Rəşidov sözü azərbaycan dilində

Rəşidov

Yazılış

  • Rəşidov • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Natiq Rəşidov
Natiq Rəşidov (azərb. Natiq Məmmədrza oğlu Rəşidov‎; d. 2 sentyabr 1991, Dədə Qorqud, Saatlı — ö. 20 oktyabr 2020, Hadrut) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Rəşidov 2 sentyabr 1991-ci ildə Saatlı rayonunun Dədə Qorqud kəndində doğulub. 2020-ci ildə Tovuz döyüşlərindən sonra könüllü olaraq ordu sıralarına yazılmışdır. Ailəli idi, iki övladı yadigar qalıb. == Döyüş yolu == 21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi təlimlərə cəlb olunmuşdur. Natiq Xocavənd rayonunun Hadrut qəsəbəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüş yoldaşlarının dediyinə görə Natiq döyüşlərdə böyük qəhrəmanlıq göstərmiş və bir neçə düşmən tankını məhv etmişdir.
Tural Rəşidov
Tural Fazil oğlu Rəşidov (30 may 1989; Tülü, Balakən rayonu — 16 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Rəşidov 1989-cu il mayın 30-da Balakən rayonunun Tülü kəndində anadan olub. 1995-2006-cı illərdə Balakən rayonunun İ.Nəsimi adına 2 saylı tam orta məktəbində təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı. == Hərbi xidməti == Tural Rəşidov 2007-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonuna yerləşən “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Tural Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tural Rəşidov oktyabrın 16-da Füzulinin azad edilməsi zamanı şəhid olub.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İlham Rəşidov
İlham Tahir oğlu Rəşidov (1 mart 1983; Marı vilayəti, Türkmənistan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlham Rəşidov 1983-cü il martın 1-də Marı vilayətində anadan olub. Sonradan Rəşidovlar ailəsi Azərbaycana gəliblər və Xudat şəhərində yaşamağa başlayıblar. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan İlham Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlham Rəşidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xudat şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şərəf Rəşidov
Şərəf Rəşidoviç Rəşidov (özb. Sharof Rashidovich Rashidov; 24 oktyabr (6 noyabr) 1917, Cizak, Rusiya Türkistanı general-qubernatorluğu – 31 oktyabr 1983, Daşkənd) — Özbəkistanın partiya və dövlət xadimi, yazıçı, iki dəfə sosialist əməyi qəhrəmanı, 1959–1983-cü illərdə Özbəkistan KP MK-nın I katibi olmuşdur. == Həyatı == Şərəf Rəşid oğlu Rəşidov Özbəkistan Dövlət Universitetinin Filologiya fakultəsini bitirmişdir (1941). Səmərqənd şəhərində "Ленин йўли" qəzetinin redaktoru vəzifəsində işləmişdir.
Əbdürrəhim Rəşidov
Əbdürrəhim İsmayıloviç Rəşidov (Krım tatarcası:Abduraim İsmail oğlu Reşidov, rusca:Абдраим Измайлович Решидов, 8 mart 1912, Orlovka[d] – 24 oktyabr 1984, Simferopol) – Sovet İttifaqı Hərbi Hava Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı 162-ci aviasiya alayının komandan müavini, Sovet İttifaqı Qəhrəmanı == Qəhrəmanlığı == Əbdürrəhim Rəşidov 1945-ci ildə Pe-2 döyüş təyyarəsində 166 hərbi tapşırığı yerinə yetirdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra O, ciddi formada Krım tatarlarının haqlarının müdafiəsi hərəkatına qatılmış və hökumət qarşısında and içmişdi ki, əgər onlar ona öz vətəninə geri dönməyə icazə verməsələr, ictimai formada özünü yandıracaqdır. == Həyatının erkən dövrü == Rəşidov 1912-ci ilin mart ayında Krım tatarı olan ailədə Krımın Mamaşay kəndində anadan olmuşdur. Cəmi 5 sinif bitirdikdən sonra Kaçın Hərbi Aviasiya Məktəbinin sexində işləməyə məcbur olmuşdur. 1932-ci ildə o, Simferopolda DOSAAF-ın uçuş məktəbini bitirmiş və 1933-cü ildə Qırmızı Orduya daxil olmuşdur. Bundan sonra təhsilini Luqansk Hərbi Aviasiya Məktəbində və Odessa Hərbi Aviasiya Məktəbində davam etdirmiş və 1934-cü ilin dekabrında təhsilini başa vurmuşdur. Təhsilini başa vurduqdan sonra Xarkov hərbi dairəsində yerləşən eskadrilyaya təyinat almışdır. 1938-ci ilin mayından 1940-cı ilin aprelinə qədər o, Sevastopolda xidmət etmiş, buradanda Odessa Yüksək Sürətli Bombardman Alayına köçürülmüşdür. Almaniya Barbarossa əməliyyatına başlayan zaman o, bu hərbi hissədə xidmət etməkdə idi. == İkinci Dünya müharibəsi == Almaniyanın hücumunun başlamasından qısa müddət sonra Rəşidov Cənub cəbhəsində müdafiə uçuşları etməyə başladı.
İlham Rəşidov (baş gizir)
İlham Tahir oğlu Rəşidov (1 mart 1983; Marı vilayəti, Türkmənistan SSR — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İlham Rəşidov 1983-cü il martın 1-də Marı vilayətində anadan olub. Sonradan Rəşidovlar ailəsi Azərbaycana gəliblər və Xudat şəhərində yaşamağa başlayıblar. Ailəli idi. Bir oğlu və bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan İlham Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlham Rəşidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xudat şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlham Rəşidov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
İradə Rəşidova
İradə Rəşidova (tam adı: İradə Mehman qızı Rəşidova; d. 1975) — aktrisa. == Həyatı == İradə Rəşidova 1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində doğulub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktrisasıdır. == Çəkildiyi filmlər == 1. Bianka – ("Otello", V. Şekspir) 2. Nastinka – ("Ağ gecələr", M. F. Dostoyevski) 3. Gülçöhrə — ("Müsyö Jordan və dərviş Məstəli şah", M. F. Axundov) 4. Pərizad – ("Hekayəti xırsi quldurbasan", M. F. Axundov) 5.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.65 dəfə / 1 mln.
2003 •••••••••••••••• 2.36
2004 ••••• 0.67
2006 •••••• 0.90
2007 ••••• 0.63
2008 ••••••• 0.97
2009 ••••••• 0.96
2010 ••••••••••••••••• 2.45
2011 ••••••••• 1.37
2012 •••••••••••••••••••• 2.93
2013 •••••••••••••••••••• 3.06
2014 ••••• 0.69
2015 ••••••••••••• 1.87
2016 •••••••••••• 1.74
2017 •••••••••••• 1.79
2018 ••••••••••• 1.65
2019 •••••• 0.83
2020 ••••••••• 1.33

Oxşar sözlər

#rəşidov nədir? #rəşidov sözünün mənası #rəşidov nə deməkdir? #rəşidov sözünün izahı #rəşidov sözünün yazılışı #rəşidov necə yazılır? #rəşidov sözünün düzgün yazılışı #rəşidov leksik mənası #rəşidov sözünün sinonimi #rəşidov sözünün yaxın mənalı sözlər #rəşidov sözünün əks mənası #rəşidov sözünün etimologiyası #rəşidov sözünün orfoqrafiyası #rəşidov rusca #rəşidov inglisça #rəşidov fransızca #rəşidov sözünün istifadəsi #sözlük