* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. İçində ət və s. qızartmaq üçün uzundəstəli mis və s. metaldan qab. Sapılcada yağ dağlamaq. – …Bir boşqab, bir fincan və bir sapılcadan ibarət mətbəx müxəlləfatımı bir tərəfə topladım. Çəmənzəminli. Tello qazanı düşürüb sapılcanı ocağın üstünə qoydu. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / sapılca1 Qərb dialektlərində “сковородка” anlamında işlədilən bu sözün əsli “sapılca”dır (quyruğu, yəni dəstəyi uzun olduğundan belə adlanıb). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sapılca1 сущ. сковорода, сковородка (кухонная посуда для жарения с загнутыми краями, с длинной ручкой)
Azərbaycanca-rusca lüğət / sapılca(Tovuz) arabanın bir hissəsinin adı
Azərbaycan dilinin dialektoloji lüğəti.