sarayının sözü azərbaycan dilində

sarayının

Yazılış

  • sarayının • 53.7716%
  • Sarayının • 46.2284%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qış sarayının bağları
Qış sarayının bağları Avropanın digər hökmdar sarayları ilə müqayisədə məşhur deyildir və xüsusi dizaynı yoxdur. Çünki, çar və ailəsinin yaşayış yeri olan saray, əyləncə və istirahət məkanı kimi yox, güc və qüvvət simvolu kimi nəzərdə tutulmuşdu. Şimaldan Neva çayı, cənubda isə Saray meydanı ilə əhatə olunmuş Qış sarayı ətrafənda bağ salınması üçün xüsusi yer də yox idi; lakin, Rusiyanın son iki imperatriçası əvvəl asfaltla döşənmiş kiçik saray ərazisində kiçik bağlar saldırmışdılar. 1885-ci ildə III Aleksandrın həyat yoldaşı, Çaria Mariya Fyodorovna sarayın əvvəl asfaltla döşənmiş kimik həyətində bağ saldırmışdı. Bu bağ, sərbəst düzbucaqlı formasında dizayn edilmişdi. Qazon ağacları və kolları ilə bəzədilmiş bağdan Saray meydanına qapı açılır. İkinci bağ 1896-cı ildə II Nikolayın xanımı, Qış sarayında XX əsrin əvvəlində qısa müddət ömür sürmüş Çariça Aleksandra Fyodorovna tərəfindən yaradılmışdır. O, sarayda yaşadığı zaman, insanların sarayın fasadına yaxınlaşa bildiklərini görmüş və bayırdan sarayın qərbində yerləşən şəxsi otaqlara boylanılmasını bəyənməmişdi. Həmçinin, çariça, övladlarının təhlükəsiz oynaya biləcəyi bir məkan olması arzusunda idi, buna görə də, saray həyətinin onun pəncərəsi olan hissəsində bağ yaradıldı. Yüksək divarlarla əhatə olunmuş bağ, Riqa şəhər bağları və parklarının direktoru, landşaft memarı Georq Kufaldın layihəsi əsasında salınmışdı.
Qış sarayının rotundası
Rotunda (rus. Ротунда) - Sankt-Peterburqdakı Qış sarayının şimal-qərb qanadında yerləşən dairəvi otaqdır. == Tarixi == Rotunda Çar I Nikolayın sifarişi ilə memar Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdir. Otaq bir çox dövlət otaqları və imperator ailəsinin şəxsi otaqları arasında keçid rolunu oynamışdır. 1837-ci ildə Qış sarayında baş vermiş yanğın zamanı sarayın bir çox otaqları kimi, Rotunda da məhv olmuş, lakin, sonradan əvvəlki stilində bərpa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Rotunda neoklassik məbəd stilində dizayn edilmişdir. Dairəvi otaq olan Rotunda gümbəzlə tamamlanmış, gümbəzin ortasında isə şüşəylə örtülmüş okulus yerləşdirilmişdir. == İstinadlar == == Ədəbiyyat == Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201).
Böyük Yekaterina sarayının kilsəsi
Böyük Yekaterina sarayının kilsəsi və ya İsa Məsihin dirilməsi kilsəsi (rus. Церковь Екатерининского дворца) — Puşkin şəhərində yerləşən Böyük Yekaterina sarayının pravoslav "ev kilsəsi". Kilsə Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasındakı Sofiya kafedralının tabeliyindədir. == Tarix == === Mərasim kilsəsi === Saar mızasının (iqamətgahın) Yekaterina Alekseyevnaya verildikdən sonra, Onun sarayında şəhid olmuş Müqəddəs Yekaterinanın şərəfinə mərasim kilsəsi yaradılmış və 12 (köhnə təqvimlə 23) mart 1713-cü ildə buraya yeni ruhani təyin olunmuşdur. Bu ilk Sarskosel kilsəsi idi. Mərasim kilsəsinin içərisində bir zamanlar kətan üzərində boyanmış çoxlu ikonalar, qızıl suyuna çəkilmiş göy oyma ikonostas, həmçinin üzərində dörd yevanlıgelistin simvolik obrazları təsvir olunan palıd qapaqlı taxt yerləşirdi. Yaşayış məntəqəsində başqa ayrı-ayrı kilsələr tikildikdən sonra, Mərasim kilsəsi əvvəlcə Uspenye, daha sonra isə Blaqoveşşeniye kilsələrin tabeliyinə verilmişdir. Sonuncunun 1728-ci ildə yanğın nəticəsində dağılmasından sonra, kilsə əşyaları Uspenyeyə geri qaytarılmış və daha sonra yeni tikilmiş Znameniye kilsəsinə köçürülmüşdür. Lakin bununla Mərasim kilsəsinin yerdəyişmə prosessinə son qoyulmamışdır; belə ki, 1817-ci ildə kilsə hospitalın yaxınlığındakı kapellanın, 1872-ci ildə isə Nikolayev kişi gimnaziyasının nəzdində olan kilsənin tabeliyinə verilmişdir. Yekaterina Saray-Muzeyinə 1930-cu ildə hədiyyə olunmuş ikonostas şəhərinin işğalı zamanı itirilmişdir.
