saatı sözü azərbaycan dilində

saatı

Yazılış

  • saatı • 97.5125%
  • Saatı • 2.4220%
  • SAATI • 0.0436%
  • saatI • 0.0218%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Atom saatı
Atom saatı - zamanın ölçülməsi üçün istifadə edilən elektron cihaz. Bu saat Atom rezonansı əsasında işləyir. Atom saatının 3 mln il müddətinə xətası 1 saniyə ola bilər. Radionaviqasiyada, vaxtın astronomik ölçülməsində və fiziki hesablamalarda tezlik etalonu kimi istifadə olunur. Atomun 1 saniyə içərisindəki fırlanmasına bərabərdir və maxsimim soyuq şəraitdə laser vasitəsilə ölçülür. Hazırda atom qol saatı üzərində çalışırlar. Dünyanın vaxt ölçüsünün Big-Ben (İngiltərə) vasitəsilə ölçüldüyü düşünülsə də, əslində Amerikadakı atom saatı ilə ölkələrarası saat qurşağı fərqi ilə ölçülür.
Günəş saatı
Qnomon (yun. Günəş saatı— Günəş saatı Günəş mövqeyinə görə vaxt ölçən bir vasitədir. Ortaq bir üfüqi günəş dizaynında, bir barın yuxarıdan yuxarı yerləşdiyi kölgə, yatay yerləşdirilən səthdə günün saatlarını göstərən bir kadrana düşür. Günəş göydən irəlilədikcə, çubuğun sonu saatın yaranmasına səbəb olan kölgə saatın müxtəlif saat xəttlərinə uyğun bir şəkildə hərəkət edir. Bu dizaynlarda çubuq Yerin dönmə oxuyla hizalanmalıdır. Buna görə, bu cür günəş saatı üçün doğru zamanda göstərmək üçün çubuğun maqnit şimalından çox coğrafi şimal göstərmək lazımdır. Ayrıca, çubuqların yatay düzlemle döşendiği açı, saatin coğrafi genişliğine bərabər olmalıdır. Buna baxmayaraq, bu iki xüsusiyyətə malik olmayan və müxtəlif prinsiplər üzrə işləyən günəş saatlar da hazırlana bilər. Bu saatlar bir sahənin ortasında bir bar qoyaraq və hər gün gölün düşdüyünü göstərmək üçün bir kompas (hər yerdə şimal göstəricisi) istifadə edərək edilə bilər. Lakin gecə kimi buludlu günlər, bu saatı faydasız edəcək Qədimdə insanlar günəşi ən etibarlı saat hesab edirdilər.Biz elə indi də bəzən vaxtı bildirmək üçün"səhər","günorta","axşam" və ya "günəş batandan sonra"deyirik.Qədim misirlilər günəş çıxandan batana qədər vaxtı 12-yə bölüb hər hissəsini,isə 1 saat kimi qəbul edirdilər.
Komendant saatı
Komendant saatı — hərbi və ya mühasirə vəziyyəti elan edildikdə müəyyən saatlarda xüsusi icazə olmadan küçələrə çıxmağın qadağan edilməsi.
Qol saatı
Qol saatı - biləkdə gəzdirilən və vaxtı bilmək üçün istifadə edilən cihaz.
Qum saatı
Qum saatı — vaxtı ölçmək üçün ən sadə cihaz. Əsasən bir-biri ilə nazik boğazla birləşdirilmiş iki qabdan ibarətdir. Qum saatını insanlar qədim zamanlardan istifadə etsələr də, Avropaya bu saat növü orta əsrlərdə gətirilmişdir. Əsasən gəmi səyahətlərində gəminin sürətini ölçmək üçün istifadə edilirdi. Müasir dövrdə tibbdə, fotostudiyalarda və bəzək əşyası kimi istifadə edilir. Ən böyük qum saatı 8 metrdir və Budapeştdə yerləşir.[mənbə göstərin]Qum saatı şahmatda rəqibin düşünməsini ölçür.Şahmatdada istifadə edilir.
