səda sözü azərbaycan dilində

səda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səda • 77.7894%
  • Səda • 21.1679%
  • SƏDA • 1.0428%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Oruc Səda
Oruc Səda (24 may 1934, Saracıq, Qaryagin rayonu – 16 may 2016, Horadiz, Füzuli rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Oruc Səda 1934-cü il may ayının 24-də Qaryagin rayonunun (indiki Füzuli rayonu) Saracıq kəndində anadan olmuşdur. 1953-cü ildə Əhmədalılar kənd tam orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) filologiya fakültəsinə daxil olmuşdur. 1957-ci ildə buranı bitirib Astraxanbazar (indiki Cəlilabad rayonu) rayonuna yollanmışdır. 4 il burada müəllim işlədikdən sonra, 1961-ci ildə Horadiz şəhərinə dəyişdirilmişdir. == Yaradıcılığı == Şairin ilk şeiri olan "Analar" şeiri 1956-cı ildə "Gənclər" qəzetində çap edilmişdir. Beş kitabı işıq üzü görmüşdür. 1994-cü ildə şeir və hekayələrindən ibarət olan "Şeytan barmağı" kitabı çap edildi. Bundan sonra "Hələ şüşədədir divlərin canı", "Mavi nəğməli ömür", "Allah evi" və "Qəmin heyrət zirvəsi" kitablarını yazmışdır. Sonuncu yazdığı "Qəmin heyrət zirvəsi" kitabı isə 2003-cü ildə çap edilmişdir.
Səda mətbəəsi
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. == Mətbəənin yarandığı dövrdə ictimai vəziyyət == XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Nükət-Səda Sultan
Nükət-Səda Sultan (1760, Gürcüstan və ya Abxaziya[d] – 4 iyun 1850 və ya 15 may 1850, İstanbul və ya Beşiktaş, İstanbul ili) — I Əbdülhəmidin 14-cü arvadı və Osmanlı padşahı IV Mustafanın doğma anası. == Həyatı == I Əbdülhəmid öldüyü zaman hələ də Baş iqbal və gözdə olaraq qalan Nükət-Səda Sultan bu səbəbdən validə sultan ola bilməmişdir. Oğlu IV Mustafanın dönəmində onun yerinə validə sultan I Əbdülhəmidin 1776-cı ildə evləndiyi 11-ci arvadı Aişə Səniyəpərvər Sultan olmuşdur. == Vəfatı == Nükət-Səda Sultan oğlu IV Mustafanın 17 noyabr 1808-ci ildə devrilməsindən sonra uzun illər yaşamış və 4 iyun 1850-ci ildə vəfat etmişdir.
Səda Əl Şimal (qəzet)
Səda Əl Şimal (qəzet) — siyasi qəzet. == Haqqında == "Səda Əl Şimal" qəzeti həftəlik ərəb dilində çap edilən siyasi qəzet olmuşdur. Lakin qəzetdə daşınmaz əmlak sənədi ilə bağlı elanlar türk dilində çap edilirdi. İlk sayı 1951-ci il fevralın 6-sında işıq üzü görmüşdür. Qəzetin sahibi sahibi və baş yazarı Maruf Əl Arif, məsul rəhbəri isə vəkil Burhan Əl Tikriti idi. "Səda Əl Şimal" qəzeti Kərkük bələdiyyə mətbəəsində çap edilirdi. Qəzetin 1951-ci il mayın 20-si 13-cü sayı çap edildikdən sonra Bağdada köçmüşdür.
Səda Əl Şəbəb (dərgi)
"Səda Əl Şəbəb (dərgi)" — tələbə dərgisi. == Məlumat == Səda Əl Şəbəb adı ilə çap edilmiş tələbə dərgisi ərəbcə ara-sıra müxtəlif məktəblər tərəfindən yayımlanıb. Vaxtilə şəhərin bir məktəbinin çıxardığı "Səda Əl Şəbəb"in ilk sayı 1949-cu il aprelin 23-üdə nəşr edilib. Dərgi 9x23 ölçüsündə, 24 səhifədən ibarət idi. Üzərində mətbəə adı qeyd edilməyən dərginin Bağdadda çap edilməsi ehtimal olunur. Jurnalın 1950-ci il may sayı "Əl İxlas" adıyla işıq üzü görsə də, birinci səhifəsində sonradan ayrıca kağıza çap edilmiş "Səda Əl Şəbəb" adı yapışdırılıb. Buna səbəb dərginin təsisçisi haqqında adının olduğu kimi qalmalı olması ilə əlaqədardır. Jurnalın bu sayı 40 səhifədən ibarət olub Bağdadda "Əl Ərəbiyyə" mətbəssində işıq üzü görüb. Bu nömrədə Kərküklü şair Hicri Dədənin türk dilində mənzuməsinə də yer ayrılıb. Dərginin 1952-ci il fevral sayı də Bağdadda dərc edilib.
Lahıc Dağlarında Əks-Səda (1971)
== Məzmun == Ta qədim zamanlardan Azərbaycan özünün mis məmulatları ilə şöhrət tapmışdır. Bunların əsas istehsal mərkəzi Böyük Qafqaz dağlarında yerləşən kiçik Lahıc kəndidir. Burada misdən hazırlanan dolça, satıl, sərnic, məcməyi, sərpuş, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. dünyanın bir çox ölkələrinə, o cümlədən Rusiyaya, Orta Asiyaya və Yaxın Şərqə aparılmışdır. Lahıcda dəmir üzərində döymə sənətinin sirləri nəsildən nəslə ötürülür. Filmdə Lahıc sənətkarlarından, onların yaradıcılığından məhəbbətlə söhbət açılır.
Lahıc dağlarında əks-səda (film, 1971)

