Sadıqzadə sözü azərbaycan dilində

Sadıqzadə

Yazılış

  • Sadıqzadə • 98.9111%
  • SADIQZADƏ • 0.7260%
  • sadıqzadə • 0.3630%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altay Sadıqzadə
Altay Oqtay oğlu Sadıqzadə (d. 27 aprel 1951, Bakı) — Azərbaycan rəssamı, Bakı Müasir İncəsənət Muzeyinin dizayneri, Azərbaycanın avanqard hərəkatının aparıcı nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1979). == Həyatı == Altay Sadıqzadə 27 aprel 1951-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildən Ə.Əzimzadə adına rəssamlıq məktəbində, 1977-ci ildən isə İ.Surikov adına Rəssamlıq İnstitutunda təhsil almışdır. 1979-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. == Yaradıcılığı == Rəssamın ilk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. Rəssamın yaradıcılığının primitiv görünməsinə baxmayaraq, əsərləri akvarellə işlənmiş, maddi ağırlıqdan məhrum, ruhlandırılmış və parlaq koloritlə zəngindir. Bununla boya ilə işlənmiş formalar, öz-özünə kompozisiyaya həkk olunmuş rəngarəng yazılar təəssüratını oyadır. Rəssam əsərlərində qrotestlik xas olan obyektlərini təsvir edərkən onları ümumiləşdirir. Altay Sadıqzadənin əsərlərinə dinamika, bədii ifadənin emosional gücü, parlaq kolorit, ritm, kontrast xasdır.
Emil Sadıqzadə
Emil Əziz oğlu Sadıqzadə (22 iyul 2000; Qovlarsarı, Samux rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Emil Sadıqzadə 22 iyul 2000-ci ildə Samux rayonunun Qovlarsarı kəndində anadan olmuşdur. 2006-2015-ci illərə qədər Samux rayon Qovlarsarı kənd tam orta məktəbdə təhsil almışdır. 2015-2019-cu illərdə Gəncə Musiqi Kollecində musiqi üzrə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Emil Sadıqzadə 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Müddətli həqiqi hərbi xidmətində fərqləndiyi üçün Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etmişdir. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Emil Sadıqzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı atıcı olaraq iştirak etmişdir. Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Emil Sadıqzadə 15 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Firuz Sadıqzadə
Firuz Sadıq oğlu Sadıqzadə (25 fevral 1931, Bakı – 24 may 1997, Bakı) — nasir, tənqidçi, ədəbiyyatşünas, şərqşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Firuz Sadıq oğlu Sadıqzadə 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Naxçıvanda, xalq yazıçısı Mirzə İbrahimovla birgə yüksək vəzifədə çalışan Sadıq Vahabov olmuşdur. 7 yaşında ikən atasını itirdiyindən anasının himayəsi altında boya-başa çatmışdır. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana köçmüş, ibtidai təhsilini Sərab şəhərində, sonra Tehranda farsca almışdır. 1945-ci ildə İran Demokratik Gənclər İttifaqı sıralarına daxil olmuşdur. Azərbaycana qayıdarkən məşhur "Vahabovlar" soyundan olduğu üçün soyadının atasının adı ilə əvəzlənməsi tələb olunmuşdu. 1946-cı ilin dekabrında Bakıda orta məktəbi bitirdikdən sonra 1950–1955-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. İctimai işlərdə fəal çalışmışdır. 1957-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin məsul katibi olmuşdur.
