Rəsulov sözü azərbaycan dilində

Rəsulov

Yazılış

  • Rəsulov • 99.5782%
  • RƏSULOV • 0.3515%
  • rəsulov • 0.0703%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəsulov
Rəsulov — Azərbaycan soyadı. === A === Abuzər Rəsulov (1907–2001) — Optika və molekulyar fizika kafedrasının professoru. Ağacan Rəsulov (1997–2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. === Ç === Çingiz Rəsulov (d. 1949) — Azərbaycan alimi. === E === Eldəniz Rəsulov (d. 1952) — Azərbaycanın kino və dublyaj aktyoru. Elxan Rəsulov (d. 1960) — keçmiş Azərbaycanlı qapıçı. === Ə === Əsgər Rəsulov (d.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907 – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ilin 16 dekabrında Şəki şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik etmişdir. == Təhsili == 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış birləşmiş məktəbin müdiri vəzifəsində işləmişdir. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == A.M. Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi Fəaliyyəti == A.M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur. 1934-cü ildə bu texnikom Şəki şəhərindən Bakıya köçürülmüşdür.
Ağacan Rəsulov
Ağacan Əfsər oğlu Rəsulov (10 sentyabr 1997, Xəlfəli, Sabirabad rayonu – 8 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağacan Rəsulov 1997-ci il sentyabrın 10-da Sabirabad rayonunun Xəlfəli kəndində anadan olub.2004-2015-ci illərdə Xəlfəli kənd tam orta məktəbində təhsil alıb və bitirdiyi 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağacan Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Rəsulov noyabrın 8-də şəhid olub. Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağacan Rəsulov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elcan Rəsulov
Elcan Etibar oğlu Rəsulov (22 fevral 1987, Bakı) — azərbaycanlı aktyor və televiziya aparıcısı. == Həyatı və karyerası == Elcan Rəsulov 1987-ci il 22 fevral tarixində Saatlı rayonunda anadan olub 1992-ci ildə birinci sinfə daxil olub. Məktəbdə oxuyarkən 1999-cu ildən İ. Əbilov adına mədəniyyət mərkəzinin tərkibində yerləşən, əməkdar artist Tofiq Bayramovun rəhbərlik etdiyi "Xalq Teatrı"nın, daha sonra isə elə həmin mərkəzin tərkibində fəaliyyət göstərən Mirəhməd Əsgərovun rəhbərlik etdiyi "Poeziya Teatrı"nın üzvü olub. Dəfələrlə keçirilən festival və yarışların qalibi və laeuratı olub. Məktəbdə oxuduğu müddətdə 2002-ci ildən Qüdrət Həsənovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına "Cənnət Teatrı" na daxil olub. Müxtəlif tamaşalarda çıxış edib. Elə həmin illərdə ANS telekanalında yayımlanan "Qulp" verilişində aktyor kimi çıxış edib. "Qulp" layihəsinin daxilində hazırlanmış "Qoyun Realiti ŞOU"sunda aparıcılıq edib. 2003-cü ildə Yasamal rayonu 52 saylı orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Estrada aktyorluğu" fakültəsinə daxil olub.
Eldəniz Rəsulov
Eldəniz Qeybulla oğlu Rəsulov (30 aprel 1952, Qax rayonu)— Azərbaycanın kino və dublyaj aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2008). == Həyatı == Rəsulov Eldəniz Qeybulla oğlu 30 aprel 1952-ci ildə Qaxda anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kinoaktyorluğu şöbəsini bitirmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır. 1971-ci ildən bədii filmlərə çəkilir: "Sevinc buxtası" (Seyidov), "Babək" (Azin), "Anlamaq istəyirəm" (Zeynal), "Nizami" (Maxan, Bəşir), "Gümüşgöl əfsanəsi" (Fərid), "Şeytan göz qabağında" (Zeynal), "Ovsunçu" (kəndxuda) və s. Azərbaycan Televiziyası və Lider TV-də çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublyajı prosesində fəal iştirak edir. Dramaturq Qeybulla Rəsulovun oğludur. 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür. == Filmoqrafiya == == İstinadlar == == Mənbə == Eldəniz Rəsulov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Elxan Rəsulov
Elxan Rəsulov — (doğ. 23 mart 1960) keçmiş Azərbaycanlı qapıçı. Hal hazırda Almaniyada yaşayır və Almaniyanın Xerforder futbol klubunun qapıçıların məşqçisidir. == Şəxsi həyatı == 23 mart 1960-cı ildə Bakı şəhərinda anadan olmuşdur. Rəsulov futbolla, "Neftçi" nin təlim komandasında məşqul olmağa başlayıb. 17 yaşına qədər komandanın birinciliyində çıxış etdi. Məzun olduqdan sonra avtomatik olaraq "Neftçi" nin əsas komandasında oyanmağa başladı. == Karyerası == Rəsulov 1978-ci ildə Neftçi-nin heyətində, Moskvada 1980 Olimpiya oyunlarına hazırlaşan SSRİ olimpiya futbol komandasına qarşı yoldaşlıq oyunları oynadı. Elə həmin vaxtlarda o, Rinat Dasayevlə tanış oldu. Rəsulovun "Neftçi" nin heyətində rəsmi debütü 1979-cu ildə baş tutub və Moskva "Dinamo" nun rəqibi olub.