Əks-səda
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Səda Fəttahoğlu
Səda Fəttahoğlu (26 sentyabr 1979, Trabzon – 27 sentyabr 2023, Bəyoğlu, İstanbul ili) — Türk aktrisası. == Həyatı == Fettahoğlu 26 sentyabr 1979-cu ildə Trabzonda doğulub. O, Trabzon Anadolu Liseyində və Bilkent Universiteti Səhnə Sənətləri Bölümündə təhsil almışdır. 1999-cu ildə başladığı aktyorluq karyerasını 2023-cü ildə vəfat edənə qədər davam etdirib. İngilis dilini mükəmməl bildiyi üçün xarici kino və televiziya filmlərində dublyaj işləri görüb. 2003–2004-cü illərdə "Elmavision" kanalında Can Gürzapla birlikdə "İyi Seyirlər" adlı teatr proqramını aparıb. Aktyorluq karyerasında əsasən serial və reklamlarda çəkilib. O, daha çox zamanının fenomeninə çevrilən "ATV" və "Kanal D"də yayımlanan "Çocuklar Duymasın" serialında Sultan obrazı ilə yadda qalıb. Eyni vaxtda o "Muhteşem Yüzyıl", "Sihirli Annem", "Dolunay", "Sular Durulmuyor" kimi seriallarda ekranlara çıxıb. == Ölümü == Fettahoğlu 27 sentyabr 2023-cü ildə İstanbulun Beyoğlu rayonunda parkda depressiyaya düşdüyü üçün 44 yaşında özünü tapança ilə vuraraq intihar etdi.
Səda (mətbəə)
"Səda" mətbəəsi — Mətbəə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mətbuat tarixində görkəmli yeri olan Haşım bəy Vəzirov tərəfindən təsis edilmişdi. Özünün müstəqil qəzet nəşr etmək istəyini Hacı Zeynalabdin Tağıyevə bildirən Haşım bəy Vəzirov Bakı Bələdiyyə İdarəsinə rəsmi müraciət edərək "Tazə həyat" adlı mətbu orqanın nəşrinə icazə istəyir. Haşım bəy Vəzirov olduqca çətin və mürəkkəb şəraitdə "Tazə həyat"ın çapına razılıq alır. "Tazə həyat" qazeti ilə yanaşı, "İttifaq", "Səda" və "Sədayi-həqq" kimi qazetlərin də çap hüququnu əldə edir. Üç il sonra, yəni 1910-cu ildə "Səda" mətbəəsinin ilk sayının nəşrinə başlayır. == Mətbəənin yarandığı dövrdə ictimai vəziyyət == XX əsrin əvvəllərində Rusiya imperiyası daxilində baş verən inqilabi hadisələr, müstəmləkəçilikdən, milli ayrı-seçkilikdən əziyyət çəkən xalqların etirazları rejimin daxili qayda-qanunlarının sərtləşdirilməsinə səbəb oldu. İmperiyanın bu sərt qayda-qanunları Bakıda da hiss edildi. Bakı general-qubernatoru polis departamentinə 1901-ci il 14 noyabr tarixli tamamilə gizlin məlumatında əhali arasında məzhəb məsələsinə, məxsusi olaraq İran və Türkiyəyə münasibətə, panislamizmə, gənc türklərlə əlaqəyə diqqət yetirməyi tapşırdı. Bakı general-qubernatoru Azərbaycanın Avropa təhsili görmüş, milli düşüncəli bir qrup ziyalısının izlənilməsini, onların fəaliyyətlərinin təftişini Jandarm İdarəsindən tələb edirdi. İzləniləcək ziyalıların siyahısında Azərbaycan jurnalistikasının tanınmış nümayəndələri Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun, Əhməd bəy Ağaoğlunun, Nəriman Nərimanovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin, Əliabbas Müznibinin adları var idi.Çar Rusiyasının Qafqazdakı canişinliyinin təqib və təhdidlərinə baxmayaraq, Azərbaycan xalqı öz istiqlalı, azadlığı uğrunda mübarizə aparır, müxtəlif ideoloji-siyasi cərəyanları təmsil edən partiyalarda, hərəkatlarda təmsil olunurdular.
Əks-səda doğuracaq
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Və dağlardan səda gəldi
Və dağlardan səda gəldi (ing. And the Mountains Echoed) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanı. == Süjet == Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanıstanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtlərilə mübarizə aparmaqdadır. Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda, hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeganə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər. Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taledən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Əks-səda (film, 1987)
== Məzmun == Film 70-ci illərin axırlarında parlaq istedadları ilə ürəklərdə işıqlı ümidlər doğurmuş dörd istedadlı, həvəskar müğənninin aqibətindən, sonrakı taleyindən, istedada qayğı əvəzinə laqeydliyin acı nəticələrindən söhbət açır. == Festivallar və mükafatlar == 1)1987-ci ildə Filmin yaradıcıları Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Aydın Dadaşov Operator: Vladimir Konyagin Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258; 329; 377. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
...Əks-səda doğuracaq (film, 1987)
