sardonik sözü azərbaycan dilində

sardonik

Yazılış

  • sardonik • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sardonik sözünün etimologiyası

  • 1 Sahəsinə görə yalnız Siciliyadan geri qalan Sardiniya Aralıq dənizinin ikinci böyük adasıdır. Ancaq Siciliyanın zəngin tarixə malik olmasına rəğmən Sardiniyanın keçmişi haqda biz, demək olar ki, heç nə bilmirik. Bircə bu adanın dəfələrlə əldən-ələ, Karfagendən Romaya, sonra vandallara, Bizansa, ərəblərə və ispanlara keçməsi barədə məlumatımız var. Buna onu əlavə edə bilərik ki, 1859-cu ildə İtaliyanın birliyi uğrunda hərəkat məhz buradan başlandı. Sardiniya birləşmə uğrunda mübarizə illərində şöhrət qazandı. Bununla belə, ingilis dilində bu adanı xatırladan iki söz var. Əvvəllər ancaq Sardiniya sahillərində ovlandığından siyənək fəsiləsindən olan xırda balıq sardina adlanır. Üstəlik, qocalar Sardiniyada zəhərli bitkinin mövcudluğundan danışırdılar. Bu bitki ilə təmas insanda üz əzələlərinin yığılaraq dodaqları dartmasına gətirib çıxarır, bu isə, öz növbəsində, həmin adamın sanki əcaib bir ifadə ilə gülümsədiyi təəssüratı oyadır. O vaxtdan acı, istehzalı gülüş, həmçinin nifrət və rişxəndlə dolu üz ifadələri sardonik adlandırılır. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / sardonik

"sardonik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sardonik nədir? #sardonik sözünün mənası #sardonik nə deməkdir? #sardonik sözünün izahı #sardonik sözünün yazılışı #sardonik necə yazılır? #sardonik sözünün düzgün yazılışı #sardonik leksik mənası #sardonik sözünün sinonimi #sardonik sözünün yaxın mənalı sözlər #sardonik sözünün əks mənası #sardonik sözünün etimologiyası #sardonik sözünün orfoqrafiyası #sardonik rusca #sardonik inglisça #sardonik fransızca #sardonik sözünün istifadəsi #sözlük