Su saatı
Su saatı və ya klepsydra (yun. κλεψύδρα — κλέπτειν kleptein, 'oğurlamaq'; ὕδωρ hydor, 'su') — mayenin axın növü və ya daxil olan axın növü ilə zamanın ölçüldüyü hər hansı bir saatdır. Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi.
Yer saatı
Yer saatı (ing. Earth Hour) — Ümumdünya vəhşi təbiət fondu tərəfindən hər il keçirilən beynəlxalq tədbir. Hər ilin mart ayının axırıncı şənbə günü keçirilir və hər kəsi, dövlət və kommersiya təşkilatlarını həyati əhəmiyyət daşımayan bütün elektrik cihazlarını bir saatlığa keçirməyə çağırır. Bununla da dünyada iqlimin dəyişməsinə diqqət ayırmağa çalışır. İlk dəfə bu tədbir (WWF) tərəfindən The Sydney Morning Herald qəzeti ilə birgə 2007-ci ildə Avstraliyada keçirilib. Artıq gələn il dünyada tərəfdarları tapıldı, 2009-cu ildə isə geniş hərəkata çevrildi. WWF-nin məlumatına görə onu hər il 1 milyard əhali keçirir. == Azərbaycanda == Azərbaycan rəsmi olaraq 2011-ci ildən "Yer saatı" kampaniyası qeyd edilir. Elə həmin il keçirilən ilk tədbirdə Bakıda Qız Qalasının ışıqları 1 saat müddətinə söndürülüb. IDEA İctimai Birliyi 2014, 2015, 2017 və 2018-ci illərdə Dünya Vəhşi Təbiət Fondunun (WWF) "Yer saatı" beynəlxalq kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi koordinator statusunu əldə etmişdir.
Şahmat saatı
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. == Tarixi == Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Azərbaycan saatı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00).Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir.. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir..
Bakı saatı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00).Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir.. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir..
Praqa astronomik saatı
Praqa astronomik saatı və ya Praqa orloyu (çex. Pražský orloj) — Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən orta əsrlərə aid astronomik saatdır. İlk dəfə 1410-cu ildə quraşdırılmış saat dünyanın üç ən qədim astronomik saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.Hər saat tamamında tamam olmuş rəqəmi,saat 12 tamam olanda bütün rəqəmlərini görmək mümkündür.Həmçinin 1 gün ərzində Astronomik saatın ətrafında yüzlərlə insan görüşür.Buralarda çöl akrobatları müxtəlif hərəkətlərlə insanların diqqətini özlərinə çəkirlər.Həmdə bu yerlər Avropalıların yaddaşında görüşmək , rastlaşmaq olaraq qalır.Çünki Praqaya gələn turistlər qohumlarını və ya orda yaşayanları Astronomik saatın yanına çağırırlar. == Təsviri == Orloy Praqanın Qədim şəhər meydanında yerləşən Köhnə Şəhər Zalının cənub divarında yerləşir. Saat mexanizminin özü üç əsas komponentdən ibarətdir: Günəş və Ayın səmada yerini və müxtəlif astronomik detalları göstərən astronomik sferblat; "Həvarilərin keçidi", hər saatda həvarilərdən birinin və digər hərəkət edən fiqurları – zamanı dayandıran Ölüm fiquru (skelet şəklində təsvir olunub) onlardan ən diqqət çəkənidir — göstərən saat mexanizmi; ayları təsvir edən medalyonlarla təqvim sferblatı. Yerli əfsanəyə görə, əgər saat baxımsız qalsa və unudulsa şəhərdə pis hadisələr baş verə bilər, saatın yaxşı fəaliyyəti təhlükədədir və yanda hərəkət edən ölüm fiquru başını qabağa əyərək bunu təsdiq edir. Əfsanəyə görə, yeganə ümid Yeni il gecəsi doğulacaq oğlan uşağınadı. == Tarixi == Orloyun, Kadanlı Mikudan və sonradan Karlov Universitetinin professoru olmuş Yan Sindel tərəfindən hazırlanmış ən qədim hissələri olan mexaniki saat və astronomik sferblat 1410-cu ildə quraşdırılmışdır. Saat haqqında mənbələrdə ilk xatırlanma 9 oktyabr 1410-cu ilə aiddir. Sonradan, təxminən 1490-cı illərdə saata təqvim əlavə edilmiş və fasadı qotik heykəllərlə bəzədilmişdi.
