Salamulla İsmayılov
Salam Xeyrulla oğlu İsmayıl — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015).
== Həyatı ==
Salam İsmayıl 23 aprel 1951-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitunun aktyorluq fakültəsini bitirmişdir. 1974–1976-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında rejissor köməkçisi vəzifəsində işləmiş, 1977-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərir. Kino sahəsində bir neçə irili və xırdalı rollarda çəkilmişdir.
Teatr xadimlər ittifaqının üzvü, ""Qızıl Dərviş" mükafatı" mükafatı laureatıdır. 30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
== Əsas rolları ==
Solğun çiçəklər (C. Cabbarlı) — Bəhram,
Aydın (C. Cabbarlı) — Novruz bəy
Oqtay Eloğlu (C. Cabbarlı) — Mazadaranski
Maral (H. Cavid) — Cəmil
Atabəylər (N. Həsənzadə) — Abubəkir
Sənsiz (S. Qurbanov) — Tərlan
== Filmoqrafiya ==
Bizim küçənin oğlanları (film, 1973)
Qocalar, qocalar... (film, 1982)
Yük (film, 1995)
Bir anın həqiqəti (film, 2003)
Koroğlu (film, 2003)
Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) — rol: Qəzənfər
Cavad xan (film, 2009)
Aktrisa (film, 2011) (tammetrajlı bədii film) — rol: bağban Kərim Həsənov
Çölçü (film, 2012)
Tək olanda qorxma...