci ilə 14538 üzvü var idi.
Azərbaycan rəssamlar və heykəltəraşlarının siyahısı
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının və heykəltaraşların siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar və heykəltaraşlar daxildir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi - Naxçıvan Muxtar Respublikasında rəssamları birləşdirən yaradıcılıq qurumu == Tarixi == Hələ 1970-ci ildə muxtar respublikada kifayət qədər ittifaq üzvü olan rəssamın mövcudluğu onların yerli təşkilatda birləşmələrinə zəruri şərait yaratmışdı. Həmin ilin sonunda muxtar respublika rəssamları bu məsələ ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının sədrinə müraciət etmiş, Rəssamlar İttifaqının İdarə Heyəti bu təşəbbüsə tərəfdar çıxaraq məsələni respublika rəhbərliyinə və SSRİ Rəssamlar İttifaqına çatdırmışdır. 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının yaradılmasına hazırlıq işlərinin tamamlanması barədə hökumət strukturlarına və Rəssamlar İttifaqına göstəriş verən ümummilli liderimiz yeni təşkilatın sədri vəzifəsinə bu məsələnin əsas təşəbbüskarı olan və hələ özünün Naxçıvanda işlədiyi illərdən istedadlı gənc teatr rəssamı kimi tanıdığı Məmməd Qasımovun namizədliyini tövsiyə etmişdir. Beləliklə, 1971-ci il iyul ayının 5-də, Bakıda Azərbaycan Rəssamlar İttifaqı İdarə Heyətinin və ictimaiyyət nümayəndələrinin Naxçıvan rəssamları ilə birlikdə təsis yığıncağı keçirilmişdir. Təşkilatın sədri vəzifəsinə SSRİ Rəssamlar İttifaqının üzvü, muxtar respublikanın əməkdar incəsənət xadimi Məmməd Qasımovun namizədliyi irəli sürülmüş və hesablayıcı komissiya seçilmişdir. Komissiyanın tərkibi Naxçıvan rəssamlarından (Şəmil Mustafayev (sədr), Rəcəb Rəcəbov, Məmmədəli İsmayılov) ibarət olmuşdur. Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının səmərəli fəaliyyəti nəticəsində qısa müddət ərzində təşkilatın idarəsi və sərgi salonu üçün yer müəyyənləşdirilmiş, muxtar respublika rəssamlarının birgə sərgisi keçirilmiş, onların kataloqu hazırlanmış, həvəskar-gənc rəssamların ixtisas təhsillərinə diqqət artırılmış, Azərbaycan Rəssamlar İttifaqı Fondunun Naxçıvanda nümayəndəliyinin yaradılması barədə məsələ qaldırılmış, ittifaq üzvləri olan yerli rəssamların SSRİ-nin müxtəlif şəhərlərinə yaradıcılıq ezamiyyətlərinə göndərilməsi işinə başlanılmışdır. Sonrakı illərdə Azərbaycan Rəssamlar İttifaqı Naxçıvan Təşkilatının sədri vəzifəsində muxtar respublikanın tanınmış rəssamları – Abuzər Qardaşbəyov, Mircəlil Seyidov, Babək Abazərli fəaliyyət göstərmişlər. 2000-ci ildə Naxçıvan Muxtar Respublikası Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı yeni əsasnaməsi olan müstəqil bir yaradıcılıq qurumuna – Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə çevrilmişdir. Birliyin sədri vəzifəsinə Azərbaycan Respublikasının əməkdar rəssamı Hüseynqulu Əliyev (sonralar xalq rəssamı) seçilmişdir.
Azərbaycan Respublikasının xalq rəssamlarının siyahısı
== 1992 ==
Azərbaycan Respublikasının əməkdar rəssamlarının siyahısı
== 1991 ==
Azərbaycan SSR xalq rəssamlarının siyahısı
== 1950-ci illər ==
Azərbaycan SSR əməkdar rəssamlarının siyahısı
== 1960-cı illər ==
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində (film, 2015)
Azərbaycan mənzərələri rəssamlarımızın əsərlərində qısametrajlı sənədli televiziya filmi rejissor Röyal Əliyev tərəfindən 2015-ci ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Filmdə adından bəlli olduğu kimi rəssamlarımız tərəfindən çəkilən Azərbaycan mənzərələri rəsm əsərləri əks etdirilir. == Məzmun == Filmdə adından bəlli olduğu kimi rəssamlarımız tərəfindən çəkilən Azərbaycan mənzərələri rəsm əsərləri əks etdirilir.
Azərbaycan rəssamlarının siyahısı
Azərbaycan rəssamlarının siyahısı — Azərbaycan Respublikası, Sovet Sosialist Respublikaları İttifaqı, Azərbaycan Xalq Cümhuriyyəti, Rusiya İmperiyası, Azərbaycan xanlıqlarının tərkibində yaşayan etnik azərbaycanlı və Azərbaycanda yaşayan digər etnik qrupların rəssamlarının və heykəltaraşların siyahısı. Siyahı ad sırası ilə qeyd olunub. Siyahıya həmçinin Azərbaycanda doğulmuş, lakin sonradan köçən, digər ölkələrdə doğulmuş, lakin Azərbaycana köçən və ya orada mühüm bir müddətdə işləyən rəssamlar və heykəltaraşlar daxildir.
SSRİ xalq rəssamlarının siyahısı
SSRİ xalq rəssamlarının siyahısı — Ümumittifaq səviyyəsində xalq rəssamı adını qazanmış rəssamlardır. Azərbaycanlı SSRİ Xalq rəssamları: Üç nəfər yeganə azərbaycanlı rəssam var ki, onlar SSRİ Xalq rəssamı adını qazanıblar. Mikayıl Abdullayev (1963), Tahir Salahov (1973), Toğrul Nərimanbəyov (1989).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 27.53 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 51.39
2003 ••••••••••••••• 40.94
2004 ••••••••••••••••• 45.14
2005 •••••••••••••••• 42.51
2006 •••••••••••••••••••• 56.08
2007 •••••••••••••••••• 48.84
2008 ••••••••••••••••• 46.53
2009 ••••••••••••• 36.16
2010 ••••••••••• 29.50
2011 •••••••••••• 32.51
2012 ••••••••••••••• 40.01
2013 ••••• 13.42
2014 •••••• 14.93
2015 ••••• 13.95
2016 ••••• 13.19
2017 ••••• 13.33
2018 ••••• 13.48
2019 •••••• 16.69
2020 ••••• 13.13

"rəssamlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəssamlar nədir? #rəssamlar sözünün mənası #rəssamlar nə deməkdir? #rəssamlar sözünün izahı #rəssamlar sözünün yazılışı #rəssamlar necə yazılır? #rəssamlar sözünün düzgün yazılışı #rəssamlar leksik mənası #rəssamlar sözünün sinonimi #rəssamlar sözünün yaxın mənalı sözlər #rəssamlar sözünün əks mənası #rəssamlar sözünün etimologiyası #rəssamlar sözünün orfoqrafiyası #rəssamlar rusca #rəssamlar inglisça #rəssamlar fransızca #rəssamlar sözünün istifadəsi #sözlük