Salnamə sözü azərbaycan dilində

Salnamə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Salnamə • 84.6154%
  • salnamə • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Salnamə
Salnamə - tarixi hadisələrin xronoloji ardıcıllıqla yazılması, orta əsrlərin tarixi əsərlərinin əsas növlərindən biri. Salnamə xronika ilə eyniyyət təşkil edir.
"Salnamə" Studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Daş Salnamə Muzeyi
Daş Salnamə Muzeyi — Azərbaycanın daş plastikası tarixinə həsr edilmiş muzeydi. Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Dövlət Bayrağı Meydanı ərazisində yerləşən Daş salnamə muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıb. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb. == Tarixi == Muzey 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir. Sonralar bina tamamilə bərpa edildi. Bərpa işlərindən sonra Daş salnamə muzeyi kimi fəaliyyət göstərir.Muzeyin açılışı 2015-ci il iyunun ayının 8-də baş tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar. == Ekspozisiya == Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir. "Daş salnamə" sərgisinin ekspozisiyası daş plastikanın bir çox növlərini əhatə edir.
Salnamə (film studiyası)
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
"Salnamə" sənədli filmlər studiyası
Salnamə — Azərbaycanda film studiyası. == Tarix == 1988-ci ildə xronikal-sənədli, elmi–kütləvi və tədris filmləri birliyinin bazasında yaradıldı. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərir. Sənədli filmlər istehsal edir. Rəhbəri Nazim Hüseynovdur. 1993-cü ildən sonra isə dövlət statuslu müstəqil sənədli filmlər studiyası adlandırıldı. Hər il dövlət sifarişi ilə 1 film çəkilir. Bundan başqa süjetlər, kinoçarxlar istehsal olunur. Maliyyənin 90 faizini dövlət ödəyir. 3 dəqiqəlik lentlərə xronikal süjetlər çəkilir.
Şah İsmayıl Səfəvinin tarixi (salnamə)
"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi” - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur. Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır. == Mənbə == Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.
Alban salnamələri
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonraki alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. == Mənbə == Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Alban salnaməsi
Müəllifi Mxitar Qoşun özünün dediyi kimi Musa Kalankatlının Alban ölkəsinin tarixi əsərinin davamı olan Alban salnaməsi 1130-1162-ci illərdə, Səlcuqluların hakimiyyəti dövründə Qafqaz Albaniyası ərazisində baş verənləri əks etdirir. Əsərin erməni mətni 1901-ci ildə Q.Alişan tərəfindən, ingilis mətni 1958-ci ildə Ç.C.Dousett tərəfindən, rus mətni 1960-cı ildə Z.M.Bünyadov tərəfindən nəşr edilmişdir. Alban salnaməsinin 1237 nömrəli əlyazmasımda belə bir sonluq var: "...yadellilərin yox,öz həmvətənlərimizin çiyinlərimizə ağır bir yük kimi düşən təqiblərindən bezib bu xronikanın yazılmasını dayandırdıq,-biz alban katalikoslarını da bu siyahıya salmağı zəruri hesab etdik və lazımi şəkildə birləşdirsəydik onların aşğıdakı siyahısını alardıq. Alban katalikoslarının əsərdə verilən siyahısı çox önəmlidir. Çünki burda alban kilsəsi yaranandan ta XII əsrə qədər bütün patriatxların adları qeyd olunmuşdur. Siyahının başlığı da maraqlıdır: "Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonraki alban patriarxlarının siyahısı. Sərlövhə alban kilsəsinin apostol başlanğıcına bağlı olmasını təsdiqn edir, eləcə də onun təməlini Yerusəlim şəhərinə bağlayır. == Mənbə == Fəridə Məmmədova. "Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası". Bakı, 1993 Moisey Kalankatuklu, "Albaniya tarixi".
Anqlosaks salnaməsi
