səhifə sözü azərbaycan dilində

səhifə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səhifə • 98.3162%
  • Səhifə • 1.4996%
  • səhİfə • 0.1052%
  • SƏHİFƏ • 0.0789%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Ana Səhifə
Səhifə başlığı
Səhifə başlığı (header) – mətinlərin emalı və çap sistemlərində: səhifənin yuxarısında çap edilən bir və ya bir neçə sətirdir. Yuxarı kolontitul yalnız birinci səhifədə, yaxud bütün səhifələrdə çap edilə bilər, cüt və tək səhifələrdə müxtəlif ola bilər, mərkəzə, sol qırağa və sağ qırağa görə düzləndirilə bilər. Yuxarı kolontitul, adətən, səhifənin nömrəsindən və eləcə də tarixdən, müəllifin adından və ya sənədin titul başlığından ibarət olur. Başlıq – sənədi tanıdan və onun qalan tərkibindən öndə gələn müəyyən informasiya elementidir. Başlığın özəlliyi onun istifadə olunduğu kontekstlə müəyyənləşir, məsələn: rabitə sistemlərində başlıq, verilənlər paketindən öndə gələn və idarəedici simvollardan, məsələn, göndərən və alan stansiyanın identifikasiyalarından ibarət olan baytlar qrupudur; verilənlər bazasında başlıq, sahələri və verilənlər yazılarında olan informasiyaların tiplərini müəyyənləşdirən yazıdır; verilənlərin saxlanması sistemlərində faylın başlığı verilənlər faylının “kimliyini” müəyyənləşdirir; o, faylın adından, ölçüsündən, yaradılma və ya dəyişdirilmə tarixindən və vaxtından ibarət olur; başlıq verilmiş faylı yaradan proqramın da “kimliyini” müəyyənləşdirə bilər; proqramlaşdırmada başlıq (header və ya heading), ondan dərhal sonra gələn proqramı, funksiyanı və proseduru tanıdan sətirdir; çalışdırılabilən proqramlarda başlıq, proqramın ölçüsünü, yerləşmə yerini və onun haqqında başqa məlumatları özündə saxlayan verilənlər blokudur; qurğuların idarəedilməsi vasitələrində qurğunun başlığı, bu qurğunun idarəolunması proqramının (qurğunun drayverinin) başlanğıcında həmin qurgu haqqında təsviri xarakterli informasiya blokudur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Səhifə düzəni
səhifə düzəni (ing. page layout) - sənədin səhifələrində mətnin və qrafikanın yerləşdirilməsi prosesi. Səhifə düzəni ilə işləyə bilən proqramlar mətnin ayrı-ayrı hissələrinin yerlərini dəyişdirə və mətn üzərində aparılan xüsusi əməliyyatları dəstəkləyə bilir; onlar bir çox cəhətdən mətn prosessorlarına nisbətən yavaş işləsələrdə, mətnin bir neçə sütuna bölünməsi, rəng ayrımı, kerninqvə sözlərin sətirdən-sətrə keçirilməsi kimi mürəkkəb əməliyyatları yerinə yetirə bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Səhifə xətası
Səhifə xətası (ing. page fault) – prosessorun operativ yaddaşda olmayan yaddaş səhifəsində yerləşən növbəti komandaya, yaxud onun operandına müraciəti zamanı virtual yaddaşın idarəolunması sistemində meydana çıxan şərait. Əslində, bu hal xəta deyil. Səhifənin olmaması ünvanlamaya cavabdeh olan aparat səviyyəsində aşkarlanır, nəticədə aparat kəsilməsi (PAGE FAULT INTERRUPT)verilir. Kəsilməyə görə səhifə diskdən oxunur, sonra isə proqram öz işini davam etdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 625 s.
Veb-səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s.Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları. == Veb-səhifə üçün proqramlaşdırma dilləri == HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir.
Veb səhifə
Veb-səhifə — İnternet üçün nəzərdə tutulmuş, ən azı bir hiperkeçidə malik olan, xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb səhifə dedikdə veb saytın hər hansı bir səhifəsi nəzərdə tutulur. Veb saytların hazırlanması hər bir veb-səhifəyə uyğun olan informasiyanın yerləşdirilməsi, funksional əlavələrin quraşdırılması və media (şəkil və s.) elementlərinin əlavə edilməsi nəticəsində həyata keçirilir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Statik Veb-səhifələr "təmiz" html teqlərindən ibarət olurlar. Dinamik Veb-səhifələrdə aktiv kodlardan istifadə edilir: RNR, ASR, SSI... və s.Statik Veb-səhifələrdə səhifə brauzerə göndərilməzdən öncə göstərilən tarix hər dəfə Veb-master tərəfindən dəyişdirilirsə, dinamik Veb-səhifələrdə tarix Veb-serverdə avtomatik dəyişilir. Veb-saytın bütün səhifələri ümumi struktura və quruluşa malik olmalıdırlar. Veb-səhifəyə daxil olan əsas elementlər: Səhifənin başlığı (banner); Naviqasiya elementləri (menyu) – bir səhifədən digərinə keçmək üçün istifadə olunur; Qrafik təsvirlər; Mətn blokları. == Veb-səhifə üçün proqramlaşdırma dilləri == HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla, mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin verilməsi, istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir.
Əsas səhifə
Əsas səhifə (ing. homepage; türk. anasayfa) — hər hansı bir internet saytına girildiyində qarşımıza gələn ilk səhifə və ya web saytının başlanğıc səhifəsi mənalarına gəlir. Bu xüsusi URL-ləri ən ümumi və məşhur istifadəsində olan və bu səhifənin fayl adı ümumiyyətlə index.html-dir.
Səhifə təsviri dili
