* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Açıq havada xörək və s. bişirmək üçün üstünə qazan qoyulan üçayaqlı dəmir çənbər. Təzə qalaylanmış mis qablar, şiş, maşa, sacayaq, qiyməkeş və sair ailə mətbəxində işlənməsi lazım olan hacətləri cehiz adı ilə atası qızına verəcəkdir. R.Əfəndiyev. Xədicə səhər yığdığı pencəri qazana doldurub sacayağının üstünə qoymuş, yamaqlı qədək döşlüyü ilə təzə qaladığı ocağı ətəkləyirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / sacayağı1 Sac “dəmir” (жесть) deməkdir. Ocaqda dəmir qabların altına qoyulan şeyə sacayağı (üstündəki dəmir qabı saxlayan ayaq) deyiblər. Başqa dillərdə ad üç kəlməsi ilə bağlıdır. Триножка (rus), səpayə (fars) və s. Burada ayaqların sayı əsas götürülüb. Sözün mənşəyi dəmirdən düzəldilmiş ayaq (dayaq) kimi də yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sacayağı1 сущ. таган (железный обруч на ножках, служащий подставкой для казана и т.п. при приготовлении пищи)
Azərbaycanca-rusca lüğət / sacayağı