Qiyamət günü saatı
Qiyamət günü — Kainatın və bütün canlıların məhv olacağı deyilən, dini cəhətdən qəbul edilən bir zaman kəsimidir. Bir çox dini əhəmiyyətli kitablarda bu günün mövcudluğu və mütləqiyyətliyi barədə yazılsa da, elmi cəhətdən mümkünsüzlüyünü göstərən bir sıra sübutlar da vardır. Sonuncu dəfə qiyamət gününün yaxınlaşdığı tarix 12 dekabr 2012-ci ildə verilmişdir, lakin tamamilə yalan olduğu sübuta yetirilmişdir.
Ömrün ilk saatı
== Məzmun == Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar. Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev === Rollarda === Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi Q.Plases — Villisoviç Sadıq Hüseynov — milis rəisi Rasim Balayev — Azər Muxtar Maniyev — bolşevik Ramiz Məlikov Nicat Bəkirzadə — qonşu Ələsgər İbrahimov — bolşevik Əbdül Mahmudov — fotoqraf Dadaş Kazımov — sərxoş Gümrah Rəhimov Bahadur Əliyev — qonşu Kamil Məhərrəmov — milis işçisi === Filmi səsləndirənlər === Əliabbas Qədirov — bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (titrlərdə yoxdur) Yusif Vəliyev — Aleksandr Pavloviç (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Aşot (titrlərdə yoxdur) Səməndər Rzayev — agent (titrlərdə yoxdur) Həsən Əbluc — Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Abbasov (titrlərdə yoxdur) Həsən Məmmədov — milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография.
Pik saatı (film, 1998)
Pik saatı (ing. Rush Hour) — 1998-ci ildə Brett Ratner tərəfindən çəkilən ABŞ filmidir. Filmin distribütori New Line Cinema kompaniyasıdır. Filmin kostyum üzrə rəssamı Şeren Devisdir. == Məzmun == Honq Konqun Britaniya hakimiyyəti altında qaldığı son illər. Müfəttiş Li mafiya başçısı Cuntaonun qarşısını almaq niyyətindədir. Cuntaonun adamı Senq qaçmağa nail olsa da, oğurladığı bir çox sərvətlər Müfəttiş Linin sayəsində hökumətə geri qaytarılır. Bu uğura görə Çin Konsulu Solon Han və Britaniya polislərinin müfəttişi Tomas Qriffin Lini təbrik edir. Solon Han ABŞ-də yeni diplomatik vəzifəsini yerinə yetirmək üçün Los-Anceles şəhərinə yola düşür, lakin bu müddətdə gözlənilmədən Cuntaoya işləyən Senqin sayəsində Hanın qızı Su Yunq ilk məktəb günü ərəfəsində girov götürülür. Su Yunqu qaçıranlar Solon Handan böyük miqdarda pul tələb edirlər.
