söhbət sözü azərbaycan dilində

söhbət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • söhbət • 83.2135%
  • Söhbət • 16.7652%
  • SÖHBƏT • 0.0213%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Söhbət
Söhbət — iki və ya daha çox insanın fikir və ya məlumat mübadiləsini əhatə edən ünsiyyət forması. Dinləmək söhbətin əsas komponentidir. Söhbətlər müxtəlif parametrlərdə, məsələn, üz-üzə, telefonla və ya mesajlaşma proqramları vasitəsilə baş verə bilər. Söhbətlər müxtəlif məqsədlərə xidmət edə bilər, məsələn, əlaqələr qurmaq, bilikləri bölüşmək, emosiyaları ifadə etmək və ya problemləri həll etmək.
Söz söhbət
Açıq söhbət
Açıq söhbət — ANS TV-də verilən həftəlik ictimai-siyasi debat verilişi. İlk buraxılışı 9 sentyabr 2011-ci ildə yayımlanan verilişin ilk aparıcısı Turan İbrahimov olmuşdur.
Yoxdu belə söhbət
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. == Məzmun == Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. == Film haqqında == Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. == Film musiqisi == Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Kopernik. Tanrı ilə söhbət
"Kopernik. Tanrı ilə söhbət" (pol. Astronom Kopernik, czyli rozmowa z Bogiem) — polyak rəssam Yan Mateykonun 1873-cü ildə tamamladığı rəsm. Rəsmdə məşhur astronom Nikolay Kopernikin Fromborq şəhərində kilsənin yanındakı qüllədən müşahidələr aparma səhnəsi təsvir olunmuşdur. Hal-hazırda rəsm Krakov şəhərində Yagellon Universitetinin kolleksiyasına daxildir. Bu rəsmi Polşa ictimaiyyəti pul ilə alaraq Yagellon Universitetinə bağışlamışdır. == Yaranma tarixi == Yan Mateyko rəsmin üzərində işləməyə 1871-ci ildə Kopernikin 400 illik yubileyinin qeyd edilməsi üçün görülən hazırlıqlar ərəfəsində başlamışdır. Onun digər rəsmlərində olduğu kimi bu rəsm də Polşa tarixinin önəmli hadisəsinə həsr olunmuşdur. Bu rəsm əsərində Nikolay Kopernik dünyanın heliosentrik nizamının tərəfdarı və elmi inqilabın yaradıcısı kimi təsvir olunmuşdur. Rəsmin çəkilməsi üçün Mateyko Yagellon Universitetində əlçatan olan tarixi sənədləri araşdırmış, bir neçə karandaş eskiz və daha sonra rəsmin yekun variantının bitməsinə qədər yağlı boya ilə çəkilmiş daha 2 eskiz yaratmışdır.
Mumiya ilə söhbət (hekayə)
Edqar Allan Po "Mumiya ilə söhbət" hekayəsi-(Some Words with Mumia) Po bu hekayəsində qədim Misir və 19-cu əsrin mədəniyyət, memarlıq, tibb, siyasət, dövlət quruluşu,din, tarixi şəxsiyyətlər, astronomiya,hətta geyim stillərini belə müqayisə edir, çoxlu ensiklopedik biliklər verir. 19-cu əsrin həkimləri təxminən 5800 il yaşamış mumiya ilə qızğın mübahisəyə girir. Açdıqları hər mövzuda mumiya həkimlərə qalib gəlir, sonda həkimlər 19-cu əsrin geyimini misirlilərinkinə qarşı qoyaraq mübahisəni udurlar. Bəzi məlumatlar uydurma olsa da (Məs:5000 il bundan qabaq yaşamış mumiyanın *qalvanizmlə oyanması və s.) hekayə qədim Misirin umumi mənzərəsini canlandırır.
Onlayn oyunlarda səsli söhbət
Səsli söhbət — VoIP texnologiyaları vasitəsilə telekommunikasiya. Çoxnəfərli oyunlarda oyunçular arasında daxili əlaqə (ing. Intercom) vasitəsi kimi istifadə edilir. VoIP funksiyası bəzi oyunlarda sistemdəki kommunikasiya sistemi və ya üçüncü tərəf söhbət proqramı olaraq quraşdırıla bilər. == Tarixi == Video oyunlarda səsli söhbət videooyun konsollarının altıncı nəslindən olan Seganın Dreamcast konsolu ilə başladı. Seaman və Alien Front Online Dreamcast daxil olmaqla bəzi oyunlar SegaNet-ə aktiv abunə olmağı tələb etməsinə baxmayaraq səsli söhbət funksiyasına daxil edilmişdir. 2001-ci ildə Sony qulaqlıq ilə səsli söhbət etməyə imkan verən PlayStation 2 video oyun konsolu üçün Şəbəkə Adapterini buraxdı. 2002-ci ildə Microsoft səsli söhbət üçün dəstək funksiyası olan Xbox Live xidmətini istifadəyə verdi. Daha sonra Microsoft bütün Xbox Live konsol oyun tərtibatçılarından səsli söhbət funksiyasını öz oyunlarına inteqrasiya etməyi tələb etdi və Xbox Live pərakəndə satış bölməsi ilə mikrofon və qulaqlıq satmağa başladı. 2005-ci ildə Nintendo həm Nintendo DS, həm də Wii üçün onlayn multiplayer xidməti olan Nintendo Wi-Fi Connection-u yayımladı.
Yoxdu belə söhbət (film, 2017)
Yoxdubeləsöhbət — Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə 2017-ci ildə çəkilmiş, 2018-ci ildə yayımlanmış Azərbaycanfilm istehsalı, romantik-komediya janrında tammetrajlı film. == Məzmun == Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qraffiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar. == Film haqqında == Rüfət Həsənovun ilk tammetrajlı kommersial filmidir. 2017-ci ilin qış aylarında çəkilib. Sosial mediada üzə çıxması üçün ilkin olaraq filmin adı haştaqla — #yoxdubeləsöhbət — yazılmışdı. == Film musiqisi == Uran — "Yenə də fırlanır" Barfly — "Kağız" DədəBaba — "Dağların başı" DiHaj — "Eşqini Aşağı Sal" İsrail Məmmədov — "Şəlaləm" Kim Seoq — "Anadır arzulara hər zaman Qarabağ" Yaşar Baxışın rəhbərliyi altında "Bizimkilər" layihəsi — "Jingle Bells" Ya Tosiba — "Maşın" Selda Bağcan — "Yaz, gazeteci, yaz" Xpert ft.
Yoxdur belə söhbət (film, 2017)