Qış sarayının Aleksandr zalı
Aleksandr zalı (rus. Александровский зал) - Sankt-Peterburqdakı Qış sarayının cənub-şərq hissəsində yerləşən parad zalıdır. == Tarixi == Aleksandr zalı XIX əsrin 30-40-cı illərində Aleksandr Brüllov tərəfindən (məşhur rəssam Karl Brüllovun qardaşı) inşa edilmişdir. Memarın layihəsinə əsasən bu zal imperator I Aleksandrın xatirəsini əbədiləşdirməli idi. Bu memar həm də, Aleksandr zalından sonra gələn Neva enfiladasına daxil olan zalların müəllifidir. Hazırda həmin zallarda Ermitajın fransız rəssamlığı kolleksiyaları nümayiş etdirilir. == Memarlıq xüsusiyyətləri == Zal qotikləşdirilmiş klassisizm üslubunda inşa edilmişdir. Zalın divarları müəllifi memar Fyodor Tolstoy olan və rusların fransızlar üzərində qələbəsinə həsr edilmiş iyirmi dörd medalyonla bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Budberg, Moura. Great Palaces (The Winter Palace.
Qış sarayının Ağ zalı
Ağ zal (rus. Белый зал) — Sankt-Peterburqdakı Qış sarayının cənub-qərb hissəsində yerləşən və pəncərələri saray meydanına açılan zaldır. == Tarixi == Zal 1841-ci ildə Aleksandr Bryullovun layihəsi əsasında II Aleksandr və Mariya Aleksandrovnanın toy mərasimi üçün inşa edilmişdir. Həmin dövrdə ümumilikdə Qış sarayında böyük yenidənqurma və bərpa işləri aparılırdı. 1837-ci ildə baş vermiş yanğın sarayın böyük bir hissəsini məhv etmişdi. Sarayın bərası memar Vasili Stasova həvalə olunmuşdu. Həmin dövrdə sarayın eksteryeri orijinal halında bərpa edilsə də, zalların interyerində ciddi dəyişikliklərə yol verilmişdi. == Memarlıq xüsusiyyətləri == Zal və onun ətrafındakı kiçik otaqlar çareviç və çarevnanın şəxsi otaqlarının stilində inşa edilmi və 1855-ci ildən sonra şəxsi otaqlarına qatılmışdı. Klassik stildə inşa edilmiş Ağ zal, tağlı tavanı korinf sütunlarıyla dəstəklənir. Sütunlar isə heykəllərlə tamamlanır.
