sasak sözü azərbaycan dilində

sasak

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sasak • 66.6667%
  • Sasak • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koci Sasaki
Koci Sasaki (d. 30 yanvar 1936) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 14 oyun keçirib, 1 qol vurub.
Masanao Sasaki
Masanao Sasaki (d. 19 iyun 1962) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 20 oyun keçirib.
Mayu Sasaki
Mayu Sasaki (d. 12 yanvar 1993) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 8 oyun keçirib.
Nobutsuna Sasaki
Nobutsuna Sasaki (佐佐木 信綱, 8 iyul 1872, Suzuka[d], Mie prefekturası – 2 dekabr 1963, Kamakura, Kanaqava prefekturası) – Yaponiya ədəbiyyatşünası və vaka şairi. == Həyatı == 1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir. 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır.Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir. İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır. 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir. O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır. 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir. 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır. 1937-ci ildə Mədəniyyət ordeni ilə təltif olunmuşdur. "Sakka haçicuninen" (1959) kimi bəzi avtobioqrafiyaların müəllifidir.
Nozomi Sasaki (model)
Nozomi Sasaki (佐々木 希, Sasaki Nozomi, 8 fevral 1988, Akita) – Yaponiya qlamur modeli və keçmiş dəb modeli.Yeddi il dəb modeli kimi işlədikdən sonra qravür idolu kimi məşhurlaşmış, 2009-cu ildən "Dream" qarışıq döyüş sənətləri turnirinin və "K-1" kikboksinq yarışının şərhçilərindən biri olmuşdur.2008-ci ildən bəri 8 fotokitab və 3 DVD buraxmış, bir çox televiziya, jurnal və reklamlarda görünmüşdür. Dəb və kosmetika reklamları ilə yanaşı Coca-Cola şirkətinin yaşıl çay məhsulları, Suntory firmasının 3 içki məhsulu, So-net, Willcom, Fujifilm, Kao, Rohto Pharmaceutical şirkətlərinin reklamlarında oynamışdır. Seiko şirkəti Tisse brendini ona həsr etmişdir. 2010-cu ilin iyununda ona həsr olunmuş Cotton Cloud aksessuar brendi yaradılmış və Haracukuda ilk mağazası açılmışdır.2010-cu ildə musiqi karyerası başlamış və "Kamu to Funyan" (噛むとフニャン) sinqlı ilə debüt etmişdir. Bu sinql Lotte Fit firmasının saqqız reklamlarında istifadə olunmuşdur. Sasakinin debüt albomu olan "Nozomi Collection" 18 aprel 2012-ci ildə buraxılmışdır. 2017-ci ildə komediyaçı və aparıcı Ken Vatabe ilə evlənmişdir. Cütlüyün bir uşağı var. == Karyerası == === Model === Modellik karyerasına 14 yaşında başlamışdır. Kolleksiyalar, eləcə də, dəb və kosmetika reklamları üçün modellik etmişdir.
Sadako Sasaki
Sadako Sasaki (佐々木 禎子; 7 yanvar 1943 –– 25 oktyabr 1955) — Xirosima şəhərində yaşamış yaponiyalı qız. 6 avqust 1945-ci ildə Xirosimanın bombardmanı zamanı evində, partlayışın episentrindən 1,5 kilometr uzaqlıqda olan Sadako 10 ildən sonra şüalanmanın təsirindən yaranan leykemiya xəstəliyindən vəfat etmişdir. == Xəstəliyi və vəfatı == 1954-cü ilin noyabrında Sadakoda şüa xəstəliyinin ilk əlamətləri özünü göstərməyə başladı. 21 fevral 1955-ci ildə o leykoz diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Xəstəxanada o, öz yaxın dostlarından birindən bir yapon əfsanəsini eşidir. Həmin əfsanəyə görə oriqami sənəti əsasında min kağız durna düzəldən şəxsin tutduğu bir arzu mütləq yerinə yetməlidir. Bu əfsanə Sadakoya təsir edir və o, xəstəxanadakı bəzi digər uşaqlar kimi əlinə keçən kağız parçalarından durna düzəltməyə başlayır. 25 oktyabr 1955-ci ildə Sadako vəfat etdi. "Sadako və min kağız durna" kitabındakı fikrə görə o, yalnız 644 durna düzəldə bilmişdi. Dostları onun yerinə lazım olan sayda durna düzəldir və Sadako min kağız durna ilə birlikdə dəfn edilir.
