sancağı sözü azərbaycan dilində

sancağı

Yazılış

  • sancağı • 95.3125%
  • Sancağı • 4.6875%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arazbar sancağı
Arasbar sancağı və ya Arasbar livası — 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Arazbar idi. Arazbar sancağı iki nahiyəyə bölünürdü.
Axıstabad sancağı
Axıstabad sancağı — Liva-i Axıstabad (Axıstabad livası) Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağstafa idi. Axıstabad (başqa adı Böyükçay), Quzey, Gü-ney, Dağlıq İncə və İncə nahiyələrinə bölünürdü. == Mənbə == Gence- Karabağ Eyaletinin İkmal Defteri - İstanbul, Başbakanlık Osmanlı Arşivi, Tahrir Defterleri, 699.
Bərdə sancağı
Bərdə sancağı — Liva-i Bərdə (Bərdə livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərdə idi.
Bərgüşad sancağı
Bərgüşad sancağı— 1727 ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Bərgüşad idi. Bərgüşad livası dörd nahiyəyə bölünürdü. Bərgüşad nahiyəsi ,Zans nahiyəsi, Dizaq nahiyəsi, Keştasf nahiyəsi Osmanlılar Bərgüşad sancağını nahiyyələrə bölmüşdülər. Bunlardan biri Bərgüşad nahiyəsi idi. Osmanlı dövründə (1724-1834) Bərgüşad nahiyəsinin başçısı Məhəmmədşərif bəy idi. Onun başçılığı haqqında Sultan III Əhmədin fərmanı: Liva-ik (Bergüşat) Sabıka Revan Seraskeri olan Vezir Ahmed Paşa tarafından Hılhına sancağı tevcih olunan Mehmed Şerif Bey hizmetde bulunduğu ecilden hala, Gence ve Şirvan caniblerine serasker olan Vezir Elhac Mustafa Paşa tarafından Bergüşat sancağı tevcih olunup zabt-u muhafazası içün irsal olunduğunu, vezir-i müşarun –ileyh kaimesiyle ilam ve Devlet-i Aliyye tarafından dahi tevcihini reca itmekle liva-i mezbur, muma-ileyh Mehmed Şerif Beye verilmişdir, (28 S 138). Məhəmmədşərif bəy 1732-ci ildə vəfat etdi. Onun yerinə Əli bəy təyin edildi. Onun təyinatı ilə bağlı Sultan III Əhmədin fərmanı: Mutasarrıfı Mehmed Şerif fevt olmağla, iki seneden beri Devlet-i Aliyye-ye izhar-itaat ve Kızılbaş ile ceng idüp sünniyyül-mezheb olan Bergüşatlı Aliye mirlivalık ile Gence Seraskeri Vezir Mustafa Paşanın iltimasıyla verilmişdir, (22 Ca 138).
Dizaq sancağı
Dizaq sancağı — Liva-i Dizaq (Dizaq livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizaq idi.
Dizmar sancağı
Dizmar sancağı və ya Dizmar livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizmar idi.1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Dizmar sancağı adlandı. Dizmar sancağı Mərdannaqim, Sindiyan, Üzümdil, Gərgər və Zunuz nahiyələrinə bölünürdü.
Dəftərxana sancağı
Dəftərxana sancağı — kağızları tutmaq üçün istifadə olunan ləvazimat. 1900-cü ildə norveçli Johann Vaaler tərəfindən ixtira olunmuşdur. Kağızları möhkəm tuta bilmək üçün, iç-içə keçmiş iki halqa əmələ gətirən metal teldən ibarət olan bu alətin dizaynı bu günə qədər demək olar ki, heç dəyişilməmişdir. Dəftərxana sancağı ixtira olunmamışdan əvvəl kağızlar iynə ilə bir yerdə tutulurdu. İndi isə bu alət insanların həyatını xeyli asanlaşdırmışdır. == Xarici keçidlər == Vikianbarda Dəftərxana sancağı ilə əlaqəli mediafayllar var.
Gəncə sancağı
Gəncə sancağı — 1593 cü ilOsmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Gəncə idi.
Hersoqovina sancağı
Herseqovina sancağı (türk. Hersek Sancağı, bosn. , serb. , xorv. Hercegovački sandžak) — müasir Bosniya və Herseqovina, Xorvatiya, Çernoqoriya və Serbiya ərazisində mövcud olan Osmanlı İmperiyasının sancağı. Tarixi bölgənin adı "Köhnə Hersoqovina". 1470-ci ildə fəth edilmiş Serbiya torpaqlarında yaradılmışdır. Elə həmin dövrdə Hersoqovina sancağına Brda və Primorye kimi çernoqoriya torpaqları da daxil oldu, həmin vaxt Köhnə Çernoqoriya Skadar sancağının tərkininə daxil olmuş oldu. Sancağın inzibati mərkəzi əvvəlcə şərqi Hersoqovinada, Foča və Pljevlja bölgələrində yerləşirdi. 1580-ci ildən — sancak Bosniya əyalətinin bir hissəsi olaraq mövcudluğunu qorudu, 1833-cü ildə isə Bosniya Herseqovinada Hersoqovina əyaləti adlı muxtariyyət meydana gəldi. .