Firudin Rəsulov
Firudin Yusif oğlu Rəsulov — jurnalist. == Həyatı == 1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən "Abşeron" qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə "Həyat" qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub. Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində "Azərsu" ASC-də işləyib. Jurnalist 1988-ci ilin noyabrında "Kommunist" qəzetində gedən "Topxananın harayı" adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır.
Mirbala Rəsulov
Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989; Şabran rayonu, Azərbaycan SSR — 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirbala Rəsulov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunun Rəhimli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Murad Rəsulov
Murad İlqar oğlu Rəsulov (5 avqust 2000; Şabran, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Murad Rəsulov 2000-ci il avqustun 5-də Şabran şəhərində anadan olub. 2006 il de Şabran şəhər 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2013-cü ildə Şabran şəhər 2 nömrəli tam orta məktəbin liseyində təhsilin davam etdirmişdir. 2017-ci ildə Heydər Əliyev adına Ali hərbi (Akademiyaya) İnistutuna qəbul olmuşdur. == Hərbi xidməti == 27 sentyabır 2020-ci ildə 3-cü kursu bitirib kursant kimi döyüşlərə qatılan Murad Rəsulov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Məcid Rəsulov
Məcid Rəsulov (6 iyul 1916, Nuxa – 11 fevral 1993, Bakı) – Azərbaycan alimi, akademik (1983), fizika-riyaziyyat elmləri doktoru (1960). == Həyatı və elmi yaradıcılığı == Azərbaycan Dövlət Pedoqoji İnstitutunun məzunu və Azərbaycan Dövlət Universitetinin (indiki BDU) aspirantı olmuş, özünün elmi istiqamətini yaratmış, riyazi fizika tənlikləri üzrə görkəmli mütəxəssis, diferensial tənliklər və funksional analiz kimi sahələrdə çalışmış riyaziyyatçı-alim, akademik Məcid Lətif oğlu Rəsulov XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun tədqiqatlarını dörd istiqamətə ayırmaq olar: Birinci istiqamətə onun xüsusi törəməli diferensial tənliklər nəzəriyyəsinə dair işlərini aid etmək olar ki, burada böyük sinif sərhəd, qarışıq və Koşi məsələlərinin həlli üçün çıxıqlar və kontur inteqralı üsulları verilmişdir. Xətti diferensial operatorların spektral nəzəriyyəsi sahəsindəki işlərini ikinci istiqamətə aid etmək olar. Burada o, ixtiyari vektor-funksiyanın kontur inteqralı və diferensial tənliklər üçün spektral məsələlərin həllərinin çıxığı üzrə yeni ayrılış düsturlarını isbat etmişdir.Funksional analizə aid olan üçüncü istiqamət üzrə işlərində Banax fəzasında təyin olunan xətti funksionalların normasını saxlamaqla davamının yeganəlik şərtləri isbat edilmişdir.Nəhayət, dördüncü istiqamət üzrə işlərində funksional analizi diferensial operatorlar nəzəriyyəsinə tətbiq etməklə adi xətti diferensial operatorun normallıq şərtini almışdır. Məcid Rəsulovun ilk elmi araşdırmaları onun 1946-1948-ci illərdə "Diferensial tənliklər üçün bəzi qarışıq məsələlərin həllinin çıxııqlar üsulu ilə araşdırılması " mövzusunda yazdığı namizədlik dissertasiyasında ümumiləşdirilmişdir. O, bu işdə xətti funksionalın altfəzasında bütün Banax fəzasına davamının yeganəliyinin zəruri və kafi şərtlərini almış və baxılan birölçülü xətti diferensial operatorun normallığı üçün zəruri və kafi şərti isbat etmişdir.M.L.Rəsulov 1960-cı ildə SSRİ EA-nın V.A.Steklov adına Riyaziyyat İnstitutunun Elmi Şurasında "Xüsusi törəməli xətti diferensial tənliklər üçün qarışıq və sərhəd məsələlərinin həllinin çıxıqlar üsulu" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır. Məcid Rəsulov tərəfindən yazılmış və Moskvada, "Nauka" nəşriyyatında nəşr edilmiş (1964) "Kontur inteqralı üsulu" adlı fundamental monoqrafiyasında 1950-1962-ci illər arası çıxıqlar və kontur inteqralı üsullarının işlənib hazırlanması zamanı alınan nəticələr öz əksini tapmışdır. Monoqrafiyanın redaktoru prof. A.İ.İvanov öz rəyində yazır: "Məcid Lətif oğlu Rəsulovun monoqrafiyası riyazi ədəbiyyatda müstəsna bir hadisədir.
