sadiqov-intervista sözü azərbaycan dilində

sadiqov-intervista

Yazılış

  • sadiqov-intervista • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emin Sadiqov
Emin Rəşadət oğlu Sadiqov (21 iyul 1998, Şahbuz, Naxçıvan MR – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Sadiqov 1998-ci il iyulun 21-də Şahbuz rayonunun Şahbuzkəndində anadan olmuşdur. İlk təhsilini 2004-cü ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbində almışdır. 2008-2010-cu illərdə Naxçıvan şəhər 7 nömrəli məktəbdə təhsil almış, daha sonra yenidən Cəlil Məmmədquluzadə adına Naxçıvan şəhər 2 nömrəli məktəbdə təhsilini davam etdirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2015-ci ildə liseydən məzun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişdir. Atası Rəşadət Arif oğlu Sadiqov 2009-cu ildə vəfat etmişdir. Anası Gülşad Qəzənfər qızı Rüstəmova hazırda tibb bacısı işləyir. == Hərbi xidməti == 2019-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Emin Sadiqov Qazax rayonuna təyinat almış, burada ilk peşə fəaliyyətinə başlamışdır. 5 oktyabr 2020-ci ildə Füzuliyə yollanmış, döyüşlərdə böyük şücaət göstərmiş, komandiri Şəhid baş leytenant Rauf Əsgərovun yaralandığını görüb ona kömək etmək istərkən 26 oktyabr 2020-ci il şəhidlik zirvəsinə ucalmışdır.
Rəşad Sadiqov
Rəşad Sadiqov (8 oktyabr 1983, Yengicə, İliç rayonu) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçidir. Hal-hazırda Qəbələ klubunda çıxış edir. == Həyatı == Rəşad Sadiqov 8 oktyabr 1983-cü il Naxçıvan MSSR Şərur rayonunun Yengicə kəndində anadan olmuşdur. Daha sonra Sadiqovlar ailəsi Buzovnaya köçüb. Rəşad 8 yaşından futbolla məşğul olmağa başlayıb. İlk məşqçisi İlham Qurbanov olub. Bir neçə il Buzovnada məşq etdikdən sonra İslam Kərimovun rəhbərliyi altında çıxış edib.Rəşad Sadiqov orta təhsilini Buzovnada yerləşən 26 saylı məktəbdə alıb. Bir çox idmançılar kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. Ailəlidir.
Ələsgər Sadiqov
Ələsgər Həsən oğlu Sadıqov (Sadıxov) (23 sentyabr 1946, Naxçıvan) — Azərbaycan dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini (1991–2001), Naxçıvan MR meliorasiya və su təsərrüfatı naziri (1990–1991), Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini (1989–1990), Naxçıvan Şəhər XDS İcraiyyə Komitəsinin sədri (1983–1988). == Həyatı == Ələsgər Həsən oğlu Sadıqov 23 sentyabr 1946-cı ildə Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuşdur. 1962-ci ildə Naxçıvan şəhər 2 №-li orta məktəbi bitirmiş, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olaraq 1967-ci ildə həmin institutu mühəndis-hidrotexnik ixtisası üzrə başa vurmuşdur.Əmək fəaliyyətinə fəhləliklə başlamış, 1968-ci ildən 6 saylı Tikinti-Quraşdırma İdarəsində usta, iş icraçısı, baş mühəndis, idarənin rəisi olmuşdur. 1977–1983-cü illərdə Naxçıvan MSSR Su Təsərrüfatı İdarəsinin rəisi və Naxçıvan MSSR meliorasiya və su təsərrüfatı nazirinin müavini vəzifələrində işləmişdir.Ələsgər Sadıqov 1983-cü ildə Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş, 1988-ci ildən Naxçıvan "Aqrartikinti" trestinin rəisi, 1989-cu ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1990-cı ildən Naxçıvan Muxtar Respublikasının meliorasiya və su təsərrüfatı naziri vəzifələrində çalışmışdır. 1991–2001-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı seçilmişdir.Ailəlidir, 3 övladı var.
Rəşad Sadiqov (general)
Rəşad Heydər oğlu Sadiqov — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Baş Qərargah rəisi, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Fəaliyyəti == Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2012-ci il tarixli sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsindən azad edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini — Sərhəd Qoşunları Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdir. Rəşad Sadiqov bu vəzifədə Firudin Nəbiyevi əvəzləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2014-cü il tarixli Sərəncamı ilə Rəşad Sadiqova "general-leytenant" hərbi rütbəsi verilmişdir.Rəşad Sadiqov Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə, 28 avqust 2013-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 16 avqust 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.

Oxşar sözlər

#sadiqov-intervista nədir? #sadiqov-intervista sözünün mənası #sadiqov-intervista nə deməkdir? #sadiqov-intervista sözünün izahı #sadiqov-intervista sözünün yazılışı #sadiqov-intervista necə yazılır? #sadiqov-intervista sözünün düzgün yazılışı #sadiqov-intervista leksik mənası #sadiqov-intervista sözünün sinonimi #sadiqov-intervista sözünün yaxın mənalı sözlər #sadiqov-intervista sözünün əks mənası #sadiqov-intervista sözünün etimologiyası #sadiqov-intervista sözünün orfoqrafiyası #sadiqov-intervista rusca #sadiqov-intervista inglisça #sadiqov-intervista fransızca #sadiqov-intervista sözünün istifadəsi #sözlük