Həkəri sancağı
Dizaq sancağı — Liva-i Həkəri (Həkəri livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Dizaq idi.
Lori sancağı
Lori sancağı və ya Lori livası — Osmanlı İmperiyasının Tiflis əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Lori idi.
Marağa sancağı
Marağa sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Marağa idi. 1593-cü ildə Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Bu zaman Marağa livası Səracu, Leylan, Əgərtu, Kavdul, Miyandab, Axtaçı-ulya (Yuxarı Axtaçı) və Axtaçı-suflə (Aşağı Axtaçı-G.Qafqazlı) nahiyələrdən ibarət olmuşdur. Suldus livası isə Suldus, Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).
Mosul sancağı
Mosul sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Mosul şəhəri idi. == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Mossoul, page 814–846. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Naxçıvan sancağı
Naxçıvan sancağı - Liva-i Naxçıvan (Naxçıvan livası) Osmanlı İmperiyasının İrəvan əyalətində inzibati–ərazi vahidi. 1590 Osmanlı dövlətində inzibati ərazi vahidi olmuşdur. Sancaq əyalətin və ya digər iri inzibati vahidin, nahiyə isə sancağın bölündüyü inzibati ərazi bölgüsü olmuşdur. Osmanlı-Səfəvi müharibələri nəticəsində iki dəfə 1588-1603 və 1724-1736-cı illərdə Səfəvi torpaqları Osmanlı dövləti tərəfindən tutularaq idarə edilmişdir. Bu illərdə tarixi Naxçıvan bölgəsinin ərazisi iki dəfə Osmanlı idarəçəliyində Naxçıvan sancağı inzibati vahidində birləşmişdir. == Naxçıvan sancağının ərazisi və inzibati bölgüsü == Naxçıvan sancağının XVI-XVIII əsrlərdəki ərazisi və eyni zamanda inzibati bölgüsü haqqında dəqiq məlumatlar Osmanlı təhrir dəftərlərindən əldə edilmişdir. Osmanlı dövləti tərəfindən 1590-1595-ci illər arasında təsdiq edilmiş “İrəvan əyalətinin icmal dəftəri” (həmin vaxt Naxçıvan sancağı bu əyalətin tabeçiliyində idi) və 1727-ci il "Naxçıvan sancağının müfəssəl dəftəri" həmin təhrir dəftərlərindəndir. Akademik Z.Büyadov və H.Məmmədov tərəfindən işlənmiş bu mənbələrdə Naxçıvan sancağının hüdudları haqqında verilən məlumatlar bu diyarın ərazicə böyüklüyü ilə yanaşı, eyni zamanda inzibati bölgüsü, ərazi-inzibati vahidlərinin sərhədləri, yaşayış məskənlərinin tipləri və sayları barədə tam məlumatı əhatə edir. XVI əsrin sonlarında Naxçıvan sancağı Ağcaqala, Məvaziyi-Xatun, Mülki-Arslanlı, Qarabağ, Dərəşam, Dərəşahbuz, Bazarçayı, Şərur, Zar, Zəbil, Əlincə, Sisyan, Azadciran, Ordubad, Şorlut və Dərənürgüt adlı 16 nahiyədən, Naxçıvan və Ordubad adlı 2 qəzadan və ibarət olmuşdur . XVIII əsrin 20-ci illərində isə osmanlılar Naxçıvan sancağı ərazisində Naxçıvan sancağı ilə yanaşı Ordubad sancağını da yaratmışdılar.
Prizren sancağı
Prizren sancağı (türk. Prizren Sancağı, alb. Sanxhaku i Prizrenit, serb. Призренски санџак) ― Osmanlı imperiyasının sancaqlarından biri. İnzibati mərkəzi Prizren şəhəri idi. Əsası 1455-ci ildə, Osmanlının Serbiya despotluğunu işğal etdikdən həmən sonra qoyulmuş. Serbiyanın digər ərazilər isə 1459-cu ildə, Smederevonun süqutundan sonra işğal edilmişdir. Bölgədə aşğıdakı sancaqlar yaradılmışdır: Vuçitrn sacağı, Kruşevas sancağı və Smederev sancağı. Birinci Balkan müharibəsi zamanı (1912) Prizren sancağı Serbiya və Monteneqro krallığı tərəfindən nəzarətə götürüldü. London Sülh Müqaviləsinə (1913) əsasən Prizren sancağı Serbiya və Monteneqro arasında bölüşdürüldü.