"Anqlosaks salnaməsi" (ing. Anglo-Saxon Chronicle) — İngiltərənin ən qədim salnaməsi. Burada 495-ci ildən 1154-cü ilə qədər erkən saks köçləri dövrünü əhatə edilir. Əsərin tərtibi IX əsrin sonlarında kral Alfredin rəhbərliyi altında, Müqəddəs Bedanın "Tarix" əsərinə, eləcə də Mersiya və Uesseks salnamələrinin qalıqlarına, şifahi ənənələrin əsasında başlamışdır. Salnamənin anqlosaks və qismən də latın dilində yazılmış doqquz əlyazması qorunub-saxlanılmışdır. 731-ci ildən əvvəlki salnamənin ilk hissəsi əsasən Müqəddəs Bedanın yazılarına əsaslanır, lakin Cənubi İngiltərənin tarixi ilə bağlı bir çox əlavələri ehtiva edir. 891-ci ilə qədər olan hadisələrin təqdimatında bütün salnamələr bir-biri ilə birləşir. Bu, kral Alfredin dövründə köhnə ingilis dilində tərtib edilmiş vahid mənbədir. Hətta bir nəzəriyyə də var ki, Alfredin özü salnamənin bu hissəsinin müəllifi idi, lakin hal-hazırda bu, əksər alimlər tərəfindən inkar edilir. 891-ci ildən sonra salnamənin müxtəlif versiyaları bir-birindən fərqlənməyə başlayır.
Azərbaycan kinosunun salnaməsi (film, 2013)
Azərbaycan kinosunun salnaməsi qısametrajlı sənədli televiziya filmi rejissor Nəsimi Məmmədoğlu tərəfindən 2013-cw ildə çəkilmişdir. İctimai televiziyada istehsal edilmişdir. Film tarixi 1898-ci ildən başlayan Azərbaycan kinosu tarixinə səyahətdir. == Məzmun == Film tarixi 1898-ci ildən başlayan Azərbaycan kinosu tarixinə səyahətdir.
Köln kral salnaməsi
Köln kral salnaməsi (lat. Chronica regia Coloniensis, alm. Die Kölner Königschronik‎) — XII-XIII əsrlərdə latın dilində yazılmış genişhəcmli tarixi əsər. Mətnində bəzi fərqlər olan bir neçə əlyazması müasir dövrədək gəlib çatmışdır. Salnamədə Almaniyanın tarixi, bəzi digər ölkələrin tarixinə dair çoxsaylı məlumatlar, xaç yürüşlərinin və bidətlə mübarizənin təsviri, həmçinin müxtəlif möcüzəvi hadisələr barədə hekayələr yer alır. Salnamənin əsas hissəsi 689-1175-ci illər arasındakı dövrü əhatə edir. Salnamənin altı davamı var və hadisələrin təsviri 1314-cü ilədək uzanır. == Müəllifi == Əlyazmalardan birinin ön sözündə qeyd edilir ki, salnaməni Noysdan olan bir hakim tərtib edib. Salnaməni alman dilinə tərcümə edənlər və naşirlər isə hesab edirdilər ki, onun ilkin versiyasını Kölndən olan katolik keşişi hazırlamışdır. Amma 1997-ci ildə tədqiqatçı Manfred Qroten salnamənin Ziqburq monastırında tərtib edildiyini müəyyən etmişdir.
Qanun naminə - Heydər Əliyev salnaməsi (film)
Qanun naminə — Heydər Əliyev salnaməsi — Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin ideya müəllifliyi əsasında hazırlanmış sənədli film. Filmdə Heydər Əliyevin prokurorluğa yüksək diqqət və qayğısı, mütəmadi dəstəyi, onun rəhbərliyi ilə həyata keçirilmiş islahatlardan söhbət açılır, həmçinin görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısı barədə məlumatlar, o cümlədən prokurorluğun veteran əməkdaşlarının xatirələri yer alıb. Film Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Baş Prokurorluqda "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu" mövzusunda keçirilən tədbirdə təqdim edilib. == Yaradıcı heyət == Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev- İdeya müəllifi Baş prokurorun müavini Heydər Məmmədov- Məsul redaktor Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov- Redaktor Azərbaycan Respublikasının xalq artisti Nürəddin Mehdixanlı– Aparıcı Bəhruz Əliyev- Quruluşcu rejissor Şəbnəm Xeyrulla– Ssenari müəllifi Sərxan Mədətli- Operator Royal quluzadə- Quruluşcu operator Emin Mahmudov- Səs rejisoru Məhəmməd Hətəmov- Rəng korreksiyası və montaj == İstinadlar == == Həmçinin bax == "Azərbaycan naminə!" "Azərbaycan naminə!" "Dahi azərbaycanlı" "Dahi qurucu" "Əliyevin əli" "Heydər Əliyev" "Heydər Əliyev. Dünyaya pəncərə" "Heydər Əliyev.
Saksonun Danimarka salnaməsi