…Əks-səda doğuracaq (rus. И эхом отзовётся) — Azərbaycanın cizgi, ekler, qarışıq texnika filmi. == Məzmun == Film aktual mövzuya-insanların öz hərəkətləri üçün gələcək qarşısında məsuliyyət daşımalarına, yer planetində sivilizasiyanın qorunub saxlanılması üçün insan zəkasının məsuliyyətinə həsr olunmuşdur. == Film haqqında == Cizgi, ekler, qarışıq texnika filmidir. Bədii-publisistik multipliaskiya filmi Gennadi Tişşenkonun "Miras" hekayəsi əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Gennadi Tişşenko Ssenari müəllifi: Gennadi Tişşenko Quruluşçu rəssam: Vaqif Məmmədov, Gennadi Tişşenko, Nigar Nərimanbəyova Operator: Ramiz Ağayev Bəstəkar: Elmar Fel Səs operatoru: Marat İsgəndərov Multiplikasiya rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko Rəssam: Firəngiz Quliyeva, Hüseyn Cavid İsmayılov, Bəhram Qaflanov === Rollarda === Fəxrəddin Manafov N. Georgiyeva Cahangir Şahmuradov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Əks-səda və səs lokasiyası
Əks-səda – səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə), maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar. v – səsin havadakı sürətidir və 15C°-də 340m\san-dir. Səs lokasiyası səs dalğalarının köməyi ilə obyektlərin yerinin aşkar edilməsi və onlara qədər məsafənin təyin edilməsidir. Səsin əks olunmasından naviqasiya işlərində də istifadə olunur. == Əks-səda və səs lokasiyası == Əks-səda səs dalğalarının öz yolunda rast gəldikləri maneələrdən əks olunaraq qayıtma hadisəsidir. Səs dalğaları elastik mühitdə (bərk, maye və qazlarda) yayılan və səs duyğusu yarada bilən mexaniki dalğalardır. İnsan qulağı yalnız tezliyi 16 Hs ilə 20 000 Hs arasında olan elastiki dalğaları qəbul edə bilir. İnfrasəsi və ultrasəsi insan qulağı qəbul etməsə də bir sıra heyvanlar bu səsləri çox yaxşı eşidir. Səs t müddətində əks olunaraq qəbul edilibsə (eşidilibsə) , maneəyə qədər olan məsafə s=vt\2 düsturu ilə hesablanar.
Katolik sədaqət aktları
Katolik sədaqət aktları – Katolik Kilsəsinin liturgiyasına əlavə olaraq, Allaha və ya müqəddəslərin şərəfinə ibadət etmək üçün xüsusi adətlər, ayinlər və aktlar. Birləşmiş Ştatlar Katolik Yepiskoplarının Konfransı sədaqət aktlarını "öz imanının, mədəniyyətinin və İsa Məsihin İncilinin kəsişməsindən yaranan sevgi və sədaqət ifadəsi" kimi təsvir edir. İbadətlər kilsədə yerinə yetirilsə və ya bir keşiş tərəfindən idarə olunsa da liturgik ibadətlərin bir hissəsi hesab edilmir, əksinə paraliturgiyadır. Vatikanda İlahi İbadət İcması Populyar Dindarlıq və Liturgiya haqqında Kitab nəşr edir. Katolik sədaqət aktlarının müxtəlif formaları var: novenalar kimi rəsmiləşdirilmiş, çoxgünlük dualardan tutmuş, yürüşlər və ya Evxaristik pərəstiş kimi fəaliyyətlərə, skapulyarların taxılmasına, müqəddəslərin ehtiramına, müqəddəslərin kanonik tacqoymalarına Marian və ya Xristoloji təsvirlər və hətta Məryəm bağını salmaq kimi bağçılıq aktları da daxildir. Katolik ibadətlərinin məşhur nümunələri Xaç Yolu, Rozariya, müxtəlif litaniyalar, Məryəmə, Müqəddəs Qəlbə , Məlaikə namazı, Məryəmin Ləkəsiz Qəlbi və İsanın Müqəddəs Simasına sədaqət, həcc ziyarətləri, Oktyabrda rozariya, may ayında isə Məryəm ayının müşahidəsidir. Katolik Kilsəsi liturgiyanı kilsənin həyatında və missiyasında mərkəzi hesab etsə də, Sacrosanctum Concilium -da qeyd edir ki, Sədaqət aktlarının əhəmmiyyəti böyükdür.
Musiqi sədaları (film)
Musiqi sədaları (ing. The Sound of Music) — 1965-ci il ABŞ istehsalı olan müsiqili filmdir. 1959-ci il tarixli eyni adlı Broadway musiqi ilə uyğunlaşdırılmışdır. Mahnıda olduğu kimi bu film də Hovard Lindsey və Rassel Kruzun kitabına əsaslanır. Filmin ssenarisini Ernest Leman yazmışdır. Robert Vayz filmin həm prodüserliyini, həm də rejissorluğunu boynuna götürmüşdür. Əhəmiyyətli rollarda Culiya Endryus, Kristofer Plummer, Eleonor Parker, Peggi Vud və Riçard Haydn oynamışlar. Filmin musiqiləri Riçard Rocers və Oskar Hammerştayn II-yə aiddir. "Musiqi sədaları", 1966-ci ildə 10 nominasiya üzrə namizəd olduğu Oskar mükafatından "Ən yaxşı film", "rejissor", "musiqi", "səs" və "fantastika" dərəcələrində 5 dəfə qazanmışdı. Həmçinin ABŞ-də "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər arasına seçilmiş və Konqres Kitabxanasının Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Musiqi sədaları (film, 1965)

