sarımtıl-çəhrayı sözü azərbaycan dilində

sarımtıl-çəhrayı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sarımtıl-çəhrayı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çəhrayı
Çəhrayı — rəng çalarlarından biridir. == Ümumi məlumat == Hex dəyəri "#FFCBDB", RGB dəyəri "255, 203, 219"ve CMYK dəyəri "0, 63, 52, 0" dır. == Rənglər insan həyatında == Çəhrayı rəngi sevənlər həyatları boyu xəyallar aləmində yaşayırlar. Ülvi məhəbbət tapmaq arzusunda olub, öz güclərinə həddən artıq güvənirlər. Sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar. Ətrafdakıları tez-tez pis vəziyyətdə qoyurlar, çünki öhdəsindən gələ bilməyəcəkləri vədlər verirlər. Ancaq xoşagəlməz hadisələrdən sonra sakitləşmələri uzun sürmür, dərhal özlərini ələ ala bilirlər. Aktiv həyat tərzini xoşlamırlar, təbiətə səyahət, idman onlar üçün deyil. Çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir.
Sarımtıl skopoliya
Anisodus luridus (lat. Anisodus luridus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin anisodus cinsinə aid bitki növü.
Sarımtıl səhləb
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Çəhrayı alma
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Çəhrayı birəotu
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
Çəhrayı dovşanalması
Çəhrayı dovşanalması (lat. Cotoneaster roseus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Pakistanda, İranda, Hindistanda daşlı-qayalı sahələrdə yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m-dək, seyrək çətirli və elastik, qonur, parlaq zoğludur. Yarpaqları yumurtavari və ya ellipsvari, uzunluğu 5 sm-dəkdir. Çiçəkləri şaxələnmiş ləçəkli, çəhrayı, sıx qalxanlarda yerləşir. Meyvələri tutqun qırmızı, 7 mm-dək, çəyirdəkləri 2-dir. Çəhrayı dovşanalması hər il may-iyunda çiçəkləyir, sentyabrda meyvə verir, toxumlarını özü səpir. Uzunömürlüdür, 30–40 il yaşayır. == Ekologiyası == Soyuğa və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar deyil.
Çəhrayı film
Çəhrayı film (yap. ピンク映画, Pinku eiga or Pink eiga, ing. Pink film) — Yapon Yumşaq pornoqrafiya janrlı teatr filmidir. Bu janrda çəkilən filmlər ilk dəfə 1960-cı illərdən başlayaraq çəkilmişdir. Xüsusilə, Yaponiyada bu janrın köməyi ilə "Çəhrayı film"lər çəkilməyə başlanmışdı. 1971-1982-ci illərdə Yaponiyada ikinci bir yeni dalğa Nikkatsu Roman pornoqrafiya filmləri çəkilmişdir. Bu janrdan hal-hazırda istifadə edilir. Bu janrın təsiri altında Nikkatsu Roman pornoqrafiya, Qızılgül filmi, Çəhrayı zorakı film, Güclü zorakı film kimi janrlar yaranmışdır.
Çəhrayı göl
Pink gölü (ing. Pink Lake; fr. Lac Pink) — Kanadanın Kvebek əyalətində, Qatino şəhərinin yaxınlığındakı Qatino Parkda yerləşən meromiktik tipli göl. Yay dövründə gölün səthi suda yaşayan yosunların sayına görə yaşıl görünür. İnsan fəaliyyətinə göl evtrofikasiyalaşmış və göl təhlükəli hala düşmüşdür. Qatino Park idarəsi göldə çimməyi, gölə daş atmağı, yanında ev heyvanları ilə gəzməyi qadağan edib. == Tarixi == Göl adını 1826-cı ildə bu bölgədə yaşamış və ferma təsərrüfatı ilə məşğul olmuş irland ailədən almışdır. == Xüsusiyyətlər == Meromiktik xüsusiyyətlərinə görə Pink gölündə qədim bakteriya formaları yaşayır. Bu bakteriya formaları fotosintez etmək üçün oksigendən deyil, kükürddən istifadə edir. Oksigenlə zəngin olmayan hissələrdə səthdən 7 metr qalınlığında bu bakteriya formalarından ibarət qat yaranmışdır.
Çəhrayı göllər
Çəhrayı göllər - Dünyada rəngi çəhrayıya çalan göllərdir. Dünyada bir çox çəhrayı rəngli göl bilinməkdədir.
Çəhrayı gülxətmi
Çəhrayı gülxətmi (lat. Alcea rosea) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin gülxətmi cinsinə aid bitki növü. Çəhrayı bəlğəmotunun hündürlüyü 2-2,5 metrə qədər çata bilir. Ağ, çəhrayı, bənövşəyi, sarı, qırmızı çiçəkləri ola bilər. Çiçəkləri xətli ya da ləkəli ola bilir. Geniş və yumru yarpaqları ürək formasındadır. Günəşli, küləksiz yerlərdə yaxşı inkişaf edir. Gilli və qida maddələrin tərəfindən zəngin, yaxşı gübrələnilmiş torpaqları sevir. ilıq iqlimlərdə, iyun-avqust sonuna qədər çiçəkli qalır. == Xalq təbabətində istifadəsi == Xalq təbabətində bəlğəmotunun yarpaqlarından, çiçəklərindən və köklərindən dəmlənmiş çay öskürəyə qarşı və sinə ağrılarında sakitləşdirici vasitə kimi istifadə edilir.
