savadlı sözü azərbaycan dilində

savadlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • savadlı • 96.7122%
  • Savadlı • 3.1132%
  • SAVADLI • 0.1746%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kompüter savadlılığı
Kompüter savadlılığı (computer literacy) – kompüterlərdən səmərəli istifadə vərdişləri də daxil olmaqla, onlar haqqında biliklərin səviyyəsi. Bəzən (və tamamilə əsassız olaraq) kompüterlərə, dərin texniki biliklərin və ya riyaziyyat və elektronika sahəsində yüksək ixtisaslaşmanın gərək olduğu sistem kimi baxırlar. Əslində isə başqa fənnlər kimi, hesablama texnıkasında da müxtəlif səviyyəli səriştəlilik (kompetentlik) mümkündür. Kompüter savadlılığının ən az ixtisaslaşdırılmış səviyyəsi kompüterin işə salınması ardıcıllığı, sadə tətbiqi proqramların çalışdırılması, istifadə olunması və işinin başa çatdırılması, informasiyanın yadda saxlanılması və çapı kimi bacarıqların olmasını nəzərdə tutur. Daha yüksək səviyyədə kompüter savadlılığı anlayışı daha detallaşdırılmış olur; məsələn, mürəkkəb tətbiqi proqramlarla manipulyasiya etməyi və ola bilsin, BASIC və ya C kimi dillərdə proqramlaşdırmağı bacarmaq lazımdır. Kompüter savadlılığının ən yüksək səviyyəsi elektronika, assembler dili kimi sahələrdə xüsusi biliklərin olmasını nəzərdə tutur. Dünyada kompüter savadlılığını təsdiq edən standartlar mövcuddur ki, onların içərisində ECDL sertifikatı (European Computer Driving Licence – Avropa kompüter hüququ) daha geniş yayılıb. Avropa və ABŞ-da standart kimi qəbul olunan ECDL sertifikatı, onu alanın informasiya texnologiyalarının əsas konsepsiyaları ilə tanış olduğunu, fərdi kompüterdən və başlıca tətbiqi proqramlardan istifadə edə bildiyini təsdiq edir. ECDL sertifikatlaşması istifadə olunan proqram təminatının növündən asılı deyil, yəni testləməni istər Microsoft proqram məhsulları (Windows 98, 2000, XP, Vista; Office 2000, 2002, 2003, 2007), istərsə də “açıq mətnli” (OPEN SOURCE) tətbiqi proqramları (Linux (Unix), Open/Star Office) üzrə aparmağa imkan verir. ECDL Tədris planı aşağıdakı modullardan ibarətdir: 1. İnformasiya texnologiyalarının əsasları 2. Kompüterdə iş.
Maliyyə savadlılığı
Maliyyə savadlılığı - Maliyyə savadlılığı fərdlərin büdcə, qənaət, borc alma və investisiya kimi təməl maliyyə anlayışları mövzusunda real iqtisadi şərtləri də nəzərə alaraq qəraralma qabiliyyətidir . İnsanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda insanlar qarşılaşdığı maliyyə vəziyyətlərinə qarşı öz problemlərini necə həll edə bilmə və planlı bir şəkildə qərarlar almanı göstərən kafilik, ya da qabiliyyətidir. Düzgün maliyyə qərarlarının verilməsi və fərdlərin maddi rifahının yaxşılaşdırılması üçün zəruri olan məlumatlılıq səviyyəsi, bilik, bacarıq, baxış və davranışlar toplusudur. İƏİT – İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (ing. ing. Organization for Economic Co-operation and Development, OECD – demokratiya və bazar münasibətli iqtisadiyyat prinsipini qəbul edən inkişaf etmiş ölkələri birləşdirən beynəlxalq təşkilat) maliyyə savadlılığını bu şəkildə ifadə edir: “Maliyyə istehlakçılarının öz rifah hallarını yaxşılaşdıra bilmək üçün maliyyə məhsulları və konsepsiyalarını başa düşmək, maliyyə risklərini və imkanlarını qiymətləndirmək, məlumatlı seçimlər etmək və digər səmərəli addımlar atmaq üzrə bacarıqlar toplusudur”. Maliyyə savadlılığı anlayışı ABŞ və Avstraliyada Financial literacy (maliyyə savadlılığı), Kanada və İngiltərədə Financial capability (maliyyə qabiliyyəti) olaraq təyin olunmaqdadır. == Xarici keçidlər == Uzunmüddətli qənaət və investisiyalar üçün maliyyə savadlılığı Maliyyə savadlılığı Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine Mərkəzi Bank “Maliyyə savadlılığı” layihəsi çərçivəsində tədbirlərini davam etdirir Maliyyə savadlılığı.Layihə haqqında Elmin İnkişafı Fondu ”Gənc alimlər və maliyyə savadlılığı” “Gənc alimlər və maliyyə savadlılığı” müsabiqəsi elan edilib Finansal okuryazarlık nedir? Finansal Okuryazarlık nedir ?