Natiq Rəsulov
Natiq İsmayıl oğlu Rəsulov (6 yanvar 1958, Nuxa) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı. == Həyatı == Nati İsmayıl oğlu Rəsulov 6 yanvar 1958-ci il tarixində Şəki şəhərində doğulmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif işi fakültəsini bitirmişdir. Rus dilini bilir. == Siyasi fəaliyyəti == 26 noyabr 1995-ci il tarixində baş tutan təkrar parlament seçkilərində Natiq Rəsulov 43 saylı Şəki şəhər seçki dairəsi üzrə bitərəf namizəd olmuş və deputat seçilmişdir. O, parlamentdə Sosial siyasət komissiyasının üzvü olmuşdur.
Nəriman Rəsulov
Nəriman Moğbil oğlu Rəsulov (15 yanvar 1947, Təpəkənd, Amasiya rayonu) — professor. == Haqqında == 1947-ci ilin yanvar ayının 15-i Qərbi Azərbaycanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. Nəriman Rəsulov orta məktəbi Amasiya rayonunda bitirib. Nəriman Rəsulov 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki AzTU) "Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə Bakı Cihazqayırma Zavodunda sex ustası, texnoloq işləmişdir. 1970–1973-cü illərdə AzTU-nun "Maşınqayırma texnologiyası" kafedrasının aspirantı olmuşdur. 1973–1974-ci illərdə həqiqi əsgəri xidmət etmişdir. 1974-cü ilin dekabrından AzTU-da kiçik elmi işçi, baş elmi işçi, assistent, baş müəllim, dosent vəzifələrində çalışmış, 2004-ci ildən "Maşınqayırma texnologiyası" kafedrasının professoru, 2001–2009-cu illərdə Maşınqayırma fakultəsinin dekanı, 2009–2015-ci illərdə isə "Metrologiya və standartlaşdırma" kafedrasının müdiri işləmişdir. O, hazırda "Maşınqayırma texnologiyası" kafedrasının professoru vəzifəsində çalışır. Dosent Nəriman Rəsulov 1985–1986-cı tədris ilində M.Torez adına Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda fransız dilini mənimsəmiş, 1986–1989-cu illərdə Əlcəzairdə, fransız dilli Annaba Texniki Universitetində ixtisası üzrə müəllim işləmiş, əmək fəaliyyətinin yüksək göstəricilərinə və fəal ictimai işinə görə SSRİ-nin Annabadakı baş konsulluğunun Fəxri Fərmanı ilə təltif edilmişdir.