Sasaki Doyo
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. == Həyatı == Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh.
Sasaki Soiçi
Sasaki Soiçi (佐々木 惣一, 28 mart 1878 – 4 avqust 1965) – Yaponiya hüquqşünası. Konstitusional və inzibati hüquq sahəsindəki fəaliyyətinə görə tanınır. == Həyatı == Sasaki Soiçi 1878-ci ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. 1903-cü ildə Kioto Universitetindən məzun olmuş və burada mühazirələr verməyə başlamışdır. 1909-12-ci illərdə Almaniya və Fransada inzibati hüquq üzrə təhsil almışdır. 1913-cü ildə Kioto Universitetində professor olmuşdur. Lakin akademik azadlığın pozulmasına və həmkarı Takikava Yukitokinin universitetdən qovulmasına görə universiteti tərk etmişdir. Daha sonra Ritsumeykan Universitetinin prezidenti seçilmişdir.İkinci dünya müharibəsindən dərhal sonra Sasaki və Konoe Fumimaro Yaponiya möhürünün qoruyucusu tərəfindən Meyci konstitusiyasına dəyişiklik təklif etməklə vəzifləndirilmişdirlər.Sasakinin konstitusional və inzibati hüquq haqqında şərhləri xırda məntiq və obyektivliklə xarakterizə olunur. O, 1952-ci ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. Əsas əsərlərinə "Yaponiyanın inzibati hüququ" (1924), "Yaponiya konstitusiyasının mahiyyəti" (1933) və "Yaponiya konstitusiyası" (1949) aiddir.
Sasaki Takaoki
Takaoki Sasaki (佐々木 隆興, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu. 1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur.Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Sasaki Takatsuna
Sasaki Takatsuna (佐々木 高綱, 1160 – 8 dekabr 1214) – Kamakura dövründə yaşamış Yaponiya döyüşçüsü. Qenpey müharibəsində iştirak etmişdir. == Həyatı == Sasaki Takatsuna 1160-cı ildə doğulmuşdur. Ana tərəfindən Minamoto no Tameyoşinin nəvəsi idi. Ailəsi 1159-60-cı illərdə baş vermiş Henci insidenti zamanı məhv edilmişdir. Takatsuna kiçik uşaq olduğu üçün yaşamasına icazə verilmiş və Kiotodakı xalasının yanına göndərilmişdir.Takatsuna 1180-ci ildə Yaponiyanın şərqində ordu toplayaraq Tayra ailəsinə qarşı döyüşməyə hazırlaşan Minamoto no Yoritomoya qoşulmuşdur. O, İşibaşiyama döyüşündə Yoritomonun həyatını xilas etmişdir. O, Minamoto no Yoşitsuneyə kömək edərək Tayra ailəsinin məhv edilməsində iştirak etmişdir. Göstərdiyi xidmətlərə Takatsuna Naqato əyalətinin şuqosu təyin edilmişdir. Deyilənə görə Takatsuna 1195-ci ildə titulunu və mülklərini oğluna etibar edərək Koya dağında Şinqon keşişi olmuşdur.1184-cü ildə döyüşdən öncə Kacivara Kaqesueyə qarşı Uci çayı boyunca etdiyi at yarışı Yaponiyada populyar hekayələrdən birinə çevrilmiş, müharibə incəsənətinin mövzularından biri olmuşdur.
