Sarabski sözü azərbaycan dilində

Sarabski

Yazılış

  • Sarabski • 99.8465%
  • sarabski • 0.1535%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseynqulu Sarabski
Hüseynqulu Sarabski (tam adı: Rzayev Hüseynqulu Məlik oğlu; 20 mart 1879, Bakı – 16 fevral 1945, Bakı — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932), Azərbaycan peşəkar musiqi teatrının banilərindən biri. 1908-ci ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın yaradıcılarından biri və solisti, Məcnun ("Leyli və Məcnun"), Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın, bu olsun"), Şah İsmayıl ("Şah İsmayıl") və b. partiyaların ən yaxşı ifaçılarından biri olmuşdur.O həm də 1908-ci ilin 25 yanvarında "Leyli və Məcnun" operasında Məcnun rolunda oynayıb. == Həyatı == Hüseynqulu Məlik oğlu, əsil soyadı Rzayev, Bakıdakı İçərişəhərin Yeddilər məhəlləsində dünyaya gəlib. Onun atası Məlik gəmi kapitanı olub, babası Hacı Rza da eyni peşəni icra edirdi. Atasının İrana, Hacıtərxana və Xəzər sahilindəki müxtəlif şəhərlərə etdiyi səfərlər ailənin gündəlik yaşayışına çətinliklə yetirdi. 1881-ci ildə atası Türküstanda dəmir yol çəkilişi zamanı gəmisi bütün heyəti və yükü ilə birlikdə sulara qərq olub. Anasının ikinci dəfə ərə getməsindən sonra Hüseynqulunun çətin günləri başlayıb. Hüseynqulu Sarabskinin tərbiyəsində əsas rol anası Cəvahir xanım oynayıb; o, oğluna ilk təhsili verməyə çalışmışdır. İlk olaraq İçərişəhərdəki Şah məscidinin yanında, 9 saylı evdə yaşayan Anaqızdan ibtidai dini təhsil alıb, sonrasında isə Məsməxanımın yanında bu işi davam etdirib.
İsfar Sarabski
İsfar Aydın oğlu Rzayev-Sarabski (2 noyabr 1989, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatı (2010). == Həyatı == 2 noyabr 1989-cu ildə Bakıda anadan olmuşdur. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişdir. Hazırda Berklee Music Colledge-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir. İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak etmişdir. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak etmişdir.

Oxşar sözlər

#sarabski nədir? #sarabski sözünün mənası #sarabski nə deməkdir? #sarabski sözünün izahı #sarabski sözünün yazılışı #sarabski necə yazılır? #sarabski sözünün düzgün yazılışı #sarabski leksik mənası #sarabski sözünün sinonimi #sarabski sözünün yaxın mənalı sözlər #sarabski sözünün əks mənası #sarabski sözünün etimologiyası #sarabski sözünün orfoqrafiyası #sarabski rusca #sarabski inglisça #sarabski fransızca #sarabski sözünün istifadəsi #sözlük