Nərman Rəsulov
Nərman Fəzaim oğlu Rəsulov (23 oktyabr 1993; Aşağı Bucaq, Yevlax rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nərman Rəsulov 23 oktyabr 1993-cü ildə Yevlax rayonunun Aşağı Bucaq kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2010-cu ildə bitirən Nərman 2011-ci ildə hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra 2013-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Hərbiləşdirilmiş Mühafizə İdarəsində mühafizəçi kimi işə başlamışdır. 2016-cı ilə qədər həmin vəzifədə çalışmışdır. == Hərbi xidməti == Nərman Rəsulov 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Nərman Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Nərman Rəsulov 16 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nərman Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Qeybulla Rəsulov
Rəsulov Qeybulla İbadulla oğlu (18 mart 1922 – 11 sentyabr 1988) — dramaturq, Yazıçılar Birliyinin üzvü (1961). == Həyatı == 1922-ci il martın 18-də Azərbaycanın Qax rayonunun İlisu kəndində anadan olmuşdur. İbtidai təhsili kənddə almış, yeddiillik məktəbi Qaxda bitirmiş, sonra Şəki feldşerlik məktəbində oxumuşdur (1935-1939). Ordu sıralarına çağırılmış, İkinci dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş (1942), sonra 402 və 416-cı atıcı diviziyalarında Hərbi feldşer işləmişdir Mozdok şəhərinin azad edilməsi uğrunda döyüşlərdə yaralanmışdır Ordudan tərxis olunandan sonra Azərbaycan Dövlət Teatr İnstitutunun teatrşünaslıq fakültəsində təhsil almışdır Sonra M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1953-1955). == Yaradıcılığı == Ədəbi fəaliyyətə "Qatar Bakıdan gəlir" birpərdəli pyeslə başlamış, xalq yaradıcılığı evi həmin pyesi ayrıca kitabça halında çap etmişdir (1955). Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində müxbir, redaktor (1955-1957), "Bakı" axşam qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1958-1965), M Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi Hissə müdiri işləmişdir (1965-ci ildən) Respublikada keçirilən ən yaxşı pyeslər müsabiqəsində dəfələrlə mükafata layiq görülmüşdür. "Əlvida, Hindistan", "Söz yarası", "Nəsillər", "Od parçası", "Gün aydın, əlahəzrət",, "Günəşlə oyananlar", "Şəhərli oğlan", "Molla Nəsrəddin zarafatı", "Dzerjinski koloniyası" pyesləri respublika dövlət dram teatrlarında səhnəyə qoyulmuşdur. Onun birpərdəli pyesləri, Habelə irihəcmli dramları özfəaliyyət dərnəklərində və xalq teatrlarında oynanmışdır. Eyni zamanda "Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, "Sınaq", "Çağırış", "Ana və oğul", "Mayakovskinin Gözü ilə" və s. pyesləri isə radiola səslənmişdir.
Rafiq Rəsulov
Rafiq Rəsulov (fizik)-Fizika-riyaziiyat elmləri namizədi, dosent, AMİ-nin Şəki filialının direktoru. Rafiq Rəsulov (gitaraçı) — Bakının məşhur gitaraçılarından biri.
Rizvan Rəsulov
Rizvan Rəsulov — SSRİ idman ustası; Beynəlxalq dərəcəli hakim; Azərbaycan Respublikası Fəxri Bədən Tərbiyəsi və İdman işçisi == Fəaliyyəti == Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsində Bədən tərbiyəsi və İdman şöbəsinin rəisi vəzifəsində işləmiş, 2001-ci ildən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktorudur.
Sahil Rəsulov
Sahil Sərvan oğlu Rəsulov (24 iyul 1999; Səfikürd, Goranboy rayonu, Azərbaycan — 11 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Sahil Rəsulov 24 iyul 1999-cu ildə Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur.Sahil Rəsulov 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli hərbi xidmət qulluqçusu olmuşdur. Sahil Rəsulov 2020-ci ilin yayından eyni hərbi birləşmədə müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Sahil Rəsulov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sahil Rəsulov Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 oktyabr 2020-ci ildə Goranboy rayonunun Səfikürd kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Sakit Rəsulov
Sakit Rəsulov (Sakit Rauf oğlu Rəsulov; 17 yanvar 1956, Ağdaş rayonu) — Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor, əməkdar mühəndis. == Həyatı == Sakit Rəsulov 1956-cı ildə Azərbaycan Respublikasının Ağdaş rayonunda anadan olub. 1971-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Kimya texnologiyası" fakültəsinin əyani şöbəsinə daxil olub. 1976-cı ildə həmin institutu "Neft və qaz emalının kimyəvi texnologiyası" ixtisası üzrə bitirib. 2008-ci ildən bugünədək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var. == Elmi fəaliyyəti == "1976–1993-cü illərdə "Neftkimyaavtomat" Elmi-tədqiqat və Layihə İnstitutunda böyük texnik, mühəndis, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində işləmişdir. 1986-cı ildə Daşkənd şəhərində dissertasiya müdafiə edərək texnika elmləri namizədi adına layiq görülmüşdür. 2011-ci ildə "Neft və qaz yataqlarının işlənməsi və istismarı" və "Neft-qaz borularının, bazalarının və anbarlarının tikilməsi və istismarı" ixtisasları üzrə doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə professor elmi adina layiq görülmüşdür.
