Samitlərin səslənməsi
Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər.
Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur.
Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur.
Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z].
Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Cingiltili samitlər
2. Kar samitlər
Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.