Samandar Kukanov
Samandar Kukanov (1945, Özbəkistan) — Özbəkistan SSR Ali Sovetinin deputatı (1989–1992).
Samandar Kukanov 1945-ci ildə Özbəkistanın Cizak vilayətinin Feriş rayonunda anadan olmuşdur.
1989-cu ildə Özbəkistan SSR Ali Sovetinə deputat seçilmişdir.
O, 1992-ci ildə iqtisadi cinayətlərdə – müxalifətdə olan "Ərk" Partiyasını maliyyələşdirməkdə ittiham olunaraq, Özbəkistan dövlət təhlükəsizlik qurumları tərəfindən tutulmuşdur.
24 noyabr 2016-cı ildə həbs müddəti başa çadığı üçün azadlığa çıxmışdır.