Sanqa sözü azərbaycan dilində

Sanqa

Yazılış

  • Sanqa • 66.6667%
  • sanqa • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sanqa meşəsi
Sanqa meşəsi — Afrikada, Konqo çayının qollarından birinin hər iki tərəfində yerləşən tropik meşə və milli park. Meşə üç dövlətin: şərqdə Konqo Respublikası, mərkəzi hissədə Mərkəzi Afrika Respublikası və qərbdə Kamerunun ərazisində yerləşir. Meşəyə üç milli park daxildir: Kamrundakk Lobeke Milli Parkı – parka status 2001-ci ildən verilmişdir və sahəsi 2178.54 km²-dir. Mərkəzi Afrika Respublikasında Nouabel-Ndoki Milli Parkı – parkın statusu 1990-cı ildən bəri mövcuddur və sahəsi 495 km² olan şimal və 1220 km² sahəsi olan cənub hissəsi olmaqla iki hissəyə bölünür. Təbiət qoruğunun bu iki hissəsi Sanqa çayı ilə ayrılmışdır. Konqo Respublikasındakı Zenqa-Ndoki Milli Parkı – 3865.92 km² ərazini əhatə edən park statusunu 1993-cü ildən bu yana almışdır.Meşə 2012-ci ildə tərkibindəki üç Milli Parkla birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Bellore Sanqala
Bellore Sanqala (2 yanvar 1995) — Konqolu üzgüçü. Bellore Sanqala Konqonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bellore Sanqala birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 33.71 saniyəlik nəticəsi ilə 81-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ben Sanqare
Ben Amadu Sanqare (12 noyabr 1990-cı ildə anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda yarımmüdafiəçi kimi çıxış edən Fransalı peşəkar futbolçudur. == Karyerası == 30 yanvar 2017-ci ildə Sanqare Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK ilə altı aylıq müqavilə imzalamışdır. Sanqare 2017-ci ilin may ayında klubdan ayrılmışdır.
Bükrek və Sanqal
Bükrek və Sanqal - türk və altay mifologiyasında bibirleriyle döyüşən iki əjdaha. Döyüşərkən, görünüşləri İn və Yan simvolunu xatırladır. == Bükrek == Bükrek - türk və altay mifologiyasında əjdaha. Bükre və yaBukra (Bukrak) olaraq da bilinər. Yaxşı xüsusiyyətlərə malikdir. İnsanlara zərər verməz, hətta köməkçi olar. Kərtənkələ görünüşlüdür. Qanadları yoxdur, bu səbəblə uça bilməz. Bütün dənizləri bir-birinə bağlayan böyük dənizdə (okeanda) yaşayır. Uzun bir boyu və çox güclü pəncələri vardır.
Sanqalan
Sanqalan (kənd) — Azərbaycanın Ağsu rayonu ərazisində kənd. Sanqalan (dağ) — Ağsu rayonuna daxil olan Bico kəndi ərazisində dağ (zirvə).
Sanqalan (Səndələn)
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
Sanqalan (dağ)

