samə sözü azərbaycan dilində

samə

Yazılış

  • samə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Saməddin Fərziyev
Saməddin Mehman oğlu Fərziyev (20 iyun 2001; Xanəgah, Lerik, Azərbaycan — 12 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olub. Atası Mehman kişi fiziki qüsurludur. Ailədə 3 qardaş və 3 bacı olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişib. Uşaqlıq illərini doğulduğu kənddə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alıb. Daha sonra Lökbatana köçüblər. Saməddin qarışıq döyüş sənətləri (MMA) və qaydasız döyüşlə məşğul olub, qatıldığı idman yarışlarında dəfələrlə birinciliklər, diplom və sertifikatlar əldə edib. == Hərbi xidmətləri == Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib. Xidmətini layiqincə yerinə yetirən Saməddin 2020-ci ilin iyulunda Ermənistanın növbəti təxribatları nəticəsində başlanan Tovuz döyüşlərinin iştirakçısı olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Saməddin Fərziyev Hadrutun azad edilməsində savaşıb.
Saməddin Qəfərov
Saməddin Rasim oğlu Qəfərov (23 yanvar 1993; İsmayıllı rayonu, Azərbaycan — 28 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Qəfərov 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Saməddin Qəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Saməddin Qəfərov sentyabrın 28-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Saməddin Qəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Saməddin Qəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Saməddin Əmrahov
Saməddin Şamil oğlu Əmrahov (2 oktyabr 1978; Kəlbəcər, Azərbaycan SSR — 4 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saməddin Əmrahov 1978-ci il oktyabrın 2-də Kəlbəcər şəhərində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun Calut kəndində yaşamağa başlayıblar. 1985-1993-cü illərdə Kəlbəcər şəhərində 3 nömrəli tam orta məktəbdə, 1993-1996-cı illərdə isə Calut kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Aysu adında qızı və Şamil adında oğlu yadigar qaldı. == Hərbi xidməti == Saməddin Əmrahov 1996-1998-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Saməddin Əmrahov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub.
Samərra
Samərra (ərəb. سَامَرَّاء‎ Sāmarrāʾ) — İraqda şəhər, Səlahəddin mühafəzasıın inzibati mərkəzi. Dəclə çayının sahilində yerləşir. Keçmişdə Abbasilər xilafətinin paytaxtı olmuşdur. Samərra şəhəri şiələr arasında məzhəbi əhəmiyyəti var. Bunun səbəbidə onların iki imamı Həsən Əskəri və Əliyyə-Nəqi türbələrinin orada olmasıdır. == Tarixi == Abbasilər dövründə, 892-ci ildə Bağdaddan 120 km Şimalda xəlifə üçün iqamətgah hazırlandı və bu iqamətgah Samərra (kim görsə heyrətlənər) adlandı. Bu şəhər qədim mədəniyyət mərkəzidir ki, Übeyd mədəniyyətinin kökü sayılır. Azərbaycan xalqının qəhrəman oğlu Babək bu şəhərdə edam olundu.
Samət Əlizadə
Samət Qürbət oğlu Əlizadə (14 mart 1938 – 31 may 2002) — dilçi alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, pedaqoq. == Həyatı == Samət Qürbət oğlu Əlizadə 1938-ci il mart ayının 14-də Xızı-Bərmək mahalının baş kəndi olan Xızıda anadan olmuşdur. O, orta təhsilini Siyəzən rayonunda almış, 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Samət Əlizadə 1966-cı ildə elmlər namizədi, 1992-ci ildə isə “XVI əsr Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, azəri-türk dilçiliyinin çox sahələri üzrə görkəmli nailiyyətlər əldə etmiş alimdir. Samət Əlizadə bir çox beynəlxalq elmi yığıncaqların fəal iştirakçısı olmuş, Azərbaycan türk dilinin təbliğində böyük əmək sərf etmiş dilçi alimdir. O, 1965-ci ildə öz taleyini müəllimlik kimi çətin və şərəfli vəzifəyə bağlamış, Azərbaycan Dövlət Universitetində dərs demişdir. Onun hazırladığı tələbələr arasında onlarla tanınmış dilçi-türkoloq vardır. Bir dilçi alim kimi, Samət Əlizadəni daha çox dilimizin tarixi maraqlandırmışdır. Tədqiqat obyekti kimi XVI yüzilliyi seçmişdir.
Əs-Saməd
Əs-Saməd (ər. الصمد) — Allahın adlarından biri.

"samə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#samə nədir? #samə sözünün mənası #samə nə deməkdir? #samə sözünün izahı #samə sözünün yazılışı #samə necə yazılır? #samə sözünün düzgün yazılışı #samə leksik mənası #samə sözünün sinonimi #samə sözünün yaxın mənalı sözlər #samə sözünün əks mənası #samə sözünün etimologiyası #samə sözünün orfoqrafiyası #samə rusca #samə inglisça #samə fransızca #samə sözünün istifadəsi #sözlük