saqqızağacı sözü azərbaycan dilində

saqqızağacı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • saqqızağacı • 86.3636%
  • Saqqızağacı • 13.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kütyarpaq saqqızağacı
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür. == Ümumi yayılması: == Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır. == Azərbaycanda yayılması: == Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır. == Təbii ehtiyatı: == Azərbaycanda təbii ehtiyatı çox deyildir. == Bioloji xüsusiyyətləri: == Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür.
Ətirli saqqızağacı
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.

saqqızağacı sözünün leksik mənası və izahı

  • 1 is. bot. Püstə cinsindən olub meşə zolaqlarında becərilən, oduncağı möhkəm, həm də qiymətli sayılan hündür ağac; yabanı püstə. Püstə cinsindən olan saqqızağacı da meşə zolaqlarında becərilmək üçün geniş istifadə oluna bilər. Saqqızağacı 15 metrə qədər hündürlükdə, qışda yarpağı tökülən ağacdır. Meyvəsi yeyilmir, oduncağı möhkəmdir və qiymətli hesab olunur. H.Qədirov.

    Azərbaycan dilinin izahlı lüğəti / saqqızağacı

saqqızağacı sözünün rus dilinə tərcüməsi

saqqızağacı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. бот. фисташкадин жинсиникай тамун зулара цадай, гзаф кӀеви кӀарас квай кьакьан са ттар; чӀуру фисташка.

    Azərbaycanca-ləzgicə lüğəti / saqqızağacı

"saqqızağacı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saqqızağacı nədir? #saqqızağacı sözünün mənası #saqqızağacı nə deməkdir? #saqqızağacı sözünün izahı #saqqızağacı sözünün yazılışı #saqqızağacı necə yazılır? #saqqızağacı sözünün düzgün yazılışı #saqqızağacı leksik mənası #saqqızağacı sözünün sinonimi #saqqızağacı sözünün yaxın mənalı sözlər #saqqızağacı sözünün əks mənası #saqqızağacı sözünün etimologiyası #saqqızağacı sözünün orfoqrafiyası #saqqızağacı rusca #saqqızağacı inglisça #saqqızağacı fransızca #saqqızağacı sözünün istifadəsi #sözlük