* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf Həyəcanlı, iztirablı, narahat. Nə olub? – deyə, ürəyi səksəkəli rəiyyət bir-birinə dəydi. S.Rəhimov. Yolçular səksəkəli; Zirvələrə baxdılar; Qayadan bir daş uçdu. N.Xəzri. Ürəyi səksəkəli olan yasavulbaşı onu narahat etdikləri üçün hirslənmək istədisə də bacarmadı. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / səksəkili