Ceyden və Brent ilə qrup söhbəti (serial, 2020)
"Ceyden və Brent ilə qrup söhbəti" — ilk seriyası 2020-ci il 23 mayda yayımlanan veriliş-serialdır. Serialın əsas mövzusu COVID-19 koronavirus pandemiyasından sonrakı virtual əlaqələrdən başlayır. == Məzmun == Proqram oyun oynayan, meydan oxuyan və qonaqları ilə onlayn söhbət quran aparıcıları izlədir. == İstehsal == 2020-ci ilin 6 mayında serialın çəkiləcəyi bildirilib. 23 mayda isə ilk mövsümün ilk seriyası yayımlanıb. Mövsüm 6-cı seriya ilə 27 iyunda bitib. İkinci mövsüm 5 sentyabrda başlayıb. Pandemiya bitənə qədər davam etməsi planlaşdırılır.
Gecə Söhbəti (1971)
Gecə söhbəti (film, 1971)
Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti"
"Siyasi liderlərin Münhendə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı "sərt söhbəti". Tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar təhlil" (ing. The Political Leaders' "Hard Talk" in Munich on the Conflict Between Armenia and Azerbaijan: A Historical, Political, International Law and Humanitarian Analysis) — Almaniya siyasi eksperti Matias Dornfeldtin 2020-ci ildə yazdığı kitab. Əsər "Verlag Dr. Köster" nəşriyyatı tərəfindən Berlində buraxılmışdır. == Məzmunu == Kitabda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Qarabağ münaqişəsi ilə bağlı tarixdə ilk debatı təhlil edir. Bu debat 15 fevral 2020-ci ildə Münhen Təhlükəsizlik Konfransında baş tutmuşdur. Müzakirələr zamanı qaldırılan mövzular və məsələlər əsasında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının tarixi, siyasi, beynəlxalq hüquqi və humanitar aspektləri nəzərdən keçirilir. Beynəlxalq vasitəçilik səyləri, Almaniya və digər Avropa siyasətçilərinin mövqeləri də müzakirə olunur. Nəhayət, BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələri əsasında münaqişənin həlli variantları təqdim olunur.
Söhbətli
Söhbətli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Kəndin əhalisi 355 nəfər təşkil edir.Əhalisini azərbaycanlılar təşkil edir.
Söhbətül-Əsmar (1994)
== Məzmun == Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb... Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir. Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. == Festivallar və mükafatlar == 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. == Film haqqında == Applikasiya filmidir.
Söhbətül-əsmar
"Söhbətül əsmar" (Meyvələrin söhbəti) — Füzulinin Azərbaycan dilində yazdığı alleqorik poeması. == Haqqında == Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə eləcə də "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır: Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda Həmid Araslı tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-cı ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dillə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də Şərqdə) Füzuliyə aiddır. Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri var. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır.
Söhbətül-əsmar (film, 1994)

