Saks sözü azərbaycan dilində

Saks

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Saks • 87.2727%
  • SAKS • 7.2727%
  • saks • 5.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saks
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Adolf Saks
Adolf (Antuan Jozef) Saks (fr. Antoine-Joseph (Adolphe) Sax; 6 noyabr 1814, Dinan, Belçika — 4 fevral 1894, Paris) — belçikalı musiqi alətləri ixtiraçısı. Ən məşhur ixtiraları saksofon və sakshorn alətləridir. == Maraqlı faktlar == Adolf Saks Belçikada avro tətbiq olunana qədər dövriyyədə olan belçika frankının 200 nominallı əskinazında təsvir olunmuşdu. Əskinazın əks tərəfində saksofonçularının, Dinanın (Saksın doğulduğu şəhərin) baş kilsəsi və qalasının siluetləri təsvir olunmuşdu.
Saks (Alikante)
Saks (isp. Sax) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Alto-Vinalopa ərazisinin 63,5 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 10099 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 44 km uzaqlıqda yerləşir.
Alfred, Saksen-Koburq-Qot şahzadəsi
Alfred (15 oktyabr 1874 - 6 fevral 1899)—Saksen-Koburq-Qot şahzadəsi. == Həyatı == Saksen-Koburq-Qot şahzadəsi Alfred 15 oktyabr 1874-cü ildə Londonda Bukingem sarayında anadan olmuşdu. Böyük Britaniya Kral ailəsinə məxsusdur. Orduda xidmət etdiyi zaman 1898-ci ildə sifilis xəstəliyinin simptomları üzə çıxır və bu hal onda güclü depressiyaya səbəb olur. Valideynlərinin yeganə varisi olan 24 yaşlı Şahzadə Alfred ruhi pozğunluq səbəbi ilə 1899-cu il fevralın 6-da özünü Kral sarayında güllələyərək intihar edib. Qeyd edəki, Şahzadə Alfredin sağlığında səfər etdiyi Cənubi Afrika Respublikasının Liman şəhəri olan Port Alfred məhz bu gənc şahzadənin adını daşıyır.
Aşağı Saksoniya
Aşağı Saksoniya (alm. Niedersachsen‎) — Almaniyada vilayət. Vilayətin paytaxtı Hannoverdir. == Şəhərləri == Vilayətin paytaxtı və ən böyük şəhəri Hannoverdir. Bundan başqa Aşağı Saksoniyada Braunşveyq, Göttingen, Volfsburq, Oldenburq və s. kimi şəhərlər də vardır.
Niderland aşağı sakson dili
Aşağı alman dili (aşağı alman ləhçəsi; Nedderdüütsch, Plattdütsch, Plattdüütsch, Plattdütsk, Plattdietsch, Plautdietsch; alm. Niederdeutsch, Plattdeutsch‎) — Danimarkada olduğu kimi Almaniyanın şimalında və Niderlandın şimal-şərqində yayılan ləhcələr toplusu olan dil. Hind-Avropa dillərinin Alman filialının Qərbi Alman qrupuna aiddir. Fonetik olaraq, ədəbi Alman dilindən çox fərqlidir, lakin Holland dilinə yaxındır (sonuncusu bəzən tərkibinə, Aşağı frank qrupu daxilində daxil edilir). Hal-hazırda ədəbi dil (geniş yayılmamışdır) Almaniya və Niderlandda ayrıca inkişaf edir. Arxeoloq Henrix Şlimanın ana dili idi.
Panas Saksaqanski
Panas Karpoviç Saksaqanski (3 (15) may 1859 – 17 sentyabr 1940, Kiyev) — Ukrayna və sovet aktyoru, SSRİ xalq artisti (1936) == Həyatı == Panas Karpoviç Tobileviç 3 may 1859-cu ildə anadan olmuşdu. Panas Saksaqanski 17 sentyabr 1940-cı ildə vəfat edib.