Qış sarayının Feldmarşallar zalı
Feldmarşallar zalı (rus. Фельдмаршальский зал) - Sankt-Peterburqdakı Qış sarayında Neva enfiladasına açılan böyük zaldır. Zal Rusiya feldmarşallarının şərəfinə inşa edilmişdir. == Tarixi == Zal 1833—1834-cü illərdə memar Oqüst Monferranın layihəsi əsasında inşa edilmişdi. 1834-cü ildə zalda inşaat işləri tamamlandıqdan sonra, onun divarlarında Rusiya feldmarşallarının portretləri asılmışdı:P.A. Rumyantsev-Zadunayski (F.Rise), Q.A. Potyomkin (A. Viqi), A.V. Suvorov (N.S.Froste), M.İ.Kutuzov (P.Basin), İ.İ.Dibiç-Zabalkanski (P.Basin), İ.F.Paskeviç-İrəvanski (F.Krüger). Portretlər zaldakı yeddi nişdən altısında yerləşdirilmişdi. 17 dekabr 1837-ci ildə Qış sarayında baş vermiş və 30 saat ərzində nəhəng sarayı məhv etmiş yanğın məhz bu zaldan başlamışdı.Birinci dünya müharibəsi zamanı Feldmarşallar zalı Hospital palatası kimi istifadə olunmuşdu. 1917-ci ildən sonra zaldakı bütün rəsmlər çıxarılmış və ölkənin muzeylərinə paylanmışdı. 2004-cü ildən etibarən əsərlərin yenidən zala qaytarılmasına və bərpasına start verilmişdir. 2012-ci ilin martında uzun müddət fasilədən sonra bütün əsərlər yenidən zalda öz yerini tutmuşdur.
Qış sarayının Gerb zalı
Gerb zalı (rus. Гербовый зал) — Sankt-Peterburqdakı Qış sarayında rəsmi tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş geniş zaldır. Zal Hərbi qalereya ilə saray bağının arasında yerləşir. == Tarixi == XVIII əsrin sonlarında indiki Gerb zalının yerində, memar Yuri Feltenin layihəsi əsasında inşa edilmiş Ağ qalereya mövcud idi. İmperatriçə II Yekaterinanın hakimiyyəti dövründə bu qalereyada dəbdəbəli saray balları keçirilərdi. 1796-cı ildə imperator I Pavelin göstərişi ilə, hələ 1762-ci ildə çevriliş nəticəsində öldürülmüş III Pyotrla vida mərasiminin keçirildiyi "Matəm zalı"nda, II Yekaterina üçün xüsusi matəm mərasimi təşkil edilmişdi. XIX əsrin əvvəllərindən başlayaraq, "Ağ qalereya" yenidən təyinatı üzrə istifadə olunmağa başlamışdı. Bu zaldan yenidən saray maskaradları, təntənəli qəbullar və balların sasləri gəlirdi. Lakin, 1830-cu ildə Çar I Nikolay bu zala fərqli bir məna vermək qərarına gəldi. Yeni layihənin əsas məqsədi güclü Rusiya imperiyasının qüdrətinin öyülməsi idi.
Qış sarayının Hərbi qalereyası
Hərbi Qalereya (rus. Военная галерея) - Sankt-Peterburqdakı Qış sarayındakı qalereyalardan biridir. Qalereya 1812-ci il Vətən müharibəsində iştirak etmiş 332 rus generalının portretindən təşkil olunmuşdur. Portretlərin müəllifləri ingilis rəssamı Corc Dou, onun assisentləri Aleksandr Polyakov və Vilhelm Avqust Qolikedir. 1830-cu illərdə Dou, Polyakov və Qolike tərəfindən işlənmiş portretlərdən başqa qalereyada imperator I Aleksandr, onun müttəfiqləri Prussiya kralı III Fridrix Vilhelm, Avstriya imperatoru II Fransın da at üzərində iri portretləri asılmışdır. Həmin üç portretdən ilk ikisi Berlin saray rəssamı Frans Krüger, üçüncüsü isə Peter Kraft tərəfindən çəkilmişdir. Sovet dövründə qalereya, 1827-ci ildə veteranlar evinin mühafizəsi üçün yaradılmış xüsusi hərbiçilər birləşməsi qrenaderlərdən dördünün portreti ilə tamamlanmışdır. Bu portretlərin də müəllifi Corc Doudur. Sonradan qalereyada Peter fon Qessin iki əsəri də asılmışdır:"Borodino döyüşü" və "Fransızların Berezina çayı ilə geri çəkilməsi". Qalereyanın yerləşdiyi zal 1826-cı ilin iyun-noyabr aylarında memar Karl Rossinin layihəsi əsasında inşa edilmişdir.