Nəval əs-Sədavi
Nəval əs-Sədavi (ərəb. نوال السعداوي‎; 27 oktyabr 1931[…] – 21 mart 2021) — Misirli feminist yazıçı, aktivist və psixiatr. 2012-ci il Şon Makbrayd Sülh Mükafatı laureatı.
Samir Sədaqətoğlu
Hüseynov Samir Sədaqət oğlu (21 iyul 1975, Kərgəlan, Lənkəran rayonu) — Azərbaycan yazıçısı, publisist, jurnalist. == Həyatı == Hüseynov Samir Sədaqət oğlu 21 İyul, 1975-ci ildə Lənkəranda anadan olub. 1998-ci ildə Bakıda özəl universitetin hüquq fakültəsini bitirib. Bir müddət "Qanun" jurnalında müxbir vəzifəsində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya seksiyasının müdiri olub. 2003-cü ildə "Sənət" qəzetini təsis edib və həmin nəşrin baş redaktoru olmuşdur. Hazırda bu qəzet fəaliyyət göstərmir. Yazıçı, publisist, dramaturqdur. "İtən vaxt" kitabının (2003) müəllifidir. 2001-ci ildə Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc naşiri" və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyatzadə adına "Uğur" mükafatlarına layiq görülüb. 2002-ci ildə Samir Sədaqətoğlunun "İtən vaxt" monopyesi əsasında Bakı Dövlət Kamera Teatrının səhnələşdirdiyi tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatını qazanıb.
Sumqayıtın əks-sədası (film, 1992)
== Məzmun == Film 1988-ci ildə Sumqayıtda baş verən hadisələrdən bəhs edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Eyruz Məmmədov, Nadejda İsmayılova, Davud İmanov Quruluşçu rejissor: Davud İmanov Quruluşçu operator: Rövşən Quliyev Musiqi tərtibatı: Rauf Əliyev Səs operatoru: Teymur Abdullayev Operator: Ramiz Ağayev, Nadir Mehdiyev Rejissor assistenti: Nazim Məmmədov, İlham Salmanov Operator assistenti: [Sadıq Kərimov Səs texniki: Fazil Əfşani Montaj edən: Nelli Mahmudova, Nailə Dadaşova Məsləhətçi: Vladimir Lebedev (MTN polkovniki) Filmin direktoru: Rimma Abdullayeva == İstinadlar == == Mənbə == Akif Cabbarlı, Bəşir Şərifli. "Sumqayıtın əks-sədası" filmi necə yarandı?.. Azərbaycan.- 2011.-27 fevral.- S. 7.
Sədabad (Bicar)
Sədabad (fars. سعد آباد‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 19 nəfər yaşayır (5 ailə). Əhalisini kürdlər təşkil edir.
Sədai Kərkük Əl Riyazi (dərgi)
"Sədai Kərkük Əl Riyazi (dərgi)" — ərəb dilində çap edilmiş dərgi. == Haqqında == Təsisçilik hüququ alınmadan qalın dərgi formasında və ancaq yerli idman yeniliklərinə həsr edilmiş, şəkillərlə dolu bu ərəbdilli nəşrin ilk üç sayı 1967-ci ildə, 4-cü sayı isə 1968-ci ildə nəşr edilib. Onlardan 1-ci sayı güman olunur ki, 1967-ci ilin fevralında işıq üzü görüb. Nəşrin 1, 2 və 4-cü sayları Kərkükdəki “Şimal”, 3-cü sayı isə “Cümhuriyyət” mətbəəsində işıq üzü görüb. Səhifələrinin sayı 66-90 arasında dəyişən bu nəşr İsmayıl Sərttürkman və Mehmet Huseyn Dağıstani tərəfindən dərc edilib.
Sədallah Bərdəi
Sədallah əl-Bərdəi (XIV əsrin sonu—XV əsrin əvvəlləri) - mənşəcə Azərbaycan türklərindən olan tanınmış dilçi alim və şair. == Həyatı == Orta əsrlər Şərqinin tanınmış dilçi və şairi Sədəddin Sədallah əl-Bərdəi müasir Qarabağ ərazisində yerləşən Bərdə şəhərində anadan olub. V əsrdən etibarən Qafqaz Albaniyasının paytaxtı olmuş və sonralar da Azərbaycanın mədəni və ticarət mərkəzi kimi öz əhəmiyyətini itirməmiş bu məşhur şəhərdən bütün Yaxın Şərqdə məşhur olmuş bir çox tanınmış alimlər çıxmışdır ki,onlardan da biri Sədallah Bərdəidir. Bərdəinin həyat tarixçəsi barədə məlumat o qədər kasaddır ki, hətta onun hansı illərdə yaşadığı da indiyəcən müəyyənləşdirilməyib. Dövrümüzə qədər gəlib çatmış nisbətən daha qədim əlyazmalarına əsaslanan alimlər təqribi şəkildə əl-Bərdəinin XIV əsrin sonu - XV əsrin əvvəllərində yaşadığını göstərirlər. Əl-Bərdəinin iki əsəri məlumdur. Bunlardan biri görkəmli dilçi İzzəddin Zəncaninin "Ət-Təsrif" əsərinə, o birisi isə bütün dövrlərin ölməz dilçisi əz-Zəməxşərinin "Əl-Ənmüzəc finnəhv" ("Nümunəvi qrammatika") əsərinə yazılmış şərhdir. Sədallah əl-Bərdəinin əz-Zəməxşərinin adı çəkilən əsərinə verdiyi "hədaiq əddanain fi şərhi risalət əl-lamatəl-hənaiq" adlı şərhi ona şöhrət gətirmişdir. Bərdəi öz şərhinin əvvəlində yazırdı: " Dünyanın heç bir yerində tayı-bərabərincə əsər yazılmamış və tərifinə dillərin aciz qaldığı "Əl-Ənmüzəc" adlı məşhur risaləni gördükdən sonra mən onun üzündən niqabı qaldırmaq, onun ruhunu və gizli sirlərini açmaq, onun xəzinəsində gizlədilmiş ləl-cəvahiratı nümayiş etdirmək, buradakı incə eyhamlara izah vermək, onun özünə bərabər bir hünər göstərmək fikrinə düşdüm." Əl-Bərdəinin yaradıcılıqından bəhs edən əsərində dilçi alimlərdən N. Ağayeva yazır: "Onun şərhləri nəzəri səciyyəsinə, prinsipinə və təyinatına görə buna bənzər əsərlər arasında müstəsna əhəmiyyət daşıyır. Belə ki, o, şərh əsnasında məntiq, ədəbiyyatşünaslıq, semantika və leksika kimi elm sahələrinin başlıca ehkamlarına əsaslanmışdır." Görünür, əl-Bərdəinin şərhlərinin uzun əsrlər boyunca bütün Qafqazda qeyri-adi kütləvilik qazanması da elə bununla bağlıdır.
Sədallah əl-Bərdəi

