sarmaşıq sözü azərbaycan dilində

sarmaşıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sarmaşıq • 89.8305%
  • Sarmaşıq • 10.1695%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sarmaşıq
Sarmaşıq və ya Otsarmaşıq (lat. Convolvulus) - sarmaşıqkimilər fəsiləsinə aid bitki cinsi.Sarmaşan və sarmaşmayan ot yaxud kollardır. 250-dək növü məlumdur. Bunlardan 8-i Azərbaycan ərazisində rast gəlinir. Çöl sarmaşığı (Convolvulus arvensis) açıq-çəhrayı çiçəkləri olan çox yayılmış alaqdır. Yarpağında S vitamini var. Yaşıl yem kimi zəhərlidir, quru otu zərərsizdir.
Kantabir sarmaşıq
Convolvulus cantabrica (lat. Convolvulus cantabrica) – sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi düzduran və ya yuxarıya doğru qalxan, bəzən sərilən, əsasından budaqlanan, sıx və uzun qabarıq və ya qısa basıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Yarpaqları boz-yaşıl rəngli, üst tərəfdən adətən çılpaqdır, alt tərəfdən basıqtüklüdür, bəzən uzun qabarıq tüklüdür, aşağıdakılar saplaqlıdır, uzunsov, əksinəneştərşəkilli və ya uzunsov-neştərvaridir, küt ucludur, orta və yuxarıdakı yarpaqlar oturaqdır və ya demək olar ki, oturaqdır, uzunsov-xətvaridir, sivri təhərdir. == Çiçək == Çiçəkləri tək və ya 2-4 saydadır, kənar və ya təpə yarımçətirlərdə, uzun çox vaxt qabarıq çiçək oxu üzərindədir. Tac çəhrayıdır və kasacıqdan 2-3 dəfə uzundur. == Meyvə == Qutucuq enli-yumurtaşəkillidir, yuxarı hissədə tüklüdür, kasacıqdan qısadır. Toxumları enli-yumurtaşəkillidir, tünd-qəhvəyi rəngdədir, uzunluğu 2,5-3,5 mm-dir. == Çiçəkləməsi == May-İyul (Avqust) == Meyvə verməsi == İyul-Sentyabr == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, Kür-Araz oval., Kür düz., KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. oval., Lənk.
Oxyarpaq sarmaşıq
Oxyarpaq sarmaşıq (lat. Convolvulus scammonia) - sarmaşıq cinsinə aid bitki növü.
Sarmaşıq Liqası
Sarmaşıq Liqası (ing. The Ivy League) — ABŞ-nin şimal-şərqində 7 ştatda yerləşən 8 özəl ali məktəb. Bu adın yaranmasına səbəb bu universitetlərin qədimi binalarını örtən sarmaşıqlarla bağlıdır. Liqaya daxil olan ali məktəblər təhsilin yüksək keyfiyyətilə fərqlənirlər. == Üzvlər == Braun Universiteti — 1764-cü ildə yaradılmışdır. Rod-Aylend ştatının Providens şəhərində yerləşir. Harvard Universiteti — 1636-cı ildə yaradılmışdır. Massaçusets ştatının Kembric şəhərində yerləşir. Dartmut Kolleci — 1769-cu ildə yaradılmışdır. Nyu-Hempşir ştatının Hannover şəhərində yerləşir.
Tükcüklü sarmaşıq
Tükcüklü sarmaşıq (lat. Convolvulus subhirsutus) — sarmaşıq cinsinə aid bitki növü.
Üçrəng sarmaşıq
Üçrəng sarmaşıq (lat. Convolvulus tricolor) — sarmaşıqkimilər fəsiləsinin sarmaşıq cinsinə aid bitki növü. == Sinonimləri == Convolvulus maroccanus Batt. Convolvulus meonanthus Hoffmanns. & Link Convolvulus minor Convolvulus pseudotricolor Bertol. == Yarımnövləri == Convolvulus tricolor subsp. hortensis (Batt.) Maire Convolvulus tricolor subsp. meonanthus (Hoffmanns. & Link) Maire Convolvulus tricolor subsp. pentapetaloide O. Bolòs & Vigo Convolvulus tricolor subsp.
Tamusşəkilli yalançı sarmaşıq
Tamusşəkilli yalançı sarmaşıq — Qafqazda yayılmışdır. == Botaniki təsviri == Uzunluğu 1-2 m-dək olan,qalın,ətli köklü,sürünən bitkidir.Gövdəsi çılpaq və ya zəif tükcüklü,uzunluğu 1-2 m-dəkdir.Yarpaqları uzun saplaqlı,nazik,yumurtavari və ya uzunsov-yumurtavari,kənarları bütöv,dərin ürəkşəkilli,bünövrəsində yumru qanadlı,ucu biz,çılpaq,uzunluğu 8 sm-dək və eni 5 sm-dir.Çiçəkləri ucda və qoltuqda ensiz süpürgəvari çiçək qrupunda yerləşir,yan çiçəkləri nazik ayaqlarda,çiçəkyanlığına bərabər və ya ondan uzun,xırda çiçəkaltlıqlıdır.Çiçəkyanlığı əvvəlcə zəngvari,uzunluğu 6-8 mm,ulduzvari şaxələnmiş,uzunsov-xətvari,yumru hissəli,3 damarcıqlıdır.Meyvələrin diametri təxminən 2 mm,üstü çox batıq,hamar,qapaqla açılır; toxumların kənarları iti qara-qonur,parlaqdır. == Ekologiyası == Rütubətsevən,torpağa az tələbkardır. == Azərbaycanda yayılması == Böyük Qafqazda,Kiçik Qafqazda,Naxçıvanda rast gəlinir. == İstifadəsi == Canlı çəpərlərin salınmasında tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sarmaşıqkimilər
Sarmaşıqkimilər (lat. Convolvulaceae) — quşüzümüçiçəklilər sırasına aid bitki fəsiləsi.
Sarmaşıqvarı yersarmaşığı
Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea L.) - yersarmaşığı cinsinə aid bitki növü.Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir. == Sinonim == Calamintha hederacea (L.) Scop. Chamaecissos hederaceus (L.) Nieuwl. & Lunell Chamaeclema hederacea (L.) Moench Glechoma borealis Salisb. Glechoma bulgarica Borbás Glechoma hederacea var. breviflora Coss. & Germ. Glechoma hederacea var. grandiflora Hoffmanns.
Sarmaşıqyarpaq meşənovruzu
Sarmaşıqyarpaq meşənovruzu (lat. Cyclamen hederifolium) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin meşənovruzu cinsinə aid bitki növü.
Sarmaşıqçiçəklilər