Səhifə təsviri dili (page-description language - PDL) – printerə və ya ekrana çıxarılan verilənləri təsvir etmək üçün tətbiq olunan proqramlaşdırma dili (məsələn, PostScript); səhifə təsviri dilinin göstərişləri əsasında printer və ya ekran səhifənin görüntüsünü formalaşdırır. PDL dilləri başqa proqramlaşdırma dilləri kimidir; onlar proqramın məntiqi axınını idarə etməyə və beləliklə də olduqca mürəkkəb görüntülər yaratmağa imkan verir. Səhifə təsviri dili təkcə spesifikasiyanı (məsələn, şriftləri və onların ölçülərini) verir, simvolların və qrafikanın çəkilməsi elə bağlı bütün işlər isə çıxış qurğusunun üzərinə düşür. Bu cür yanaşmada işin konkret realizasiyası çıxış qurğusundan asılı olduğundan, səhifə təsviri dili aparatdan asılı deyil, yəni PDL dilini başa düşən istənilən printer və ya digər çıxış qurğusu bu dildəki təsvirinə görə görüntünü yarada bilər. Ancaq bu imkanlar “o qədər də ucuz başa gəlmir”; səhifə təsviri dili tələb edir ki, printerlərin öz prosessorları və fərdi kompüterin yaddaşı ilə müqayisə oluna biləcək qədər (bəzən hətta artıq) yaddaşı olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 624 s.
Azərbaycan: Tarixdən səhifələr (film, 2008)
Azərbaycan: Tarixdən səhifələr — rejissor Nizami Abbasın 2006-2008-ci illərdə çəkdiyi dördseriyalı sənədli film. == Film haqqında == Dördseriyalı sənədli film "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilib. Ekran əsəri Azərbaycan tarixinin müxtəlif dövlərini əhatə edir. Filmin ilk seriyası 2006-cı ildə çəkilib. Filmdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin materiallarından istifadə olunub.
Drakula: Bakirənin gündəliyindən səhifələr (film, 2002)
Drakula: Bakirənin gündəliyindən səhifələr (ing. Dracula: Pages from a Virgin's Diary) — 2002-ci ildə istehsal olunmuş Kanada filmidir. == Xarici keçidlər == Drakula: Bakirənin gündəliyindən səhifələr — Internet Movie Database saytında.
Kod səhifəsi
Kod səhifəsi (ing. codepage) – MS-DOS əməliyyat sisteminin 3.3 və sonrakı versiyalarında: çeşidli ölkələr üçün simvollar yığınını və klaviatura düzümünü dəstəkləmə vasitəsi. Kod səhifəsi proqramda istifadə olunan simvolların ikilik kodlarına klaviaturanın klavişlərinin və ya həmin simvolların ekran görüntülərinin uyğun qoyulduğu cədvəldir. Bundan başqa, kod səhifəsi müvafiq milli əlifbanın simvollarının sıralanma ardıcıllığını müəyyənləşdirir. İstənilən kod səhifəsinin ilk 128 simvolu standart ASCII yığınına, sonrakı 128 simvol isə genişləndirilmiş ASCII yığınına uyğun olur və hər bir kod səhifəsi üçün unikal olur. Displey və klaviatura kimi qurğuların konfiqurasiyasını konkret kod səhifəsinin tətbiqinə, eləcə də istifadəçinin istəyinə uyğun olaraq bir kod səhifəsindən başqasına və əksinə keçmək imkanına kökləmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Onun taleyinin səhifələri (film, 1986)
== Məzmun == Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Ali Sovetlərinin deputatı Şamama Həsənova haqqında danışır.
TeX səhifələmə sistemi
TeX <tex> – kompüter mətbəəsi yaratmaq məqsədilə Amerika alimi Donald Knut (Donald Knuth) tərəfindən işlənib hazırlanmış səhifələmə sistemi. Mürəkkəb riyazi düsturları yazmaq imkanlarına görə akademik dairədə, xüsusən riyaziyyatçılar və fiziklər arasında populyardır. Sərbəst (havayı) yayılan proqram təminatıdır. TeX riyazi düsturlar üçün xüsusi mətn sintaksisi təklif edir. Məsələn, kvadrat tənliyin köklər düsturu belə görünəcək: The quadratic formula is $-b \pm \sqrt{b^2 - 4ac} \over 2a$ \bye == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ömrün səhifələri
Ömrün səhifələri (film, 1972)
Ömrün səhifələri (film, 1972)
== Məzmun == Tarixi-bioqrafik film böyük alim, tanınmış kimyaçı, akademik Yusif Məmmədəliyevə həsr edilmişdir. Akademik Yusif Məmmədəliyevin bütün həyatı xalqa xidmətlə bağlı olmuşdur. Onun elmi kəşfləri Azərbaycan kimyasına şöhrət gətirmişdir. Akademikin İkinci dünya müharibəsi illərindəki kəşfləri faşizm üzərində qələbə qazanılmasında böyük rol oynamışdır. Filmdə alimin sağlığında çəkilmiş kinoxronika və fotomateriallardan istifadə olunmuşdur. == Festivallar və mükafatlar == 1)1973-cü ildə Alma-Atada VI Ümumittifaq kinofestivalıFilmə həvəsləndirici Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: İsi Məlikzadə Operator: Vladimir Zbudski Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ömrün səhifələri (film, 1974)
== Məzmun == Ömrün səhifələri İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır. Rəqiblər Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır. Baladadaşın ilk məhəbbəti Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
İmam Mustafayev. Ömürdən səhifələr (film, 1989)
== Məzmun == Film görkəmli dövlət və elm xadimi, akademik İmam Mustafayevə, onun seleksiya sahəsində elmi fəaliyyətinə həsr olummuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi : Toğrul Cuvarlı Operator: Rafiq Əliyev Bəstəkar: Rauf Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.40 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 ••••••••••••• 11.42
2004 •••••••••••••• 12.80
2005 ••••••••••••••••••• 17.54
2006 •••••••••••••••• 14.19
2007 ••••••••••••••••• 15.01
2008 ••••••••••••• 11.45
2009 •••••••••••• 10.56
2010 ••••••••••••• 11.62
2011 •••••••••••••• 12.44
2012 •••••••••••••• 12.65
2013 ••••••••••••••• 14.00
2014 •••••••••••• 10.98
2015 •••••••••••••••••••• 18.71
2016 •••••••••••••••• 14.75
2017 ••••••••••••••••••• 17.23
2018 ••••••••••••••• 13.78
2019 •••••••••••••••• 14.33
2020 •••••••••••••• 12.86