Natiq Sadıqzadə
Natiq Sahib oğlu Sadıqzadə (1 mart 1942, Bakı – 22 yanvar 1988, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1987–1988). == Həyatı == Natiq Sahib oğlu Sadıqzadə 1 mart 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1959-cu ildə fəhləlikdən başlamışdır. M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra 7 il ərzində "Azərneftkəşfiyyat" trestində işləmiş, burada qazmaçı köməkçisi vəzifəsindən qazma kontoru direktorunun müavini vəzifəsinədək yüksəlmişdir. 1971–1974-cü illərdə Duvannı və Saatlı qazma bölmələrinin rəhbərlərindən biri olmuşdur. 1974-cü ildə "Azərneft" birliyinin qazma işləri texnologiyası üzrə istehsalat şöbəsinin rəisi təyin edilmiş, birliyin aparatının partiya təşkilatının katibi seçilmişdir.1976-cı ildə Natiq Sadıqzadə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi aparatına irəli çəkilmiş, burada Mərkəzi Komitənin kimya və neft sənayesi şöbəsinin təlimatçısı, müdir müavini, 1983-cü ildən isə müdiri işləmişdir. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında oxumuş və akademiyanı 1985-ci ildə bitirmişdir.Natiq Sadıqzadə 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin 11-ci çağırış deputatı seçilmişdir. 1987-ci ilin aprelində Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmiş, Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.Ağır xəstəlikdən sonra 22 yanvar 1988-ci ildə Bakıda vəfat etmiş və 25 yanvarda Fəxri Xiyabanda dəfn edilmişdir.Natiq Sadıqzadə Azərbaycan gəmi kapitanı Zaur Sadıqzadənin qardaşıdır. == İstinadlar == == Xarici keçidlər == "Natig S Sadygzadeh" (ingilis). Find a Grave.
Nəsir Sadıqzadə
Nəsir Müseyid oğlu Sadıqzadə (1926, Şuşa, DQMV – 1996, Bakı) — Azərbaycan teatr rejissoru, aktyoru, pedaqoq və müəllimi. == Həyatı == Nəsir Sadıqzadə orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib. Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Yusif Əzimzadənin "Nəsrəddin", Aleksandr Şirvanzadənin "Cinli", Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), Əziz Nesinin "Bura gəlin" (1965), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (27 dekabr 1972), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib. Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub. == Filmoqrafiya == Mən ki gözəl deyildim (film, 1968) Şeytan göz qabağında (film, 1987) Qətl günü (film, 1990) Zirzəmi (film, 1990) Bəxt üzüyü (film, 1991) Qəzəlxan (film, 1991) Qara "Volqa" (film, 1994) Həm ziyarət, həm ticarət...
Oqtay Sadıqzadə
Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə (21 fevral 1921, Xızı, Quba qəzası – 20 dekabr 2014, Bakı) — Azərbaycan təsviri sənətinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (1992), Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı (2014), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2002). == Həyatı == Oqtay Sadıqzadə 21 fevral 1921-ci il Xızıda Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri- yazıçı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində anadan olub. Uşaqlıq illərindən yaradıcı bir mühitdə böyüməsi onun gələcək sənətkar taleyini müəyyənləşdirib. O, 1935–1939-cu illərdə Bakı Rəssamlıq Texnikumunda təhsil alaraq ilk əsərləri ilə sənətşünasların diqqətini cəlb edib. 1941-ci ildə repressiyaya məruz qalmış ailənin nümayəndəsi kimi Oqtay Sadıqzadə sürgün olunub, lakin düşdüyü ağır şəraitə baxmayaraq, yaradıcılığını davam etdirib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra kitab qrafikası ilə məşğul olmağa başlayıb və bu sahədə nəzərəçarpacaq uğurlar qazanıb. Təhsilini davam etdirmək üçün o, Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub və 1956-cı ildə oranı qrafika ixtisası üzrə bitirib. Təhsilini başa vurduqdan sonra Azərbaycan paytaxtı Bakıda “Azərnəşr” nəşriyyatında bədii redaktor kimi əmək fəaliyyətinə başlayan Oqtay Sadıqzadə nəşriyyatda çalışdığı ilk illərdən Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə çəkdiyi illüstrasiyalarla kitab qrafikası aləminə qədəm qoyub. Bu dövrdə dünya təsviri sənətinin nailiyyətlərindən bəhrələnməklə o, ədəbi fikrin qüdrətli simalarından Onore de Balzakın, Viktor Hüqonun, İvan Turgenevin, Maksim Qorkinin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin, Cəfər Cabbarlının, Rəşad Nuri Güntəkinin və digər söz ustalarının əsərlərinin dərin emosional təsir gücünə malik yaddaqalan obrazlarını yaradıb. Oqtay Sadıqzadə tematik tablo, kompozisiya və portret janrlarında çəkdiyi əsərləri ilə şöhrət qazanaraq, qısa müddət ərzində müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib.