Teymur Rəsulov
Teymur Yavus oğlu Rəsulov (23 mart 1988; Qaradağ rayonu, Azərbaycan — 21 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Teymur Rəsulov 1988-ci il martın 23-də Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Rəsulov oktyabrın 21-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Teymur Rəsulov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tofiq Rəsulov
Tofiq Əli oğlu Rəsulov ( 21 may1930, – 3 may 2012 ) — Fəlsəfə elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi == Həyatı == Tofiq Əli oğlu Rəsulov 21 may1930-cu ildə Gədəbəy rayonunun Şınıx bölgəsinin Düz Rəsullu kəndində Azərbaycanın sayılıb-seçilən, əsl xalq ziyalılarından biri olmuş, ədalətli və xeyirxah dövlət qulluqçusu kimi tanınmış, el ağsaqqalı Əli Rəsulovun ailəsində dünyaya göz açıb. O, çoxuşaqlı ailədə böyüyüb. Iki qardaşı, altı bacısı hamısı ali təhsil alıb. Bir qardaşı və bir bacısı dissertasiya müdafiə edib, elmlər namizədi alimlik adını alb. Uşaqlığı, ilk gəncliyi Gədəbəy, Tovuz və Zəngilan rayonlarında keçib. Tofiq Rəsulov orta təhsilini, əvvəlcə Tovuz rayonunun Puşkin adına orta məktəbində almış, sonra isə atası Əli Rəsulovun, Zəngilan rayon partiya komitəsinə ikinci katib təyin edildiyi üçün, Zəngilan rayonunun Pircivan kəndində davam etdirmiş və 1947-ci ildə həmin kənddə orta məktəbi əla qiymətlərlə bitirmişdir. Elə həmin ildə yüksək balla Azərbaycan Dövlət Universitetinin (indiki BDU ) tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. Azərbaycan Dövlət Universitetində yaxşı oxuması və ictimai fəaliyyəti nəzərə alınmış və 1952-ci ildə universiteti bitirdikdən sonra Gəncə Pedaqoji İnstitutunun fəlsəfə kafedrasına müəllim göndərilmişdir. Bir müddət Gəncə Dövlət Pedaqoji İnstitutunda kabinet müdiri vəzifəsində çalışdıqdan sonra 1954-cü ildə SSRİ EA Fəlsəfə və Hüquq İnstitutunda aspiranturaya daxil olmuş və 1958-ci ildə “XIX əsrin axırlarında pozitiv sosiologiyanın tənqidi” mövzusunda böyük uğurla namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi adını almışdır. Moskvadan qayıtdıqdan sonra Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmışdır.
Xəzər Rəsulov
Xəzər Mail oğlu Rəsulov (7 oktyabr 1987; Yevlax rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəzər Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Rəsulov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Çingiz Rəsulov
Çingiz Rəsulov (tam adı: Çingiz Qnyaz oğlu Rəsulov; 31 avqust 1949, Ələt) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Tsikloalkilfenolların kimyası və texnologiyası" laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Çingiz Qnyaz oğlu Rəsulov — 31 avqust, 1949-cu ildə Azərbaycan Respublikası, Qazıməmməd rayonunun Ələt qəsəbəsində anadan olmuşdur. 1966-cı ildə Yevlax şəhərində orta məktəbi bitirib və həmin ildə Azərbaycan Neft və Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, mühəndis-texnoloq ixtisasına yiyələnmişdir. 1971–1973-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. Ordu sıralarından qayıtdıqdan sonra 1974-cü ilədək Yevlax Zonal Qaz İB-də əvvəl mühəndis, sonra texniki-istehsalat şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun aspiran-turasının ğündüz şöbəsinə daxil olub, 1977-ci ildə vaxtından əvvəl namizədlik dissertasiyasını müdafiə etmişdir. Rəsulov Çingiz həmin İnstitutda əvvəl kiçik elmi işçi, sonra baş elmi işçi vəzifələrində çalışmışdır. 1992-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və kimya elmləri doktoru elmi dərəcəsini, 2012-ci ildə isə professor elmi adını almışdır.