Qara saksaul
Zaysan saksaulu (lat. Haloxylon ammodendron) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. == Təbii yayılması == Qazaxıstan və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Gövdəsi çox qalın, budaqlı, tünd-boz qabıqlı, açıq-boz çalarlı koldur. Birillik yaşıl budaqları silindrik, sulu təhər, təxminən qara nüvəlidir. Yarpaqları üzbəüz çıxıntılı, küt və ya iti, qoltuqlarda qısa tükcüklüdür. Çiçəkləri çox xırda tək, pulcuqşəkillidir. Çiçəkaltlığı yarpaqların qoltuqlarında qısa budaqlarda yerləşir. Çiçəkyanlığının yarpaqları yumurtavari, şəffaf və ya qıvrım tükcüklüdür. Aprel-mayda çiçəkləyir.
Saksaul
Saksaul (lat. Haloxylon) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Səhra-meşə cəngəlliklərini — saksaul meşələrini əmələ gətirirlər. Bunların sahələri Qazaxıstanın cənubunda 15 mln.ha yaxın, Türkmənistanda 6 mln.ha və Özbəkistanda 0,6 mln.ha olur. == Bioloji təsviri == Kol və ya çox hündür olmayan ağaclar (1,2-1,5 m hündürlükdə) dixotomik budaqlanan və kövrək cavan zoğlar pöhrələrə malikdir. Yarpaqları qarşı-qarşıya düzülmüş xırda rəngsiz pulcuq və ya qalxanşəkilli (fotosintez yaşıl budaqlarda gedir). Çiçəkləri ikicinslidir, pulcuqlar arasında dörd-dörd yerləşir. Çiçəkyanlığı 5 pərdəşəkilli yarpaqcıqlardan ibarət olub, fındıqcameyvə üçün qanadcıq əmələ gətirir. Kök sistemi çox güclüdür, 10-11 metrə qədər dərinliyə gedir. Düzgün olmayan, möhkəm, bəzən isə kövrək olan gövdəyə malikdir.
Saksen-Koburq-Qota
Saksen-Koburq-Qota-1826-1918-cü illərdə Almaniyada mövcud olmuş dövlət.
Sakslar
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Sakso Qrammatik
Sakson Qrammatik və ya Sakso Qrammatik (lat. Saxo Grammaticus; təq. 1150, Zelandiya – 1220 və ya təq. 1206) — Danimarka salnaməçisi, tarixşünası, teoloqu. O, on altı cildlik xronika olan «Danların əməlləri»nin (lat. Gesta Danorum) müəllifidir. Onun motivləri Uilyam Şekspirin «Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı» faciəsində istifadə edilmişdir. Sakson Qrammatikin həyatı barədə demək olar ki, heç bir məlumat yoxdur və ona əsərlərindən kənar edilən istinadların hamısının doğruluğu sual altındadır. «Danların əməlləri» əsərində müəllifin atasının və babasının kral Böyük Valdemarın ordusunda xidmət göstərdiyi, eləcə də müəllifin özünün Müzəffər Valdemara xidmət etdiyi yazılmışdır. Saksonun latın üslublu yazıçılıq barədə hərtərəfli məlumatlı olduğuna görə onun Danimarkadan kənarda təhsil aldığı ehtimal olunur.
Saksofon
Saksofon (Sax — ixtiraçının soyadı, yun. φωνή — "səs") — nəfəsli musiqi aləti. Saksofonlar ailəsi 1842-ci ildə belçikalı musiqi sənətkarı Adolf Saks tərəfindən ixtira edilmiş və özü tərəfindən də 1846-cı ildə patentlənmişdir. XIX əsrin əvvəllərindən nəfəsli orkestrdə, ansambla müşayiət edən solo musiqi aləti olaraq və nadir hallarda simfonik orkestrdə istifadə olunur. Caz və ona yaxın digər musiqi janrlarının, eləcə də estrada musiqisinin əsas alətlərindən hesab olunur.Azərbaycanda tanınmış saksofon ustalarından biri də Hüseynağa İbadovdur.