Qumral Sadıqzadə
Qumral Sadıqzadə (tam adı: Sadıqzadə Qumral Seyid Hüseyn qızı) (1929-2010) — Seyid Hüseyn Sadiqin qızı. 1929-cu il dekabrın 7-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadanolub. 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsini bitirib. 1960-cı ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış edib. == Yaradıcılığı == Yazıçını ədəbi mühitə tanıtdıran ilk əsəri dövrünün görkəmli publisisti, tənqıdçisi, nasiri olan atası Seyid Hüseyndən, Azərbaycanın ilk ziyalı xanımlarından olan anası şairə Ümmügülsümdən, ümumiyyətlə nəslinin tarixindən bəhs olunan iki hissədən ibarət "Son mənzili Xəzər oldu” adlı tarixi-sənədli romandır. Müəllifin 2002-ci ildə çap etdirdiyi "Mənim nakam qardaşım” romanı bu nəslin tarixinin davamıdır. Əsər Seyid Hüseyn – Ümmügülsüm ailəsinin 37-ci il repressiyasından sonrakı dövrünü əhatə edir. 2000-2009-cu illər Qumral Sadıqzadənin həyatında bədii yaradıcılıq baxımından ən məhsuldar dövrdür. Bu illər ərzində dövri mətbuatda ədibin bir-birindən maraqlı povest və hekayələri ("Analar tək qalmasın”,"Uzunçu”, "Deyingən”,"Təranə” və s.) çap olunub. Yazıçının qələmi bu gün də öz itiliyini saxlayır və fəaliyyətini davam etdirir.
Sadıq Sadıqzadə
Sadıq İsmayıl oğlu Sadıqzadə (29 dekabr 1917, Ordubad – 3 noyabr 1988) — elmlər doktoru, II Dünya müharibəsi iştirakçısı. == Həyatı == Sadıq İsmayıl oğlu Sadıqzadə 1917-ci il dekabrın 29-da Ordubad şəhərində anadan olmuşdur. 1926-cı ildə Ordubad yeddiillik məktəbinin birinci sinifinə daxil olmuş və oranı 1932-ci ildə bitirdikdən sonra Bakı şəhərində N.Nərimanov adına Sənaye Texnikumunun (ST) kimya bölməsinə qəbul olmuşdur. 1937-ci ildə ST-ni qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin (ADU) kimya fakültəsinin birinci kursuna qəbul olunmuşdur. 1939-46-cı illərdə Hərbi Dəniz Donanmasında qulluq etmişdir. Hərbidən tərxis edildikdən sonra yenidən ADU-nun kimya fakültəsinin III kursuna bərpa edilmiş və 1949-cu ildə oranı bitirmişdir. Həmin ildə Azərbaycan Elmlər Akademiyası (EA) Kimya İnstitutunun (Kİ) aspiranturasına daxil olmuş və dissertasiya işini yerinə yetirmək üçün SSRİ EA Ümumi Kimya İnstitutuna (ÜKİ) (Moskva ş.) ezam edilmişdir. == Elmi fəaliyyəti == S.İ.Sadıqzadə 1953-cü ildə kimya elmləri namizədi elmi dərəcəsi almaq üçün “Bir sıra silisium tərkibli karbohidrogenlərin sintezi və reaksiyaları” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Həmin il Kİ-də böyük elmi işçi vəzifəsinə seçilmiş və yenidən SSRİ EA ÜKİ-yə ezam edilmişdir. 1962-ci ildə Moskvada ÜKİ-nin Elmi Şurasında kimya elmləri doktoru dərəcəsi almaq üçün “Katalitik üsulla karbofunksional qruplu silisium-üzvi birləşmələrin sintez üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Toğrul Sadıqzadə
Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə (1926, Bakı – 1995) — Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi. Seyid Hüseyn Sadiqnin oğlu. Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. 1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.