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.60 dəfə / 1 mln.
2002 •••••• 6.85
2003 •••••• 5.91
2004 •••••• 6.40
2005 ••••••••• 9.45
2006 ••••••• 7.66
2007 ••••••••• 9.51
2008 •••••••• 8.77
2009 ••••••••• 9.60
2010 ••••••••••• 11.71
2011 ••••••••• 9.44
2012 ••••••• 7.57
2013 •••••••••• 11.09
2014 ••••••••••• 12.18
2015 •••••••••••••••• 17.86
2016 •••••••••••• 13.36
2017 •••••••••••• 13.49
2018 ••••••••••••••• 17.38
2019 •••••••••••••••••••• 23.23
2020 •••••••• 8.49

savadlı sözünün leksik mənası və izahı

  • 1 sif. Yazıb-oxumağı bacaran. Biçarə tacir məktubu əl-əl gəzdirib, heç bir kəs oxuya bilməyib, Gəncədə də ki savadlı molla tapmaq mümkün deyildir. C.Məmmədquluzadə. // Qrammatik cəhətdən çox düzgün yazan və danışan. Savadlı tələbə. Savadlı şagird. – Katibliyə savadlı adam olmadığından bu iş şəhərdən gələnin boynunda qaldı. Mir Cəlal. // məc. dan. Hər hansı bir sahədə yaxşı biliyi, məlumatı olan; bilikli. Savadlı həkim. – Mollayev savadlı adamlarla vuruşanda daha amansız olurdu. M.Hüseyn. Qadirin fikrincə Veys savadlı, bilikli adam olsaydı, sözünü belə qurtarardı. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / savadlı
  • 2 sif. Üstünə qara naxışlar çəkilmiş, savad vurulmuş gümüş şeylər haqqında.

    Azərbaycan dilinin izahlı lüğəti / savadlı

savadlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 düzgün — səliqəli — qüsursuz (yazı)

    Azərbaycan dilinin sinonimlər lüğəti / savadlı
  • 3 SAVADLI [Mirzə Polad:] Ona savadlı, kamallı xadimlər lazımdır (S.Rəhimov); BASƏVAD (köhn.) Amma hər kəs bu dillərin heç birinə basəvad deyil, yəqin ki, bilməyəcək nə deyirik (C.Məmmədquluzadə); ELMLİ Bunlar oxumuş, elmli olsaydı, hərəsi başına uşaq toplayıb onlara dərs deyərdilər, qazandıqları pulla özlərini saxlayardılar (Çəmənzəminli); ƏHLİ-QƏLƏM Jurnalın düşmənləri arasında başqa növ adamlar da əhli-qələmlər də var idi (Anar); ƏHLİ-SAVAD Hacı Rəcəbli: Xatircəm ol! Tamam əhli-savaddırlar (M.F.Axundzadə); OXUMUŞ Oxumuş qız da o zaman yox idi (S.S.Axundov); OXUYAN Niyazbəyli: Xülasə, nə deyim, bu oxuyanların işləri təəccübdür (N.Nərimanov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / savadlı

savadlı sözünün antonimləri (əks mənalı sözlər)

savadlı sözünün rus dilinə tərcüməsi

  • 1 грамотный

    Azərbaycanca-rusca lüğət / savadlı
  • 2 1 I прил. 1. грамотный: 1) умеющий читать и писать. Savadlı adam грамотный человек 2) умеющий грамматически правильно писать и говорить. Savadlı şagird грамотный ученик 3) перен. обладающий необходимыми сведениями, знаниями в какой-л. области, сведущий. Savadlı mütəhəssis грамотный специалист 4) выполненный без ошибок, со знанием дела. Savadlı inşa грамотное сочинение, savadlı yazı грамотное письмо, savadlı cavab грамотный ответ 2. образованный (имеющий образование, разносторонние знания) II нареч. грамотно. Savadlı tərtib olunub nə грамотно составлено что, savadlı yazmaq писать грамотно 2 прил. чернёный (подвергнутый чернению, покрытый чернью)

    Azərbaycanca-rusca lüğət / savadlı

savadlı sözünün inglis dilinə tərcüməsi

savadlı sözünün fransız dilinə tərcüməsi

savadlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. савад ганвай, винел чӀулав нехишар янвай (гимишдин затӀарин гьакъинда); кил. savad².

    Azərbaycanca-ləzgicə lüğəti / savadlı
  • 2 прил. савадлу; кӀелиз-кхьиз чидай (алакьдай); // грамматикадин жигьетдай дуьзгуьн кхьиз ва рахаз алакьдай; // пер. рах. гзаф малумат (чирвилер) авай, гзаф чидай; билиглу.

    Azərbaycanca-ləzgicə lüğəti / savadlı

savadlı sözünün türk dilinə tərcüməsi

"savadlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#savadlı nədir? #savadlı sözünün mənası #savadlı nə deməkdir? #savadlı sözünün izahı #savadlı sözünün yazılışı #savadlı necə yazılır? #savadlı sözünün düzgün yazılışı #savadlı leksik mənası #savadlı sözünün sinonimi #savadlı sözünün yaxın mənalı sözlər #savadlı sözünün əks mənası #savadlı sözünün etimologiyası #savadlı sözünün orfoqrafiyası #savadlı rusca #savadlı inglisça #savadlı fransızca #savadlı sözünün istifadəsi #sözlük