Qış sarayının Malaxit zalı
Malaxit zalı (rus. Малахитовая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının qonaq zallarından biridir. Zal, İmperator I Nikolayın xanımı İmperatriça Aleksandra Fyodorovnanın qonaq qəbul etdiyi şəxsi zalı kimi istifadə olunmuşdur. == Tarixi == 1837-ci ildə Qış sarayında baş verən yanğın zamanı Yəşəm zalı tamamilə yanaraq məhv olmuşdur. Malaxit zalı isə Yəşəm zalının yerində inşa edilmişdir. Zalın interyerinin layihə müəllifi A.P.Bryulovdur. Memar şəxsən çarın tələbi ilə bu zalın dizaynında nadir yarımqiymətli daş olan malaxitdən istifadə etmişdir. 1830-cu illərdə Demidovların Uraldakı mədənlərində nəhəng malaxit yataqlarının aşkarlanmasından sonra, bu daşın Rusiyada geniş istifadəsinə başlanılmışdır. Çarın hakimiyyəti dövründə Malaxit zalı yalnız İmperatriçanın qəbul otağı olmamışdır, İmperator ailəsinin üzvləri rəsmi mərasimlərdən əvvəl bu zalda toplaşırdılar. Romanovlardan gəlin köçən qızlar gəlinlik donlarını bu zalda geyinərək bəzənir daha sonra Ərəb zalına keçir, oradan isə mərasim üçün Böyük kilsəyə keçirdilər.1917-ci ilin iyun-oktyabr aylarında bu zalda Müvəqqəti hökumətin yığıncaqları keçirilmişdir.
Qış sarayının Neva anfiladası
Neva anfiladası (rus. Невская анфилада) - Sankt-Peterburqdakı Qış sarayının Neva çayına baxan hissəsində yanaşı yerləşən üç dəbdəbəli mərasim zalından təşkil olunmuş otaqlar seriyasıdır. 1753-cü ildə anfiladanın yerləşdiyi yerdə memar Françesko Bartolomeo Rastrelli tərəfindən beş otaq inşa edilmişdi. Lakin 1790-cı ildə həmin otaqlar sökülərək, yerində memar Cakomo Kvarencinin layihəsi əsasında üç böyük zal tikildi. 1873-cü ildə Qış sarayında baş verən yanğından sonra, zallar Vasili Stasovun rəhbərliyi altında bərpa edilmişdir. Tez-tez balların keçirildiyi zallar imperator sarayının həmişə diqqət mərkəzində olan hissəsi olmuşdur. 1915-ci ildə sonuncu Rusiya imperatoru II Nikolayın göstərişi ilə Neva anfiladası hərbi hospitala çevrilmişdir. 1917-ci il Rusiya İnqlabından sonra sarayın digər otaqları kimi, Neva anfiladası da Ermitajın sərgi zalları kimi istifadə olunmağa başlamışdır. == Tarixi == Qış sarayı 1732-ci ildə Çariça I Annanın sifarişi ilə memar Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdir. I Pyotrun kiçik malikanəsi və admiral-general Fyodor Matveyeviç Apraksinin sarayının özülləri əsasında çariça Qış sarayını inşa etdirmişdir.
Qış sarayının Neva enfiladası
Neva anfiladası (rus. Невская анфилада) - Sankt-Peterburqdakı Qış sarayının Neva çayına baxan hissəsində yanaşı yerləşən üç dəbdəbəli mərasim zalından təşkil olunmuş otaqlar seriyasıdır. 1753-cü ildə anfiladanın yerləşdiyi yerdə memar Françesko Bartolomeo Rastrelli tərəfindən beş otaq inşa edilmişdi. Lakin 1790-cı ildə həmin otaqlar sökülərək, yerində memar Cakomo Kvarencinin layihəsi əsasında üç böyük zal tikildi. 1873-cü ildə Qış sarayında baş verən yanğından sonra, zallar Vasili Stasovun rəhbərliyi altında bərpa edilmişdir. Tez-tez balların keçirildiyi zallar imperator sarayının həmişə diqqət mərkəzində olan hissəsi olmuşdur. 1915-ci ildə sonuncu Rusiya imperatoru II Nikolayın göstərişi ilə Neva anfiladası hərbi hospitala çevrilmişdir. 1917-ci il Rusiya İnqlabından sonra sarayın digər otaqları kimi, Neva anfiladası da Ermitajın sərgi zalları kimi istifadə olunmağa başlamışdır. == Tarixi == Qış sarayı 1732-ci ildə Çariça I Annanın sifarişi ilə memar Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdir. I Pyotrun kiçik malikanəsi və admiral-general Fyodor Matveyeviç Apraksinin sarayının özülləri əsasında çariça Qış sarayını inşa etdirmişdir.
