* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 qarş. f. Bir-birinə salam vermək. Qoca, əmim oğlu ilə görüşdü, salamlaşdı. S.S.Axundov. // Məc. mənada. Onlar salamlaşır aydın səhərlə; Dönürlər geriyə şən nəğmələrlə. M.Rahim.
Azərbaycan dilinin izahlı lüğəti / salamlaşmaq1 SALAMLAŞMAQ (bir-birinə salam vermək) Mənsur sürücü ilə salamlaşıb soruşdu: – Həmid Səfərovu gətirdin? (H.Abbaszadə); ƏL UZATMAQ/VERMƏK Müzəffər qabağa gəlib, utana-utana Bağıra əl uzatdı (İ.Məlikzadə); Əşrəfin gözü yaşardı. Uşaqlar əl verib bir-bir Kipiani ilə görüşdülər (İ.Şıxlı).
Azərbaycan dilinin sinonimlər lüğəti / salamlaşmaq2 глаг. здороваться, поздороваться (поприветствовать друг друга при встрече). Əl verib salamlaşmaq здороваться за руку
Azərbaycanca-rusca lüğət / salamlaşmaq1 f. to greet / to welcome each other; to say* how do you do to each other, to hail one another
Azərbaycanca-ingiliscə lüğət / salamlaşmaq