Söhbətül əsmar

Tuskulan söhbətləri
"Tuskulan söhbətləri" (lat. Tusculanae disputationes) — Siseronun daha çox əxlaqi məsələləri əhatə edən fəlsəfi kitablarından biri. Təxminən m.ö. 45 ildə tamamlanmışdır. Bu kitab Sisero yaradıcılığının ən uca zirvəsi sayılır. O, Sezara qəsd edən Markus Brutusa həsr olunmuşdur və beş kitabdan ibarətdir: “Ölümə qarşı biganə olmaq”; “Ağrıdan qurtarmağın yolu”; “Kədərdən təsəlli tapmaq”; “Ehtiraslar haqqında”; “Yetərli olan ərdəm haqqında”. Bu kitablarda Sisero çoxlu fəlsəfi və əxlaqi məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə yiyələnmək və müdriklik məqamına çatmaq həyatı məzmunla doldurur və bunlar qocalıq, ağrı, ölüm, itki kimi əzabları yüngülləşdirir. Bu əsərdə ölüm qarşısında qorxu hissi haqqında söhbət açılır. Həm də burada ölümün şər olub-olmaması və insan ruhunun mahiyyəti haqqında düşünülür.
Nuşirəvan və bayquşların söhbəti
Adil Nuşirəvan ilə vəzirin hekayəti və ya bilinən qısa adı ilə Nuşirəvan və bayquşların söhbəti — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər Xəzinəsi" poemasının ikinci hekayəsidir. Hekayənin poetik tərcüməsi Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən olunmuşdur. == Haqqında == "Nuşirəvanla vəziri və bayquşların söhbəti" hekayəsi romantik planda verilsə də həyatın eybəcərliklərini çox doğru əks etdirir. Nuşirəvan islamdan öncə yaşamış Sasani hökmdarı olsa da təsvir olunan həyat Nizami dövrünün həyatıdır. Nuşirəvanın ov zamanı qarşılaşdığı mənzərə XII əsrin mənzərəsidir.Şair ədalətsizliyin, qətl-qarətin həddini aşdığını göstərmək üçün maraqlı priyom işlətmişdir. == Məzmunu == Nuşirəvan bir gün ordusu ilə ova çıxır. Bir az keçdikdən sonra vəziri ilə ordudan ayrılaraq ikisi birgə ov etməyə gedirlər. Şah vəziri ilə tək qalmağı istiyir, çünki ölkənin vəziyyətini daha rahat maraqlana bilsin. Gəzərkən uzaqdan bir xaraba kənd görürlər və həmin kəndə doğru yollanırlar. Bütün evlər dağılıb, həyatdan əsər-əlamət yox idi.