Sasaki Takauci
Sasaki Takauci (佐々木 高氏, ən geci 1306 – 12 sentyabr 1373) və ya dini adı ilə Sasaki Doyo (佐々木 道誉) – Muromaçi dövründə yaşamış Yaponiya hərbi xadimi və şairi. == Həyatı == Sasaki Takauci Omi əyalətində tanınmış döyüşçü ailəsində doğulmuşdur. Kamakura şoqunluğunun sonuncu regenti Hoco Takatoki üçün xidmət göstərdikdən sonra Aşikaqa Takauciyə kömək edərək Kenmu restavrasiyasının ləğvində və Muromaçi şoqunluğunun qurulmasında iştirak etmişdir. O, 1336-cı ildə şoqunluq tərəfindən elan edilmiş, ölkənin fundamental inzibati kodeksi olan Kenmu kodeksinin tərtib olunmasına kömək etmişdir.Takauci müxtəlif vaxtlarda Omi əyaləti də daxil olmaqla, 6 əyalətin şuqosu olmuş, şoqunluğun mərkəzi administrasiyasında vacib vəzifələri tutmuş, 1354-cü ildə İnzibati şuranın rəhbər rəsmisi olmuşdur.Sasaki Takauci vaka və renqa şairi kimi də tanınmış, yerli Omi saruqakusunun himayədarı olmuşdur. XIV əsrə aid "Heyke nağılı" əsərində hərbi aristokrat və dəbdəbəlik modeli kimi təsvir olunmuşdur. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha. 1983. səh.
Sasaki Takayuki
Sasaki Takayuki (佐々木 高行, 26 noyabr 1830 – 3 mart 1910, Tokio) – Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya siyasətçisi. == Həyatı == Sasaki Takayuki 1830-cu ildə Yaponiyanın Tosa hanında doğulmuşdur. Sakamoto Ryoma və Qoto Şociro ilə birlikdə Tosa hanındakı imperator restevrasiyası hərəkatında iştirak etmişdir. Meyci islahatından sonra Ədalət nazirliyinə qoşulmuş, 1871-ci ildə İvakura missiyası çərçivəsində digər ölkələrin məhkəmə sistemlərini tədqiq etmişdir. Koreyanın mümkün işğalı üzərindəki mübahisələrdən sonra bir çox tosalı siyasətçi buna qarşı çıxaraq vəzifələrindən istefa etsələr də, Sasaki hökumətdə qalmışdır. 1877-ci ildə keçmiş Tosa samuraylarının Satsuma üsyanına qatılmamasında vacib rolu olmuşdur.Növbəti illərdə Yaponiya Gizli Şurasının üzvü olmuş, gələcəkdə İmperator Tayşo olacaq vəliəh Harunun tyutoru seçilmişdir. O, Şahzadə Masako və Şahzadə Fusakonun da müəllimi olmuşdur. Bunlara baxmayaraq, Sasaki həmişə ana siyasətin xaricində qalmışdır. == Qeydlər == == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild.
Takaoki Sasaki
Takaoki Sasaki (佐々木 隆興, 5 may 1878, Tokio – 31 oktyabr 1966) – Yaponiya biokimyaçısı və onkoloqu. 1878-ci ildə Tokio şəhərində doğulmuşdur. Tokio Universitetindən məzun olduqdan sonra 1913-cü ildə Kioto Universitetində daxili xəstəliklər üzrə professor olmuşdur. Daha sonra 1915-ci ildə Kyoundo xəstəxanasının sayca 3-cü direktoru təyin olunmuşdur.Sasaki xərçəng xəstəliyi sahəsindəki tədqiqatlarına görə tanınır. O, tələbəsi Yoşida Tomizo ilə birlikdə siçovullardan istifadə edərək azoboyaqlar vasitəsilə qaraciyər xərçənginin induksiyasını nümayiş etdirmişdir. O, 1924-cü ildə "Protein və qurucu amin turşularının bakterial deqradasiyası və amin turşularının sintezi üzrə apardığı tədqiqatlara", 1936-cı ildə isə "C14H15N3 ilə qaraciyər karsinomasının təcrübi yetişdirilməsinə görə" Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1940-cı ilin noyabrında "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild. Tokio: Kodansha.
Şo Sasaki
Şo Sasaki (2 oktyabr 1989, Kanaqava prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.

"sasak" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sasak nədir? #sasak sözünün mənası #sasak nə deməkdir? #sasak sözünün izahı #sasak sözünün yazılışı #sasak necə yazılır? #sasak sözünün düzgün yazılışı #sasak leksik mənası #sasak sözünün sinonimi #sasak sözünün yaxın mənalı sözlər #sasak sözünün əks mənası #sasak sözünün etimologiyası #sasak sözünün orfoqrafiyası #sasak rusca #sasak inglisça #sasak fransızca #sasak sözünün istifadəsi #sözlük