Sədallah əl-Cabiri
Sədallah əl-Cabiri (ərəb. سعد الله الجابري‎; 14 oktyabr 1892, Hələb – 20 iyun 1947, Hələb) — 1943–1944-cü və 1945–1946-cı illərdə Suriya Respublikasının baş naziri. Həmçinin Cabiri 2 dəfə baş naziri olub. Bacısı Fayzə əl-Cabiri, Livanın iki qat baş naziri Riyad Sülh ilə evləndi. Hələb şəhərinin mərkəzindəki Sədallah əl-Cabiri Meydanı dövlət adamının adını daşıyır.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 580 nəfər əhali yaşayır. Əhalisini tatlar təşkil edir.
Sədan mahalı
Sədan mahalı — Quba xanlığında mahal. Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində — Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir. == Kəndlər == == Tanınmışları == == İstinadlar == Mustafazadə Tofiq.
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb.
Sədaqət Hüseynova
Sədaqət Kərimova
Sədaqət Qayınbəy qızı Kərimova (ləzg. Керимова Седакъет Къайинбеган руш; 30 may 1953, Qalacıq, Qusar rayonu) — ləzgi şairi, yazıçısı, bəstəkarı, rejissoru. == Həyatı == Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S. Kərimova tələbəlik illərinin ilk günlərindən "Azərbaycan gəncləri" qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın "Sovet kəndi" qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar "Azərbaycan" qəzetində şöbə müdiri, "Günay" qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S. Kərimova 1997-ci ildən üç dildə çıxan "Samur" qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Məmmədova