Qış sarayının Qızılı zalı
Qızılı zal (rus. Золотая гостиная) - Sankt-Peterburqdakı Qış sarayının cənub-qərb tərəfində yerləşən dəbdəbəli qonaq otağıdır. == Tarixi == Qızılı zal XIX əsrin 30-40-cı illərində memar Aleksandr Brulyov tərəfindən, sonradan imperatriça olmuş böyük knyaginya Mariya Aleksandrovna üçün layihələndirilmiş və inşa edilmişdir. 1 mart 1881-ci ildə II Aleksandrın öldürülməsindən sonra başlamış Rusiya üçün faciəvi olan günlərdə III Aleksandr məhz bu zalda Dövlət Sovetinin seçilmiş nümayəndələri ilə konstitusiyanın və islahatların taleyini müzakirə etmişdir. == Memarlıq xüsusiyyətləri == İlk öncə zalın divarları və tavanı süni ağ mərmərlə örtülmüş qızılı rəng isə yalnız qabartma bəzəklər üçün istifadə olunmuşdur. 1840-cı illərdə memar Andrey Ştakenşneyderin layihəsi əsasında zalın görünüşü dəyişdirilmişdir. Zalın interyerinə mozaik şəkillər (E. Moderninin müəllifliyi ilə) və barelyeflərlə bəzədilmiş yaşma sütunlar və mərmər daşlar əlavə edilmiş, qızıl suyuna çəkilmiş qapılar qoyulmuş və sarı-qəhvəyi şləməli parketlə döşənmişdir. == İstinadlar == == Ədəbiyyat == Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201).
Qış sarayının İordan pilləkəni
İordan pilləkəni və ya İmperator pilləkəni (rus. Иорданская лестница) - Sankt-Peterburqdakı Qış sarayının əsas təntənəli eniş pilləkənidir. Epifaniya bayramı zamanı çar təntənəli şəkildə İordan pilləkəni adlandırılan bu pilləkəndən aşağı enər və "Suya xeyir-dua verilməsi" mərasimində iştirak edərdi. Sarayın bu hissəsi XVIII əsr Rastrelli rokoko stilinin saxlandığı nadir nümunələrdəndir. Lakin, burada nəhəng boz qranit sütunlar XIX əsrdə əlavə edilmişdir. == Tarixi == 1837-ci ildə Qış sarayında baş vermiş yanğın pilləkənin ciddi zədələnməsinə səbəb olsa da, Çar I Nikolay, sarayın bərpa olunmasına cavabdeh olan memar Vasili Stasova pilləkəni Françesko Bartolomeo Rastrellinin orijinal planı əsasında bərpa etməyi tapşırmışdı. Bərpa zamanı Stasov yalnız iki kiçik dəyişikliyə yol vermişdi: O, orijinalda qızıl suyuna çəkilmiş tuncdan olan sürahiləri ağ mərmərlə əvəzləmiş və çəhrayı sütunların yerində boz qranit sütunlar ucaltmışdı.Rəsmi qəbullar və ziyafətlər zamanı İordan pilləkəni gələn qonaqların qarşılandığı əsas yer funksiyasını yerinə yetirirdi. Mərkəzi həyətdən səfirlər keçidi vasitəsiylə saraya daxil olduqdan sonra, qonaqlar sütunlu İordan zalından keçərək İordan pilləkəni ilə Dövlət zallarına qalxırdılar. 1902-ci ildə Qış sarayında keçirilən baldan sonra Suzerlend hersoginyası yazırdı: "Saray pilləkənlərini xüsusi uniformalı kazaklar qoruyurdu, mən heç vaxt belə gözəl məkan, işıqlı, nəhəng otaqlar, izdiham və görünüşü demək olar ki barbarsayağı edən musiqi görməmişdim." == Memarlıq xüsusiyyətləri == Tavanında XVIII əsrə aid Olimp tanrıları təsvirləri olan pilləkən otağı Mixail Terebenev (1795-1866) tərəfindən alabastrdan hazırlanmış "Hikmət" və "Ədalət", Aleksandr Ustinov tərəfindən (1796-1868) hazırlanmış "Əzəmət" və "Zənginlik", İvan Leppe tərəfindən hazırlanmış "Sədaqət" və "Bərabərlik", Apollon Manyulov tərəfindən hazırlanmış Merkuri və Mars heykəlləri ilə bəzədilmişdi. Pilləkənlərin ortasında naməlum XVIII əsr heykəltəraşının "Dövlətin alleqorik rəmzləri" heykəli yerləşir.