Çəhrayı qağayı
Çəhrayı qağayılara nadir hallarda rast gəlmək mümkündü, belə ki, onlar sayca azdılar və Arktikanın çətinliklə gedilə bilən yerlərində yaşayırlar. Onlar - böyük olmayan (qarğadan yekə deyillər) quşdurlar. Bu qağayılar son dərəcə gözəldilər: dimdikləri qara, beli və quyruğu göyümtraq, ayaqları qırmızı, boyunlarının ətrafı - qara həmail (yalnız yayda!), başı, sinəsi və qarıncığında lələkləri isə xəfif çəhrayı çalara boyanıb. Şimal yarımkürəsində olan köçəri quşların heç də hamısı qış aylarında cənuba doğru uçmurlar. Şimal-şərqi Sibir və Qrenlandiyada yaşayan çəhrayı qağayılar şaxta düşən kimi, əksinə, şimala doğru uçurlar. Şimal Buzlu okeanın sahil boyunca çox yerləri var ki, su buzla tam örtülmür və burada çəhrayı qağayılar xərçəng və balıqla qidalanaraq qışlayırlar.
Çəhrayı qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Ümumi xarakteristikası və görkəmi == Kütləsi 7,5–9 kq-dır. Sürü halında yaşayırlar. Rəngi çəhrayıyaçalan-ağdır. Qanadlarının ucu qaradır. Başının arxa tərəfində bir topa sivri lələkdən ibarət tac var. Dimdiyi çox uzundur və altında boğaz kisəsi vardır. Suda üzərkən və uçuş zamanı boynunu "s" hərfi formasında saxlayır. Yaxşı üzür, lakin hava kisələrinin çoxluğu və skeletin pnevmatikliyinə görə suya dala bilmir.
Çəhrayı qıfotu
Çəhrayı qıfotu (lat. Vinca rosea) — qıfotu cinsinə aid bitki növü. == Sinonim == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Çəhrayı rodiola
Çəhrayı rodiola (lat. Rhodiola rosea) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Çəhrayı radiola (qızıl kök) çoxillik ot bitkisidir. Kökümsovları qalın olub, kökləri nazik çıxıntılardan ibarətdir. Kəsilmiş kökü və kökümsovu müxtəlif cür olur. Kökümsovların uzunluğu 9 sm, eni isə 2-5 sm, sərt, qırışıq, yuxarı hissəsi parlaq olub, pulcuqlu yarpaqlardan ibarətdir. Köklərinin uzunluğu 2-9 sm, eni isə 0,5-1 sm-ə bərabərdir. Xarici qatı qaşınan zaman limonu-sarı rəngli olur. Gövdəsi çoxsaylı, bəzən tək, düzqalxan, budaqlanmayan, adətən hündürlüyü 10-40 sm-ə bərabərdir. Yarpaqları oturaq, uzunsov-yumurtaçəkilli, ellipsçəkilli demək olar ki, neştərşəkilli, itiuclu, yuxarı hissəsi yabayabənzər-dişcikli olub, hündürlüyü 0,7-3,5 sm, eni isə 0,5-3 sm-ə bərabərdir.
Çəhrayı rəng
Çəhrayı — rəng çalarlarından biridir. == Ümumi məlumat == Hex dəyəri "#FFCBDB", RGB dəyəri "255, 203, 219"ve CMYK dəyəri "0, 63, 52, 0" dır. == Rənglər insan həyatında == Çəhrayı rəngi sevənlər həyatları boyu xəyallar aləmində yaşayırlar. Ülvi məhəbbət tapmaq arzusunda olub, öz güclərinə həddən artıq güvənirlər. Sərt reallıqla qarşılaşdıqda özlərini itirirlər. Rahatlığı xoşlayırlar. Ətrafdakıları tez-tez pis vəziyyətdə qoyurlar, çünki öhdəsindən gələ bilməyəcəkləri vədlər verirlər. Ancaq xoşagəlməz hadisələrdən sonra sakitləşmələri uzun sürmür, dərhal özlərini ələ ala bilirlər. Aktiv həyat tərzini xoşlamırlar, təbiətə səyahət, idman onlar üçün deyil. Çəhrayı rəngi sevən insan daxilən həmişə uşaq olur və bu vəziyyət qoca yaşlarına qədər davam edir.