Əsgər Rəsulov
Əsgər Adil oğlu Rəsulov (3 mart 1954, Naxçıvan) — Azərbaycanlı alim, filologiya üzrə elmlər doktoru, professor. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi. == Həyatı == Əsgər Adil oğlu Rəsulov 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olub. O, 1960–1970-ci illərdə Naxçıvan şəhərində Əkbər Ağayev adına 1 nömrəli orta internat məktəbdə oxuyub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olub və 1971–1976-cı illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin türk şöbəsində təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur. == Fəaliyyəti == Əsgər Rəsulov universiteti bitirdikdən sonra dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib.1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. O, 1989–1992-ci illərdə SSRİ-nin Ankaradakı səfirliyində mütərcim-referent vəzifəsində işləmişdir. Əsgər Rəsulov 1983-cü ildə "Türk ədəbiyyatında oçerk janrı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2005-ci ildə isə Türk ədəbiyyatında bədii-publisistik janrların yaranması və inkişaf yolları" mövzusunda filologiya üzrə elmlər doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
Hüseyn Rəsulov
Hüseyn Əvəz oğlu Rəsulov (21 fevral 1929, Müskürlü, Göyçay qəzası – 2 sentyabr 1986, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1977), Azərbaycan SSR əməkdar inşaatçısı, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı. == Həyatı == Hüseyn Əvəz oğlu Rəsulov 21 fevral 1929-cu ildə Göyçay qəzasının (sonralar Göyçay rayonu) Müskürlü kəndində anadan olmuşdur. 1943-cü ildən 1949-cu ilədək Göyçay rayonundakı Lenin adına kolxozda çalışmışdır. Suvaqçılar hazırlayan fabrik-zavod şagirdliyi məktəbində təhsilini başa vurduqdan sonra Bakının müxtəlif tikinti təşkilatlarında suvaqçı işləmişdir. 1962-ci ildən Azərbaycan SSR Tikinti Nazirliyinin (1967-ci ildən Sənaye Tikintisi Nazirliyinin) 4 nömrəli tresti sistemində çalışmış, 1976-cı ildən həyatının sonunadək həmin trestin 46 nömrəli tikinti idarəsində kompleks tikinti briqadasına (suvaqçılar briqadası) başçılıq etmişdir.Hüseyn Rəsulov Bakıda asbest-şifer kombinatının tikintisində Bakı neftayırma zavodundakı koks qurğusunun ucaldılmasında, dəmiryol vağzalının inşasında, tikinti maşınları təmiri zavodunun, müxtəlif yaşayış binalarının istifadəyə verilməsində, Bakı məişət kondisionerləri zavodunun mozaik döşəmələrinin hazırlanmasında, Bakı neftayırma zavodunda neftin ilkin emalı qurğusunun — "ELOU AVT" qurğusunun tikintisində yaxından iştirak etmişdir. Onun briqadası 1970-ci ildə Azərbaycanda Moskva inşaatçısı Nikolay Zlobinin metodu ilə ilk dəfə işləyən kollektivlərdən biri olmuşdur.Hüseyn Rəsulov 1955-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmiş, Ali Sovetin Tikinti və inşaat materialları sənayesi komissiyasının üzvü olmuşdur. Sov. İKP XXVII qurultayına (1986), Azərbaycan Kommunist Partiyasının XXX və XXXI (1981, 1986) qurultaylarına nümayəndə seçilmişdir.Hüseyn Rəsulov V. İ. Lenin adına Bakı neftayırma zavodunun neftayırma kompleksinin tikintisində əldə etdiyi nailiyyətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 21 iyul 1977-ci il tarixli Fərmanı ilə "Sosialist Əməyi Qəhrəmanı" adına layiq görülmüşdür. İki dəfə "Lenin" ordeni, "Xalqlar dostluğu" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir. Ona "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı verilmişdirHüseyn Rəsulov 2 sentyabr 1986-cı ildə avtomobil qəzası nəticəsində həlak olmuşdur.
Tərlan Rəsulov
Tərlan Aqşin oğlu Rəsulov (27 avqust 1968, Bakı) – Azərbaycan teatr rejissoru, Azərbaycanda ilk interaktiv teatr olan dOM Müstəqil Teatrının (dOM Teatrı) yaradıcısı və rəhbəri, spontan aktyorluq metodunun müəllifi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mədəniyyət Mərkəzinin müdiri, Aktyor və rejissor hazırlığı üzrə Eksperimental Teatr laboratoriyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tərcüməçi, prodüser. Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü. Beynəlxalq teatr festivallarının iştirakçısı və laureatı. "MANIFEST XXL Teatr. Gələcəyə qayıdış"ın müəllifi. == Həyatı == Tərlan Rəsulov 27 avqust 1968-ci ildə Bakı şəhərində aktyor, vokalçı və pedaqoq Aqşin Rəsulov ailəsində anadan olub. Babası Dadaş Rəsulzadə Cənubi Azərbaycanda, Ərdəbil şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə qəbul imtahanlarından uğurla keçərək həyat təcrübəsi qazanmağa üstünlük verib. 1986–88-ci illərdə Sovet Ordusunda, Almaniyada Məhdud Sovet Kontingenti sıralarında xidmət edib. Səhnə işçisindən teatr direktoru və bədii rəhbərinə qədər hər cür teatr peşəsini mənimsəyərək yaradıcılıq yolu keçib.
