Salehə Sultan (Əbdüləzizin qızı)
Saliha Sultan (10 avqust 1862, Çırağan sarayı, İstanbul – 1941, Qahirə) — 32. Osmanlı padşahı Sultan Əbdüləzizin qızlarındandır.
== Həyatı ==
10 avqust 1862-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Osmanlı sultanı Sultan Əbdüləziz, anası isə onun xanımlarından Dürrünəv Qadınəfəndidir. Sultan Əbdüləzizin taxta çıxmasından sonra dünyaya gələn ilk övladı olması səbəbilə dünyaya gəlişinin ardından dönəmin validə sultanı Pərtəvniyal Sultan tərəfindən sarayda şənliklər təşkil edildi və həm anasına, həm də yeni dünyaya gələn Saliha Sultana dəyərli hədiyyələr verildi. Buna baxmayaraq atasının şahzadəliyi dövründə dünyaya gələn və özündən 5 yaş böyük olan İzzəddin Əfəndi adlı bir qardaşı vardı. Uşaqlıq illəri də məhz qardaşıyla birlikdə Dolmabağça sarayında keçən Saliha Sultan mükəmməl saray təhsiliylə birlikdə, fransızca dərsləri də aldı.
1876-cı ildə hələ 14 yaşında ikən atası Sultan Əbdüləziz taxtdan endirilərək öldürüldü və Saliha Sultan digər ailə fərdləriylə birlikdə bir müddət Çırağan sarayına göndərildi. Əmisi oğlu V Muradın taxtdan endirilməsi və yeni taxta çıxan II Əbdülhəmidin dövlət idarəsini Ulduz sarayına köçürməsinin ardından Saliha Sultan digər ailə fərdləriylə birlikdə Dolmabağça sarayına köçürüldü. Həmin il Sultan Əbdülhəmidin bacıları Mədiha Sultan, Nailə Sultan və Səniha Sultanla birlikdə evləndirilməsi müzakirə edilsə də, bu evlilik cəhdi nəticəsiz qalır.