Sanqalan (kənd)
Sanqalan (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağsu rayonunun Leninabad kəndi Sanqalan kəndi adlandırılmışdır.
Sanqan döyüşü
Sanqan döyüşü — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır. == Arxa plan == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu. Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Sənqan, Khaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi.
Sanqar boğazı
Sanqar boğazı (yap. 津軽海峡) – Honşu adasını Hokkaydo adasından ayıran boğaz. Sakit okeanı isə Yapon dənizi ilə birləşdirir. Boğazın uzunluğu 96 km ,eni isə 18–110 km arası dəyişir. Dərinliyi isə 110–491 m arası təşkil edir. Boğazda axının istiqaməti qərbdən şərqə doğrudur. Axının sürəti mərkəz hissələrdə 3 dəniz milinə bərabərdir. Burada dalğaların hündürlüyü 2 m-dir. Boğazın hər iki sahili sıldırımlı ,qayalı dağlar və onların üzəri isə meşələrlə örtülüdür. Hokkoyda adasının boğaz sahillərində yerləşən əsas liman şəhəri Hakodayedir.
Sanqay Milli Parkı
Sanqay Milli Parkı — Ekvador Respublikasında yerləşən milli park. Dünya irsi siyahısına daxil olmuşdur. == Haqqında == Sanqay Milli Parkında 2 aktiv vulkan (Tunquraxua və Sanqay vulkanları), yağış meşələri, buzlaqlar və digər dəyişiklik göstərən ekosistemlər yerləşir. Bu milli park nəsli tükənməkdə olan eynəkli ayı və yalnız And dağlarının şimalında yaşayan dağ tapirinə ev sahibliyi edir. Milli park Ekvadorun Morona Santyaqo, Çimbrazo və Tunquraxua əyalətlərində yerləşir. 1992-ci ildə buradakı qaçaq ovçuluq, təbiətə zərər verən quru yolları, parkda aparılan fəaliyyətlər nəticəsində Təhlükə İçindəki Dünya İrsləri siyahısına alınmışdır. 2005-ci ildə təkrar ana siyahıya keçmişdir.
Sanqaçal
Səngəçal – Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Tarixi == Əslində bu yerin adı Səngəçal deyil, Səngəçar olmalıdır. Bölünən söz olub "Səngə" (sənə) və "çar" vurğularında özünü göstərir. Bu sözlər də ayrı-ayrılıqda böyük mənalar daşıyır. İlk baxışda Səngəçal mənası ilə ad çaxmaq daşına bağlanır. Səng - daş, 2-ci mənası səngi - məhək sınaq daşı (qoşa mənasında, yəni qızılı, gümüşü yoxlayan daş), 2-ci mənası - sınaq daşı, 3-cü mənası səngi - sitəm, daş kimi ağır dərd. Bu baxımdan, bəsit formada Səngəçal çaxmaq daşı olan yer mənasını daşıyır (Bax. ə.f. lüğ. səh.
Səndələn (Sanqalan)
Sanqalan və ya Səndələn — Böyük Qafqaz sıra dağlarının cənub-şərq ətəklərində yerləşən Ləngəbiz silsiləsinin ən hündür zirvəsi. Hündürlüyü 929 metrdir. Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin ərazisində, Ağsu rayonu ilə Şamaxı rayonunun sərhədində yerləşir. Zirvənin adının vaxtilə Bico kəndi ərazisinə gəlmiş Səndələn türk tayfalarının adı ilə bağlı olduğu və ya saklarla bağlı "Sak qala" mənasını verən toponim olduğu qeyd edilir. Ətraf ərazilərin əhalisi tərəfindən Bico dağı da adlandırılır. Yerli əhali arasında isə əsasən Sanqalan adlanır və qədim sak tayvaları ilə əlaqələndirilən "Sak qala" toponimi ilə bağlı olduğu da ehtimal edilir. (Bico kəndi ərazisində yerləşən məşhur Pirəmsaq ("sak qocası" mənasına gəlir) qəbiristanının mövcudluğu bu versiyanı daha da gücləndirir.) Böyük Qafqaz dağlarından Arana açılan strateji mövqedə olduğu üçün vaxtilə bu zirvə hərbi müdafiə və müşahidə məntəqəsi kimi istifadə edilmişdir.
İveti Sanqalu
İveti Sanqalu (port. Ivete María Dias de Sangalo Cady; d. 27 may 1972) — Braziliya axe, samba-reggae, pop müğənnisi, mahnı şairi, aktrisa, server və model.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2010 ••••••••••••• 0.09
2018 •••••••••••••••••••• 0.15

"sanqa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sanqa nədir? #sanqa sözünün mənası #sanqa nə deməkdir? #sanqa sözünün izahı #sanqa sözünün yazılışı #sanqa necə yazılır? #sanqa sözünün düzgün yazılışı #sanqa leksik mənası #sanqa sözünün sinonimi #sanqa sözünün yaxın mənalı sözlər #sanqa sözünün əks mənası #sanqa sözünün etimologiyası #sanqa sözünün orfoqrafiyası #sanqa rusca #sanqa inglisça #sanqa fransızca #sanqa sözünün istifadəsi #sözlük