Elxan Rəsulov (əsgər)
Elxan Ayaz oğlu Rəsulov (6 aprel 1989; Zeyvə, Goranboy, Azərbaycan — 16 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elxan Rəsulov 1989-cu ildə Goranboy rayonunda dünyaya gəlib. Goranboy rayonu Seymur Məmmədov adına Zeyvə kənd tam orta məktəbi bitirib. 2007–2008-ci illərdə hərbi xidmətdə olub. Daha sonra yenidən Orduda müddətdən artıq xidmətə başlamışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elxan Rəsulov Suqovuşan, Tərtər doyüşlərində iştirak edib. 16 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olmuşdur. Goranboyda torpağa tapşırılıb.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Rəsulov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Rəsulov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Hacı Mustafa Rəsulovun mülkü
Hacı Mustafa Rəsulovun mülkü — 1884–1885-ci illərdə Hacı Mustafa Rəsulovun sifarişi ilə Anton Kandinov və Nikanor Tverdoxlebov tərəfindən tikilmiş bina. 1918-ci ilə qədər binanın birinci mərtəbəsində müxtəlif dükanlar və anbarlar ikinci mərtəbəsində isə İslamiyyə mehmanxanası yerləşib. 1918-ci il Mart soyqırımında bina ermənilər tərəfindən yandırılıb. == Haqqında == Ev sahibi Hacı Mustafa Rəsulovun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasına təqdim etdiyi məlumatlara əsasən mülkün birinci mərtəbəsində çöldə 26 daxildə isə 14 mağaza yerləşirdi. Yuxarı mərtəbədə isə 60 otaqdan ibarət İslamiyyə mehmanxanası yerləşib. Əsas fasad Qubernskaya küçəsi boyunca 70 addım uzunluğunda, yan fasad Bazarnaya küçəsi boyunca 55 addım uzunluğundadır, evin arxa fasadı isə 70 addım uzunluğunda Staro-Poçtovaya küçəsinə çıxır.Binanın aşağı mərtəbəsi Rəsulovlara icarəyə verilib, İslamiyyə mehmanxanası isə İsmayıl Qulu oğlu Mahmudova məxsus olub. 1918-ci ilin qiymətləndirməsinə görə binanın qiyməti 1 milyon rubldan artıq olub. Bina 1918-ci ildə Mart soyqırımı dövründə ermənilər tərəfindən yandırılıb. Həmin dövrdə evdən yalnız yarımdağılmış iki mərtəbəli, aşağı hissəsində – Bazarnaya küçəsi tərəfdən isə üç mərtəbəli, üzərində alov və tüstü izləri olan divarlar qalmışdır.Təmir edildikdən sonra 1930-cu ildə binanın Bazarnaya küçəsi boyunca birinci mərtəbəsində piyada keçid pasajı yaradılır. İkinci mərtəbəsində isə 6 nömrəli musiqi məktəbi yerləşib.Hazırda binanın birinci mərtəbəsində fərqli dükanlar, ikinci mərtəbəsində isə, otel yerləşir.
Lidiya Rəsulova
Lidiya Xudat qızı Rəsulova (4 dekabr 1941, Bakı – 5 fevral 2012, Bakı) — Azərbaycanın dövlət xadimi == Həyatı == Lidiya Rəsulova 1941-ci il dekabr ayının 4-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirərək o, 1959–1965-ci illərdə Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda ali təhsil almışdır. Əmək fəaliyyətinə 1958-ci ildə Bakının ümumtəhsil və məktəbdənkənar tədris müəssisələrində başlayan Lidiya Rəsulova 1962–1981-ci illərdə gənclər təşkilatlarında, partiya və sovet orqanlarında ayrı-ayrı vəzifələrdə çalışmışdır. Lidiya Rəsulova 1981–1988-ci illərdə Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının sədri, 1988–1992-ci illərdə Azərbaycan Respublikasının sosial təminat naziri olmuş, daha sonra Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi sədrinin müavini, 1993-cü ildən etibarən Azərbaycan Respublikasının təhsil naziri işləmişdir. Səhhətində yaranmış problemlərlə əlaqədar 1997-ci ildə təhsil naziri vəzifəsindən azad olunan Lidiya Rəsulova bir neçə çağırış SSRİ və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Lidiya Rəsulova bir çox orden və medallarla təltif edilmiş, dövlət quruculuğunda fəal iştirakına görə Azərbaycan Respublikasının ali mükafatı olan "Şöhrət" ordeninə layiq görülmüşdür. 2002-ci ildən prezident təqaüdçüsü olub.Lidiya Xudat qızı Rəsulova 2012-ci il fevralın 5-də vəfat etmişdir. == Xatirəsi == 2023-cü ildə tanınmış ictimai-siyasi xadim Lidiya Rəsulovaya həsr olunan və Dilarə Rüstəmin müəllifi olduğu "Tarixə yazılmış ömür" kitabı işıq üzü görmüşdür.
