Saada sözü azərbaycan dilində

Saada

Yazılış

  • Saada • 92.5926%
  • saada • 7.4074%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Antun Saada
Antun Saada (ərəb. أنطون سعادة‎, 1 mart 1904 – 8 iyul 1949, Beyrut) — Suriya Sosial Milliyyətçi Partiyasını yaratmış siyasətçi.
Saadabad
Saadabad sarayı (fars. مجموعه سعدآباد‎ Majmue ye Sa’dābād) – Qacar və Pəhləvi şahları tərəfindən tikilmiş 300 hektarlıq saray kompleksi. İranın Tehran ostanının paytaxtı Şemiran şəhərində yerləşir. Hazırda İran prezidentlərinin iqamətgahı bu saray kompleksinə bitişikdir. Kompleksə sahəsi 300 hektardan çox olan təbii meşə, küçələr, kəhrizlər, qalereyalar və muzeylər daxildir == Tarixi == Kompleks ilk öncə Qacarlar tərəfindən XIX əsrdə tikilmiş və istifadə olunmuşdur. Daha sonra Rza şah Pəhləvi 1920-ci illərdə burada yaşamış, Məhəmməd Rza Pəhləvi 1970-ci illərdə buraya köçmüşdür. 1979-cu il inqilabından sonra saray kompleksi muzeyə çevrilmişdir. == Hazırkı istifadəsi == Hazırda kompleksin hissələri muzeydir və turistlər ətrafda dolaşa bilərlər. Saray kompleksi İran Mədəni İrs Təşkilatı tərəfindən idarə olunur. Ölkənin bir çox artifakt, yer və mədəni aspektlərinə nəzarət bu təşkilata məxsusdur.
Saadabad Paktı
Səadabad Paktı — Türkiyə, İran və Əfqanıstan arasında, 1937-ci il 8 iyul tarixində Tehranda Səadabad sarayında imzalanan dörd tərəfli hücum etməmə paktı. == Paktın bağlanmasının səbəbləri == Sərhəd problemlərinin birdəfəlik şəkildə həllini tapması: Pakta üzv dövlətlərin hamısının İranla sərhəd problemi mövcud idi. Həmçinin mövcud sərhəd problemləri səbəbindən xüsusilə Türkiyə-İraq-İran üçbucağında kürd tayfaları sərhəd tanımadan üsyanlar edirdilər. Bu, paktın imzalanmasının ən əhəmiyyətli səbəbidir. Ölkələrin müstəqilliklərini bildirmək istəyi: Müstəmləkə və yarım müstəmləkə dövrlərindən qısa müddət əvvəl xilas olan bu dövlətlərin müstəqilliklərini tanıtdırması son dərəcə vacib idi. İlk dəfə olaraq bu məqsədlə, 1935-ci il 2 oktyabrda Cenevrədə Türkiyə, İran və İraq arasında üç tərəfli müqavilə paraflandı. Bura daha sonra Əfqanıstan da qoşuldu. Daha sonra İraq-İran sərhəd mübahisələrinin həlli (Şəttül-Ərəb uyğunsuzluğu), Türkiyə ilə İran arasında dostluq çərçivəsi daxilində sərhəd problemi daxil olmaqla hər bir sahəni tənzimləyən sazişlərin aktı; 1937-ci il 8 iyul tarixli Səadabad Paktının imzalanmasına imkan vermişdir.Tərəflər; sazişdə ümumi olaraq bir-birilərinin daxili işlərinə qarışmayacaqlarını, ortaq maraqlarına aid olan məsələləri bir-birilərinə danışacaqlarını, bir-birlərinə qarşı hücum etməyəcəklərini və sərhədlərinin qorunmasına hörmət göstərəcəklərini vəd etmişdilər. Ancaq paktın əsas səbəbi olan kürd tayfaları problemi, 7-ci maddəninbu ifadələrində gizlidir: Pakta bağlı olan tərəflərdən hər biri öz sərhədləri daxilində digər bağlı tərəflərin müəssisələrini dağıtmaq, nizam və təhlükəsizliyini sarsıtmaq və ya siyasi rejimini pozmaq məqsədilə silahlı dəstələr, birliklər və ya təşkilatların qurulmasını və hərəkətə keçmələrini əngəlləmək vəzifəsi boyunlarına qoyulurdu. II Dünya Müharibəsi şəraitində sazişin digər müddəaları yararsız qalmış, lakin 7-ci maddə müqavilənin davamını təmin etmişdir.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Saadat Həsən Manto
Səadət Həsən Manto (urd dilində ‏‏سعادت حسن منٹو‎, ingiliscə Saadat Hasan Manto; d. 11 may, 1912-ci il, Sambrala, Britaniya Hindistanı — ö.18 yanvar, 1955-ci il, Lahor, Pakistan) — Hind-Pakistan jurnalisti, dramaturqu, ssenaristi, tərcüməçi və rəssamı. Milliyyətcə kəşmirlidir. Bir povest, 22 hekayələr toplusu, 5 radiopyesin, 3 esse toplusunun, bir sıra məqalə və kinossenarilərin və 2 eskiz albomunun müəllifidir. Yazıçının məşhur hekayələri "Yeni qanun", "Səs", "Təhqir", "Mozel", "Qoxu", "Soyuq ət", "Tobatek Sinq" və b. əsərlərdir. Urdu dilində yazıb. 6 dəfə ədəbsizlikdə ittiham olunubː 3 dəfə Birtaniya Hindistanınıda, 3 dəfə də Pakistanda. Hər dəfəsində də bəraət alıb. Pakistanın ali dövlət mükafatı - Nişan-e İmtiyaz ilə təltif olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2008 ••••••••••••••••• 0.24
2011 •••••••••••• 0.17
2012 •••••• 0.09
2016 •••••••••••• 0.17
2018 •••••••••••••••••••• 0.30
2020 •••••••••••••••••• 0.27

"saada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saada nədir? #saada sözünün mənası #saada nə deməkdir? #saada sözünün izahı #saada sözünün yazılışı #saada necə yazılır? #saada sözünün düzgün yazılışı #saada leksik mənası #saada sözünün sinonimi #saada sözünün yaxın mənalı sözlər #saada sözünün əks mənası #saada sözünün etimologiyası #saada sözünün orfoqrafiyası #saada rusca #saada inglisça #saada fransızca #saada sözünün istifadəsi #sözlük