Sakson Qrammatik
Sakson Qrammatik və ya Sakso Qrammatik (lat. Saxo Grammaticus; təq. 1150, Zelandiya – 1220 və ya təq. 1206) — Danimarka salnaməçisi, tarixşünası, teoloqu. O, on altı cildlik xronika olan «Danların əməlləri»nin (lat. Gesta Danorum) müəllifidir. Onun motivləri Uilyam Şekspirin «Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı» faciəsində istifadə edilmişdir. Sakson Qrammatikin həyatı barədə demək olar ki, heç bir məlumat yoxdur və ona əsərlərindən kənar edilən istinadların hamısının doğruluğu sual altındadır. «Danların əməlləri» əsərində müəllifin atasının və babasının kral Böyük Valdemarın ordusunda xidmət göstərdiyi, eləcə də müəllifin özünün Müzəffər Valdemara xidmət etdiyi yazılmışdır. Saksonun latın üslublu yazıçılıq barədə hərtərəfli məlumatlı olduğuna görə onun Danimarkadan kənarda təhsil aldığı ehtimal olunur.
Saksoniya
Saksoniya (almanca: Freistaat Sachsen) - Almaniyanın vilayəti. Vilayətin paytaxtı Drezden şəhəridir. Sahəsi 18.415,51 km², əhalisi 4.228.006 nəfər, bir nəfərə düşən sahəsi isə 231 km²-dir. Saksoniya Almaniyanın orta-şərq hissəsində yerləşir. Şimaldan Brandenburq, şimal-qərbdən Saksoniya-Anhalt, qərbdən Türingiya, cənubdan Bavariya ilə həmsərhəddir. Bundan əlavə o cənubdan Çexiya, şərqdən isə Polşa ilə ümumi sərhəddə malikdir.V-VI əsrlərdə anqlo-sakon tayfası yut adalarında birləşib Saksoniyada məskunlaşıblar.
Saksoniya-Anhalt
Saksoniya-Anhalt Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Maqdeburqdur.
Saksoniya (krallıq)
Saksoniya krallığı (alm. Königreich Sachsen‎); bəzən Saksen — Almaniya İmperiyası tərkibində 1806-1918-ci illərdə mövcud olmuş dövlət. == Tarixi == 1806-cı ildən əvvəl Saksoniya Müqəddəs Roma İmperiyasının bir hissəsi idi. Napoleon Bonapart 1806-cı ildə ələ keçirdiyi Saksoniyanı bir krallıq halına gətirdi. Saksonya krallığı Napoleon devrilənə qədər onun ən yaxın mütffəqi oldu. Napoleondan sonra Saksoniya torpaqları qalib dövlətlər toplanan Vyana konqresində (1814-15) 40%-i Prussiyaya verildi. Krallığın geri qalan bölümü 1815-ci ildə Alman konfederasiyasına qoşuldu. 1817-ci ildə isə yeni Almaniya imperiyası tərkibinə qoşuldu. Almaniya I Dünya müharibəsində məğlub olandan sonra krallıq da ləğv olundu. == Hakimiyyət == 1831-ci il konstitusiyasına əsasən Saksoniya krallığı konstitusiyalı monarxiya idi.
Saksoniya bayrağı
Saksoniya bayrağı — Müstəqil Saksoniya Dövlətinin bayrağı. 1815-ci ildən Saksoniyada rəsmi bayraq kimi istifadə olunur.
Saksoniya hersoqluğu
Saksoniya hersoqluğu (alm. Herzogtum Sachsen‎) — 804-1294-cü illərdə mövcud olmuş feodal dövlət qurumu.
