Sarıqamış döyüşü
Sarıqamış hərəkatı — Rus İmperiyası ilə Osmanlı İmperiyası arasında Birinci dünya müharibəsi dövründə 1914-cü il dekabr ayından 1915-ci il yanvar ayına qədər Sarıqamış bölgəsində baş vermiş döyüşdür. Döyüş Osmanlı dövlətinin böyük hərbi səhvi nəticəsində Rusiya çarlığının qələbəsi ilə nəticələnmişdir.
1914-cü ilin noyabr ayında Azap və Köprüköyə hücum edən rus qoşunlarını məğlub edən III Ordunun komandanı Həsən İzzət paşa, rus ordusunu təqib etmək yerinə öz ordusunu 15 km geriyə çəkmişdi.
O dövrdə Osmanlı ordusunun əsas məqsədi rus ordusunu məğlub edərək Bakı neftinə çatmaq və Alman imperiyasının sənaye ehtiyacını qarşılamaq idi. Bundan əlavə 1877-1878-ci il müharibəsindəki torpaq itkilərini (Batum, Qars, Ərdahan, Sarıqamış və Artvin) geri qaytarmaq üçün 1914-cü ildə Osmanlı dövlətinin baş komandan vəkili və Hərbi nazir Ənvər Paşa, Sarıqamış hərəkatının planını öz qərərgah zabitlərinə təqdim etdi. Həm Osmanlı, həm də alman zabitləri bu planı qəbul etmişdir.
Şərqi qorumaqla vəzifələndirilən ordu III Ordu idi. Bu planı isə III Ordunun IX, X və XI Ordu korpusları və II Süvari tüməni tədbiq etməli idi. III Ordunun qərərgahı və IX Ordu korpusu Ərzurum qalasında, XI Ordu korpusu Elazığ qalasında bə X Ordu korpusu Sivasda yerləşmişdi.
III Ordu
IX Ordu korpusu - Əhməd Fevzi paşa
X Ordu korpusu - polkovnik Hafiz Haqqı paşa
XI Ordu korpusu - Əbdül Kərim paşa
II Süvari tüməni
III Ordunun ümumi gücünün 125.000 nəfər olduğu deyilsə də, bu saya döyüşçü olmayan nəqliyat birlikləri, anbar alayı, hərbi polis də daxil idi.