Çəhrayı sovka
Çəhrayı soğan
Çəhrayı soğan (lat. Allium roseum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Çəhrayı susüpürən
Çəhrayı susüpürən (lat. Sterna dougallii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Çəhrayı həyat
Çəhrayı həyat (fr. La Vie en rose) – Fransada "La Môme" adıyla satışa çıxarılmış (La Môme ifadəsi fransızca "Balaca quşcığaz" anlamına gəlir ki, bu da Edit Piafın ilk dövrlərdə tanındığı ad olmuşdur.) Kanada – Fransa istehsalı olan və məşhur müğənni Edit Piafın həyatından bəhs edən, ssenari müəllifi və rejissoru Olivier Dahan olan bioqrafik film. Filmin adı Edit Piafın vaxtilə daşıdığı ləqəbdən götürülmüşdür. Filmdə Edit Piaf rolunu, bu roldan sonra məşhurlaşmış Marion Kotillard canlandırmışdır. Film Ən Yaxşı Aktrisa nominasiyası da daxil olmaqla beş nominasiyada Sezar mükafatı əldə etmişdir. Eyni zamanda Kotillard oynadığı rola görə Oskar mükafatı əldə edərək ilk dəfə Oskar mükafatının fransız dilli rola görə verilməsinə səbəb olmuşdur. O, eyni zamanda, ilk fransız aktrisası olmuşdur ki, xarici dildə komediya və ya müzikl kateqoriyasında Qızıl Qlobus mükafatı əldə etmişdir. Film eyni zamanda birdən çox Oskar mükafatı qazanan ilk fransız filmi olmuşdur. == Məzmunu == Film məşhur müğənni Edit Piafın həyatından bəhs edir. Filmin ilk səhnələrində Piaf səhnədə oxuyan vəziyyətdə təsvir edilir.
Sarımtıl-boz şibyəyeyən
Sarımtıl-boz şibyəyeyən (lat. Cubosia mesomella) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Kəpənəyi bir qədər iridir. Qanadları açılmış halda 14-15 mm-dir. Ön qanadı sarımtıl boz, ön kənarı bir qədər tünd sarıdır, ön və arxa kənarın ortasında qara nöqtələr yerləşir. Arxa qanadı tünd boz rəngdədir, onun kənarları sarıdır. Tırtılı qara-qonur, qısa və uzun tüklərlə örtülüdür. Başı qara-qonur rəngdədir. == Həyat tərzi == Nadir növdür. İşığa çox zəif uçur.
Sarımtıl-yaşıl şorəngə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Sarımtıl-yaşıl şоrangə
' (lat. ) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin şorangə cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqazda (Ermənistan) təbii arealı vardır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də Babək və Culfa rayonları ətrafından (Darıdağ) təsvir edilmişdir. == Statusu == Azərbaycanın nadir bitkisidir. EN A2c+3c; B2ab (ı,ıı,ııı,ıv). == Bitdiyi yer == Quru, daşlı, gilli yamaclarda təbii halda bitir. == Təbii ehtiyatı == Azərbaycanda kiçik bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Çılpaq və qaidə hissəsindən budaqlanmış, hündürlüyü 20-50 sm olan yarımkolcuqdur. Cavan zoğları sarımtıl- yaşıldır.
Tumurcuq çəhrayı ağcaqanadı
Tumurcuq çəhrayı ağcaqanadı (lat. Dasyneura ignorata) — Buğumayaqlılar tipinin İkiqanadlılar dəstəsinin Fır əmələ gətirən ağcaqanadlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin dişi fərdləri qonur-qara kürəkciyə və nəhayətindən nazilən yoğun çəhrayı rəngli qarıncığa malikdir. Gözləri başın əsas hissəsini tutur. Bığcığı təsbehvarı olub, 14 buğumludur. Qanadları şəffafdır və seyrək qara tükcüklərlə örtülmüşdür. Uzunluğu 1,5–2 mm-dir. Yumurtası siqar formasındadır, şəffaf və parlaqdır, çəhrayıdır. Uzunluğu 0,3 mm, eni isə 0,88 mm-dir. Axırıncı yaşda olan sürfələr moruq, yaxud çəhrayı rəngində olur.
Çəhrayı Panter (personaj)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.
Çəhrayı Panter (xarakter)
Çəhrayı Panter — cizgi filmi personajı, eyni adlı cizgi seriyasının qəhrəmanı. Qaranlıqda Bir Vuruş və İnspektor Klozo istisna olmaqla, Çəhrayı Panter seriyasının hər filminin, açılış və bağlanma kredit ardıcıllıqlarında əsas və başlıq xarakter.

Oxşar sözlər

#sarımtıl-çəhrayı nədir? #sarımtıl-çəhrayı sözünün mənası #sarımtıl-çəhrayı nə deməkdir? #sarımtıl-çəhrayı sözünün izahı #sarımtıl-çəhrayı sözünün yazılışı #sarımtıl-çəhrayı necə yazılır? #sarımtıl-çəhrayı sözünün düzgün yazılışı #sarımtıl-çəhrayı leksik mənası #sarımtıl-çəhrayı sözünün sinonimi #sarımtıl-çəhrayı sözünün yaxın mənalı sözlər #sarımtıl-çəhrayı sözünün əks mənası #sarımtıl-çəhrayı sözünün etimologiyası #sarımtıl-çəhrayı sözünün orfoqrafiyası #sarımtıl-çəhrayı rusca #sarımtıl-çəhrayı inglisça #sarımtıl-çəhrayı fransızca #sarımtıl-çəhrayı sözünün istifadəsi #sözlük