Ömrün İlk Saatı (1973)
Şartr kafedralının astronomik saatı
Şartr Notr-Dam kilsəsinin astronomik saatı öz böyük həcmlərinə görə çəpərlənmiş xor qülləsinin divarına quraşdırılmışdır. == Təsviri == Müqəddəs İosifin röyası ilə Milad adlı heykəltəraşlıq səhnələri ilə bəzədilmiş astronomik saat kafedralın cənub hissəsində, daha doğrusu Bakirə Məryəmin Müjdələnməsi kompozisiyasının və üçüncü kontrfors sırasının yanında yerləşir. Fəzada bucaqların ölçülməsi üçün tətbiq edilən astrolyabiya ilə təchiz edilmiş saat 1528-ci ildə naməlum saatsaz ustası tərəfindən hazırlanmışdır. Orjinal saat mexanizmi 2009-cu ildə təkmilləşdirilmiş elektron sistemi ilə əvəz olunmuşdur. Aparılmış rekonstruksiya işləri çərçivəsində, çatışmayan bəzi çarxların və dişli təkərciklərin artırılması zəruriliyi yaranmışdır. Bəzən "astrolyabik" da adlandırılan saat xüsusi olaraq, göy cisimlərinin və ya günəşin səmada yerləşməsinə əsaslanaraq ulduzların hündürlüyünü ölçməyə və vaxtı müəyyən etməyə imkan yaradır. Onun strukturu və müxtəlif konstruksiyaları başlanğıcda səmada ulduzların hərəkətinin təqdim edilməsi (təsəvvürü) üçün adətən qütb proyeksiya olaraq bilinən ikiqat və yastı proyeksiyalara yerləşdirilmişdir. == Vaxtın ölçülməsi üçün istifadə olunan digər alətlər == Vaxtın müəyyən edilməsi üçün lazım olan alətlərin əksəriyyəti kafedralın xaricində quraşdırılmışdır: === Saat pavilyonu === İntibah memarlığının çiçəklənmə dövründə yaradılmış saat xüsusi olaraq yaradılmış dördkünc pavilyonun daxilinə yerləşdirilmişdir (pavilyonun Jan de Bos (fr) tərəfindən sifariş edildiyi ehtimal olunur). Kafedral nefinin şimal hissəsində, daha doğrusu birinci kontrforsun divarına əlavə edilmiş pavilyon 1862-ci ildə tarixi abidələr siyahısına əlavə edilmiş və Fransa mədəni irsinin xüsusi kadastrında adı qeyd edilmişdir. Pavilyon d'Orloj === Saat mələkləri === Əllərində günəş saatlarını saxlayan iki böyük mələk fiquru müvafiq olaraq kafedralın qərbi və cənubi fasad künclərində quraşdırılmışdırlar.
Dəməşq saatı ilə (film, 2018)
Dəməşq saatı ilə (farsca: به وقت شام) — İbrahim Hatemikiyanın rejissorluğunu və ssenaristliyini etdiyi filmdir. == Mövzusu == 2018-ci il istehsalı filmdir. Film Suriya vətəndaş müharibəsindən bəhs edir. Film pilot və pilot köməkçisi olan ata-oğulun (Əli və Yunis) Şərqi Suriyada İŞİD-in mühasirəsində olan insanlara İlyuşin yük təyyarəsi ilə humanitar yardım aparan zaman İŞİD qüvvələri tərəfindən təyyarələrinin vurulmasından bəhs edir.Filmin ilk ekrana çıxma tarixi 2018-ci ilin 14 mart tarixidir. Filmdə həmçinin, Hadi Hajezifar, Babək Həmidiyan ilə yanaşı Suriyalı və İraqlı aktyorlar da çəkilmişdir.Film Berlin Film Festivalında da nümayiş etdiriləcəkdir. == Film haqqında fikirlər == İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və İranın Qüds qüvvələrinin komandanı Qasım Süleymani filmi "şah əsər" adlandırmışdır.Filmdə pilot rolunu oynayan Hajezifar öz işindən o qədər də razı qalmadığını bildirmişdir. Ümumiyyətlə tənqidçilərdən müsbət rəy toplayan filmin bundan sonra Cənubi Koreyada, Yaponiyada, İraqda və Livanda nümayiş olunması gözlənilir. == Mükafatlar == Filmin rejissoru İbrahim Hatemikiya bu filmdəki işinə görə ən yaxşı rejissor nominasiyasında Kristal Simurq mükafatına layiq görülmüşdür. Bu film bundan əlavə ən yaxşı bəstəkar işinə və ən yaxşı səs effektlərinə görə də iki Kristal Simurq mükafatına layiq görülmüşdür. == Aktyorlar == === İranlı aktyorlar === Babək Həmidyan Hadi Hajezifar Əbdülrza Nəsari Rəzag Radan Mənsur Navaseri Afşin Talibi Vahid Abdullazadə Əziz Nəğdi Qüdrətullah Bayat Məlik Absalan Cəlal Nəcəfi Əli Abadi Cəlal Zəndəş === Digər ölkələrdən olan aktyorlar === Pier Dağer Xalid əl Sayed Rami Atallah Ləth əl Müfti Məhəmməd Şaban Münsər Zeynəddin Yusif Salama Əli Sukkar Samir Xəlili == İstinadlar == == Həmçinin bax == İbrahim Hatemikiya Dəməşq saatı ilə — Internet Movie Database saytında.
