sakitləşmək sözü azərbaycan dilində

sakitləşmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sakitləşmək • 81.8182%
  • SAKİTLƏŞMƏK • 11.0390%
  • Sakitləşmək • 7.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2007 ••••• 0.21
2008 •••••••••• 0.49
2009 •••• 0.16
2010 ••••••••••••••• 0.73
2011 ••••••• 0.34
2012 •••••• 0.26
2013 •••••••••••••••••••• 1.02
2014 ••••••••••• 0.51
2016 ••••••• 0.35
2017 ••••••• 0.33
2019 ••• 0.14

sakitləşmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Səs-küy azalmaq, ya kəsilmək, sakitlik düşmək. Gecədən keçmiş şəhər sakitləşdi. – Günəş günorta yerinə gələndə Tehranın bütün küçələri boşalmış və sakitləşmişdi. M.İbrahimov. // Sakit olmaq, gücü, şiddəti zəifləmək, yavaşımaq, kəsilmək, keçib getmək. Dəniz sakitləşdi. Külək sakitləşdi. – Su sakitləşmişdi ki, ikinci, üçüncü və dördüncü bombalar da bir-birindən aralı dənizdəki balaca qayığın ətrafına düşüb partladı. Ə.Vəliyev. 2. Əsəbiliyi, həyəcanı, iztirabı keçmək; təskinlik tapmaq, rahatlanmaq, müvazinət kəsb etmək. Əgər Ağca tərəf qalib gəlsə idi, demək olar ki, Şükür sakitləşərdi. Çəmənzəminli. [Mehriban] axır zamanlar xeyli sakitləşmişdi. H.Seyidbəyli. [Zərnigar xanım] …dava-dalaş salar, ağlayıb-sızlayar, sonra da sakitləşərdi. İ.Şıxlı. ◊ Ara sakitləşmək – bax ara. Elə ki ara sakitləşdi, Məhbub xanım yavaşca qapını açıb gəldi Bəlli Əhmədin yanına. “Koroğlu”. Getgedə ara sakitləşdi. Sürülər kövşəyə yatdı. B.Bayramov. Ürəyi sakitləşmək – bax ürək. [Usta Ağabalanın] istidən döyünən ürəyi öylə bil xınadan sonra sakitləşdi. Çəmənzəminli. Əbil Qənbərovun ürəyi bir az sakitləşdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / sakitləşmək

sakitləşmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 rahatlanmaq — xatircəmlənmək — arxayınlaşmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / sakitləşmək
  • 2 dayanmaq — kəsilmək — azalmaq — zəifləşmək — yavaşımaq — yatmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / sakitləşmək
  • 3 1. SAKİTLƏŞMƏK Müəllim bir qədər sakitləşdikdən sonra hamının eşidə biləcəyi bir yüksəklikdə son siyasi hadisələrdən danışır, sağların hərəkətlərini tənqid edirdi (A.Şaiq); ACIĞI YATMAQ (fr. v.) Ona görə də dərhal acığı yatdı.. (S.S.Axundov); KİRİMƏK [Paşa:] Nə olar, uşaq döyülərdə, ağlar da, kiriyər də! (Mir Cəlal); SAKİT OLMAQ Bunlar axırda sakit oldular (S.S.Axundov); TOXTAMAQ Fərəc: Siz bir az toxtayın, biz hamısını başa salarıq (Anar). 2. SAKİTLƏŞMƏK, TƏSKİNLİK TAPMAQ, RAHATLANMAQ

    Azərbaycan dilinin sinonimlər lüğəti / sakitləşmək

sakitləşmək sözünün antonimləri (əks mənalı sözlər)

sakitləşmək sözünün rus dilinə tərcüməsi

  • 1 успокоиться, утихать, усмиряться, присмиреть, угомониться, утихомириться

    Azərbaycanca-rusca lüğət / sakitləşmək
  • 2 глаг. 1. успокаиваться, успокоиться: 1) стать спокойным, подавить свое волнение, тревогу или горячность, возбуждение. Uşaqlar sakitləşdilər дети успокоились, hamı sakitləşdi все успокоились, tədricən sakitləşmək постепенно успокоиться 2) прийти в состояние покоя, неподвижности. Dəniz sakitləşdi море успокоилось, külək sakitləşdi ветер успокоился 3) стать слабее, меньше, прекратиться (о стихийных явлениях), стихнуть, утихнуть. Tufan sakitləşdi гроза успокоилась, çovğun sakitləşdi метель успокоилась 2. утихать, утихнуть, стихать, стихнуть: 1) перестать шуметь, кричать и т.п. Dava sakitləşdi скандал стих, mübahisə sakitləşdi спор стих, atışma sakitləşdi стрельба утихла 2) ослабеть в действии, силе, прекратиться. Ayağımın ağrısı sakitləşdi боль в ноге утихла 3) прийти в спокойное состояние, успокоиться. Xəstə sakitləşdi больной утих 4) перестать плакать, стонать, метаться и т.п. Uşaq sakitləşdi ребенок утих 3. утихомириваться, утихомириться: 1) угомониться, уняться. Oturanlar sakitləşdilər присутствующие утихомирились 2) утихнуть. Tufan sakitləşdi пурга утихомирилась ◊ ara sakitləşdi всё успокоилось, всё стало на свои места; ürəyim sakitləşdi сердце успокоилось (отлегло от сердца)

    Azərbaycanca-rusca lüğət / sakitləşmək

sakitləşmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to calm / to quiet / to settle down; (səs-küy) to cease, to fade, to die away; to become* calm, to compose, to calm down; (tufan, ağrı və s.) to abate, to subside; (külək) to fall*; Sakitləşin! Compose yourself! Make your mind easy!

    Azərbaycanca-ingiliscə lüğət / sakitləşmək

sakitləşmək sözünün fransız dilinə tərcüməsi

sakitləşmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. секин хьун, эпсин хьун; 2. хъел элекьун, регьят хьун, секин хьун (мес. рикӀ); ** ara sakitləşmək кил. ara; ürəyi sakitləşmək гл. ürək.

    Azərbaycanca-ləzgicə lüğəti / sakitləşmək

sakitləşmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#sakitləşmək nədir? #sakitləşmək sözünün mənası #sakitləşmək nə deməkdir? #sakitləşmək sözünün izahı #sakitləşmək sözünün yazılışı #sakitləşmək necə yazılır? #sakitləşmək sözünün düzgün yazılışı #sakitləşmək leksik mənası #sakitləşmək sözünün sinonimi #sakitləşmək sözünün yaxın mənalı sözlər #sakitləşmək sözünün əks mənası #sakitləşmək sözünün etimologiyası #sakitləşmək sözünün orfoqrafiyası #sakitləşmək rusca #sakitləşmək inglisça #sakitləşmək fransızca #sakitləşmək sözünün istifadəsi #sözlük