"Danların əməlləri" (lat. Gesta Danorum), həmçinin "Saksonun Danimarka tarixi" (dan. Saxos Danmarkshistorie) və ya "Saksonun Danimarka salnaməsi" (dan. Saxos Danmarks Krønike) — XII əsr Danimarka tarixşünası Sakson Qrammatikin yazdığı yarı-əfsanəvi salnamə. Əsər Danimarkanın Sorö qəsəbəsindəki bir monastırda yazılmışdır. "Danların əməlləri" Sakson Qrammatikin müəllifi olduğu ən məşhur əsəridir. Salnamə Danimarka tarixinin ən əhəmiyyətli mənbəyi hesab edilir və millətin identikliyinin formalaşmasında böyük rolu olmuşdur. Əsər həmçinin Estoniya və Latviya tarixindən bəhs edən ən qədim sənəddir.Əsər Danimarka dini xadimi Lund yepiskopu Absalomun sifarişi ilə latın dilində yazılmış on altı kitabdan ibarətdir. "Danların əməlləri" əfsanəvi Kral Danın həyatından başlayaraq 1185-ci ilə qədər Danimarka tarixini, bir qədər də Skandinaviya tarixini təsvir edir. Salnamənin barəsində məlumat verdiyi son mövzu danların indiki Almaniyanın şimalında, Şlezviq-Holşteyn vilayətində yaşayan slavyan xalqı olan vendləri məğlub etməsidir.
Salnaməçi
Salnaməçi (Osmanlıca: Vak'a-Nüvis) Osmanlı İmperiyası dövründə səltənətin tarixi hadisələrini qeyd etmək üçün təyin edilmiş xüsusi insanlara verilən addır. Salnaməçi bir dövlət məmurudur. Hər ilin sonunda onlar sarayda həmin il vəfat etmiş vacib insanların tərcümeyi-hallarını verməyə məcbur idilər. Osmanlıların öz tarixlərinin qeydinə göstərdiyi həssas qayğı nəticəsində, Osmanlı tarixi salnaməçilər tərəfindən təfərrüatlı şəkildə qorunub saxlanılmışdır. Osmanlı tarixi haqqında məlumatların ən əhəmiyyətli hissəsi salnaməçilər vasitəsilə bu günümüzə qədər gəlib çatmışdır. Möhtəşəm Süleymanın hakimiyyəti dövründə rəsmi bir qurum olmuşdur. Divan-ı Hümayundan gələn ilk rəsmi salnaməçi Hələbdən olan Mustafa Naima, sonuncusu Əbdürrəhman Şərəf Əfəndidir və Osmanlı imperiyası tərəfindən yetişdirmiş ən böyük salnaməçi Əhməd Cövdət paşa sayılır. 17-ci əsrdə yaşayan Övliya Çələbi, Katib Çələbi və Hələbdən olan Mustafa Naima da ilk tanınan salnaməçilərdəndir. Naima tarixi, Keşfüz Zunun, Miratül Memalik dövrün ən əhəmiyyətli əsərləridir. Bundan əlavə, Fatih Sultan Məhəmməd dövrünün məşhur salnaməçisi Tursun bəy idi.
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
== Məzmun == Çoxseriyalı televiziya kinosalnaməsində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı tarixi yol ekranda canlandırılır: 1926-cı ildə Bakıda ilk dəfə radionun fəaliyyətə başlaması, 1933-cü ildə Lökbatanda güclü neft fontanı vurması, Bakı neftçilərinin və bütövlükdə Azərbaycan xalqının 1941–1945-ci illər müharibəsi dövründə arxa və ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra Sumqayıtda, Mingəçevirdə, Daşkəsəndə, Neft Daşlarında və Azərbaycanın digər şəhərlərində aparılan tikintilər və s. haqda söhbət gedir. Biz ekranda dahi bəstəkar Üzeyir Hacıbəyovu mikrofon qarşısında, evdə, konservatoriyada görürük. Görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operasına ilk baxışı, "Azad Qadın" abidəsinin açılış mərasimlərini izləyirik. Filmdə respublikamızın həyatı ilə bağlı bu və digər hadisələr barəsində də ətraflı danışılır. == Seriyalar == I seriya: Film 1917–1925-ci illərin hadisələrini əhatə edir. II seriya: Film 1926–1932-ci illərin hadisələrini ekranda canlandırır. III seriya: Film 1933–1940-cı illərin hadisələrini əks etdirir. IV seriya: Film 1941–1945-ci illərin hadisələrini əhatə edir. V seriya: Film 1946–1958-ci illərin hadisələrini ekranda canlandırır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.97 dəfə / 1 mln.
2002 ••••••••• 3.43
2003 ••••• 1.97
2004 ••••• 2.02
2005 ••••• 2.02
2006 ••••••• 2.70
2007 •••••• 2.54
2008 •••••••• 3.41
2009 ••••••••• 3.84
2010 •••••••••••••••••••• 8.53
2011 ••••••••••• 4.29
2012 ••••••••••• 4.47
2013 •••• 1.46
2014 ••• 1.03
2015 •••• 1.53
2016 ••• 0.87
2017 •• 0.65
2018 •••••• 2.55
2019 •••• 1.39
2020 0.27