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2008 ••••••••••••• 0.49
2009 ••••••••• 0.32
2012 ••••••• 0.26
2013 •••• 0.15
2018 •••••••• 0.30
2019 •••• 0.14
2020 ••••••••••• 0.40

sarmaşıq sözünün leksik mənası və izahı

  • 1 is. bot. Ağ-qırmızımtıl çiçəkləri olan, sarmaşaraq uzanan bitki. Qəməriyənin dörd tərəfini əlvan çiçəkli sarmaşıqlar almış(dı). A.Şaiq. Pəncərədən baş uzatsın otaqlara sarmaşıq; Üzə gülsün hər səliqə, hər şeydəki yaraşıq. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / sarmaşıq

sarmaşıq sözünün etimologiyası

  • 1 Sarmaq (sarımaq) sözündəndir. Sarmaşıq ağaca və s. dolanır (sarınır). Ona görə də bu adla adlanıb. Sözün törəmə kökü sarma hissəsidir. (Müqayisə et: dırma, dırma-n, dırma-ş) və indi müstəqil işlədilmir; -ş şəkilçisi burada feilin qar­şılıq növünü bildirmir, qayıdış növ düzəltmişdir. Dırmanır və dırmaşır sözlərində -n və -ş şəkilçisi sinonimdir. 

    Azərbaycan dilinin etimologiya lüğəti / sarmaşıq

sarmaşıq sözünün rus dilinə tərcüməsi

  • 1 бот. вьюнок

    Azərbaycanca-rusca lüğət / sarmaşıq
  • 2 сущ. бот. 1. плющ (ползучее растение сем. аралиевых, цепляющееся за опору, которую она обвивает) 2. вьюнок (вьющееся травянистое сорное растение). Çöl sarmaşığı полевой вьюнок; sarmaşıqlar fəsiləsi вьюнковые (название семейства вьющихся растений, к которому относятся вьюнок, ипомея и др.)

    Azərbaycanca-rusca lüğət / sarmaşıq

sarmaşıq sözünün inglis dilinə tərcüməsi

sarmaşıq sözünün fransız dilinə tərcüməsi

sarmaşıq sözünün ləzgi dilinə tərcüməsi

sarmaşıq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ağ, qırmızımtıl rəngləri olan, sarmaşaraq uzanan bitki.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"sarmaşıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarmaşıq nədir? #sarmaşıq sözünün mənası #sarmaşıq nə deməkdir? #sarmaşıq sözünün izahı #sarmaşıq sözünün yazılışı #sarmaşıq necə yazılır? #sarmaşıq sözünün düzgün yazılışı #sarmaşıq leksik mənası #sarmaşıq sözünün sinonimi #sarmaşıq sözünün yaxın mənalı sözlər #sarmaşıq sözünün əks mənası #sarmaşıq sözünün etimologiyası #sarmaşıq sözünün orfoqrafiyası #sarmaşıq rusca #sarmaşıq inglisça #sarmaşıq fransızca #sarmaşıq sözünün istifadəsi #sözlük