Qazax sancağı
Qazax sancağı — Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qazax şəhəri idi. Qazax livasının adı Kasax (əsli Qazax) çayının adındandır. Osmanlılar Qazax sancağını 4 nahiyyəyə bölünmüşdür. Bunlar Axtata (Ağstafa), İncə, Türk və Cuvar nahiyyələri idi.
Qəbələ sancağı
Qutqaşen sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu. Lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü.
Sulduz sancağı
Sulduz sancağı və ya Sulduz livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sulduz idi. 1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyaləti Marağa livası, Suldus, Dizmar, Saru-kurqan, Səidabad və Əlik livaları ilə birlikdə Təbriz əyalətinə daxil idilər. Suldus livası isə Sulduz nahiyəsindən təşkil olunmuşdur Osmanlı üsul-idarə sisteminə uyğun olaraq hər iki əsrdə (XVI və XVIII əsrlərdə) aparılmış təhrirlərə nəzər saldıqda görürük ki, Soyuqbulaq livasına isə Suldus livalıqdan çıxarılaraq nahiyə kimi qatılmış.
Süleymaniyyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. == İnzibati bölgü == Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Süleymaniyə sancağı
Süleymaniyyə sancağı — Osmanlı İmperiyasının Mosul vilayətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Süleymaniyyə şəhəri idi. == İnzibati bölgü == Vilayət inzibati cəhətdən 5 qəzaya bölünürdü: Süleymaniyyə qəzası (mərkəzi qəza) Baziyan qəzası Gülənbər qəzası Şəhrbazar qəzası Məmurət ül-Həmidiyyə qəzası == Mənbə == Vilayet de Mossoul. — Sandjak de Suléimanieh, page 866–875. // La Turquie d'Asie, géographie administrative: statistique, descriptive et raisonnée de chaque province de l'Asie Mineure par Vital Cuinet. Tome Deuxième. Paris: Ernest Leroux, Éditeur, 1891, 884 page.
Təbriz sancağı
Təbriz sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi.
Van sancağı
Van sancağı — Liva-i Van (Van livası)Osmanlı İmperiyasının 1724 ci ildə Osmanlı İmperiyasının Van əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Van idi. == Tarixi == Van sancağı, Van əyaləti'nin paşa sancağı olub, qərbdən Van gölü, Bitlis sancağı və Adilcevaz sancağıları şərqdən Mahmudi, Qotur sancağıları və İran kuzeyden sərhəd idi. Van sancağı 1. Van nahiyəsi 2. Vastan nahiyəsi 3. Gevaş nahiyəsi 3. Erçek nahiyəsi 4. Amuk nahiyəsi 5. Kârcikân nahiyəsi nahiyələrinə bölünürdü.
Xaçın sancağı
Xaçın sancağı — 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Xaçın idi. Sancaq (Xaçın, Qaraağac nahiyəsi, Ağcabədi nahiyəsi, Çalaberd dağıstanı, Çalaberd, Qarqar, Mağavuz nahiyəsi nahiyələri, Ulusati-Hacılı, ulusati-Otuziki ölkələri), nahiyələrinə bölünürdü.
Zəfər sancağı
Zəfər bayrağı və ya Qələbə bayrağı (rus. Знамя Победы) — 1945-ci il, mayın 1-i günü Qızıl Ordu əsgərləri tərəfindən Berlindəki Reyxstaq binası üzərinə qaldırılan, 188x82 sm ölçülü, üzərində oraq, çəkic və qırmızı ulduz emblemləri olan bayraq. Aleksey Berest, Meliton Kantariya və Mixayıl Yegorov adlı üç Sovet əsgəri tərəfindən göylərə ucaldılan bayraq, II Dünya Müharibəsində Sovet İttifaqının Nasist Almaniyası üzərində qələbə çalmasının rəsmi simvoludur. İndiki keçmiş SSRİ ölkələri və Rusiyada hələ də rəsmi tədbirlərdə, xüsusən Qələbə Günü təntənələrində və Moskva Qələbə Günü Parad Mərasimlərində istifadə edilir. Eyni zamanda 1996-cı ildən bəri Belarus və 2009-cu ildən bəri Dnestryanın (Dnestryanı Moldov Respublikası) rəsmi simvollarından biridir. Orijinal bayraq Moskvadakı Mərkəzi Silahlı Qüvvələr Muzeyində nümayiş etdirilir. == Haqqında == Qələbə Bayrağının üzərində kiril əlifbası ilə yazılıb; "150.Tüfəng, II.Кutuzov sinfi, İdrissa bölüyü, 79.Tüfəng Korpusu, 3.Zərbə Ordusu 1.Belarus Cəbhəsi" Sovet bayrağının oraqsız və çəkicsiz olan bir variantı var idi, prezident Boris Yeltsin 1996-cı il aprel ayının 5-də milli bayrağa bu emblemleri verdi. Prezident Vladimir Putin də zəfər bayrağını rus ordusunun rəsmi bayrağı kimi qəbul etdi. Bu bayraq Reyxstaqda qaldırılan bayraqdan sonra adlandırıldı, lakin bu da "qələbə bayrağı" adlanır. Bu gün bu variant artıq rəsmi rəmz deyil.