söhbət sözünün leksik mənası və izahı

  • 1 is. Şifahi fikir, məlumat mübadiləsi; danışıq, müsahibə, ixtilat. Uzun-uzadı söhbət. – Əsas söhbətlər axşam şərbəti içilən zaman başlanacaq idi. M.S.Ordubadi. Tərbiyəçinin söhbətləri də gəzmək kimi ləzzətli idi. Mir Cəlal. □ Söhbət açmaq – bir şəxs və ya şey haqqında danışmaq, fikir mübadiləsinə başlamaq. O biri otaqda Yetər macal tapıb istədi söhbət açsın. Çəmənzəminli. Söhbət aparmaq – fikir mübadiləsi etmək, müəyyən bir məsələ ətrafında müzakirə aparmaq, danışmaq, söhbət etmək. Cavad öz döyüşçülərini ətrafına toplayaraq müxtəsər bir söhbət apardı. Ə.Vəliyev. Söhbət etmək – bir yerdə oturub danışmaq. [Rüstəm bəy:] Bir neçə nəfər dost-aşna çağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik. Ü.Hacıbəyov. İş üçün gələn kəndlilərlə həmişə Mirzə şirin dillə zarafat eyləyərək söhbət edərdi. Ə.Haqverdiyev. Qurban ilə Məsmə xala bir qədər söhbət elədilər. S.Rəhman. Söhbətə tutmaq – danışığa tutmaq, söhbətlə başını qarışdırmaq, söhbətlə fikrini yayındırmaq. Pəri [Bəhramın] başını qarışdırıb, söhbətə tutur. C.Cabbarlı. Söhbəti ayrı yerə salmaq – söhbəti dəyişdirmək, söhbət zamanı mətləbi qoyub başqa məsələyə keçmək. Səriyyə xala qızın utandığını görüb söhbəti ayrı yerə saldı. S.Rəhman.

    Azərbaycan dilinin izahlı lüğəti / söhbət
  • 2 danışıq, müsahibə, fikir mübadiləsi.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / söhbət
  • 3 ə. 1) dostluq, həmdəmlik; 2) Peyğəmbərin söhbətlərini eşitmək və onu görmək səadəti; 3) söhbət etmə; müsahibə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / söhbət

söhbət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 danışıq — müsahibə

    Azərbaycan dilinin sinonimlər lüğəti / söhbət
  • 2 1. SÖHBƏT [Mozalan bəy:] Amma iki nəfər müsəlmanın söhbəti bir tövr qulağıma çatırdı (Ə.Haqverdiyev); BƏHS Alma hirsləndi; Dedi: Aqaysı; Burax boş bəhsi (M.Seyidzadə); DANIŞIQ Mozalan boy: Bunların belə danışığı hərdənbir qulağıma çatırdı (Ə.Haqverdiyev); DİALOQ Üç il əvvəl olmuş bu dialoq, indi – “Geriyə yol yoxdur” filminə taxarkən.. hafizəsində parladı (Ə.Cəfərzadə); GAP (dan.) Kətxuda: Ay oğul, gapınızı ucundan-qulağından eşitdim (M.Hüseyn); GÖFTGÜ (kl.əd.) Qəhrəman yüzbaşı: A kişi, siz allah, siz peyğəmbər, bu göftgunu boşlayın (C.Məmmədquluzadə); HƏSB-HAL Onun ehtiyacı yox həsb-hala; Nifrəti var əski ulduz, hilala (S.Vurğun); İXTİLAT (köhn.) İxtilatın şirin, sözün məzəli; Şəkər gülüşündən canlar təzəli (M.P.Vaqif); LAF (köhn.) Kağız sənə ağ göstərir öz sineyi-safın; Guş eyləmə lafın (M.Ə.Sabir); MÜKALİMƏ Xudayar bəy gördü ki, ata ilə oğulun mükaliməsi çox uzun çəkəcək.. (C.Məmmədquluzadə); MÜNACAT Sübh olacaq çavuşun münacatı kəndi əhatə eləyib gah o məhəllədən səsi gəlir, gah bu məhəllədən (C.Məmmədquluzadə). 2. söhbət bax müsahibə