Qış sarayının Ərəb zalı
Ərəb zalı (rus. Арабский зал) — Sankt-Peterburqdakı Qış sarayının nahar zallarından biridir. == Tarixi == Çar Rusiyası dövründə parad zallarından sonra yerləşən məhz bu zaldan etibarən imperator ailəsinin şəxsi otaqları başlayırdı. İkiqat qapılar əsas dövlət otaqları, İordan pilləkəni və sonda enfilada otaqları ilə şəxsi otaqlar arasında maneəli keçid yaratmaq üçün inşa edilmişdir. Rəsmi qəbullar və tədbirlərdən əvvəl Romanovlar ailəsinin üzvləri adətən bu otaqda toplaşırdılar. Otağın qarşısında yerləşən və pəncərələrinin açıldığı Çariçanın kiçik qış bağı da otağın konfidensiallığını zəiflətmir. Zalın ərəb zalı adlandırılması, onun hansısa spesifik xüsusiyyəti ilə bağlı olmayıb, çara məxsus olub, imperator ailəsi ilə birgə saryları gəzən dörd psevdo-cangüdənlə bağlıdır. Dörd "iri gövdəli zənci" olan bu cangüdənlər fantastik tərzdə, qırmızı şalvar, qızılı gödəkçə, ağ çalma və çarıq geyinirdilər. Çarın harda olmasından asılı olmayaraq, onlar qapıları qoruyurdular. Onların qapıları açıb-bağlamaqdan başqa funksiyaları yox idi; onların hansısa otaqda qəfil və səssiz peyda olması Çar və ya Çariçanın həmin otağa gələcəyinin müjdəsi idi.
Qış sarayının Böyük saray kilsəsi
Böyük saray kilsəsi (rus. Большой придворный собор) və ya Xilaskarın təsviri kilsəsi (rus. Собор Спаса Нерукотворного образа) - Sankt-Peterburqdakı Qış sarayının tərkibində yerləşən, keçmiş pravoslav kilsəsi. Ümumilikdə Qış sarayının tərkibinə iki kilsə daxildir ki, onlardan da kiçik olanı şəxsi otaqların yaxınlığında yerləşməklə daha şəxsi (sırf ailə üzvlərinə xidmət edən) xarakterə malikdir. Həmin kiçik kilsə 1768-ci ildə inşa edilib. Sarayın şərq qanadında yerləşən Böyük saray kilsəsi isə Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdi və Qış sarayının "ən dəbdəbəli otaqlarından biri" kimi təsvir edilir. Günümüzdə artı fəaliyyət göstərməyən kilsədən Ermitajın sərgi zallarından biri kimi istifadə edilir. == Tarixi == Kilsənin inşasına 14 oktyabr 1753-cü ildə (Yuli təqvimi) başlanmışdır. Yeddi il sonra kilsənin interyeri italyan rəssamlar Karlo Zuççi, Françesko Martini, Covanni Antonio Veneroni və heykəltaraş G.B. Canni tərəfindən həll edilmişdir. Rastrelli şəxsən, İvan İvanoviç Belski və İvan Vişnyakovun ikonaları çəkdiyi üç səviyyəli ikonstasın inşasına cavabdehlik daşımışdır.