səda sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Səs, avaz. Orkestrin sədası yayıldı. Uşaqların sədası gəlirdi. – Quşlar … cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Melodiyanın ilk sədaları təzəcə dilə gəlmişdi… Ə.Məmmədxanlı. □ Səda düşmək – səs düşmək, yayılmaq. Hər yana səda düşür; İgidlər gəlir məclisə. Aşıq Ələsgər. Qar əriyir, çaylar daşır; Dağa-daşa düşür səda. B.Vahabzadə. Səda etmək – səsləmək, çağırmaq. Mollabaşının təhriki olmamış da bu halda kəmali-qeyz ona üz verib, Xacə Mübarəki qaim sövt ilə səda etdi. M.F.Axundzadə. Səda salmaq – 1) səs salmaq, gurultu qopartmaq, hay-küy qopartmaq. Göyün dağlara səda salan dəhşətli şaqqıltısı … bir qızı yox, bütün kişiləri də qorxuya salır. S.S.Axundov. Deyirlər, qəlbində bir vulkan gömülü; Şir kimi nərə çək, səda sal cahana! M.Müşfiq; 2) məc. məşhurlaşmaq, gurultu qoparmaq. Onun qüvvəsilə sənin dəmirin; Ölkəmizə səda salır, Daşkəsən! Aşıq Məsum.

