Sarxan sözü azərbaycan dilində

Sarxan

Yazılış

  • Sarxan • 92.6471%
  • sarxan • 7.3529%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sarxan
Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahı. Sarhan şəklində də deyilir. Sarıqan Xan, Sarıxan (Saruhan) və ya Sarıq Xan olaraq da bilinər. Əjdahaları idarə edər. Əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır. Macar mifologiyasındakı əjdahanın adı Sarkanydır. == Macar mədəniyyətində == Çox başlı əjdaha (Sarkany) macar xalq əhvalatlarında mənfi xüsusiyyətlər daşıyan bir varlıqdır. (Avropa və İran mifologiyasında da əjdaha insanlara düşmən ikən Çin mədəniyyətində ejderhalar, ümumiyyətlə yaxşı xasiyyətli varlıqlardır.) Xristian mədəniyyətində ejderhalar Satan (Şeytan) və ya onun xidmətçiləri kimi görünür. "Sarkany" sözü macar nağıllarında qasırğa mənasını da saxlayır çünki "Sarkany" tez-tez qasırğalarla (və ya qasırğa kimi) gəlir. Bu xüsus qıpçaq qəbilələri vasitəsilə gələn və digər türk dillərində də bənzər söyleyişlerle iştirak edən kimi sözlərdə də görülməkdədir və "Sarkany" sözünün yağış, fırtına, qasırğa mənalarını ağıla gətirir.
Sarxanbəyli
Sarxanbəyli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Tarixi-Bir məlumata görə, Yünsür paşa Şahqulu paşa oğlu adlı bir el başçısı Anadoludan, Osmanlı dövlətindən eldöndülük edərək Qızılbaşlar məmləkətinə sığınmışdı. Özü ilə oğul-övladlarını, qohum-əqrabalarını da gətirmişdi. Onları Muğan düzündə yerləşdirmişdilər. Yünsür paşanın Allahqulu paşa adlı qardaşı, Sarıxan bəy, Bidalı bəy, Qoca bəy adlı nəvələri ilə məiyyəti Qurd bəyin də Polad bəy, Dəmir bəy, Quzat bəy adlı xidmətçiləri vardı. Sarıxan bəydən Bədr xan və sarıxanbəylilər törəmişlər. Bidali bəydən məstalıbəyli, qaraqasımlı, alıbabalı, novruzalıbəyli oymaqları yaranmışdır. Qoca bəydən Qocabəylilər əmələ gəlmişdir. Qurd bəydən isə göstərilən kimi poladlı, dəmirçili, quzatlı tayfaları meydana çıxıb.Bir versiyaya görə, Yünsür paşanın Qoca bəy, Bəndalı bəy, Polad bəy, Dəmir bəy, Sarıxan bəy, Novruzəli bəy adlı oğulları vardı. Novruzəlibəyli tayfasından olan 2008-ci ildə 98 yaşlı Hüseynxan bəy Nəcəfqulu xan oğluna görə, Qoca bəy, Novruzalı bəy, Sarıxan bəy, Dəmir bəy, Bəndalı bəy, Polad bəy qardaşdırlar.
Sarxanlı
Sarxanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Sarıxanlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Sərxanlı — Şərur rayonunda kənd.
Sarxanlı (Cəlilabad)
Sarxanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Sarxanlı oyk. Cəlilabad rayonunun Qarakazımlı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi priembel tayfasından Sarxan adlı şəxsə məxsus ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndi Sarxanın atacı Göycənin adı ilə Göycəli də adlandırırlar. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1098 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sarxanlı (İmişli)
Sarıxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.14 dəfə / 1 mln.
2003 •••••••••• 0.39
2009 •••••••••••• 0.48
2011 ••••• 0.17
2012 ••• 0.09
2013 •••• 0.15
2015 ••••• 0.17
2017 •••••••••••••••••••• 0.81
2020 ••••••• 0.27

sarxan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

baş xan, böyük xan, xanlarxanı (Sar-şahinlər sinfinə mənsub olan, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz "dünya, kainat" mənasında olan "Sarı-Günəş" ilə əlaqədardır).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"sarxan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sarxan nədir? #sarxan sözünün mənası #sarxan nə deməkdir? #sarxan sözünün izahı #sarxan sözünün yazılışı #sarxan necə yazılır? #sarxan sözünün düzgün yazılışı #sarxan leksik mənası #sarxan sözünün sinonimi #sarxan sözünün yaxın mənalı sözlər #sarxan sözünün əks mənası #sarxan sözünün etimologiyası #sarxan sözünün orfoqrafiyası #sarxan rusca #sarxan inglisça #sarxan fransızca #sarxan sözünün istifadəsi #sözlük