Qış sarayının Kiçik taxt zalı
Kiçik taxt zalı (rus. Малый тронный зал) - Sankt-Peterburqdakı Qış sarayında həm də "Pyotr zalı" kimi tanınan, Çar I Nikolayın sifarişi ilə memar Oqüst Monferranın layihəsi əsasında 1833-cü ildə I Pyotrun xatirəsinə inşa edilmiş zal. 1837-ci ildə baş vermiş və sarayın böyük bir hissəsini məhv etmiş yanğından sonra zal, memar Vasili Stasov tərəfindən tamamilə bərpa edilmişdir. == Tarixi == Rusiya imperiyası dövründə Milad bayramı zamanı bu zalda Çarın xüsusi qəbulu keçirilər və diplomatlar Çarı şəxsən təbrik edərdilər. Birinci dünya müharibəsi zamanı isə zal sarayda yaradılmış hospitalın baş həkiminin şəxsi qəbul otağı kimi istifadə olunmuşdur. Bu gün Ermitaj muzeyinin tərkibinə daxil olan zalın orijinal quruluşu saxlanmışdır. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə zal inkişaf etmiş barokko stilində dizayn edilib, dizaynda mərkəz rolunu apsida içərisində yerləşdirilmiş taxt tutur ki, bu taxtın da arxasında iki korinf sütunu arasında italyan rəssamı Yakopo Amiqo tərəfindən çəkilmiş "I Pyotr və Minerva" əsəri yerləşdirilib. Zalın divarları dado nissədən yuxarı al məxməri rənglə boyanıb və gümüşü iki başlı qartallarla bəzədilib. Tavan isə çatmatağlarla həll edilib. Zaldakı lunetlər içərisində Pietro Skotti (1768-1837) və Barnaba Mediçi tərəfindən çəkilmiş, Poltava döyüşü və Lesnaya döyüşünü təsvir edən iki rəsm əsəri yerləşdirilmişdir.
Qış sarayının Müqəddəs Georgi zalı
Müqəddəs Georgi zalı (rus. Георгиевский зал) və ya Böyük taxt zalı (rus. Большой тронный зал) - Sankt-Peterburqdakı Qış sarayının ən böyük dövlət zalıdır. Sarayın ən şərq otağı olan zal kiçik Apollon zalı vasitəsiylə Qış sarayını Ermitaj binası ilə birləşdirir. == Tarixi == Sarayın əsas taxt zalı olan Müqəddəs Georgi zalı bir çox tarixi hadisələrin və mərasimlərin şahidi olmuşdur. 1906-cı ildə, məhz bu zalda Çar II Nikolayın iştirakı ilə Birinci Dövlət Dumasının açılışı olmuşdur. İnqlabın qarşısını almağa çalışan çar, xalqa güzəştə gedərək dumanın yaradılmasına razılıq verməyə məcbur olmuşdu. Lakin, imperator ailəsi bunu “Rusiyada mütləqiyyətin sonu” kimi dəyərləndirirdi.Tarixdə ilk dəfə, ictimai mövqeyindən asılı olmayaraq, çoxlu sayda rus saraya buraxılmışdı və bu həm imperator ailəsi, həm də xalq üçün sürrealist bir sınaq idi. Çar ailəsi ilə birgə taxt pilləkənində dayanmış çarın bacısı zalı doldurmuş sadə rusları xatırlayaraq yazır: “Mən anamla birgə Birinci Dumaya getdim. Mən zala dolmuş kəndli və fabrik işçiləri olan çoxlu millət vəkillərini xatırlayıram.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 17.26 dəfə / 1 mln.
2002 ••••••••••••••• 20.56
2003 •••••••••••••••• 22.05
2004 ••••••••••••••• 20.89
2005 •••••••••• 13.50
2006 •••••••••••••••• 22.30
2007 ••••••••••••••• 21.35
2008 ••••••••••••• 18.76
2009 •••••••••••• 16.32
2010 ••••••••••••••• 20.70
2011 •••••••••••••• 19.47
2012 •••••••••••••••••••• 29.34
2013 •••••••••••••• 19.40
2014 •••••••••• 13.39
2015 •••••••• 10.72
2016 •••••• 7.98
2017 •••••••••• 14.15
2018 •••••••• 11.69
2019 •••••••••• 13.49
2020 ••••• 6.50

Oxşar sözlər

#sarayının nədir? #sarayının sözünün mənası #sarayının nə deməkdir? #sarayının sözünün izahı #sarayının sözünün yazılışı #sarayının necə yazılır? #sarayının sözünün düzgün yazılışı #sarayının leksik mənası #sarayının sözünün sinonimi #sarayının sözünün yaxın mənalı sözlər #sarayının sözünün əks mənası #sarayının sözünün etimologiyası #sarayının sözünün orfoqrafiyası #sarayının rusca #sarayının inglisça #sarayının fransızca #sarayının sözünün istifadəsi #sözlük