Pik saatı 2 (film, 2001)
Pik saatı 2 (ing. Rush Hour 2) — filmin rejissoru Brett Ratnerdir.Film Pik saatı filminin davamıdır. = Məzmunu = Hadisələr Honq Konqda başlayır, burada müfəttiş Li yeni dostu Karterə məmləkətinin görməli yerlərini göstərir. Birdən Amerika səfirliyinin partlaması haqqında məlumat əldə edirlər. Li araşdırmaq üçün təyin olunur və Karter bu işdə ona kömək etmək qərarına gəlir. Keçmiş bir polis və indi Li'nin atasının ortağı olan kriminal avtoritet Riki Tan'ın onunla əlaqəli olduğu ortaya çıxdıqda iş çətin bir dönüş keçir. Li və Karter təhlükəli cinayətkar Hu Li'nin yanına gedirlər. Li Hu Li ilə vuruşur, onu tutmağa çalışır, ancaq geri çəkilib gizlənməyi bacarır. Tezliklə polis binasında terror hadisəsi baş verir, bundan sonra Li və Karter, bir-birlərindən asılı olmayaraq (Li Karterin öldüyünü düşünür) qayıqda olan Riki Tanın yanına getdilər.Onun üçün işləyən Hu Li-yə xəyanət edir, sonra Li-dən qorunmasını xahiş edir, amma Hu Li Rikini vurur və suya düşür. Karter yaxta milyarderi Stiven Raini görür və onun bu işdə iştirakından şübhələnir.
Pik saatı 3 (film, 2007)
Pik saatı 3 (ing. Rush Hour 3) — film Brett Ratnerin rejissorluğu ilə döyüş-komediya janrında 2007-ci ildə çəkilmişdir. == Məzmunu == Pik saatı 2-in bitməsindən üç il keçdi, Ceyms Karter indi Los-Ancelesdəki trafiki tənzimləyir və Li, ilk filmdəki keçmiş konsulu, dostu səfir Xanın cangüdənidir. Lakin Li hələ də New Yorkda Karter Li'nin o vaxtkı sevgilisi, Gizli Xidmət agenti Isabella Molini boynuna vurduğu bir hadisəyə görə Karterə qəzəblənir. Dünya Cinayət Məhkəməsinin müzakirəsi zamanı səfir Xan ən yaxşı Trialların kimliyini bildiyini iddia edir. Lakin sonra snayper Xana atəş açır və tamaşaçıların çaxnaşması. Li qatilin arxasınca gedir və onunla son bir xiyabanda görüşür, lakin qatilin onun babası Kenji olduğunu aşkar edir. Li şübhə içində olanda, Karter görünür, amma Kenji bir səs-küy içində qaçır. Xəstəxanada Li güllənin Xanın ürəyinə dəymədiyini və sağ qalacağını aşkar etdi. Xanın qızı Su Yunq, artıq böyüdü və Li və Karter'in atasından başqa heç kimə təhdid etməməsi üçün uğursuz bir qatil tapacaqları vədi tələb edir.