    Azərbaycan dilinin sinonimlər lüğəti / söhbət

söhbət sözünün rus dilinə tərcüməsi

  • 1 беседа, разговор

    Azərbaycanca-rusca lüğət / söhbət
  • 2 сущ. 1. беседа: 1) разговор, деловой или задушевный. Yoldaşlıq söhbəti товарищеская беседа, qısa söhbət короткая беседа, canlı söhbət оживлённая беседа, maraqlı söhbət интересная беседа, rəsmi söhbət официальная беседа, söhbətin gedişi ход беседы, söhbətdən təəssürat впечатление от беседы, söhbətdən başa düşmək понять из беседы 2) сообщение на какую-л. тему с участием слушателей в обмене мнениями. Beynəlxalq vəziyyət haqqında söhbət беседа о международном положении, yol hərəkəti qaydaları haqqında söhbət беседа о правилах дорожного движения; seçicilərlə söhbət беседа с избирателями, oxucularla söhbət беседа с читателями, valideynlərlə söhbət беседа с родителями; söhbət keçirmək проводить беседу, söhbət təşkil etmək организовать беседу 2. собеседование: 1) специальная беседа на определённую тему, устраиваемая с целью обмена мнениями между присутствующими, выяснения каких-л. вопросов. Xəzər dənizinin vəziyyəti haqqında mütəxəssislərlə söhbət собеседование со специалистами о состоянии Каспийского моря 2) беседа с поступающими в вуз с целью выяснения их интересов, общей подготовки. Abituriyentlərlə söhbət собеседование с абитуриентами, söhbətdən keçmək пройти собеседование 3. разговор: 1) словесный обмен сведениями, мнениями. Açıq söhbət откровенный разговор, gizli söhbət секретный разговор, boş söhbət пустой разговор, intim söhbət интимный разговор, telefon söhbəti телефонный разговор, uzun söhbət длинный разговор; söhbətə qarışmaq вмешаться в разговор 2) разговоры (слухи, молва, толки). Söhbət (şayiə) yayılıb распространились разговоры (слухи), söhbət gedir идут разговоры ◊ bu nə söhbətdir что за разговоры; söhbət açmaq начать разговор; söhbət aparmaq вести беседу, беседовать; söhbət etmək беседовать, побеседовать, иметь беседу, разговаривать; söhbəti dəyişmək менять разговор; söhbətə tutmaq kimi вовлекать, вовлечь в разговор, разговорить кого

    Azərbaycanca-rusca lüğət / söhbət

söhbət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. conversation, talk; chat; dostcasına ~ friendly chat; səmimi ~ heart-toheart talk; radio vasitəsilə ~ radio talk; 2. interview; 3. debate; ~ aparmaq to have* an interview, to hold* / to lead* a discussion; ~ etmək to talk (to, with), to have* a talk, to have* a chat; bir kəslə ~ə girişmək to enter into conversation with smb.; Söhbəti kəsin! Stop talking! 4. (şayiə, qeybət) rumour, gossip

    Azərbaycanca-ingiliscə lüğət / söhbət

söhbət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. causerie f, conversation f, entretien f ; ~ etmək discourir (de qch, sur qch) vt, deviser, causer vt, entretenir (s’) ; ~ . . . gedir il s’agit de. . . ; ~ . . . ruhunda getmişdir l’entretien a passé dans une ambiance (une atmosphère) de. . . ; ~ üçün qəbul etmək recevoir qn pour échange de vues ; ~ də iştirak etdilər. . . aux pourparlers ont pris part. . . , ont pris part à cette conservation ; ~ ə yekun vurmaq résumer les pourparlers ; ~ i yazdı. . . la conversation a été inscrite par. . .

    Azərbaycanca-fransızca lüğət / söhbət

söhbət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. суьгьбет; ихтилат, эхтилат; рахун; // söhbət açmaq суьгьбет ахъаюн, ихтилат (суьгьбет) кудун, са касдин гьакъинда рахаз авалун; söhbət aparmaq суьгьбет тухун, са месэладин гьакъинда санал веревирдун, рахун, ихтилат авун; söhbət etmək суьгьбет авун, санал ацукьна рахун, ихтилатун; söhbətə tutmaq эхтилатдив кьун, рахуналди кьил акадарун; söhbətini ayrı yerə salmaq эхтилат дегишун, эхтилатдамаз асул метлеб туна маса месэладал элячӀун.

    Azərbaycanca-ləzgicə lüğəti / söhbət

söhbət sözünün türk dilinə tərcüməsi

"söhbət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#söhbət nədir? #söhbət sözünün mənası #söhbət nə deməkdir? #söhbət sözünün izahı #söhbət sözünün yazılışı #söhbət necə yazılır? #söhbət sözünün düzgün yazılışı #söhbət leksik mənası #söhbət sözünün sinonimi #söhbət sözünün yaxın mənalı sözlər #söhbət sözünün əks mənası #söhbət sözünün etimologiyası #söhbət sözünün orfoqrafiyası #söhbət rusca #söhbət inglisça #söhbət fransızca #söhbət sözünün istifadəsi #sözlük