sanballı sözü azərbaycan dilində

sanballı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sanballı • 99.1115%
  • Sanballı • 0.7716%
  • SANBALLI • 0.1169%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 15.19 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 37.69
2003 •••••••••••••••••••• 43.70
2004 ••••••••••••• 27.62
2005 ••••••• 13.50
2006 ••••••••••• 23.20
2007 ••••••••••••••• 31.93
2008 ••••••••••• 22.90
2009 •••••••• 17.12
2010 •••••• 12.53
2011 ••••••••• 19.05
2012 •••••••• 17.21
2013 •••• 7.15
2014 ••••• 9.78
2015 •••••• 11.06
2016 ••• 5.55
2017 ••• 6.18
2018 •••••• 11.24
2019 •••••• 12.66
2020 ••••• 9.28

sanballı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Ağır, bərk, möhkəm, qurs. Daş balaca idi, amma çox ağır, çox da sanballı idi. “Koroğlu”. Dəmir qapıların sanballı qıfılları zırınqıltı ilə açıldı. Çəmənzəminli. [Xəlil:] Bu il məhsulumuz boldu. Maşallah, qozalar aman sanballıdı. M.Hüseyn. 2. məc. Güclü, təsirli, dərin, ciddi. Sanballı ifadə. Sanballı cümlə işlətmək. – Gecəm belə keçdi, səhərim gəlsin! Dadıma sanballı sözlərim gəlsin! M.Müşfiq. [Qara Kərəmoğlunun] söz ağzından külçə kimi ağır və sanballı (z.) çıxırdı. M.İbrahimov. Vəzn xoşuma gəlmir, yenisini seçirəm; Daha da dolğun olsun; daha sanballı, möhkəm. R.Rza. 3. məc. Təmkinli, ciddi, ağır, ağırbaşlı. [Sübhanverdizadə] özünü camaat arasında çox sanballı (z.) aparardı. S.Rəhimov. [Mürsəl:] [Ataş] həm də sanballı oğlandır, hər sözə cavab verməz. Ə.Vəliyev. // Yaşlı, abırlı, hörmətli. Sanballı adam. // Adlı-sanlı, hörmətli, mötəbər. Sanballı alim. 4. məc. Əsaslı, böyük, dərin, ciddi. Sanballı musiqi əsəri. Sanballı kitab.

    Azərbaycan dilinin izahlı lüğəti / sanballı

sanballı sözünün sinonimləri (yaxın mənalı sözlər)

sanballı sözünün rus dilinə tərcüməsi

  • 1 тяжелый, увесистый, монументальный

    Azərbaycanca-rusca lüğət / sanballı
  • 2 I прил. 1. тяжёлый, увесистый. Sanballı daş увесистый камень 2. весомый: 1) обладающий весом. Sanballı yük весомый груз 2) перен. ощутимый, значительный, убедительный. Sanballı dəlillər весомые аргументы, sanballı əmək qələbələri весомые трудовые победы, sanballı nəticələr əldə etmək добиться весомых результатов, elmə sanballı töhfə весомый вклад в науку, poetik cəhətdən sanballı sözlər поэтически весомые слова 3. веский: 1) имеющий большой вес при малом объёме. Qızıl və qurğuşun sanballı metallardır золото и свинец – веские металлы 2) перен. значительный, убедительный (о словах, поступках и т.п.). Sanballı irad веское возражение, sanballı material веский материал 4. солидный: 1) заслуживающий доверия, с установившимся авторитетом. Sanballı alim солидный (авторитетный) ученый 2) важный, представительный, степенный (о человеке) 3) перен. основательный, глубокий, серьёзный. Sanballı əsər солидное произведение, sanballı kitab солидная книга II нареч. 1. перен. весомо. Sanballı gəlmək haraya явиться весомо куда 2. перен. веско (значительно, убедительно). Sanballı demək сказать веско 3. солидно (серьёзно). Özünü sanballı aparmaq вести себя солидно

    Azərbaycanca-rusca lüğət / sanballı

sanballı sözünün inglis dilinə tərcüməsi

sanballı sözünün fransız dilinə tərcüməsi

sanballı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. залан, кӀеви, мягькем (мес. къван); 2. пер. гужлу, эсер ийидай, дерин, таъсирлу (мес. гаф); чӀехи (мес. улуб); 3. пер. залан, такабурлу; // яшлу, абурлу, гьуьрметлу; тӀвар-ван авай, мактун (мес. кас); 4. пер. чӀехи, дерин.

    Azərbaycanca-ləzgicə lüğəti / sanballı

"sanballı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sanballı nədir? #sanballı sözünün mənası #sanballı nə deməkdir? #sanballı sözünün izahı #sanballı sözünün yazılışı #sanballı necə yazılır? #sanballı sözünün düzgün yazılışı #sanballı leksik mənası #sanballı sözünün sinonimi #sanballı sözünün yaxın mənalı sözlər #sanballı sözünün əks mənası #sanballı sözünün etimologiyası #sanballı sözünün orfoqrafiyası #sanballı rusca #sanballı inglisça #sanballı fransızca #sanballı sözünün istifadəsi #sözlük