Oksana Rəsulova
Oksana Rəsulova (19 dekabr 1982, Dəvəçi rayonu) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi. "OksiMedia" MMC şirkətinin rəhbəri. İxtisasca ginekoloq və dəri zöhrəvi həkimi olmasına baxmayaraq 19 ildir hind rəqsinə həm nəzəri, həm də texniki cəhətdən yiyələnməkdədir. Hind rəqsi üzrə bir çox beynəlxalq müsabiqələrdə qalib eyni zamanda 2-ci və 3-cü dərəcəli laureat olub. 2007-ci ildə Moskvada Hind rəqs ulduzları ilə birgə "Şavratri" adlı ilk keçirilən müziklda "Apsara" rolunu ifa edib. 2008-ci ildə isə Peterburqda keçirilən "Beynəlxalq Hind Rəqsləri Müsabiqəsi"-də 1-ci yerə layiq görülüb. Nəhayət 2009-cu ilin oktyabr ayında Azərbaycanı Hind mədəniyyət festivalı "Divali 2009" da təmsil edib və 1-ci yerə çıxıb. Daha sonra "Hind rəqsləri üzrə 3-cü açıq konkurs"-da iştirak edib və 3-cü yeri tutub. Oksana hind dilində sərbəst danışır, həmçinin azərbaycan və rus dillərini də bilir. == Həyatı == Oksana Rəsulova 19 dekabr 1982-ci ildə Əli Bayramlı şəhərində ziyalı ailəsində dünyaya gəlib.
Rafiq Rəsulov (gitaraçı)
Rafiq Rəsulov — Bakının məşhur gitaraçılarından biri (əsl adı Rafaeldir). Vaxtilə, 60-cı illərin ortalarından başlayaraq Xalq Təsərrüfatı İnstitutunun "Xürrəmilər" qrupunun solisti olmuşdur. Bakıda müxtəlif illərdə keçirilən "Qızıl payız-69", AZİ-1970, ADU-51, "Qızıl payız-71" və bir çox başqa mahnı və rok müsabiqələrində iştirak etmişdir. Gitarada mahir ifasına görə musiqiçilər arasında onu "Hendrix" deyə çağırırdılar. 2016-cı il sentyabrın 20-də 67 yaşında vəfat etmişdir.
Rəsulova
Rəsulova — Azərbaycan soyadı. Lidiya Rəsulova (1941–2012) — Azərbaycanın dövlət xadimi. Oksana Rəsulova (d. 1982) — Hind rəqslərinin mahir ifaçısı, aktrisa, ginekoloq və dəri zöhrəvi həkimi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.20 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 ••••••• 4.72
2004 ••••••••••• 8.09
2005 ••••••••••• 8.10
2006 •••••••••• 7.43
2007 •••••••••••• 8.46
2008 ••••••••••••••• 11.21
2009 •••••••••••••••••••• 15.20
2010 ••••••••••••••••••• 13.89
2011 ••••••••••••••••• 12.18
2012 ••••••••••••••••••• 13.85
2013 ••••••••••••••• 11.09
2014 •••••••••• 7.38
2015 •••••••••• 7.49
2016 ••••••••••••• 9.72
2017 ••••••••• 6.18
2018 •••••••••••• 8.69
2019 ••••••••••••• 9.88
2020 ••••••••• 6.23

"rəsulov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rəsulov nədir? #rəsulov sözünün mənası #rəsulov nə deməkdir? #rəsulov sözünün izahı #rəsulov sözünün yazılışı #rəsulov necə yazılır? #rəsulov sözünün düzgün yazılışı #rəsulov leksik mənası #rəsulov sözünün sinonimi #rəsulov sözünün yaxın mənalı sözlər #rəsulov sözünün əks mənası #rəsulov sözünün etimologiyası #rəsulov sözünün orfoqrafiyası #rəsulov rusca #rəsulov inglisça #rəsulov fransızca #rəsulov sözünün istifadəsi #sözlük