səhifə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Kitab, dəftər, qəzet və s. vərəqinin bir üzü. Kitab 100 səhifədir. – Hər səhifədə hər gün; Neçə qələbə, zəfər; Neçə-neçə xoş xəbər… R.Rza. // Kitabda, dəftərdə vərəq. Kitabın birinci səhifəsi cırılmışdır. Səhifəni çevirmək. Əsərın üçüncü səhifəsində yazılmışdır. 2. məc. Dövr, bir şeyin hissəsi. Tarixə yeni səhifə açmaq. – [Məsmə:] Mənim həyatımın ikinci səhifəsi iyirmi üçüncü ilin baharından başlayır. S.Hüseyn. …Taqanroqu azad edən hissələr içərisində azərbaycanlılardan ibarət diviziya da öz döyüş şöhrəti ilə tarixin səhifələrinə imzasını atmışdı. Ə.Məmmədxanlı.

    Azərbaycan dilinin izahlı lüğəti / səhifə

səhifə sözünün etimologiyası

səhifə sözünün sinonimləri (yaxın mənalı sözlər)

səhifə sözünün rus dilinə tərcüməsi

  • 1 страница

    Azərbaycanca-rusca lüğət / səhifə
  • 2 I сущ. страница: 1. одна сторона листа бумаги (в книге, тетради). Kitabın səhifələri страницы книги, titul səhifəsi титульная страница, axırıncı səhifə последняя страница, saralmış səhifələr пожелтевшие страницы, qəzet səhifələrində на страницах газеты, mətbuat səhifələrində на страницах печати 2. перен. период, этап, момент в развитии чего-л. Parlaq səhifə яркая страница, unudulmaz səhifələr незабываемые страницы, yaradıcılığın yeni bir səhifəsi новая страница творчества, tarixin səhifələri страницы истории II прил. 1. страничный. Səhifə hesabı страничный подсчет 2. постраничный. Səhifə numerasiyası постраничная нумерация

    Azərbaycanca-rusca lüğət / səhifə

səhifə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. page; birinci, ikinci və s. ~ page one, two, etc.; birinci ~də on the first page; Kitabın 5-ci səhifəsini açın Open the book at page five; mətbuat ~sində in the page of the press, in the columns of the press

    Azərbaycanca-ingiliscə lüğət / səhifə

səhifə sözünün ləzgi dilinə tərcüməsi

səhifə sözünün türk dilinə tərcüməsi

səhifə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. vərəqin bir üzü.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"səhifə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səhifə nədir? #səhifə sözünün mənası #səhifə nə deməkdir? #səhifə sözünün izahı #səhifə sözünün yazılışı #səhifə necə yazılır? #səhifə sözünün düzgün yazılışı #səhifə leksik mənası #səhifə sözünün sinonimi #səhifə sözünün yaxın mənalı sözlər #səhifə sözünün əks mənası #səhifə sözünün etimologiyası #səhifə sözünün orfoqrafiyası #səhifə rusca #səhifə inglisça #səhifə fransızca #səhifə sözünün istifadəsi #sözlük