Ömrün ilk saatı (film, 1973)
== Məzmun == Kinopovest Azərbaycan neftçilərinin fəhlə sülaləsinin üç nəsli haqqındadır. Onlardan hər birinin öz məqsədi və idealı vardır. Lakin ümumilikdə bu adamlar əmək və həyat ənənələrinə sədaqətlərini qoruyub saxlamışlar. Filmdəki hadisələr 20-ci illərdə, müharibədən sonrakı dövrdə və bizim günlərdə cərəyan edir və hər dövr qəhrəmanlar qarşısında yeni-yeni vəzifələr qoyur. Film tanınmış neft ustası Mehdiyevin mənzilində yeni uşağın doğulması ilə qurtarır. Bu uşaq böyüyəndən sonra necə adam olacaq? Dünyaya təzəcə gəlmiş bu körpənin arxasında böyük bir sülalənin 3 nəsli durur. Deməli cavab məlumdur. == Festivallar və mükafatlar == 1) 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə rejissor Arif Babayevə həvəsləndirici Diplom verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Ramiz Fətəliyev Quruluşçu rejissor: Arif Babayev Quruluşçu operator: Rasim Ocaqov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Fərəc Qarayev Səs operatoru: Əziz Şeyxov Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev === Rollarda === Həsənağa Turabov — Mehdi Şahmar Ələkbərov — Yusif Sergey Kurilov — Mereşkovski Tofiq Mirzəyev — Əsəd Rafiq Əzimov — Sadıq Leyla Şıxlinskaya — Azərin sevgilisi Q.Plases — Villisoviç Sadıq Hüseynov — milis rəisi Rasim Balayev — Azər Muxtar Maniyev — bolşevik Ramiz Məlikov Nicat Bəkirzadə — qonşu Ələsgər İbrahimov — bolşevik Əbdül Mahmudov — fotoqraf Dadaş Kazımov — sərxoş Gümrah Rəhimov Bahadur Əliyev — qonşu Kamil Məhərrəmov — milis işçisi === Filmi səsləndirənlər === Əliabbas Qədirov — bolşevik (Ələsgər İbrahimov) (titrlərdə yoxdur) Süleyman Ələsgərov (titrlərdə yoxdur) Yusif Vəliyev — Aleksandr Pavloviç (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Aşot (titrlərdə yoxdur) Səməndər Rzayev — agent (titrlərdə yoxdur) Həsən Əbluc — Əsəd (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Sadıq (Rafiq Əzimov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Abbasov (titrlərdə yoxdur) Həsən Məmmədov — milis rəisi (Sadıq Hüseynov) (titrlərdə yoxdur) == Mənbə == Азербайджанской ССР кинематография.
Gəmi saatının sirri (film, 1983)
== Məzmun == Filmin əsas süjet xəttini köhnə gəmi saatı və qiymətli xəzinənin axtarışı ilə əlaqədar məktəbli oğlanın başına gələn əhvalatlar təşkil edir. Əsl səyyah olmağı arzulayan 10 yaşlı Alik (Anar Tağızadə) valideynlərsiz, təkbaşına Kiyevə əmisinin yanına gedir. Oğlan istəyirdi ki, əmisi boşanmağa hazırlaşan valideynlərini barışdırsın. Alik Ukraynanın kiçik şəhərlərindən birində çox adamla tanış olur. Mühəndis Aleksandr İvanoviçin (Nikolay Volkov) evində onun diqqətini köhnə gəmi saatı cəlb edir. Sən demə bu saat təkcə Aliki deyil, qarətçiləri də maraqlandırırmış. Nə üçün? Oğlan gəmi saatının sirrini açır: o, saatın içindən yazılı kağız tapır. Bu kağızda qiymətli daş-qaşların saxlanıldığı yer göstərilirdi. Milis qarətçiləri həbs edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.00 dəfə / 1 mln.
2002 •••••••••••••• 23.98
2003 ••••••• 11.02
2004 •••••• 9.77
2005 ••••••••••••••••• 30.37
2006 ••••••••••• 18.92
2007 •••••••••••••• 24.31
2008 •••••••• 14.37
2009 •••• 6.72
2010 •••••••• 14.34
2011 ••••••••••• 19.30
2012 •••••••• 14.54
2013 •••••••••• 17.21
2014 ••••••••••• 19.74
2015 •••••••••• 17.35
2016 ••••••••• 15.10
2017 •••••••••••••• 24.23
2018 ••••••• 12.59
2019 ••••••••••• 19.75
2020 •••••••••••••••••••• 36.60

"saatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saatı nədir? #saatı sözünün mənası #saatı nə deməkdir? #saatı sözünün izahı #saatı sözünün yazılışı #saatı necə yazılır? #saatı sözünün düzgün yazılışı #saatı leksik mənası #saatı sözünün sinonimi #saatı sözünün yaxın mənalı sözlər #saatı sözünün əks mənası #saatı sözünün etimologiyası #saatı sözünün orfoqrafiyası #saatı rusca #saatı inglisça #saatı fransızca #saatı sözünün istifadəsi #sözlük