Zaur Sadıqzadə
Zaur Sadıqzadə — Azərbaycan gəmi kapitanı, Lenin ordeni kavaleri, SSRİ Dövlət Mükafatı laureatı. == Həyatı == Zaur Sahib oğlu Sadıqzadə 1932-ci il mayın 25-də anadan olub. 1946-cı ildə 7-ci sinfi bitirdikdən sonra neft texnikumuna daxil olur. Oranı bitirdikdən sonra isə Neft və Kimya İnstitutuna qəbul olunur. Burada oxuduğu müddətdə MK-dan gələn bir təklif onun taleyində həlledici rol oynayır. Mircəfər Bağırov təklif edir ki, bir qrup bacarıqlı tələbə sualtı qayıqlarda hərb sənətini öyrənmək Latviyaya göndərilsin. Beləliklə, Zaur sadıqzadə də 2-ci kursdan Riqadakı Ali Sualtı Üzgüçülük Hərbi Dənizçilik Məktəbinə qəbul olunur. Buna görə Zaur Sadıqzadə 1951-ci ildən, 19 yaşından taleyini Latviya ilə bağlamalı olur. 5 il sonra, 1956-cı ildə o, Latviyada bu məktəbi uğurla bitirir. Zaur Sadıqzadə ilk dəfə 1957-ci ildə dənizə gəmi heyətinin rəhbərlərindən biri - 2-ci şturman kimi çıxır.
Ümgülsüm Sadıqzadə
Ümmügülsüm (1899, Novxanı, Bakı qəzası – 1944, Şamaxı) — azərbaycanlı şairə, repressiya qurbanı. Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub. == Həyatı == Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub. Evdə atasından ərəb və fars dilini öyrənib. 1908-ci ildən şeir yazmağa başlayıb. Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan" və digər qəzet və jurnallarda dərc olunub. 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır. 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb. Aprel işğalından sonra isə işğala qarşı "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazıb.
Ömrün rəngləri. Xalq rəssamı Oqtay Sadıqzadə (film, 2007)
== Məzmun == Film Azərbaycanın Xalq rəssamı Oqtay Sadıqzadənin ağır və maraqlı həyat və yaradıcılıq yolundan bəhs edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.77 dəfə / 1 mln.
2003 ••••• 0.79
2004 ••••• 0.67
2005 ••••• 0.67
2006 ••••••••• 1.35
2007 ••••••••••••••••••• 2.96
2008 •••••••••••••••••• 2.92
2009 •••••••••••• 1.92
2010 ••••••••••••••••• 2.72
2011 •••••••••••••••••••• 3.26
2012 •••••••••••••••••• 2.93
2013 •••••••• 1.17
2014 ••••••••••• 1.72
2015 ••••• 0.68
2016 •••••• 0.87
2017 •••• 0.65
2018 •••••••••• 1.50
2019 •••••• 0.97
2020 0.13

"sadıqzadə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sadıqzadə nədir? #sadıqzadə sözünün mənası #sadıqzadə nə deməkdir? #sadıqzadə sözünün izahı #sadıqzadə sözünün yazılışı #sadıqzadə necə yazılır? #sadıqzadə sözünün düzgün yazılışı #sadıqzadə leksik mənası #sadıqzadə sözünün sinonimi #sadıqzadə sözünün yaxın mənalı sözlər #sadıqzadə sözünün əks mənası #sadıqzadə sözünün etimologiyası #sadıqzadə sözünün orfoqrafiyası #sadıqzadə rusca #sadıqzadə inglisça #sadıqzadə fransızca #sadıqzadə sözünün istifadəsi #sözlük