salnamə sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] İl ərzində bir yerdə baş verən tarixi hadisələri qeydə alan kitab və s. // Hadisələrin hər il qeydə alınması; gündəlik, xronika və s. həyat salnaməsi. [Mirzə Ələkbər Sabirin] şeirləri yarandıqları zamanın ən doğru bədii sənədləri, XX əsrin əvvəlinin salnaməsidir.

    Azərbaycan dilinin izahlı lüğəti / salnamə

salnamə sözünün rus dilinə tərcüməsi

  • 1 анналы, летопись, хроника

    Azərbaycanca-rusca lüğət / salnamə
  • 2 I сущ. 1. летопись: 1) в Древней Руси: вид повествовательной литературы, состоящий из погодных записей исторических событий 2) книга с записями по годам исторических событий. Qədim salnamələr древние летописи, Novqorod salnaməsi Новгородская летопись 3) перен. совокупность, собрание каких-л. записей, произведений, снимков, кинолент и т.п., в которых нашли отражение отдельные моменты развития, хода чего-л. İkinci dünya müharibəsi salnaməsi летопись Второй мировой войны, yaradıcılıq salnaməsi летопись творчества 2. лит. анналы (запись наиболее значительных событий по годам). Tarixin salnamələrində в анналах истории 3. ежегодник (периодическое издание, выходящее один раз в год) II прил. летописный. Salnamələr məcmuəsi летописный свод; canlı salnamə живая летопись (о том, кто хорошо помнит все современные ему события)

    Azərbaycanca-rusca lüğət / salnamə

salnamə sözünün inglis dilinə tərcüməsi

salnamə sözünün fransız dilinə tərcüməsi

salnamə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. хроника, летопись (гьар йисуз хьайи тарихдин вакъиаяр галай-галайвал къейд ийидай ктаб ва мс.; // вакъиаяр гьар йисуз хроникадин къайдадалди къейд авун, кхьин.

    Azərbaycanca-ləzgicə lüğəti / salnamə

salnamə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. bir ildə olan hadisələri özündə birləşdirən kitab.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"salnamə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#salnamə nədir? #salnamə sözünün mənası #salnamə nə deməkdir? #salnamə sözünün izahı #salnamə sözünün yazılışı #salnamə necə yazılır? #salnamə sözünün düzgün yazılışı #salnamə leksik mənası #salnamə sözünün sinonimi #salnamə sözünün yaxın mənalı sözlər #salnamə sözünün əks mənası #salnamə sözünün etimologiyası #salnamə sözünün orfoqrafiyası #salnamə rusca #salnamə inglisça #salnamə fransızca #salnamə sözünün istifadəsi #sözlük