Çuləndər sancağı
Çavundur sancağı — Liva-i Çuləndər (Çuləndər livası)Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Məlikli kəndi 1728 ci ildə mövcud olmuş Çuləndər sancağını nahiyyəyələri göstərilmir/ Daha doğrusu Çavundur livası bir nahiyədən Çavundur nahiyəsi ibarət idi. Oğuzların 24 boyundan olan Cavuldur/Çavundur boyu adı ilə bağlıdır.
Kağız sancağı əməliyyatı
Kağız sancağı əməliyyatı (ing. Operation Paperclip) – ABŞ hərbi kəşfiyyat xidmətinin İkinci Dünya Müharibəsinin sonunda və müharibədən sonrada Nasist Almaniyasından əhəmiyyətli elm adamlarının Almaniyadan qaçırma əməliyyatının kod adıdır. == Ozenberq siyahısı == Nasist Almaniyasının Sovet İttifaqına hücumunu nəzərdə tutan Barbarossa Əməliyyatının uğursuzluğundan sonra Almaniyanın strateji mövqeyi, xüsusilə silah sənayesi uzunmüddətli bir müharibəyə hazır olmadığı üçün pis vəziyyətdə düçar olur. 1943-cü ilin yazından etibarən Almaniya ordudakı bütün alimləri bir yerə yığmaq və onları tədqiqat və inkişaf işlərinə yönləndirir. O vaxta qədər mexanika mühəndislərini sürücü, alimləri xidmətçi, riyaziyyatçıları yeməkxana işlərində işləyən şəxs kimi istifadə edən nasistlər bütün elm adamlarını bir yerə cəmləyirlər. Yığılan şəxslər, ilk növbədə nasistlər tərəfindən ideoloji cəhətdən etibarlı olub olmamağına görə təsnif edilirlər. Seçimi həyata keçirən Hannover Universitetinin məzunu Werner Ozenberq olduğu üçün siyahıda onun adını müvafiq olaraq Rozenberq siyahısı adlandırılır. 1945-ci ilin martında Osenberg siyahısı müttəfiqlərin əlinə keçir və ABŞ-dəki Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri mayor Robert Staver ona verilmiş siyahıda adları yer alan bütün şəxslərlə, xüsusən də raket mütəxəssisi Wernher von Braunla görüşmək və onların haqqında kəşfiyyat məlumatlarının yığılması haqqında tapşırıq verir. == Overcast kampaniyası == Əvvəlcə yalnız elm adamlarını sorğu-suala tutmaq məqsədi olan kampaniya, sonradan onları Almaniyadan evakuasiya etməklə dəyişdirilmişdir. Bir çox nasist alim Peenemündedəki Tədqiqat Mərkəzində V-2 raketi ilə əlaqədar olan işlərə cəlb edilmişdi.
Saru-kurqan sancağı
Saru-kurqan sancağı və ya Marağa livası — Osmanlı İmperiyasının Təbriz əyalətinin inzibati–ərazi vahidi. İnzibati mərkəzi Saru-kurqan idi. 1593-cü ildə Saru-kurqan livası Sarı-kurqan, Əcri-yi ulya, Əcri-yi suflə, Siyah-kuh, Hüseyabad nahiyələrindən təşkil olunmuşdur (7, səh84).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2004 •••• 0.67
2005 •••• 0.67
2006 •••••••••••••••••••• 4.05
2007 •••••••••••• 2.33
2008 •••• 0.73
2009 ••• 0.48
2010 •••• 0.73
2012 ••• 0.52
2013 0.15
2014 •• 0.34
2019 0.14
2020 0.13

Oxşar sözlər

#sancağı nədir? #sancağı sözünün mənası #sancağı nə deməkdir? #sancağı sözünün izahı #sancağı sözünün yazılışı #sancağı necə yazılır? #sancağı sözünün düzgün yazılışı #sancağı leksik mənası #sancağı sözünün sinonimi #sancağı sözünün yaxın mənalı sözlər #sancağı sözünün əks mənası #sancağı sözünün etimologiyası #sancağı sözünün orfoqrafiyası #sancağı rusca #sancağı inglisça #sancağı fransızca #sancağı sözünün istifadəsi #sözlük