    Azərbaycan dilinin izahlı lüğəti / səda

səda sözünün sinonimləri (yaxın mənalı sözlər)

səda sözünün rus dilinə tərcüməsi

  • 1 1. звук, голос, отзвук, отклик; 2. весть, слух;

    Azərbaycanca-rusca lüğət / səda
  • 2 сущ. 1. звук (слуховое ощущение, вызываемое действием механических колебаний окружающей среды). Musiqi sədaları звуки музыки 2. голос (звуки, возникающие вследствие колебания голосовых связок при разговоре, крике, пении). Quşların sədaları голоса птиц, uşaqların sədaları голоса детей 3. отголосок, отзвук: 1) доносящийся издалека, ослабленный расстоянием звук чего-л. Atışma sədaları отголоски перестрелки 2) то, что представляет собой отражение или следствие чего-л., в чём обнаруживаются следы влияния, воздействия чего-л. Keçmişin sədaları отзвуки прошлого 4. слух, весть, известие о чём-л. Belə bir səda yayılıb распространился такой слух, хош сяда приятная весть ◊ səda düşmək: 1. оглашаться, огласиться; 2. распространяться, распространиться слуху; səda salmaq: 1. поднимать, поднять шум; 2. прославляться, прославиться. Bütün dünyaya səda salmaq прославиться на весь мир, греметь по всему миру

    Azərbaycanca-rusca lüğət / səda

səda sözünün inglis dilinə tərcüməsi

səda sözünün fransız dilinə tərcüməsi

səda sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ван, аваз; səda düşmək ван гьатун, ван чукӀун; səda etmək ван элягъун, эверун; səda salmaq а) ван ттун, ван кутун, гьарай-эвер кутун; б) пер. ван ттун, тӀвар-ван акъудун, машгъур хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / səda

səda sözünün türk dilinə tərcüməsi

"səda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səda nədir? #səda sözünün mənası #səda nə deməkdir? #səda sözünün izahı #səda sözünün yazılışı #səda necə yazılır? #səda sözünün düzgün yazılışı #səda leksik mənası #səda sözünün sinonimi #səda sözünün yaxın mənalı sözlər #səda sözünün əks mənası #səda sözünün etimologiyası #səda sözünün orfoqrafiyası #səda rusca #səda inglisça #səda fransızca #səda sözünün istifadəsi #sözlük