* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Ürəyi saf, təmiz olan; səmimi, təmizürəkli, açıqürəkli. Safürəkli adam. – [Qız:] Aydın çox mütaliə sevən, yoldaşlıqda möhkəm, safürəkli bir gəncdir. M.Hüseyn. Gülşənə elə gəlirdi ki, göy üzü bəzən ona görə ləkəsiz və şəffaf görünür ki, onun altında Qəhrəmanlar kəndində safürəkli, xoşdiləkli, həqiqi məhəbbətli gənclər yaşayırlar. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / safürəkli2 SAFÜRƏKLİ Hacı Səməd əlli yaşında safürəkli, rəhmdil bir kişi idi (S.S.Axundov); SAFDİL Nazlının bu safdil mülahizələri Bəyimin gülümsəməsinə səbəb oldu (Çəmənzəminli); SAFQƏLB(Lİ) Safqəlbli, sadədil Sənəm, indi heç özümə də inanmıram (S.S.Axundov); TƏMİZÜRƏKLİ Həlimə nənə qılıqlı, təmizürəkli, qonaqsevən və mehriban bir qadın idi (A.Şaiq); DÜZQƏLBLİ, ÜRƏYİTƏMİZ.
Azərbaycan dilinin sinonimlər lüğəti / safürəkli