Saksoniya kürfürstlüyü
Saksoniya kürfürstlüyü (alm. Kurfürstentum Sachsen‎, həmçinin alm. Kursachsen‎) imperator IV Karl 1356-cı il Qızıl Bullası ilə tərəfindən Askaniya sülaləsinin idarə etdiyi Sakse-Vittenberq hersoqluğunu kürfürstlük statusuna yüksəltdiyi zaman qurulan Müqəddəs Roma İmperiyasının dövləti idi. O, təxminən 40000 km2 ərazini əhatə edirdi. Askaniya sülaləsinin nəsli kəsildikdən sonra, 1423-cü ildə Vettin sülaləsindən olan Maysen markqraflarına verildi, onlar hersoq iqamətgahını Elba çayı sahilindəki Drezdenə köçürdülər. 1806-cı ildə İmperiyanın dağılmasından sonra Vettin kürfürstləri Saksoniyanı ərazi krallığa çevirdilər.
Saksoniyalı Mariya Amaliya
Saksoniyalı Mariya Amaliya (isp. María Amalia Cristina Francisca Javiera Flora Walburga) (24 noyabr 1724, Drezden – 27 sentyabr 1760[…], Madrid) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqust, anası isə Müqəddəs Roma imperatoru I Jozefin qızı Mariya Jozefinadır.
Saksoniyalı Mariya Jozefina Amaliya
Mariya Jozefina Amaliya (isp. Maria Josepha Amalia Beatrix Xaveria Vincentia Aloysia Franziska de Paula Franziska de Chantal Anna Apollonia Johanna Nepomucena Walburga Theresia Ambrosia) (7 dekabr 1803 və ya 6 dekabr 1803, Drezden – 18 may 1829) — İspaniya kralının xanımı. Atası Reç Pospolita kralı III Avqustun nəvəsi Maksimilyan, anası isə Parma hersoqu Filippin nəvəsi Parmalı Karolinadır. Hələ 16 yaşında ikən İspaniya kralı VII Ferdinandla evləndi. İlk 2 nigahından varisi olmayan kralın hakimiyyəti təhlükə altında idi. Mariya Jozefina çox uşaqlılıqlarıyla məşhur olan Saksoniya şahzadələrindən olsa da, bu nigahdan övladı olmadı. Bu səbəblə saraydan ayrılaraq uzun müddət Aranxuaz sarayında yaşadı. Bu müddət ərzində cütlüyü barışdırmaq məqsədilə Roma papası VII Piy ona şəxsi məktub belə yazmışdı. Ancaq bunlar heç bir fayda vermədi və Mariya Jozefina 18 may 1829-cu ildə yüksək hərarət səbəbilə vəfat etdi. == Mənbə == María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019).
Saksonlar
Sakslar və ya Saksonlar — qədim german tayfaları, III–IV əsrlərdə iki hissəyə ayrılmış və bir hissəsi cənuba – Almaniyaya, digər hissəsi isə qərbə getmişlər. Onlar eyni zamanda tarixdə skiflər və sarmatlar adlanmışlar. Saksların adlarından Almaniyada Saksoniya tarixi ərazisi adlanır. Britaniyada sakslar anqllar və yutlarla birlikdə ingilis etnosunun yaradılmasında iştirak etmişlər. == Ədəbiyyat == Шор Т. У. Глава II. Саксы и их племена. Происхождение англо-саксонской расы|оригинал. Лондон,1906. Шэрон Тёрнер. История англо-саксов с древнейших времён до нормандского завоевания. Книга Вторая.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Saksonun Danimarka tarixi

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.46 dəfə / 1 mln.
2004 •• 0.34
2007 •••••••••• 2.11
2008 •••••••••••••••••••• 4.63
2010 •• 0.27
2011 ••• 0.69
2012 0.09
2014 0.17
2018 •• 0.30
2019 •••• 0.83
2020 0.13

"saks" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saks nədir? #saks sözünün mənası #saks nə deməkdir? #saks sözünün izahı #saks sözünün yazılışı #saks necə yazılır? #saks sözünün düzgün yazılışı #saks leksik mənası #saks sözünün sinonimi #saks sözünün yaxın mənalı sözlər #saks sözünün əks mənası #saks sözünün etimologiyası #saks sözünün orfoqrafiyası #saks rusca #saks inglisça #saks fransızca #saks sözünün istifadəsi #sözlük